GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə60/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   56   57   58   59   60   61   62   63   ...   112
Avtoservis - 2010 a

 
6.5. AKKUMULYATOR İŞLƏRİ 
Akkumulyator işlərində yanğın təhlükəsizliyi tədbirlərinə və 
şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Akkumulyator 
batareyalarının doldurulması (elektrik cərəyanı ilə) prosesində 
hidrogen ayrılır və havadakı oksigenlə partlayıcı qaz əmələ gətirir 
ki, bu qaz qığılcım olduqda partlayışa səbəb ola bilər. Bundan 
başqa, akkumulyator şöbəsində işçilər zəhərli turşular və 
qələvilərlə işləməli olur. Düzgün davranmadıqda bu maddələr dəri 
və gözün yanığını əmələ gətirər, onların havadakı konsentrasiyası 
yüksək olduqda isə orqanizmin zəhərlənməsinə səbəb olar. Eyni 
zamanda akkumulyatorların təmirində yüksək zəhərlilik 
xüsusiyyətinə malik olan qurğuşunla və onun birləşmələrilə 
işləmək lazım gəlir.
Çəkisi 20 kq-dan çox olan akkumulyator batareyaları xüsusi 
arabacıqlarla daşınmalıdır. Arabacığın platforması elə olmalıdır ki, 
akkumulyatorlar aşıb düşməsin. Kiçik ölçülü akkumulyator 
batareyalarını tutqaclardan və ya xərəklərdən istifadə etməklə əldə 
də daşımaq olar. Bu halda elektrolitin dağılmaması üçün 
təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. 
Turşulu elektroliti xüsusi qablarda (keramika-saxsı, plastik 
kütlə) hazırlamaq lazımdır. Bu zaman əvvəlcə distilə olunmuş suyu 
qaba süzməli və sonra ona turşunu əlavə etmək lazımdır. Turşunun 
süzülməsi yalnız mancanaq, sifon və digər xüsusi tərtibatlardan 
istifadə etməklə yerinə yetirilməlidir. Elektroliti hazırlamazdan, 
süzməzdən və boşaltmazdan əvvəl akkumulya-torçu qoruyucu 
eynək və rezin əlcək geyinməlidir.
Akkumulyator batareyalarının doldurulmasında aşağıdakı 
qaydalara əməl olunmalıdır: akkumulyator batareyalarını qığılcım 
əmələ gəlməsini istisna edən etibarlı elektrik kontaktı olan kip 
(yaylı) sıxaclarla birləşdirməli; dolmanın gedişinə nəzarəti yalnız 
termometr, areometr, yükləmə çəngəlinin və ya digər xüsusi 
cihazların köməyilə aparmalı; elektrolitin akkumulyatorun 
deşiklərindən sıçrayaraq yanıq əmələ gətirməməsi üçün onlara 
əyilib yaxından baxmamalı.
Akkumulyator şöbəsində qadağandır: siqaret çəkmək, açıq 
alovdan və elektrik qızdırıcılarından istifadə etmək; turşulu və 


147 
qələvi akkumulyator batareyalarını birlikdə saxlamaq və 
doldurmaq; gündəlik tələbatdan artıq sulfat turşusu qabları, turşu 
kolbaları saxlamaq; boş qabları saxlamaq; kənar şəxslərin olması. 
Akkumulyator batareyalarına baxış keçirmək üçün elektrik 
gərginliyi 42 V-dan yüksək olmayan, partlayış təhlükəsi olmayan, 
gəzdirilən elektrik lampalarından istifadə edilə bilər.
Akkumulyator 
şöbəsində 
əl-üz 
yuyulan, 
sabun, 
qablaşdırılmış pambıq, məhraba, 5 və 10%-lik neytrallaşdırıcı 
içməli soda məhlulu (bədən dərisi üçün) və 2-3%-lik 
neytrallaşdırıcı içməli soda məhlulu (göz üçün) olan bağlı şüşə 
qablar olmalıdır. Qələvi akkumulyator batareyalarının təmiri 
zamanı neytrallaşdırıcı məhlul kimi 5…10%-lik bor turşusu (bədən 
dərisi üçün) və 2…3%-lik bu turşu məhlulundan (göz üçün) istifadə 
edilir. Turşu, qələvi və ya elektrolit bədənin açıq hissəsinə 
düşdükdə yanıq əmələ gəlmənin qarşısını almaq üçün təcili olaraq 
bədənin həmin hissəsini əvəlcə neytrallaşdırıcı məhlulla, sonra isə 
sabunlu su ilə yumaq lazımdır. Rəflərə dağılmış elektroliti 10%-lik 
neytrallaşdırıcı məhlulla hopdurulmuş silgi parçası ilə silmək, 
döşəməyə dağılmış elektrolitin üstünə əvvəlcə taxta yonqarı 
səpmək, sonra onu yığıb həmin yerə neytrallaşdırıcı məhlul çiləmək 
və qurudulmaq üçün silmək məsləhətdir.
Akkumulyator işləri görülən yerlərdə ərzaq məhsulları 
saxlamaq və qida qəbul etmək qadağandır. 
İşi bitirdikdən sonra işçi yerini qaydaya salmaq, əl və üzü 
sabunlu su ilə yumaq, ağızı yaxalamaq və ya duş qəbul etmək 
lazımdır. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə