GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə57/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   53   54   55   56   57   58   59   60   ...   112
Avtoservis - 2010 a

6. TƏHLÜKƏSİZLİK TEXNİKASI 
 
6.1. AVTOSERVİS MÜƏSSİSƏSİ - TXS-in TƏHLÜKƏLİ 
VƏ ZƏRƏRLİ İSTEHSALAT AMİLLƏRİ
 


140 
Avtomobillərin TQ və CT zamanı aşağıdakı təhlükəli və 
zərərli istehsalat amilləri yaranır: hərəkət edən avtomobillər, 
istehsalat avadanlığının qorunmayan hərəkətli elementləri, 
otaqların avtomobillərin işlənmiş qazları ilə dolması, şöbələrdəki 
texnoloji proseslərdən yaranan zəhərli tullantılar, vibrasiyalar 
(titrəyişlər), səs-küy, ətraf mühitin torpağını, suyunu, atmosferini 
çirkləndirə biləcək tullantılar (neft məhsulları-yanacaqlar, yağlar, 
texniki mayelər; çirklənmiş sular; turşu,qələvi və digər mayelər; 
rezin materiallar, plastik kütlələr, metal tullantıları və s.), elektrik 
alətləri ilə işlədikdə elektrik cərəyanı ilə zədələnmə təhlükəsi, 
yanğın təhlükəsi, partlayış təhlükəsi və s. 
Avtomobillərin TQ və
təmiri zamanı təhlükəsizlik tələbləri 
Dövlət Standartları, texnoloji proseslərin təşkilinin sanitar 
qaydaları və istehsalat avadanlığına gigiyena tələbləri, avtomobil 
nəqliyyatında əmək mühafizəsi qaydaları və yanğın təhlükəsizliyi 
qaydaları ilə müəyyən olunur. 
Texnoloji avadanlıq Dövlət Standartlarının tələblərinə cavab 
verməlidir. 
TQ və CT zonasında işlər xüsusi avadanlıqlaşdırılmış 
postlarda aparılır. Avtomobil qaldırıcıda çəpləşmə olmadan 
qoyulmalıdır. 
İşləyənləri elektrik cərəyanı ilə zədələnmədən qorumaq üçün 
qaldırıcıları «torpaqlayırlar». Təmir fəhlələrinin avtomobilin alt 
tərəfində işləməsi üçün 220V-luq fərdi işıqlanma tətbiq olunur, bu 
da təhlükəsizlik vasitələri ilə təchiz olunur. 
Fiziki gərginlik tələb edən sökmə-yığma işləri tərtibatlarla 
yerinə yetirilir. Maye ilə dolu olan aqreqatlar əvvəlcədən boşaldılır, 
yalnız sonra avtomobildən çıxarılır. Yüngül aqreqatlar və detallar 
əllə daşınır, çəkisi 20 kq-dan çox olan aqreqatlar tərtibatla çıxarılır 
və səyyar arabacıqlarla nəql olunur. 
Yanacaq nasosu, səsboğanın boruları və digər müvafiq 
elementlər mühərrik soyuduqdan sonra çıxarılır. Təmir fəhlələri saz 
alət və ləvazimatlardan istifadə etməlidir. TQ və CT zonası 
məcburi-sorma ventilyasiya ilə təchiz olunur. 
TQ və CT zonasında, şöbələrdə bütün işçi yerlər təmiz 
saxlanmalı, detallar, avadanlıq və tərtibatlarla lazımsız yerə 
yüklənməməlidir, tullantı hissələrlə zibillənməməlidir. 


141 
Kuzov şöbəsinin rixtovka və qaynaq zonalarında qaz, nöqtəvi 
və elektrik-qövs qaynağı tətbiq olunur. Qaynaq işlərində əsas 
təhlükəni görünən və infraqızmızı şüalanma, yüksək temperatur, 
əriyən metal və zərərli qazlar yaradır. 
Qaynaq işləri standart üzrə, elektrik qaynağı və digər qaynaq 
işləri zamanı istehsalat sanitariyası və təhlükəsizlik texnikası 
qaydaları əsasında aparılır. Qaynaqçının işçi yerində stol və stul 
olmalıdır. Stol yerli sorma ventilyasiya ilə təchiz olunur. Oturacaq 
stulu dielektrik materialdan düzəldilir. Elektrik qaynaq 
qurğularının gövdəsi «torpaqlanır». 
Kuzov zonasında sağlam əmək şəraiti yaratmaq üçün daxil 
olma və xaric etmə ventilyasiyası nəzərdə tutulur. Bütün fəhlələr 
xüsusi geyim və saz avadanlıqla təchiz olunmalıdır. 
Diaqnostika postunda işlənmiş qazların yerli sorulması təmin 
edilməlidir. 
Qida sistemi çilingərinin, elektrikin, akkumulyatorçunun, 
şin-vulkanizasiya çilingərinin işçi yerlərində yerli vurma və sorma 
ventilyasiyası qurulmalıdır. 
Rəngləmə şöbəsində zəhərli maddələr ayrılır. Buna görə də 
bu şöbədə Dövlət Standartı, təhlükəsizlik texnikası normaları və 
qaydaları, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası tələbləri 
nəzərə alınmalıdır. 
Rəng hazırlama işləri izolə edilmiş otaqda yerləşdirilir. 
Qeyd olunan və digər amillər müvafiq bölmələrdə geniş 
təqdim olunur.

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə