Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə35/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

104
 
 
r
əsmiləşdirilməsi  qaydalarının  sadələşdirilməsi və  unifikasiyası 
haqqında 8 iyul 1994-cü il Razılaşması, MDB iştirakçı-dövlətləri-
nin gömrük qanunvericiliyinin 
əsasları  –  10 fevral 1993-cü il 
tarixli MDB ölk
ələri iştirakçı dövlətlərində gömrük işi təşkilinin 
ümumi raz
ılaşdırılmış prinsipləri, 1993-cü il tarixli malın mənşə 
ölk
əsinin müəyyən edilmə  qaydaları  və  s.  Ədəbiyyatda MDB 
ç
ərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərindən danışarkən 
MDB ç
ərçivəsində Gömrük ittifaqının və vahid iqtisadi məkanın 
yaradılması  istiqamətində  bir  sıra  addımların  atılması  zəruriliyi 
qeyd edilir. M
əsələn,  Gömrük  İttifaqı  orqanlarının  fəaliyyətinin 
s
əmərəliliyinin təmin edilməsi və s. Bütövlükdə götürsək, MDB 
ç
ərçivəsində  yaradılmış  təsisatların  və  müqavilələrin  işləməməsi 
v
ə ya müəyyən mexanizmlərin yaradılmaması MDB çərçivəsində 
inteqrasiya prosesini l
əngidir və ya ümumiyyətlə aradan qaldırır. 
Az
ərbaycan MDB çərçivəsində  qəbul  edilmiş  bir  sıra 
beyn
əlxalq sənədlərin iştirakçısıdır. Məsələn, 10 fevral 1995-ci il 
tarixli  «MDB  iştirakçı-dövlətlərin gömrük qanunvericiliyinin 
əsasları» (12 mart 1995-ci il tarixli qanunla Azərbaycan Respubli-
kasında müqaviləyə  qoşulmuşdur); 15 aprel 1994-cü il tarixli 
azad  iqtisadi  zonanın  yaradılması  haqqında  Konvensiya  (8 
oktyabr 1996-
cı  il  tarixli  qanunla  Azərbaycan  Respublikası  bu 
konvensiya
ya qoşulmuşdur) və s.  
Hal-
hazırda  bu  istiqamətdə  Azərbaycan  Respublikası  tərə-
find
ən əməli  fəaliyyət həyata keçirilir. Belə ki, digər dövlətlərlə 
h
əm ikitərəfli, həm də regional əsasda sıx əməkdaşlıq münasibət-
l
əri quran Azərbaycan Respublikası gömrük tarif sistemini də bu 
istiqam
ətdə təkmilləşdirir və inkişaf etdirilir. Bəzi mühüm istiqa-
m
ətdə gömrük rüsum dərəcələrinin aşağı salınması və bununla da 
iqtisadi inteqrasiyaya bilavasit
ə  kömək  etmiş  olan  tədbirlər bu 
nöqteyi-n
əzərdən xüsusilə əhəmiyyətlidir. 
Gömrük tarifi il
ə əlaqədar məsələlərin təhlili onun dövlətin 
milli  iqtisadiyyatının  formalaşması  və  inkişafında  rolunun 
qarşılıqlı şəkildə araşdırılmasını tələb edir. Bu problemlərin daha 
d
ərindən öyrənilməsi isə gömrük tarifinin müxtəlif xarici ölkələ-


105
 
 
rin praktikasında inkişaf mərhələlərinə uyğun araşdırılması zəruri-
liyini t
ələb edir. Gömrük tarifi xarici ticarətin tənzimlənməsinin 
mühüm vasit
ələrindən biridir və gömrük siyasətinin həyata keçi-
rilm
əsi ilə  əlaqədar spesifik xüsusiyyətlərə  malikdir. Bu zaman 
gömrük tarifi  parametrl
ərinin (əmtəə  nomenklaturası,  gömrük 
rüsumlarının dərəcəsi, növləri və s. xüsusiyyətləri, idxal və ixrac 
h
əcmi və  strukturu məlumatlarının  toplanılması,  daxili  və  tələ-
batın müəyyən edilməsi, yerli malların istehsalı və s. məsələlərin 
geniş təhlili mövzu üçün əhəmiyyətli hesab edilə bilər. Ona görə 
d
ə,  ilk növbədə  xarici dövlətlərin təcrübəsində  onların  iqtisadi 
inkişafı  mərhələlərinə  uyğun  məlumatların  müqayisəli təhlili 
z
əruridir. Sonra isə  həmin məlumatların  XX  əsr  timsalında 
araşdırılması  həmin dövlətlərlə  iqtisadi  inkişaf  münasibətlərini 
quran v
ə daha da inkişaf etdirməyi qarşısına məqsəd qoyan Azər-
baycan Respublikası üçün xüsusi əhəmiyyət kəsb edir.  
Tarix
ə nəzər salsaq görərik ki, XIX əsrin ortalarında həyata 
keçiril
ən proteksionist xarakterli tədbirlərin ləğv  edilməsi 
(m
əsələn, 1846-cı ildə «çörək qanunları»nın ləğvi, idxal çörəklərə 
rüsum qoyulması və s.) xüsusilə ön plana çəkilir. XIX yüzilliyin 
sonuncu rübünd
ə İngiltərədə gömrük gəlirləri payı gətirilən mal-
ların dəyərinin təxminən 5 faizini təşkil edirdi. Sonradan İngiltərə 
t
ərəfindən keçirilən bir sıra tədbirlər orada iqtisadiyyatın ayrı-ayrı 
sah
ələrinin inkişafını daha da ön plana çəkmişdir. Məsələn, 1921-
ci ild
ə  sahəvi sənayenin mühafizəsi  haqqında  qanun  qəbul 
edilmişdir. Həmin aktla optik mallara, elmi avadanlıqlara, sintetik 
üzvi kimya m
əhsullarına  beş  il  müddətində  33 1/3% həcmində 
proteksionist rüsumlar t
ətbiq edilməyə başlanmışdır. 1931-ci ilin 
axırlarında verilən qanuna əsasən, İngiltərəyə həddindən artıq çox 
sayda g
ətirilən mallara həmin  malların  dəyərlərinin 100 faizi 
h
əcmində rüsumlar tətbiq edilməyə başlanmışdır.  
XX 
əsrin 50-ci illərinin  statistikasının  təhlili göstərir ki, 
İngiltərədə yüksək gömrük rüsumları mövcud olmuşdur. Belə ki, 
İngiltərədə gömrük vergi tutmalarının orta səviyyəsi nəinki aşağı 
düşməmiş,  həmçinin bir qədər də  artaraq 1937-ci ildə  21%-dən 


106
 
 
1957-ci ild
ə 25%-ə qədər yüksəlmişdir. Sənayenin yüksək inkişaf 
etm
əsi ilə fərqlənən İngiltərə ölkəyə gətirilən kiçik həcmdə hazır 
s
ənaye məhsullarına  yüksək  gömrük  rüsumlarını  tətbiq etməklə 
b
ərabər sənaye və kənd təsərrüfatı xammallarına aşağı rüsumların 
qoyulması,  o  cümlədən də  çoxlu digər xammal növlərinin 
rüsumsuz g
ətirilməsinə icazə vermişdir. 
H
əmin dövrdə  ABŞ  ticarət siyasətinin təhlili ilə  gömrük 
tarif münasib
ətlərinin  milli  iqtisadiyyatın  formalaşmasına  və 
inkişafına  təsirini nəzərdən keçirək. Belə  ki, 1787-ci ilə  qədər 
Amerika federal hökum
əti  gömrük  rüsumlarının  müəyyən edil-
m
əsində  səlahiyyətlərə  malik  olmamışdır.  1787-ci il Konstitusi-
yasının  qəbulundan  sonra  ştatlar  beynəlxalq  gömrük  rüsumları 
q
əbul etmək hüququndan məhrum olmuş və bütün ölkənin xarici 
ticar
ət mərkəzi hökumətə tabe etdirilmişdir. 1789-cu ilin iyulunda 
ABŞ-da keçirilən 1-ci konqres bütün ölkə  üçün vahid gömrük 
tarif sistemi mü
əyyənləşdirmişdir. 
XIX 
əsrin 90-cı illərinin başlanğıcında ABŞ dünyada kifa-
y
ət qədər yüksək gömrük rüsumları ilə tanınmışdır. Belə ki, tarif 
haqqında  1890-cı  il  tarixli  ABŞ  qanunu  prezidentə  Amerika 
mallarına həddindən artıq və diskriminasion rüsumlar tətbiq edən 
ölk
ələrdən gələn mallara «cəzalandırıcı»  rüsumlar  tətbiq etmək 
hüququ  vermişdir.  Bu  qanun  bir  sıra  ölkələrdən, xüsusən  Latın 
Amerikası ölkələrindən, ABŞ-dan aparılan bir sıra mallara qarşı 
tarif güz
əştləri almaq imkanı vermişdir. 
1930-cu ild
ə  ABŞ-da qəbul edilən yeni tarif qanunu uzun 
müdd
ət onun tarif sisteminin əsasını təşkil etmişdir. Bu qanunla 
ha
zır məhsul və yarımfabrikatların idxalı üçün yüksək rüsum də-
r
əcələri müəyyənləşdirilmişdir. Eyni zamanda, kənd təsərrüfatına 
qoyulan rüsumlar da 
əhəmiyyətli dərəcədə artırılmışdır. 1934-cü 
ild
ə  ABŞ  Konqresi  tərəfindən  «qarşılıqlı  əsasda»  ticarət mü-
qavil
ələrinin  bağlanması  haqqında  qanun  qəbul  edilmişdir.  Bu 
qanunla  ABŞ  Prezidentinə  digər ölkələrlə  daha  əlverişli  prinsip 
əsasında  ticarət müqavilələri imzalamaq və  rüsumları  50  faiz 
h
əcmində endirmək və  yuxarı qaldırmaq səlahiyyətləri verilmiş-


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə