Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə20/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

həyat dərsi
41
USTAD 
dərgisi \ Fevral 2016
40
USTAD 
dərgisi \ Fevral 2016
gəlmək mümkün deyil. Qazandığınız uğur 
məhz bu uğura tamarzı qalan insanları 
əleyhinizə qaldıracaq, onlar sizin açıq-
gizli düşmənlərinizə çevriləcəklər. Bundan 
başqa uğur sizin dilinizi də açacaq, 
ətrafdakı insanların mənfi xüsusiyyətləri 
barədə əvvəllər demədiklərinizi üzlərinə 
deyəcəksiniz, bu da təbii ki onların xoşuna 
gəlməyəcək, düşmənlərinizin sayı daha da 
artacaq.
İnsanlar başqalarının onlar barədə 
rəylərinə, fikirlərinə qarşı çox həssasdırlar.  
Azacıq da olsa tənqid onlara pis təsir 
göstərəcək. Ələlxüsus tənqid yaralı yerlərinə 
toxunursa. İnsanlar çoxlarına etibar etmirlər, 
onunçün də kiminləsə yaxınlıq etmək 
istəyirsənsə, ehtiyatla yaxınlaşmalısan. 
Bəziləri yarası qaysaq bağlamış, lakin 
yüngül toxunuşdan qanı açıla bilən yaralılara 
bənzəyirlər. Belələri ən kiçik sözdən belə 
özlərini ölümcül vəziyyətdə hiss edər və təbii 
ki, özünüqoruma instinkti işə düşər. 
Minlərlə insan var ki, başqalarına iztirab 
verməkdən, insanların arasını vurmaqdan 
çox böyük həzz alırlar. Əgər siz hələ özünüzə 
düşmən qazanmamısınızsa, belələri sizə bu 
işdə yardımçı olacaqlar. 
Elələri də ola bilər ki, sizə instinktiv qəsd-
qərəzləri yaransın. 
Spinoza yazırdı: “Qərəz – mahiyyətcə 


43
USTAD 
dərgisi \ Fevral 2016
42
USTAD 
dərgisi \ Fevral 2016
həyat dərsi
43
USTAD 
dərgisi \ Fevral 2016
42
USTAD 
dərgisi \ Fevral 2016
özümüzə düşmən bildiyimiz obyektə qarşı 
qəlbimizin  qiyamıdır”.
Lakin qərəz hələ nifrət demək deyil. 
Onun hələ konkret bir səbəbi yoxdur. İnsan 
sadəcə fikirləri onunla üst-üstə düşməyən 
birisinə nifrət edə bilməz. Başa düşürük ki, 
fikirlərimiz bir-birinə ziddir, amma bu fikirlərə 
hörmətlə yanaşırıq. Lakin bəzən əksinə olur. 
Şəxsən mənim həyatımda elə insanlar var 
ki, onlarla fikirlərimiz üst-üstə düşür, lakin 
buna baxmayaraq, içimdə onlara qarşı heç 
bir sevginin, xoş niyyətin olduğunu hiss 
etmirəm.
Elə vaxt da olur ki, ideyalar yox
temperamentlər, naturalar toqquşur. 
Aqressiv, qəzəbli, rəhmsiz insan 
bir çox hallarda, sakit, mərhəmətli, 
həlim həmsöhbətini şoka salır. Bütün 
ətrafındakılara nifrət edən insan, ən çox 
ətrafındakıları sevən insana nifrət edir.  
Fanatiklərin mötədil insanları görən gözü 
olmur. 
Həyatda bir çox insanlarla rastlaşacaqsınız 
ki, onlar barədə belə deyəcəksiniz: “Görəsən 
o nəyə görə mənə nifrət edir? Axı mən ona 
heç nə eləməmişəm”. 
Yox, yanılırsınız. Onun arzuladığı 
məqama çatdığınız üçün, onun mənliyini 
təhqir etmisiniz. O, düşünür ki, siz onun 
yerini zəbt etmisiniz. Mövcudluğunuz onun 
naturasının inkarıdır. 
Bəs belələriylə necə davranmaq lazımdır?  
Nifrətə nifrətlə cavab verməyin. Nifrət 
insanın içini yeyən, narahatlıq gətirən hisdir. 
Əgər kimdəsə sizə qarşı heç nədən bir nifrət, 
qəzəb yaranıbsa, buna aydınlıq gətirməyə 
çalışın, əgər siz də eyni yolu tutsanız, 
yaranan duşmənçiliyin sonu olmayacaq, 
daxili gücünüz, enerjiniz bu düşmənçiliyə sərf 
olunacaq. Qısası, həyatınız zəhərlənəcək. 
Qarşınızda iki yol var. Əgər şər-böhtan 
nəticəsində kiminləsə aranız dəyibsə, ümumi 
dostların köməyiylə məsələyə aydınlıq 
gətirin, kinli olmayın. Mən keçmişdə 
aralarında bir çox anlaşılmazlıqlar, incikliklər  
olmuş, lakin indi həddən artıq möhkəm dost 
olan çoxlu adam tanıyıram. 
Əgər həyat qarşınıza həqiqətin 
gözünün içinə düz baxmağa cəsarəti 
çatmayan   çürük, murdar insanlar çıxarıbsa, 
belələrindən biryolluq uzaqlaşmağınız 
məsləhətdir. Belələrindən təbii ki, heç bir 
xeyir gəlməyəcək.
Yalnız sizi sevən insanlarla ünsiyyətdə 
olmağa çalışın. Bizə nifrət edənlər 
şəxsiyyətimizi alçaltmağa çalışacaqlar. 
Düzdür, əsl həqiqət mübahisədə yaranır. 
Lakin əgər bu mübahisə bir-birinə hörmət 
edən insanlar arasında baş verərsə. 
Əks halda, mübahisə edənlərin hər biri 
sadəcə öz üstünlüyünü sübut etməyə 
çalışacaq, həqiqətdən isə əsər-əlamət də 
olmayacaq. 
“Şöhrətpərəstlik pristupundan azad olmaq 
– qaranlıqdan işığa  çıxmaq kimi bir şeydir”.  
Çevirdi: İlqar Fəhmi


səsli xatirələr
43
USTAD 
dərgisi \ Fevral 2016
42
USTAD 
dərgisi \ Fevral 2016
43
USTAD 
dərgisi \ Fevral 2016
42
USTAD 
dərgisi \ Fevral 2016
A
dı milli poeziyamızın simvoluna 
çevrilmiş, ömürlüyü sonradan 
təkrar lan mayan yeni şair 
tipinin parametrlərini müəyyənləşdirmiş 
və “möhürləmiş” Səməd Vurğun özündən 
sonra, təkcə “əsərləri və övlad la rı”nı deyil, 
kifayət qədər əfsanələşmiş, nağıllaşmış, 
sözün həqiqi mənasında dastanlaşmış 
obrazını, eləcə də heç bir sənətkara nəsib 
olmayan tükənməz xalq sevgisini yadigar 
qoyub getmişdir. Bu obraz şair haqqındakı 
acılı-şirinli xatirələrdə daha aşkar və 
“əsli”nə daha yaxın görünür. Etiraf edim 
ki, mən S.Vurğunu, haqqında dərsliklərdə 
yazılanlardan çox, barəsindəki xatirələrdən 
tanımışam. Daha doğrusu, açıq yazılması bir 
zamanlar mümkün olmayan bu xatirələrin 
gerçəkləri ehtiva edən qismi məni şairin 
arxivinə istiqamətləndirmiş, onu olduğu kimi 
tanımağa yardımçı olmuşdur. 
Xatirələrdə, adətən obyektinə 
ünvanlanmış sevginin doğurduğu emo sio-
nal lıq, bədii təsvir üstünlük təşkil edir. Bu 
xüsusiyyət S.Vurğun haq qın dakı xatirə-
lər də də müşahidə edilir. Bununla yanaşı, 
şairin həyat və yaradıcılığının naməlum, çox 
gərəkli məqamlarını ehtiva edən xatirələr 
də az deyil. Onların köməkliyi ilə şairin 
ömürlüyünün – bioqrafiyasının, həm də 
yaradıcılığının bir çox qaranlıq yön lə rinə  
aydınlıq gətirmək mümkündür. Bu xatirələr 
S.Vurğunun təhsili və müəl lim lik, eləcə də 
sonrakı illərdəki fəaliyyəti ilə bağlı yanlışlıqları 
aradan qaldırmağa, bir çox əsərlərinin 
yazılma və çap tarixlərini dəqiqləşdirməyə, 
hətta naməlum əsər lə ri ni üzə çıxarmağa 
imkan verir. 
Doğrudur, S.Vurğun haqqında ən çox 
xatirə yazılan sənət karı mız dır və onların 
bir çoxu mətbuatda, hətta ayrıca kitablarda 
çap edilmişdir. Lakin bu kitablar 25-30 il 
əvvəl nəşr edildiyindən, nadir nüsxələrə 
çevrilmiş və əldə onların elektron variantları 
da yoxdur. Bu ehtiyacı nəzərə alıb biz şair 
Səməd Vurğun
haqqında dərc 
olunmamış  
xatirələr...


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə