GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


 AVTOMOBİLLƏRİN TEXNİKİ QULLUĞU VƏ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə58/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   54   55   56   57   58   59   60   61   ...   112
Avtoservis - 2010 a

6.2. AVTOMOBİLLƏRİN TEXNİKİ QULLUĞU VƏ 
TƏMİRİ 
 
Ümumi tələblər 


142 
Avtomobillərin TQ və təmiri aparılarkən müvafiq dövlət 
standartlarının tələblərinə, texnoloji prosesin təşkilinin sanitar 
qaydalarına və istehsalat avadanlıqları ilə işlədikdə gigiyenik 
tələblərə, avtomobil nəqliyyatının hərəkət tərkibinin TQ və təmiri 
haqqında Əsasnaməyə, avtomobil nəqliyyatının hərəkət tərkibinin 
texniki istismar Qaydalarına və ümumi təyinatlı avtonəqliyyat 
müəssisələri üçün yanğın təhlükəsizliyi Qaydalarına əməl 
olunmalıdır.
Avtomobillərin texniki qulluğu və təmiri bu işlər üçün xüsusi 
olaraq ayrılmış və işlərin yerinə yetirilməsi üçün zəruri olan 
qaldırıcı-nəqledici avadanlıqlar, cihazlar, tərtibatlar və inventarla 
təchiz olunmuş yerlərdə (postlarda) aparılmalıdır. TQ və ya təmir 
postlarına göndərilən avtomobillər yuyulmalı və çirkdən 
təmizlənməlidir.
TQ və ya təmirin döşəmədəki postunda yerləşdirilən 
avtomobil təkər altında ən azı iki dayaq yerləşdirməklə etibarlı 
bərkidilməli, dayanacaq tormozu ilə tormozlanmalıdır. Bu zaman 
ötürmələr qutusunun dəstəyi aşağı pilləyə uyğun olan vəziyyətdə 
olmalıdır. Benzin mühərrikli avtomobillərdə alışdırma sistemi 
söndürülməli, dizel mühərrikli avtomobillərdə isə yanacaq 
verilməsi kəsilməlidir. Avtomobilin sükan çarxına üzərində 
«Mühərriki işə salmamalı. Adamlar işləyir.» yazısı olan 
xəbərdarlıq lövhəciyi asılmalıdır.
Avtomobilə, qaldırıcıda xidmət edilərkən qaldırıcının 
idarəetmə pultuna üzərində «Toxunma. Avtomobil altında adamlar 
işləyir.» yazısı olan xəbərdarlıq lövhəciyi asılmalıdır. Hidravlik 
qaldırıcıların işçi vəziyyətində qaldırıcının öz-özünə enməsinin 
qarşısını almaq üçün onun plunjeri dayaqla etibarlı fiksə 
edilməlidir.
TQ və ya təmirin texnoloji prosesinə uyğun mühərrikin 
işləməsi zəruri olan hallar istisna olmaqla avtomobilin texniki 
qulluğu və təmiri mühərrikin işləməyən halında aparılmalıdır.
Dirsəkli valın və kardan valının fırladılması ilə bağlı işlərin 
yerinə yetirilməsi zamanı əlavə olaraq benzin mühərrikli 
avtomobillərdə 
alışdırma sisteminin 
söndürülmüş, 
dizel 
mühərriklərində isə yanacaq verişinin kəsilmiş olduğunu yoxlamaq 
zəruridir. Bundan başqa ötürmələr qutusunun dəstəyini neytral 


143 
vəziyyətə gətirməli və əl tormozunun dəstəyini buraxmaq lazımdır. 
Nəzərdə tutulan zəruri işlər yerinə yetirildikdən sonra əl 
tormozunun dəstəyi çəkilməli və ötürmələr qutusunun dəstəyi isə 
aşağı pilləyə uyğun vəziyyətə gətirilməlidir. 
Maye doldurulmuş sistem və aqreqatlar söküldükdə, 
onlardakı maye tam boşaldılmalıdır. Əgər aqreqatların və detalların 
çıxarılması böyük fiziki gərginliklə bağlıdırsa, işləmək əlverişli 
deyilsə bu halda tərtibatlar (çıxarıcılar) tətbiq etmək lazımdır. 
Çəkisi 20 kq-dan çox olan aqreqatların (mühərriklər, ötürmələr 
qutusu, arxa və qabaq körpülər) avtomobildən çıxarılması, nəqli və 
quraşdırılması üçün bu işlərin tam təhlükəsizliyini təmin edən 
tərtibatlar (çıxarıcılar, tutqaclar) quraşdırılmış qaldırıcı-nəqledici 
avadanlıqlardan istifadə olunmalıdır. Çəkisi qaldırıcı mexanizm 
üçün buraxılan yükdən böyük olan yüklərin qaldırılması, xüsusi 
tutqaclar olmadan yellənən tros və kanatlarla aqreqatların 
çıxarılması, nəqli və quraşdırılması qadağandır. Ressorları çıxarıb-
quraşdırmazdan 
əvvəl 
onları 
avtomobilin 
çəkisindən 
yüksüzləşdirmək lazımdır. Bu, avtomobilin şassisi (kuzovu) altına 
xüsusi altlıq quraşdırmaqla təmin olunur.
Avtomobilin yuxarı hissəsində yerləşən aqreqatlarla 
(detallarla) iş prosesində dövlət standartlarının tələblərinə uyğun 
olaraq işlərin təhlükəsizliyini təmin edən dəyanətli altlıqlardan 
istifadə olunmalıdır.
Avtomobilin altındakı işləri uzanıqlı vəziyyətdə yerinə 
yetirən işçilər uzanaraq iş görmək üçün arabacıqlarla təmin 
edilməlidir. Belə arabacıqsız, döşəmədə və yerdə işləmək 
qadağandır. Avtomobili qoşqu qarmağından qaldırmaq; domkratla 
qaldırılmış və xüsusi qoruyucu altlıq quraşdırılmamış avtomobilin 
altında olmaq və işləmək; yükünü özüboşaldan avtomobilin 
qaldırılmış kuzovunun altında dayaq olmadan işləmək; yükünü 
özüboşaldan avtomobilin qaldırılmış yüklü kuzovunu dayaqlar 
üstünə endirmək qadağandır.
Yanaaşırıcıda minik avtomobilinin kuzovunu alt hissədən 
təmir edərkən, avtomobil etibarlı şəkildə bərkidilir, yanacaq 
çənindən yanacaq və soyutma sistemindən soyuducu maye 
boşaldılır, mühərrikin yağdoldurma başlığı kip bağlanır və 
akkumulyator batareyası çıxarılır. Qida sistemini hava ilə üfürmək 


144 
zərurəti olduqda nəmtutucu ilə təchiz olunmuş, sıxılmış hava 
sisteminə qoşulmuş, hava nasosundan istifadə edilməlidir. Bu halda 
sistemdəki təzyiq 0,5 MPa-dan çox olmamalıdır. Avtomobilin 
tormoz sistemi stendlərdə sınaq edilməlidir. Tormoz sistemini 
xüsusi meydançalarda da sınaq etmək olar. Bu halda meydançanın 
ölçüləri elə olmalıdır ki, hətta tormoz sistemi nasaz olduqda belə 
adamların və kənar avtomobillərin təhlükəsizliyi təmin olunsun.

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə