The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

Ticarət Sistemi (BEST) vasitəsilə həyata keçirilir: Valyuta əməliyyatları eyni gün emal olunur. 

Alıcı  və satıcılar üçün ticarət limitləri mövcuddur. İştirakçılar hesablaşma hesablarına ilkin 

mədaxil etmədən manat və xarici valyutada müəyyən limitədək ticarət apara bilərlər.  Əgər 

əməliyyatın məbləği limitdən yuxarı olarsa, aradakı fərq əvvəlcədən mədaxil edilməlidir. 

 

Birjada iki ticarət sessiyası olur. Birinci sessiya saat 10:00-dan 12:00-dək davam edir. Daha 



aktiv olan ikinci sessiya saat 2.15-dən 4:15-dək davam edir. Hər sessiyanı sonunda BBVB 

hər bir valyutada xalis mövqeləri hesabladıqdan sonra hesablaşma baş verir. Tərəflər 

ödəliklərini 5:30-dək icra etməlidirlər. Manat əməliyyatları AMB vasitəsilə emal olunur. Xarici 

valyuta əqdləri isə xaricdəki müxbir hesab vasitəsilə emal olunur. BBVB-nin 3 xarici bankda 

müxbir hesabı var. Əməliyyatların həcmi baxımından ən aktiv müxbir hesab Deutsche Bank-

ın Nyu-York filialıdır.  

 

BBVB hesablaşma prosesinin ortasında müdaxil edərək digər valyutada vəsait qəbul edərsə, 



müvafiq məbləği digər valyutadakı hesaba köçürür. BBVB AMB-ni manatda emal olunacaq 

mövqelər haqqında məlumatlandırır. Əksər hallarda AMB köçürməni eyni gündə edir. Xarici 

valyuta əməliyyatları üçünj, BBVB Deutsche Bank-ın Nyu York filialının təqdim etdiyi xüsusi 

proqram təminatı vasitəsilə hesabını onlayn rejimdə monitorinq edir.  

 

Əgər iştirakçı hesablaşma öhdəliyini yerinə yetirə bilmirsə, BBVB hesablşamnı ləğv edə bilər 



və ya tapşırığı aldığı tərəfə geri qaytarır. Öhdəliyini icra edə bilməyən tərəf əks tərəfə cərimə 

ödəməlidir. BBVB bu iştirakçının limitini sıfıra azaldır. BBVB əsas  əks tərəf kimi çıxış 

etmədiyindən öhdəliyin icra etməyən tərəfin yaratdığı itkilərə görə öhdəlik daşımır. 

 

Xarici valyuta alıcıları və satıcıları üçün BBVB məbləğin 0.03 faizi və ya maksimum 500 dollar 



tutur.  

 

Bazardakı digər  əməliyyatlar vasitəçilərsiz həyata keçirilir. Bu zaman adi müxbir bank 



kpçürmələrindən istifadə olunur. Bu əqdlərin hesablaşması qarşılıqlı razılaşmalara  əsaslanır.  

 

4.5 H



ƏYATA KEÇIRILƏN ƏSAS LAYIHƏ VƏ SIYASƏTLƏR

 

 

Prezidentin sərəncamına  əsasən, 2006-cı ilin yanvar ayından etibarən dövlət qulluqçuların 



maşş  və müavinətləri bank hesabarından ödənilməlidir. Bu məqsədlə, 2006-cı ilin yanvar 

ayından AMB və  Xəzinədarlıq birgə layihə üzərində    işləyir. Belə ki, layihənin sonunda 

Xəzinədarlıq XÖHKS-a birbaşa giriş  əldə edəcəkdir. Bununla yanaşı, XÖHKS-a dövlət 

büdcəsi ödənişlərinin kodları  əlavə edilərək dövlət orqanları arasında yığımların və 

ödənişlərin sürətləndirilməsinə nail olunacaqdır. Bundan əlavə, Xəzinədarlıq yerli maliyyə 

idarələrində SAP icra edərək,  yığımlar və ödənişlərdə STP-yə (steyt-sru emal) nail olmaq 

üçün yerli idarələri vahid şəbəkəyə  çərçivəsində birləşdirəcəkdir. Yeni SAP sistemin pilot 

sınaqları Xaçmazda icra olunmağa başlandı. 

 

Azərbaycanın kiçik yaşayış bölgələrində adətən bank filialları yoxdur. Bu səbədən, iri şəhərlər 



istisna olmaqla, digər bölgələrdə maliyyə xidmətlərindən geniş istifadə olunmur. Bu 

bölgələrdə  bəzi maliyyə xidmətləri Bakı  şəhərindən kənarda 1200 filiala malik Azərpoçt 

tərəfindən təmin olunur. Hökümət Azərpoçtun infrastrukturunu təkmilləşdirərək pərakəndə 

ödənişlər sahəsində mühüm iştirakçılardan biri olmaq istiqamətində bir sıra layihələr icra 

etməyə başlamışdır  

 

Ödəniş sisteminin müasirləşdirilməsi ilə yanaşı, nağdsız ödəniş instrumentlərindən istifadəni 



  39


genişləndirmək məqsədilə AMB kommunal ödənişlər üzrə avtomatlaşdırılmış  Məlumat 

Sistemi layihəsi üzrəində işləyir. Bu sistemin mövcud ödəniş, təhlükəsizlik və kommunikasiya 

sistemlərinə interfeysi olacaqdır. Sistem hər bir abonentə kommunal xidmət  şirkətinin 

qəbzlərinə baxmaq və onları çap etmək və nağd  şəkildə, ödəniş kartı  və ya bank hesabl 

vasitəsilə komunal xidmətləri ödəmək imkanı təmin edəcəkdir.  

  40



 

5 Q

IYMƏTLI KAĞIZLAR

,

 BAZARIN STRUKTURU VƏ TICARƏT ALƏTLƏRI

 

 

5.1 Q

IYMƏTLI KAĞIZLARIN FORMALARI

 

 

Qiymətli kağızlar aşağıdakı formalarda buraxıla bilər: 



 

•  Sənəd ilə  təsdiqlənmiş qeydiyyatdan keçmiş qiymətli kağızlar (qeydiyyatdan keçmiş 

sənədli qiymətli kağızlar). Bu formada mərkəzi qeydiyyat qüvvədə qalır, və ya sahiblər 

onların adını  və qiymətli kağızların sayını  əks etdirən fiziki sertifikatları  əldə etməyə 

malikdirlər. 

 

• Qeyri 



sənəd formada olan qeydiyyatdan keçmiş qiymətli kağızlar (qeydiyyatdan keçmiş 

sənədsiz qiymətli kağızlar). Bu formada sahiblər heç bir fiziki sertifikata malik olmur və 

mülkiyyət haqqında bütün qeydlər mərkəzi qeydiyyat orqanında uçota alınır (uçot 

forması). 

 

• Formanı  təqdim edən qiymətli kağızlar (sənədli sahibi olan qiymətli kağızlar). Bu 



formada, qiymətli kağızların mülkiyyətini yalnız sertifikata malik olması  təsdiq edir. Bu 

sertifikat  əvvəlcədən müəyyən olunmuş nominal qiymətində olur və sertifikatda sahibin 

adı göstərilmir. 

 

Maliyyə bazarında  əməliyyat görən qiymətli kağızların 99 faizi qeyri-material formadadır və 

bunlar üçün elektron müxabirləşmələr mövcuddur. Qalan bir faiz isə kağız formasındadır. 

 

 



5.2 Q

IYMƏTLI KAĞIZLARIN NÖVLƏRI

 

 

5.2.1  AMB notları 

 

Qısa müddətli notların ödəniş müddəti 28 gündür. AMB-ninnotları BFB-dakı  hərraclar 



vasitəsilə emisiya olunur. AMB emisiyanı  əvvəlcədən bildirir. Bu haqda məlumatı  həmçinin 

BFB-dan da əldə etmək olar. Hər bir emisiya 20-30 milyard manat arasında dəyişir.  

 

AMB notlarının  əsas qeydiyyat orqanı QKDK-dir. Qiymətli kağızlar BFB-nin hərraclarında 



xərraca çıxarılır. Yanlız Azərbaycan bankları bu notları ala  bilərlər.  

 

 



5.2.2  Azərbaycan xəzinə vekselləri  

 

Maliyyə Nazirliyi büdcəyə  əlavə maliyyə  vəsaiti cəlb etmək üçün veksellər emisiya edir. 



Veksellərin əsas alıcıları kommersiya banklarıdır.  

 

Broker və dilerlər xəzinə veksellərini hərracda alıb-sata bilərlər. Özəl investorlar xəzinə 



veksellərinin anderrayterlər vasitəsilə alıb sata bilər və ya bank hesabı açaraq və broker və 

dilerlərin xidmətlərindən istifadə edərək ikinci bazarda alıb sata bilərlər.   Qeyri-rezidentlər də 

xəzinə veksellərinə investisiya edə bilərlər. 

 

Son zamanlaradək, qısa müddətli qiymətli kağızlar bazarda əməliyyat görən  əsas  əlatlər idi. 



2004-cü ildən etibarən Maliyyə Nazirliyi daxili borclamanı azaltmağı və yalnız 4 veksel hərracu 

keçirməyi qərara aldı.

6

  Hərracların sayıını azaltmaqla yanaşı, satışa çıxarılan veksellərin 



həcmi 2003-cü illə (415 milyardmanat) müqayisədə 83.4% azaldıldı  və 80 milyard manata 

                                                 

6

 2003-cü ildə 14 hərrac keçirilmişdir. 



  41


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə