GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə59/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   55   56   57   58   59   60   61   62   ...   112
Avtoservis - 2010 a

6.3. AVTOMOBİLLƏRİN, AQREQATLARIN VƏ
DETALLARIN YUYULMASI
Avtomobillər, aqreqatlar və detallar xüsusi ayrılmış yerlərdə 
yuyulmalıdır. Əl ilə yuma postu, açıq elektrik naqilləri və elektrik 
gərginliyi altında olan avadanlıqlardan izolə edilmiş zonalarda 
yerləşdirilir. Mexanikləşdirilmiş yumada yuyucunun işçi yeri su 
keçməyən kabinədə yerləşdirilir. Yuma qurğusunun aqreqatlarının 
elektrik idarəetməsi aşağı gərginlikli (12 V) olmalıdır. Yuma 
qurğusunun maqnit işəsalıcısının və idarəetmə düymələrinin 
elektrik təchizatının 220 V-a qədər olması növbəti şərtlərə əməl 
olunmaqla buraxılandır: şkafın qapılarının açılması zamanı maqnit 
işəsalıcının mexaniki və elektrik bloklama qurğuşunun olması; 
işəsalma qurğusunun və naqillərin hidroizolə olunması; örtüklərin, 
kabinənin və cihazların torpaqlanma qoruyucusunun olması. 
Yumada istifadə olunan qələvi məhlullarının konsentrasiyası 
5%-dən çox olmamalıdır. Qələvi məhlulları ilə yumadan sonra 
aqreqat və detallar isti su ilə yuyulmalıdır. Yuma üçün tezalışan 
mayelərdən istifadə olunması qadağandır. 
Yumada sintetik yuyucu maddələrdən istifadə edildikdə 
əllərin qorunması üçün və mayenin sıçrayaraq gözün selikli 
qişasına düşməsinin qarşısını almaq məqsədilə işçilər fərdi 
qoruyucu vasitələrdən: qoruyucu eynəklərdən, əlcəklərdən, 
respiratorlardan istifadə etməlidir. İşləməyə başlayarkən işçi 
əvvəlcədən əllərini qoruyucu kremlər və ya pastalarla biləyə qədər 
yağlamalıdır. Əllərin yuyulması üçün dərini yağsızlaşdıran 
(qurudan) mayelərdən və preparatlardan istifadə edilməsi 


145 
qadağandır. Yuma postları zonasında açıq alovla işlər görmək 
qadağandır. 
6.4. AVTOMOBİLLƏRİN VƏ ONLARIN 
AQREQATLARININ TEXNİKİ VƏZİYYƏTİNİN 
YOXLANMASI 
Avtomobilin və onun aqreqatlarının texniki vəziyyətinin 
yoxlanması, əsasən, mühərrik işləməyən halda və tormozlanmış 
təkərlərlə yerinə yetirilir. İstisna hal kimi tormozların sınağı, 
mühərrikin qida və alışdırma sistemlərinin işinin yoxlanması ola 
bilər. 
Avtomobilin baxışı zamanı qoruyucu toru olan və elektrik 
gərginliyi 42 V-dan yuxarı olmayan gəzdirilən işıqlanma lampala-
rından istifadə oluna bilər. Əgər iş baxış xəndəyində yerinə 
yetirilirsə bu halda gəzdirilən lampanın gərginliyi 12 V-dan yuxarı 
olmamalıdır. 
Tormoz sisteminin stenddə sınağı zamanı avtomobilin bara-
banlar (roliklər,diyircəklər) üzərindən öz-özünə diyirlənib çıxma-
sının qarşısını almaq məqsədilə avtomobil zəncir və ya trosla 
döşəmədəki dayağa bərkidilir. Tormoz sisteminin avtomobilin 
hərəkətli halındakı sınağı bərk örtüklü, quru, düz, hamar və təkərlə 
yaxşı ilişməni təmin edə bilən meydançalarda aparılır. Tormoz 
sisteminin nizamlanması avtomobil tam dayandırıldıqdan və 
mühərriki söndürüldükdən sonra yerinə yetirilməlidir. Nizamlanma 
qurtardıqdan sonra sürücü, nizamlamanı yerinə yetirən işçilərin 
təhlükəsiz zonada olmasına tam əmin olduqdan sonra mühərriki işə 
sala bilər və avtomobillə hərəkətə başlaya bilər. 
Diaqnostika zonasındakı avadanlıqlar və cihazlar elə 
quraşdırılmalı və düzülməlidir ki, operator öz iş yerindən işçi 
postlarda olan bütün avtomobilləri asanlıqla müşahidə edə bilsin. 
Operatorun işçi yeri fırlanan və hündürlüyü tənzimlənən stolla 
təchiz olunmalıdır. Diaqnostika və bir sıra başqa postlara avtomobil 
işləyən mühərriklə yerləşdirilir. Ona görə də işlənmiş qazların xaric 
edilməsi üçün bu postlar səmərəli yerli sorma ventilyasiyası ilə 
təchiz edilməlidir.


146 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə