GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


ŞİNMONTAJ VƏ VULKANİZASİYA İŞLƏRİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə61/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   57   58   59   60   61   62   63   64   ...   112
Avtoservis - 2010 a

6.6. ŞİNMONTAJ VƏ VULKANİZASİYA İŞLƏRİ 
 
Şinlərin montaj və demontajı-bu işlər üçün xüsusi ayrılmış iş 
yerində – xüsusi stendlərdə aparılmalıdır. Şinin demontajı zamanı 
kameradan hava tam boşaldılmalıdır. Demontaj olunan şin çənbərə 
kip oturmalıdır.
Şinin montajından əvvəl pokrışka diqqətlə yoxlanılmalıdır. 
Protektora daxil olan kiçik daşlar və digər bərk cismlər 
kənarlaşdırılmalıdır. Pokrışkanın bortlarının vəziyyəti, qıfıl halqası 
üçün nəzərdə tutulmuş çənbərdə oyuq, təkər diskinin vəziyyəti 


148 
yoxlanmalıdır. Çökükləri, çatları, tikişləri olan və pasla örtülmüş 
pokrışkanın montajı qadağandır.
Qıfıl halqası şinin montajı zamanı çənbərin oyuğuna 
bütövlükdə daxil olmalıdır. Nasaz və ölçüləri uyğun gəlməyən şinin 
montaj edilməsi qadağandır.
Şini doldurarkən aşağıdakılar qadağan olunur: döyəcləməklə 
şinin vəziyyətini düzəltmək, qıfıl halqasına çəkic və ya kuvaldla 
vurmaq. Əgər havanın təzyiqi 40%-dən çox azalmayıbsa və 
təzyiqin azalmasının şinin montajını pozmadığına əminlik varsa
şinin demontaj olunmadan doldurulmasına icazə verilir.
Avtomobildən çıxarılmış şini bunun üçün xüsusi ayrılmış yerdə, 
qoruyucu çəpərdən istifadə etməklə doldurmaq lazımdır. Havanın 
təzyiqini, şinin temperaturu ətraf mühitin temperaturuna qədər 
soyuduqdan sonra yoxlamaq lazımdır. Şin doldurulan yerdə 
dozalaşdırıcı və ya manometr qoyulmalıdır. Montaj və demontaj 
stendində işlədikdə, reduktor örtüklə örtülməlidir. 
Təkəri çıxartmazdan qabaq avtomobilin dayaqlar üzərində 
etibarlı yerləşdirilməsinə əmin olmaq lazımdır. Bununla bərabər 
qıfıl halqasının vəziyyətini yoxlamaq lazımdır. Kütləsi 20 kq-dan 
çox olan təkərlər və şinlər mexaniki üsulla quraşdırılır və hərəkət 
etdirilir. 
Vulkanizasiya işlərində xüsusi tədris keçmiş, imtahan vermiş 
və bu işlərdə işləmək üçün icazə almış şəxslər işləyə bilər. 
Elektrovulkanizasiya 
işlərində 
işlədikdə 
elektrik 
təhlükəsizliyi qaydalarına riayət edilməlidir. Yalnız yoxlanılmış və 
saz avadanlıqda işləməyə icazə verilir. Vulkanizasiya cihazları və 
manometrlər sınaqdan keçirilməlidir. Onlar 12 ayda 1 dəfədən gec 
olmayaraq yoxlanılmalıdır. Manometrlərin siferblatında buraxıla 
bilən işçi təzyiqə uyğun qırmızı məhdudlaşdırıcı hədd 
göstərilməlidir. Plomblanmamış, yoxlanmamış, sınaq vaxtının 
müddəti keçmiş nasaz manometrlərin istifadəsi qadağandır.

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə