216
Bu il – 1989-cu ildә әlimә görkәmli şeyxlәrdәn birinin
1
genişhәcmli mәqalәsi düşmüşdü. Orada yazırdı ki, Peyğәm-
bәrin sәhih “Biz “ümmi” xalqıq. Nә yazmağı, nә dә hesabla-
mağı bilirik” hәdisi hesablamanı rәdd edir, ümmәtin nәzәrindә
onun mötәbәrsizliyini göstәrir.
Әgәr belәdirsә, onda gәrәk hәdis tәkcә hesabı deyil, yaz-
mağı da rәdd etsin. Axı hәdisdә deyilir ki, xalq yazıb-hesab-
lamağı bacarmadığı üçün ümmidir!
Nә keçmişdә, nә dә indi kimsә yazının ümmәt üçün zә-
rәrli olduğunu iddia etmәyib. Әksinә, yazı-pozunu bacarmaq
ümmәt üçün bir zәrurәtdir. Quran, Sünnә vә İcma bu mәsәlәdә
hәmrәydir.
Yazı-pozu işinә ilk dәfә әn böyük әhәmiyyәti Allahın rә-
sulu (Ona Allahın xeyir-duası vә salamı olsun!) vermişdir. Mә-
lumdur ki, o, Bәdrdә әsir götürülmüş düşmәnlәrini müsәl-
manlara yazıb-oxumağı öyrәtmәlәri müqabilindә azad etmiş-
dir.
Ancaq bәzilәri bu mәqamda iddia edirlәr ki, Peyğәmbәr
(Ona Allahın xeyir-duası vә salamı olsun!) hesablama işlәrini
bizә qanun qoymayıb, ona etimad göstәrmәyi dә әmr etmәyib.
O, ayın başlanğıcı vә ya sonunu müәyyәnlәşdirmәk üçün bizә
gözlә müәyyәnlәşdirmәyi әmr buyurub.
Bu iddia iki mәsәlә baxımından sәhvdir:
Birincisi, ümmәtin savadsız olduğu, yazıb-oxuya, hesab
apara bilmәdiyi bir dövrdә Peyğәmbәrin hesablama işini әmr
etmәyi ağlabatan deyildir. Odur ki, o, zaman vә mәkana uyğun
vasitә tәyin etmişdi ki, bu da gözlә görüb müәyyәnlәşdirmәdir.
Çünki gözlә görüb müәyyәnlәşdirmәk o dövrdә bütün insan-
1
Hәmin alim Sәudiyyә Әrәbistanı Krallığı Ali Mәhkәmә Şurasının sәdri,
hörmәtli Şeyx Saleh ibn Mәhәmmәd әl-Lüheydandır. Onun mәqalәsi Kral-
lığın gündәlik “Ükaz” vә digәr qәzetlәrinin 21 ramazan 1409-cu il tarixli sa-
yında nәşr edilmişdi.
217
ların bacardığı iş idi. Tәbii ki, daha dәqiq, xәta vә yanılmadan
uzaq bir vasitә tapılarsa, Şәriәt ondan istifadәni qadağan etmir.
İkincisi, hәdisdә buludlu hava şәraitindә hesablama
aparmağa işarә vardır. Belә ki, “Came әs-Sәhih” kitabının
“Sövm” fәslindә İbn Ömәr Nafe Malik istinadları ilә, yәni
“qızıl istinad”la İmam Buxari rәvayәt edir ki, Peyğәmbәr (Ona
Allahın xeyir-duası vә salamı olsun!) deyib: “Hilalı görmәdikcә
nә oruca başlayın, nә dә bayram edin. Әgәr hava buludlu olar-
sa, özünüz müәyyәnlәşdirin (hesablayın)”.
1
Hәdisdәki “müәyyәnlәşdirmә, qәdәrini bildirmә” dedik-
dә hesablamağı yaxşı bilәn şәxslәr vә dürüstlüyündәn hamının
әmin olduğu hesab әhli üçün hesab işinin mötәbәrliyi başa dü-
şülür. Dövrümüzdә hesablama әmәliyyatları olduqca dәqiqliklә
aparılır. Artıq hәr kәsә mәlumdur ki, bilmәdiyini insana öyrә-
dәn Allahın lütfü sayәsindә müasir elm olduqca inkişaf edib.
İllәrdir ki, mәn heç olmazsa Ayın doğmadığını isbatla-
maq üçün dәqiq astronomik hesablamalardan istifadәyә çağırı-
ram. Çağırıram ki, orucluğun başlanması vә bayramın vaxtı
mәsәlәsindә bәzi müsәlman ölkәlәri arasında hәr il tәkrarlan
üçgünlük fәrqlәr nisbәti azalsın.
Ayın doğmadığını isbatlamaq üçün hesablamalardan is-
tifadә o demәkdir ki, biz Ayın görünmәsini dövrümüzün әksәr
fәqihlәrinin fikrinә uyğun olaraq görmә yolu ilә davam et-
diririk. Ancaq hesablamalar Ayın doğmadığını göstәrәrsә vә
“İslam dünyasının heç bir yerindә Ay doğmayıb” – deyilәrsә,
Ayı gördüklәrini iddia edәnlәrin sözünә heç bir halda etibar
edilmәmәlidir. Çünki dәqiq riyazi hesablamalar onların dedik-
lәrini inkar edir. Hәtta belә olan halda insanlardan Ayın doğdu-
ğunu öz gözlәri ilә görüb-görmәdiklәrini soruşmaq olmaz;
1
Әrәbcә “qәdrun yuqdiru” sözü hәm dә “qәddәrә” (müәyyәnlәşdirmә,
qәdәrini bildirmә) mәnasına gәlir. Quranda bu ifadә ilә bağlı deyilir: “Biz
qadir olduq. Nә gözәl qadir olanlarıq Biz!” (әl-Mürsәlat, 23).
218
mәhkәmәlәr, fitva mәrkәzlәri, dini idarәlәr Ayı gördüyünü id-
dia edәnlәrin sözlәrinә etibar etmәmәlidir.
Mәn mühazirәlәrimdә, dәrslәrimdә, fitvalarımda bu
haqda çox danışmışam. Bәli, bu görüş mәni qane edir. Sonralar
Allah tәalanın iradәsi ilә mәn mәşhur şafei alimlәrindәn birinin
fikirlәri ilә tanış oldum. Söhbәt barәsindә alimlәrin “İctihad
mәrtәbәsinә yetişmiş kәs” dediklәri İmam Tәqiyyәddin әs-Süb-
kidәn gedir.
Fitvalarının birindә İmam Sübki yazır ki, әgәr hesablama
Ayın doğuşunun görmә yolu ilә müәyyәnlәşdirilmәsi müm-
künlüyünü rәdd edәrsә, qazı (şәriәt hakimi) Ayı gördüyünü id-
dia edәnlәrin sözlәrinә etibar etmәmәlidir: “Çünki hesablama
qәtidir, iddia vә xәbәr isә zәnnidir. Zәnn qәtini inkar edә bil-
mәz, qaldı ki qәti dәlili puça çıxarsın.
Hәmçinin, İmam Sübki bildirir ki, qazı hәr hansı bir işdә
şahidin şahidliyini diqqәtlә araşdırmalı, hiss etsә ki, görsә ki,
şahidlikdә yalan var, dәrhal onu rәdd etmәlidir: “Açıq-aşkar
dәlil onunla şәrtlәnir ki, tәsdiqlәdiyi şey hiss, ağıl vә şәriәt baxı-
mından mümkün olsun! Dәqiq hesablama adi gözlә Ayın doğu-
şunun görüldüyü iddiasını qәti surәtdә rәdd etdiyi üçün dini
baxımdan Ayın doğduğunu söylәmәk qeyri-mümkündür. Mә-
lumdur ki, şәriәt qeyri-mümkün hökmlәr qoymur”
1
.
Şahidlәrin şahidliyinә dә yanılma, yalan çıxma ehtimalı
üzündәn etibar edilmәz.
Әgәr İmam Sübki dövrümüzdә yaşayıb astronomiya el-
minin inkişafını görsәydi, dediyimiz bu mәsәlәlәrә münasibәti
necә olardı?!
Tәdqiqatlarının birindә Şeyx Şakir qeyd edir ki, Әzhәrin
şeyxi, böyük alim Şeyx Mәhәmmәd Mustafa әl-Mәrağı Ali
Mәhkәmәnin sәdri olduğu illәrdә İmam Sübki kimi düşünür vә
bildirirdi ki, hesablamalar Ayın görünmә mümkünlüyünü in-
1
İmam Sübki. Fitvalar, cild I, Qahirә: “әl-Qüds” nәşriyyatı, sәh. 219-220,
Dostları ilə paylaş: |