Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə42/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   36   37   38   39   40   41   42   43   44

Görkəmli Amerika fiziki Riçard Fillips

Feynman (Richard Phillips Feynman) 11 may

1918‐ci ildə  anadan olmuşdur. Valideynləri –

Melvil və Lüsil Nyu‐Yorkda Kuinsin

cənubunda Far‐Rokveydə yaşayır dılar. Atası

Riçardın dünyaya gəlməsindən əvvəl oğlunun

alim olacağını qərara almışdı (həmin illərdə

qızlar de‐yure akademik də rəcə ala bilsələr də,

onların gələcəyi, adətən, qeyri‐müəyyən qalırdı.

Bununla belə, Riçard Feynmanın kiçik bacısı

bu fikri rədd edərək sonralar məşhur astrofi ‐

zik oldu). Atası hər vəchlə körpə Riçardı onu

əhatə edən dünya nı dərk etməyə sövq edirdi.

Ata oğlunun suallarına özünün fizika, kimya,

biologiya biliklərinə əsaslanıb ətraflı cavab

verməyə çalışırdı. Atası oğlunu bir o qədər

sıxmırdı və ona oğlunu alim görmək arzu ‐

sunda olduğunu bildirmirdi.

Feynman ilk işinin öhdəsindən 13 yaşında

olarkən radioqəbuledicini təmir etməklə gəlir.

Bundan sonra gənc Riçard qonşuları arasında

məşhurluq qazanır. O, ilk əvvəl radio qəbul ‐

edicini cəld və keyfiyyətli təmir edir, digər

tərəf dən isə aparatı sökməmişdən əvvəl əla ‐

mətlər əsasında məntiqlə nasazlığın səbəb lərini

araşdırmağa və təyin etməyə cəhd edirdi.

1943–45‐ci illər arasında Los‐Alamosda

atom bombası hazırlayan alim‐fiziklər qru ‐

puna daxil edilmişdir. Kvant mexanika sında

trayektoriyalar üzrə inteqrallama üsulunu

(1938), eləcə də elementar zərrəciklərin çev ‐

rilmə və qarşılıqlı təsirini təsvir edən kvant

sahə nəzəriyyəsinin Feynman diaqramları

metodunu (1949) işləmişdir. Həmçinin ifrat

axıcılıq nəzəriyyəsini və nüvənin parton mo ‐

de lini irəli sürmüşdür. 1965‐ci ildə Sin‐İtiro

Tomonaqa və Culian Şvinqerlə birgə fizika

üzrə Nobel mükafatına layiq görülmüşdür.

Feynman ali məktəblərdə fizikanın tədris

metodunun islahatçısı sayılır. 

Riçard Feynman dörd il Massaçusets

Texnologiya İnstitutunun fizika fakültəsində

təhsil alır, daha sonra təhsilini Prinston

Universitetində davam etdirir.

İkinci Dünya müharibəsi başlayanda Feyn‐

man könüllü olaraq cəbhəyə yollanmaq

istəyir, lakin ədalətsiz psixi yoxlanış səbəbin ‐

dən bu arzusuna çata bilmir. Aspiranturada

oxuduğu illərdə Feynman on üç yaşından

vurulduğu və on doqquz yaşından nişanlan ‐

dığı Arlin Qrinbaumla evlənir. Nigahdan bir

az əvvəl Arlin ölümcül vərəm xəstəliyinə

yoluxur. Feynmanın valideynləri evliliyə qəti

etirazlarını bildirsələr də, o öz bildiyi kimi

hərəkət edir. Nigah mərasimi Los‐Alamosa

yollanarkən qatarda, yolüstündə baş tutur.

Şahidlər küçədən keçən təsadüfi adamlar olur

(çörəkçi və aptekçi), qohumlar mərasimdə

iştirak etmirlər. Mərasim başa çatdıqda və ərin

arvadını öpmə mərasimi çatanda Riçard

yoldaşının xəstəliyini xatırlayır və Arlinin

yanaqlarıdan öpür. Cütlük Los‐Alamosa yetiş ‐

dikdən dərhal sonra atom bombasının hazır ‐

lan ması prosesinə (Manhe en Layihəsi) cəlb

edilir. Bu layihəyə işçi heyətinin çağrılması

anında Feynman hələ də Prinstonda oxu 

yurdu və layihəyə daxil olmaq ideyasını ona



məşhur fizik Robert Vilson verir. İlk əvvəl

Feynman atom bombası layihəsinə qoşulmaq

ideyasını həvəssiz qarşılayır, lakin sonradan

bombanı almanların kəşf edəcəyini düşünərək

layihəyə qoşulamağa razılıq verir. Feynman

Los‐Alamosda işlədiyi vaxt Arlin Albukerke

şəhəri xəstəxanasında yatırdı. Feyman hər həftə

sonunu onunla keçirir.

Los‐Alamosda bomba üzərində işlədiyi

illərdə Feyman seyfləri yarmaq vərdişlərinə



86

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014

Dəyərli kitablar 



yiyələnir. O, atom bombasının işlənilməsinə

dair bütün informasiyanı – uranın zəngin ‐

ləşdirilməsi texnologiyasından tutmuş bom ‐

banın quraşdırılmasına dair materialların

seyflərdən oğurlamaqla həyata keçirilmiş

təhlükəsizlik tədbirlərinin yetərsizliyini sübut

edir. Bu qədər mühüm informasiyanın sax ‐

lanıldığı seyflərin həvəskar oğru tərəfindəın

yarılması faktı bəşəriyyətin taleyinin bir tük ‐

dən asılı olduğuna dəlalət edirdi.

1950‐ci illərdə Feynman Kaliforniya Tex ‐

nologiya İnstitutunda işləməyə başlayır. Mü ‐

ha ribədən və yoldaşının ölümündən sonra

Feynman dərin sarsıntılar keçirir. Bu illərdə

isə ona bu və ya digər fizika kafedrasında

çalışmaq haqqında saysız‐hesabsız məktublar

gəlir. Belə təkliflərdən biri də Prinstondan gəlir.

Burada isə o vaxtlar Eynşteyn kimi dahilər

dərs deyirdi. Nəhayət, Feyman yenidən elmə

qayıdır. Feyman bütün şübhələrə son qoyduq‐

dan və hədəflərini müəyyən etdikdən sonra

gücünün və özünəinamın yenidən artdığını

hiss edir.

Feynman özünün kvant çevrilmələri nəzə ‐

riyyəsi üzərində işləməyə davam edir. Bun‐

dan əlavə, o, Şrödinger tənliyini tətbiq etməklə

yüksəkaxıcılıq hadisəsinin fizikasının başa

düşülməsinə nail olur. Bu kəşf izahı bir qədər

əvvəl üç fizik tərəfindən alınmış yüksək axı ‐

cılıq hadisəsi ilə birgə alçaq temperaturlar

fizikasına yeni təkan verir. Bundan əlavə,

Feynman kvarkaları kəşf etmiş Mürrey Hell‐

Mannla birgə daha mükəmməl sərbəst neytro‐

nun proton, elektron və antineytrinoya

beta‐parçalanmasında özünü göstərən «zəif

parçalanma» nəzəriyyəsi üzərində çalışır. Bu

nəzəriyyə faktiki olaraq təbiətin yeni

qanunlarını açmağa imkan verirdi. Feyman

kvant hesablamaları ideyasını səsləndirir.

Böyük fizik 15 fevral 1988‐ci ildə vəfat

etmişdir.

Feynmanın «İdrakın sevinci» kitabında

müsahibələri, çıxışları, mühazirələri və məqa ‐

lələri toplanmışdır. Kitabın redaktoru Cefferi

Robins kitab haqqında bunları yazır: «Feyn ‐

manın ustalığının sirrini bilmək üçün mütləq

bu kitabı oxumaq lazımdır. Böyük fizik 13

paraqrafdan ibarət olan bu kitabda təkcə fizi ‐

kadan yox, dindən, fəlsəfədən, hesablama

maşın 


larının gələcəyindən, pioneri olduğu

nanotexnologiyadan, elmdə ciddi söhbətlər ‐

dən və zarafatlardan, elm və sivilizasiyanın

gələcəyindən, əsl alimin dünyanı necə gör ‐

məsindən danışır».  Kitabda, həmçinin 28 yan‐

var 1986‐cı ildə Amerika Birləşmiş Ştatlarının

«Çellencer» kosmik gəmisinin partlamasına

dair Riçard Feynmanın xüsusi rəyi yer alıb.

Böyük alimin bu işi elmin gələcək perspektivi

və bəşəriyyətin taleyində alimlərin məsuliy ‐

yəti haqqında əvəzsiz vəsait hesab olunur. 

Aynur  BAĞIROVA,

NKPİ‐nin əməkdaşı

87

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə