GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə63/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   59   60   61   62   63   64   65   66   ...   112
Avtoservis - 2010 a

6.8. RƏNGLƏMƏ İŞLƏRİ 
 
Rəngləmə şöbəsində işlərin təşkili, aparılması, avadanlığın 
yerləşdirilməsi və istismarı («Rəngləmə işləri. Ümumi 
təhlükəsizlik tələbləri») standartının tələblərinə uyğun yerinə yeti-
rilir. 


151 
Rəngləmə işləri aparılan zona məcburi ventilyasiya və 
yanğına qarşı vasitələrlə təchiz olunmalıdır. Avtomobilləri, iri 
hissələri yerində, xüsusi ventilyasiya olmayan yerlərdə rənglədikdə 
sanepidemistansiyanın, 
həmkarlar 
təşkilatının 
texniki 
müfəttişliyinin və yanğın nəzarəti orqanının icazəsi olmalıdır. 
Bu zaman aşağıdakı şərtləri gözləmək lazımdır: 

rəngləmə işləri başqa işlər aparılmayan vaxtda yerinə
yetirilməlidir; 

hava məcburi ümumi mübadiləli ventilyasiya ilə 
təmizlənməlidir; 

rəngləmədə işçi tənəffüs yollarını qoruyan vasitələrdən 
istifadə etməlidir; 

partlayışa və yanğına qarşı təhlükəsizlik tədbirləri təmin 
olunmalıdır. 
Lak-rəng materiallarının sənədində onların kimyəvi tərkibi 
bilinməlidir. Rəngləmə zonasında lak-rəng materiallarının ehtiyatı 
növbəlik normadan çox olmamalıdır. 
Rəngləmə işləri ilə əlaqəli olan şəxslər qabaqcadan və 
periodik tibbi müayinə keçiməlidir. Müstəqil işə onlar ancaq 
təlimat keçdikdən sonra buraxıla bilər. Lak-rəng materialları xüsusi 
yerli ventilyasiyası olan yerdə hazırlanır. Lak-rəng materialını 
ancaq metal qablarda qatışdırmaq və durulaşdırmaq olar. 
Döşəməyə dağılmış rəngi və həllediciləri qum və ya taxta yonqarı 
ilə örtmək və dərhal yığışdıraraq otaqdan çıxarmaq lazımdır. 
Nitrorəngləri və həllediciləri qatışdırdıqda, başqa qaba tökdükdə 
gözləri sıçrayan damcılardan qorumaq üçün qoruyucu eynəklərdən 
istifadə olunur. Silgi materialları işlədikdən sonra metal yeşiklərə 
yığılır və növbənin sonunda istehsalat otağından çıxarılıb xüsusi 
ayrılmış yerlərə qoyulur. 
Səthləri pasdan, qaynaq qırıntılarından, köhnə rəngdən 
təmizlədikdə, astar (şpatlyevka) çəkilmiş səthləri pardaxladıqda 
(cilaladıqda) işçilər klapansız respiratorlardan istifadə etməlidir. 
Çiləyici ilə (pulverizatorla) rənglədikdə bütün elementlərin 
sazlığını qabaqcadan diqqətlə yoxlamaq lazımdır. Hava verilişini 
saxladıqdan sonra şlanqları ayırmaq olar. Rəngləmə zamanı 
rəngsaz pulverizatorla işlədikdə xüsusi geyimdə, respiratorlu, 


152 
qoruyucu eynəkli olmalıdır. Çiləyicini rənglənən səthə perpendi-
kulyar olmaqla, səthdən 350 mm-dən çox olmayan məsafədə 
saxlamaq lazımdır. 
Pulverizasiya üsulu ilə rənglədikdə, tərkibində qurğuşun olan 
lak-rəng materiallarından istifadə etmək qadağandır. Xüsusi 
hallarda sanitar nəzarət orqanlarından xüsusi icazə alınmalıdır. 
Tərkibində dixloretan və metanol olan lak-rəng materialları 
ancaq fırça ilə işlənməlidir. Elektrik enerjisi ilə işləyən alətlər 
(fırçalar, cilalama alətləri) istifadə olunduqda dielektrik rezin 
əlcəklər, rütubətli yerlərdə isə dielektrik rezin qaloşlar geyinmək 
lazımdır. 
Rəngləmə avadanlığını və rənghazırlama avadanlığını əlvan 
metaldan (alüminium, mis, latun-burunc) hazırlanmış alətlə 
təmizləmək lazımdır ki, qığılcım yaranmasın. Rəngsaz alətlərinin 
dəstəkləri işin sonunda nəm vasitə ilə təmizlənməlidir. Rəngləmə 
kameraları hər gün qabaqcadan havası dəyişdirilməklə 
təmizlənməlidir. Separatorlar 160 saatdan sonra təmizlənir. 
Lak-rəng materialının boşaldığı boş qablar rəngləmə 
otağından ən azı 25 m məsafədə xüsusi ayrılmış meydançada 
saxlanmalıdır. 
Rəngləmə zonasında siqaret çəkmək, açıq oddan, qızdırılmış 
lehimləyicidən və səyyar əl lampalarından istifadə etmək, qida 
məhsulları saxlamaq və qida qəbul etmək qadağandır. 
Rəngləmə zonasında işi qurtardıqdan sonra elektrik 
işlədicilərini şəbəkədən ayırmaq, mexanizm, avadanlıq və alətləri 
rəng qalıqlarından təmizləmək; çiləyiciləri yumaq və silmək
şlanqları sıxılmış hava ilə üfürmək; iş yerini təmizləmək; 
avadanlığı, alətləri, qoruyucu tərtibatları və xüsusi geyimləri 
yığışdırmaq; əlləri ilıq su və sabunla fırça köməyi ilə təmiz yumaq 
lazımdır. Bundan sonra duş qəbulu məsləhətdir. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə