Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə33/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

98
 
 
m
əsi zəruriliyi və s. məsələlər olduqca vacibdir. İnteqrasiya qrup-
ları ümumi bazarın üstünlüklərindən istifadə etmək, milli inkişaf 
üçün 
əlverişli xarici şəraitin  yaradılması, iqtisadi  məsələlər üzrə 
beyn
əlxalq  danışıq  mövqelərinin möhkəmləndirilməsi, bazar 
islahatları təcrübəsinin mübadiləsi, milli iqtisadiyyata, kənd təsər-

fatına yardım edilməsi və s. üstünlüklərə malikdir. 
Qeyd etm
ək  lazımdır  ki,  dünya  dövlətləri  qarşılıqlı  yaxın-
laşma üçün ilkin addımlar atırlar və onların arasında preferensial 
ticar
ət  sazişləri  imzalanır.  Bu  sazişlər  ya  ayrı-ayrı  dövlətlər 
arasında ikitərəfli əsasda,  ya da müvafiq inteqrasiya qruplarında 
iştirak  edən  ayrı-ayrı  ölkələrə  münasibətdə  təqdim edilən daha 
əlverişli rejim verirlər.  
Daha 
əlverişli  rejimin  tarixinə  müraciət etsək, o, əsasən 
ticar
ət müqavilələri ilə formalaşmışdır.  
Daha 
əlverişli rejim həm çoxtərəfli müqavilələrdə, həm də 
ikit
ərəfli  razılışmalarda  müəyyən edilir.  O,  QATT-ÜTT fəaliy-
y
ətinin əsas məzmununu təşkil edir. Belə ki, QATT-da göstərilir 
ki,  iştirakçı  dövlətlər xarici ticarət fəaliyyətində  və  gömrük 
sferasında  bir-birinə  daha  əlverişli  şərait yaratmalıdırlar.  Son-
radan bu rejim QATT-
ın Uruqvay Raundunda 15 aprel 1994-cü il 
M
ərakeş sazişi ilə yaradılan ÜTT-nin əsas fəaliyyət prinsipi kimi 
mövcud  olmaqla  davam  etmişdir.  Belə  ki, daha əlverişli  rejim 
şərtsiz  xarakter  daşıyır  və  ÜTT-yə  daxil olan ölkələr onu tam 
h
əcmdə tətbiq etməlidir.  
Lakin inteqrasiya prosesinin birinci m
ərhələsində  heç bir 
dövl
ətlərarası orqanın yaradılmasından söhbət getmir.  
İnteqrasiyanın ikinci mərhələsində inteqrasiya edən ölkələr 
azad ticar
ət  zonalarının  yaradılmasına  keçir.  Bu  zaman  ikinci 
ölk
ələr münasibətdə milli gömrük tariflərini saxlamaqla, qarşılıqlı 
münasib
ətlərdə  gömrük tariflərinin tam ləğvi  nəzərdə  tutulur. 
Əksər hallarda azad ticarət zonaları üçün müəyyən edilən şərtlər 
k
ənd təsərrüfatı məhsullarından başqa bütün mallara şamil edilir.  
Az
ərbaycan  Respublikasında  azad  iqtisadi  zonalar  barədə 
xüsusi qanun olmasa da v
ə hər hansı regionun azad iqtisadi zona 


99
 
 
hesab edilm
əsi hələlik müəyyən edilməsə  də, azad iqtisadi 
zonala
rla bağlı 15 yanvar 1992-ci il tarixli «Xarici investisiyaların 
qorunması  Azərbaycan  Respublikası  Qanununun  41-ci maddə-
sinin 1-ci hiss
əsində deyilir ki, xarici investisiyaların, investisiya 

əssisələrinin təsərrüfat fəaliyyəti üçün güzəştli  rejimin 

əyyən edildiyi ərazi sərbəst iqtisadi zona sayılır.  
İnteqrasiyanın üçüncü mərhələsi gömrük ittifaqlarının yara-
dılması  ilə  bağlıdır.  Bu  zaman  razılaşdırılmış  şəkildə  milli 
gömrük tarifl
ərinin ləğv edilməsi və ümumi tariflərinə keçilməsi, 
o cüml
ədən üçüncü ölkələrə  münasibətdə  ticarətin qeyri-tarif 
t
ənzimlənməsinin vahid sistemi yaradılır. Adətən gömrük ittifaqı 
dövl
ətlərin  razılaşdırılmış  xarici  ticarət siyasətini həyata keçirən 
dövl
ətlərarası orqanların inkişaf sistemini tələb edir.  
İnteqrasiya proseslərində ən yüksək səviyyə iqtisadi ittifaq-
ların  yaradılması ilə nəticələnir. Bu zaman ümumi gömrük  tari-
finin t
ətbiq edilməsi,  malların  və  istehsal  faktorlarının  sərbəst 
h
ərəkəti ilə yanaşı, makroiqtisadi siyasətin əlaqələndirilməsi daha 
mühüm sah
ələrdə (məsələn, valyuta, büdcə, pul və s.) qanunveri-
ci
liyin unifikasiyasını (vahid şəkilə salınmasını) nəzərdə tutur. Bu 
zaman  ayrı-ayrı  dövlətlərin hökumətləri səviyyəsində  həyata 
keçiril
ən bəzi funksiyalar dövlətlər tərəfindən  yaradılmış  orqan-
lara verilir.  
İqtisadi inteqrasiya, o cümlədən  gömrük  itifaqının  yaran-
ması  nəzəriyyəsi  Kanada  iqtisadçısı  Vaynerin  adı  ilə  bağlıdır. 
Bel
ə ki, gömrük ittifaqı nəzəriyyəsinə əsasən, Vayner iki tip sə-
m
ərəliliyi qeyd edir: statistik və  dinamik səmərəlilik. Statistik 
s
əmərəlilik kimi gömrük ittifaqının yaradılmasından dərhal sonra 
bilavasit
ə onun nəticəsi kimi müşahidə olunan iqtisadi nəticələr, 
dinamik s
əmərəlilik dedikdə  isə  gömrük  ittifaqının  formalaşma-
sının  daha  sonrakı  mərhələlərində  müşahidə  olunan iqtisadi 
n
əticələr başa düşülür.  
Gömrük  ittifaqları  beynəlxalq  iqtisadi  inteqrasiyanın  daha 
geniş  yayılmış  formasıdır.  Onu  iki  və  daha çox dövlətin öz 
aralarında ticarətdə gömrük rüsumlarının aradan qaldırılması kimi 


100
 
 
başa düşmək olar. QATT-ın 14-cü maddəsinə görə, gömrük itti-
faqı  daxilində  gömrük  rüsumlarının  tam  ləğvi  və  vahid xarici 
gömrük  tarifinin  yaradılmasını  nəzərdə  tutur. Azad iqtisadi 
zonalar v
ə gömrük ittifaqları arasında bir sıra fərqlər var. Belə ki, 
azad  iqtisadi  zonalarda  gömrük  rüsumlarının  tədricən  aşağı 
salınması,  qeyri-tarif baryerlərinin  aradan  qaldırılması  tədricən 
h
əyata keçirilir. Son nəticədə  azad iqtisadi zonalar üzv ölkələr 
arasında rüsumsuz ticarəti təmin edirlər. Gömrük ittifaqlarında isə 
üzv ölk
ələr  arasında  rüsumsuz  ticarət  əlaqələri olmaqla bərabər 
ittifaqa daxil olmayan ölk
ələrə münasibətdə ümumi gömrük tarifi 
mövcud olur. Gömrük ittifaqları çərçivəsində üzv ölkələrin isteh-
sal v
ə  istehlak strukturunda ciddi dəyişikliklər  baş  verir.  Vahid 
xarici ticar
ət siyasətini həyata keçirərək gömrük ittifaqı daxilində 
inteqrasiya prosesl
ərinin  inkişafına  ciddi təsir göstərir. Təcrübə 
göst
ərir ki, bu daxili mal və  xidmətlər  bazarının  inkişafına  da 
əlverişli təsir edir.  
Müxt
əlif regionlarda inteqrasiya prosesinin öyrənilməsi ilə 
beyn
əlxalq iqtisadi inteqrasiya  və  qarşılıqlı  gömrük  tarif  müna-
sib
ətlərinin bir qədər geniş təhlil edilməsi zəruridir. İlk növbədə, 
Avropa  İttifaqında  inteqrasiya  prosesinin  təhlili bu problemi 
h
ərtərfli nəzərdən keçirməyə imkan vermiş olar.  
Dünya ölk
ələrində  regionda inteqrasiya prosesinin  forması 
bir neç
ə mərhələyə bölünür: 
-Azad ticar
ət zonası mərhələsi (1958-1968-ci illər); 
-
Gömrük ittifaqı mərhələsi (1968-1976-cı illər); 
-Ümumi bazar m
ərhələsi (1987-1992-ci illər); 
-
İqtisadi  ittifaq  mərhələsi (1993-cü ildən indiki dövrə 
q
ədər). 
Qeyd etm
ək lazımdır ki, Avropa İttifaqı çərçivəsində inteq-
rasiya prosesinin daha yüks
ək mahiyyəti 1992-ci ilin sonundan 
ümumi bazarın  yaradılması ilə qoyulmuşdur. Bu zaman mühüm 
inteqrasiya n
əticələri ilə bərabər üzv ölkələr arasında daxili iqtisa-
di siyas
ətin razılaşdırılması üzrə ciddi tədbirlər həyata keçirilmiş-
dir. Bel
ə ki, vahid aqrar siyasət həyata keçirilərkən kənd təsərrü-


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə