Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə37/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

Lap qədim zamanlardan insanlar müalicə

məqsədilə bitkilərdən, heyvan mənşəli  yağlar ‐

dan, minerallardan və digər təbii vasitələrdən

istifadə etmişlər. Öz kimyəvi və fiziki xüsu ‐

siyyətlərinə görə bir sıra təbii minerallardan

istifadə edərək bəzi xəstəlikləri müalicə etmək

mümkün olduğu halda, bəzi minerallar insan

həyatı üçün təhlükə törədən zəhərli maddə lər ‐

dir.

Yer təkinin əlçatmaz dərinliklərində yara ‐

nan, günəş işığında par‐par parıldayıb bərq

vuran qiymətli və yarımqiymətli daşlar ta

qədimdən insanların diqqətini cəlb edərək

onları məftun etmiş və təəccübləndirmişdir.

Bəzi adamlar onlardan tilsim, cadugərlik və

dini məqsədlər üçün istifadə etmişdir. Çox

qədimlərdə bir tərəfdən təbii hadisələrin izah ‐

edilməzliyi, digər tərəfdən bir çox xəstəliklərin

başvermə səbəblərini və müalicəsini bilmədik ‐

lərindən xalq arasında bəzi minerallar (daş ‐

lar) müqəddəs kimi qəbul edilmişdir. Buna

səbəb daşların ecazkar gözəlliyi, rəngarəng ‐

liyi, parlaqlığı, davamlılığı, qəribə görünən

təbii formaları olmuşdur.

İnsanlar bəzək daşları haqqında müxtəlif

rəvayətlər yaratmış, onlarda müxtəlif sehrli,

ecazkar xüsusiyyətlərin olduğunu söyləmişlər.

Məsələn: «yaqut sevgi, qəzəb və qan daşıdır,

onu özü ilə gəzdirən adam qüdrətli olur. Yaqut

ürəyə, zehnə və yaddaşa yaxşı təsir göstərir və

müalicə edir».

Elə bu xüsusiyyətlərə görə qədimlərdə

şahlar, sultanlar, krallar zümrüd, almaz,

yaqut, sapfir, ləl və s. hazırlanmış daş‐qaşlar ‐

dan həm zinət əşyası kimi,  həm də xüsusi

varidat toplamaq üçün çox geniş istifadə

etmişlər. XI əsrdə Әbu‐Әli İbn Sinanın «Tibb

elminin kanonları» adlı kitabında yaqut,

firuzə, zümrüd, kəhrəba, əqiq (qırmızı və narıncı

rəngli qiymətli daş) və s. daşların müalicəvi

əhəmiyyəti haqqında danışılır.

Almaz

Almaz (almanca – Diamant (m), fransızca

– Diamant (m), ingiliscə – Diamond) saf kar‐

bondan meydana gəlib, ən sərt maddədir.

Karbon elementinin bir modifika siyası qrafit,

digəri isə almazdır. Almazın saf karbon

olduğu ilk olaraq Fransız kimyaçısı Lavuaze

tərəfindən aşkar edilmişdir. Lavuaze almazı

yandırmış və yanma qazının yalnız karbon‐

dioksit olduğunu görüncə almazın karbon

olduğu qənaətinə gəlmişdir.

Almaz çox nadir və eyni zamanda çox

geniş yayılmış mineraldır. Almaz istehsalı ilə

məşğul olan istehsal sahələrinə Antarktudan

başqa hər yerdə rast gəlmək olur. Bir neçə min

il əvvəl almazlar üzdə olan yataqlardan

çıxarılırdı. Yalnız XIX əsrin sonunda almaz

sənaye üsulu ilə çıxarılmağa başlayır.

Almazın çəkisinin ölçülməsində vahid

olaraq karat istifadə edilir (1 karat 200 milliq ra ‐

ma bərabərdir). Almazın optik xüsusiy yətləri

ona gözəllik və qiymətli zinət əşyası

xüsusiyyətini qazandırır. İşığı qırma indeksi

çox yüksəkdir (2,417). Yəni içəri qəbul etdiyi

şüa əks etdirdiyi şüaya görə çoxdur. Həmçinin

şüanı dispersiya etmə (yəni ağ şüanı rənglərə

ayırma) qabiliyyəti də olduqca yüksəkdir.

Radi asiyaları tutma xüsusiyyətlərinə görə iki

tipdədir.

Birinci tip, görünən şüanı absorbsiya

edənlər (udanlar); ikinci tip isə ultrabənövşəyi

və infraqırmızı şüaları absorbsiya edənlərdir.

İkinci tip almazlar təbii halda mavi rəngdə ‐

d ir lər.



76

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Almaz mükəmməl bir elektrik izolya‐

torudur. Həmçinin istilik keçiriciliyi ən

yüksək olan maddədir.

Almaz orijinal olaraq yalnız kimberlit

qayalarında tapılır. Bu qayalarda kalsit, olivin,

ilmenit, mika və s. kimi bir çox başqa mineral

da olur.  Kimberlit yer qabığının dərin təbə qə ‐

lərində kanallar şəklində olur. Almazın bəzi

yer qabığı hərəkətləriylə yuxarıya çıxdığı güman

edilir. Qismən də bəzi bölgələrdə çay qum ‐

larına qarışmışdır. Almazın ən çox tapıldığı

yerlər Cənubi Afrika (Kimberleydə), Cənubi

Amerika, İndoneziya və Hindistandır. Dün ‐

yada almaz, əsasən,   Bostvana, Avstraliya, Rusiya,

CAR, Anqola, Konqo, Kanada, Nami biya, Bra ‐

ziliya, Çin və s. ölkələrdə xammal şəklində

hasil olunur. İndiyə qədər tapılan ən böyük

almaz Kullian almazıdır. O 3106 karat olmuş ‐

dur. Sonra o 105 hissəyə bölünmüşdür.  Bu

brilyant Cənubi Afrikada 1905‐ci ildə tapıl ‐

mışdır. Kullianı həm də «Afrikanın ulduzu»

kimi tanıyırlar.  Sarı və qəhvəyi almazlara tələ ‐

bat azdır. Bənövşəyi və yaşıl almazlar çox

məq buldur. Kəsilmə şəkli, bəlkə də, ən mühüm

faktordur və parça böyüklüyü ilə qiyməti

artır.


Almaz zinət əşyası və üzük daşı olaraq çox

istifadə edilir. Almazın gözəlliyi qədimdən də

çox diqqət çəkmiş və hə a xəstəlik və zəhər ‐

lənmənin qarşısını aldığı güman edilmişdir.

Almazın əsas qiyməti kəsmə texnikasının

inkişafından sonra (XVII əsrin sonlarına doğru)

başlamış dır. Almazın kəsilməsi yenə almazla

həyata keçirilir. Zinət əşyalarından başqa

sənaye alətlərində də almaz dəyərini saxlayır.

Sənayedə şüşəkəsici, daşyonucu, dəlici və cila ‐

layıcı alətlərdən istifadə edilir. Almaz təbii

halda yüksək təyziq və temperatur altında

təxminən 150 km dərinlikdə və 1200–1400 °C

arasında yaranır. Almazların ana süxuru peri‐

dotit və ekloqitdir.

Brilyant

Brilyant təbii qiymətli daşdır. O, zinət

əşyası kimi uzun müddətdir ki, istifadə olu ‐

nur. Brilyant fransız dilindən tərcümədə

«parıltı» mənasını verir. Təbiətdə brilyant

hazır formada olmur. O, təbii parıltısını mak‐

simal dərəcədə saxlamaq şərti ilə almazın

müəyyən emal prosesindən sonra  əmələ gəlir.



Brilyantı 4 xüsusiyyətinə görə qiymətlən ‐

di rirlər:

– Təraşlama formasına görə; 

– Rənginə görə; 

– Karatına görə; 

– Şəffaflığına görə. 

Bütün dünyada brilyantın rənginin və

şəffaflığının dərəcəsini ölçmək üçün 10 dəfə

böyüdülmüş lupadan istifadə olunur. 

Təraşlama formasına görə brilyantlar

müxtəlif formada olur. Әn geniş yayılmışı

yumru formalı brilyantdır. Brilyantın markiz,

kvadrat, armud, baqet, üçbucaqlı, zümrüd və

s. kimi formaları da mövcuddur. Ancaq onlar

süni yolla əldə olunur.

Rənginə görə brilyantlar 2 yerə bölünür.

Təbii və süni yolla əldə olunan brilyantlar.

Təbii şəkildə təbiətdə aşkarlanan brilyant‐

lar, əsasən, sarı və qəhvəyi rəngdə olur. Ancaq

narıncı, al‐qırmızı, qırmızı, açıq‐çəhrayı, yaşıl,

77

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə