Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə41/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   100

136 
A kişi, qocasan çölə çıxma sən, 
Soyuqda, şaxtada xəstələnərsən. 
 
Düz
əliş elə sən davranışında, 
Az g
əz, otur evdə- ocaq başında. 
 
Üzülüb düşərsən yorğan-döşəyə, 
Heç çıxa bilməzsən tamam eşiyə. 
 
Çör
əyin, suyun var, şükür elə sən, 
G
ərək bağ-bağçanı hər gün gəzəsən? 
 
B
əsdir qulluq etdin bu ağaclara, 
Onlar da 
əlindən gəliblər zara. 
 
Bell
əmək, sulamaq, həm dərmanlamaq, 
S
əni əldən salır, çünki, ay axmaq! 
 
Dinl
əyib diqqətlə deyilənləri, 
Dedim, qocalara atmayın şəri. 
 
Əzəldən yoldaşdır mənim ilə iş, 
Ona uşaqlıqdan etmişəm vərdiş. 
 
Dayansam, donacaq damarda qanım,  
Nasaz olacaqdır bu sağlam canım. 
 
Qorxmadım, həyatın qarlı qışından, 
Zamanın qəzəbli, sərt baxışından. 
 
Əllərim öyrəndi fiziki işə. 
Piyada g
əzməyi etmişəm peşə. 
 


137 
Uzaqda dayandım pis vərdişdən mən. 
Sağlamlıq üzümə güldü o gündən. 
 
Əmək, iş saxlayıb məni çox cavan, 
T
ənbəllik yad olub mənə hər zaman. 
 
Vurur öz ritmiyl
ə sinəmdə ürək, 
Sevgi, m
əhəbbətdir ürəyə kömək. 
 
Durub qulluğumda ömür yoldaşım, 
Vardır o qadına böyük alqışım. 
 
Övladdan yariyan valideynl
ər, 
Bu cür xoşbəxtliyə verirlər dəyər. 
 
Bütün qocaların qədrini bilin
Onların üzündən kədəri silin. 
 
Yaşasın kamillik dövrünü onlar, 
Qoca adamların başda yeri var. 
 
Qoy daim çıraqban olsun bu həyat, 
Qocalar yaşasın hər vaxt bəxtiyar. 
 
Qeyd etm
ək  lazımdır  ki,  uşaq  və  yeniyetmə  gigiyenası, 
gerontologiya, pedaqoqika, psixologiya v
ə  fiziki tərbiyə  kimi 
elml
ərlə  birlikdə  öyrənilən  yaş  fiziologiyasında  qocalığı  xəs-
t
əlik deyil, yaş təsnifatının bir mərhələsi hesab edirlər. Bunun 
üçün erk
ən vaxtlardan bu yaş dövrünə qədəm basmazdan əvvəl 
ona h
ər    cür    ciddi  hazırlıq  görmək  lazımdır.  Necə  mənim 
aşağıdakı şeirimdə göstərildiyi kimi: 
 
 


138 
Qocalıqda peşman olmayaq 
 
Cavanlıqda peşə ,sənət öyrənək, 
Bilik olsun biz
ə dar gündə gərək. 
Ömr
ə vuraq bacarıqla min bəzək  
Sonra qocalıqda peşman olmayaq. 
 
Yalan danışmağa etməyək adət, 
Dil çaşıb etməsin bizə xəyanət. 
Yoxsa bizd
ən qaçar ruzi-bərəkət. 
G
əlin qocalıqda peşman olmayaq. 
 
Ür
əkdə Vətənə olsa məhəbbət, 
Tapaq özümüzd
ə hər vaxt cəsarət 
G
ətirər həmişə ömrə səadət. 
Sonra qocalıqda peşman olmayaq. 
 
Gücümüzü göz
əl işə sərf edək
Tanrının qoyduğu düz yolla gedək. 
Bütün qocaların qədrini bilək 
Sonra qocalıqda peşman olmayaq. 
 
Pis işdə qol gücü sınamayaq biz, 
Dürd
ən, cavahirdən olsun kəlməmiz. 
Olsun vicdanımız sudan da təmiz, 
Sonra qocalıqda peşman olmayaq. 
 
Gedir dayanmadan ömür karvanı, 
Bu söz damarlarda dondu
rur qanı. 
Zakir, g
əl ürəkdən sevək insanı 
Sonra qocalıqda peşman olmayaq. 
 
Uzunömürlülük    adlanan  yaş  dövrü.  Bu  yaş  dövrü  90 


139 
yaşdan yuxarı ömür sürənlərə şamil edilir. Elə 90 yaşın özünə 
çatmaq adamdan böyük s
əbr, dözüm, cəsarət və  sağlam 
düşüncə, bir sözlə böyük cəsarət tələb edir. 
Uzun 
ömrü yaşamaq çox gözəldir. Ancaq onu elə belə 
yox,  sağlam  və  gümrah  yaşamaq  daha  gözəldir. Belə  bir 
yaş  dövrünə  çatmaq  onu  problemsiz  yaşamaq  isə  əsl 
xoşbəxt həyatın ən vacib elementidir. 
Tarixin s
əhifələrində  uzunömürlülük  haqqında  neçə-neçə  
dahi müt
əffəkkirin gözəl kəlamı  özünə  yer  alıb.  Məsələn: 
Dünyanın  çox  ərazilərini zəbt  etmiş  Makedoniyanın  dövlət 
başçısı, görkəmli sərkərdə Makedoniyalı İskəndərin (e.ə. 356-
323) mü
əllimi, məşhur yunan filosofu və alimi Aristotel (e.ə. 
384-322) uzunömür
ə  çatmaq  üçün daim hərəkət etməyi 
m
əsləhət görürdü. O, bu barədə insanların bütün  yaş dövrləri 
il
ə səslənən gözəl bir ifadə işlədib: “Uzun müddət hərəkətsiz 
qalmaq  b
ədəni taqətdən salır.”  
Uzunömürlülük insan h
əyatında  hər adama nəsib olmayan 
bir şansdır. Bu yaş mərhələsinə  çatmaq isə hər  oğulun, qızın 
hün
əri deyil. Bu insandan böyük səbr, dözüm, gündəlik 
gigiyena v
ərdişləri,  sağlam  həyat tərzi, pis adətlərdən və 
v
ərdişlərdən uzaqda dayanmaq, bir sözlə nəfsini polad zəncirlə 
cilo
vlayıb ona  hakim olmaq və s. tələb edir. 
Bu şərtlər çox çətin, mürəkkəb və ağır olsa da yaşadığımız 
Az
ərbaycan  adlı  bu  cənnət məkan bütün zamanlarda uzun-
ömürlül
ər diyarı hesab olunmuşdur. Bu məkanda çoxlu uzun-
ömür
lü  insanların  yaşaması  öz-özünə  baş  verməyib. Bu di-
yarda  
əsrarəngiz təbiətin, o cümlədən günəşli və  təmiz  hava-
nın, durna ğözlü buz   kimi suyu olan bulaqların,  mineral su-
ların,  böyük  ərazini  tutan  meşələrin, eləcə  də  çoxlu sayda 
ağsaqqal və ağbirçək hörmətini saxlayan, onlara gecə-gündüz 
qayğı  göstərən mehriban və  xeyirxah  insanların  olması  ilə  
çox-
çox bağlıdır. 
Lakin uzun ömür sürm
ək  üçün  yuxarıda  sadaladığım 


140 
meyyarlar çox azdır. Bildiyimiz kimi bunlar yalnız ayın görü-
n
ən tərəfidir. Bildiyimiz kimi ayın bizə görünməyən  tərəfləri 
d
ə var. Bu tərəflər isə məcazi mənada insanın daxili dünyası, 
onun h
ərəkəti və  əməlləridir. Mənim “Uzun ömrün sirri”  şe-
rimd
ə  uzun ömür sürmək  şərtlərinin heç olmasa bir hissəsini 
şeiriyyətin dili ilə  göstərə  bilmişəmsə  özümü  xoşbəxt 
sanardım:  
            
Uzun ömrün sirri 
 
Dağların qoynunda bir oba vardı, 
Orada bir qoca kişi yaşardı. 
 
Yüzü çoxdan ötüb keçmişdi yaşı, 
K
ənddə qalmamışdı tayı, yoldaşı. 
 
Piyada h
ər yanı  dolaşan insan, 
Yoruldum dem
əzdi inan heç zaman. 
 
Gördüyü işlərdən ləzzət alardı, 
Allah verdiyind
ən razı qalardı. 
 
Z
əhmətlə dost idi bu qoca kişi
Çöld
ə, bayırdaydı il boyu işi. 
 
Dağların saf suyusərihavası, 
Olmuşdu qocanın dərman, davası. 
 
H
ər işi bu qoca  özü görürdü, 
H
ər gün sağlam həyat tərzi sürürdü. 
 
H
ər yanda qocadan düşürdü söhbət, 
Dedil
ər, qocada sirr vardır əlbət. 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə