GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə64/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   60   61   62   63   64   65   66   67   ...   112
Avtoservis - 2010 a

6.9. QAYNAQ OTAQLARINA TƏLƏBLƏR 
Elektrik qaynaq işləri. Qazqaynağı işləri. Qaynaq işləri 
otaqlarına tələblər
.


153 
Qaynaq sexlərinin və sahələrinin otaqları odadavamlı olmalı 
və vurma-sorma ventilyasiya ilə, otaqlardakı qaynaq postları isə 
həm də yerli sorma ventilyasiya ilə təchiz edilməlidir. 
Otaqların işıqlandırılması sanitar norma və qaydaları, 
rənglənməsi isə müvafiq sanitar normalara cavab verməlidir. 
Qaz qaynağı sahələrində süni işıqlanma, elektrik naqilləri və 
başqa elektrik avadanlığı partlayışdan qorunan konstruksiyada 
olmalıdır. 
Otağın tavanının hündürlüyü ən azı 3,25 m olmalıdır. 
Döşəmələr bərk, yanmayan, hamar və sürüşkən olmayan 
materialdan düzəldilir. 
Çıxış qapısı yanmayan materialdan hazırlanır və bayıra 
açılmalıdır. 
7. TXS-in ENERGETİK VƏ SANİTAR 

 TEXNİKİ 
QOVŞAQLARINA QOYULAN TƏLƏBLƏR 
 
7.1. VENTİLYASİYA
Avtoservis müəssisəsi 

 TXS-də istifadə
olunan ventilyasiya növləri 
TXS-in istehsalat, köməkçi və məişət sahələrində hava 
mühiti parametrlərinin sanitar-gigiyena tələblərinə cavab verməsini 


154 
təmin etmək üçün ventilyasiya nəzərdə tutulur. TXS-də, əsasən 
ümumi mübadiləli mexaniki vurma-sorma ventilyasiyası, yerli 
sorma və az hallarda yerli vurma ventilyasiyası layihələndirilir. 
Ventilyasiya layihələndirildikdə sanitar normaları və qadaları və 
Dövlət standartı tələblərinə əməl olunmalıdır. 
Təbii hava dəyişməsi olmayan istehsalat sahələrinin ümumi 
mübadiləli mexaniki vurma-sorma ventilyasiyasının layihələn-
dirilməsində iki vurma və iki sorma ventilyasiya qurğusu nəzərdə 
tutulmalıdır. Bu qurğulardan biri söndürüldükdə, digərinin 
məhsuldarlığı tələb olunan hava mübadiləsinin 50%-dən az 
olmamalıdır.
Əgər layihələndirmədə bir vurma və bir sorma ventilyasiya 
qurğusu nəzərdə tutulursa, onda bu halda, əsas ventilyatorlar 
söndükdə avtomatik işə düşən əlavə rezerv ventilyatorlar olmalıdır 
və ya havanın 50%-dən az olmayan tələb olunan mübadiləsini 
təmin etmək üçün həmin istehsalat sahəsinin ventilyasiya sistemi 
qonşu sahələrin sisteminə kollektorla birləşdirilməlidir. 
Zəhərli qazlar və 1-3-cü sinif təhlükəli buxarlar ayrılan 
istehsalar sahələrində, onlara qonşu V (В), Q (Г) və D (Д) 
istehsalat kateqoriyalı sahələr və köməkçi sahələr olduqda, vurma 
ventilyasiyasının 
məhsuldarlığı 
sorma 
ventilyasiyasının 
məhsuldarlığından 5% az olan ventilyasiya sistemi nəzərdə 
tutulmalıdır. Əgər bu sahələr qonşu sahələrdən qapısız və ya 
keçidsiz divar və ya arakəsmə ilə ayrılırsa, onda burada 
seyrəkləşmə nəzərdə tutulmur.
Ümumi mübadiləli sorma və yerli sormalı ventilyasiyalar bir-
birindən ayrı olmalıdır. 
Akkumulyator və rəngləmə şöbələrinin (rəngləmə 
kameralarının) yerli hava sorma ventilyasiya sistemləri digər yerli 
hava sorma ventilyasiyalarından ayrı layihələndirilməlidir. 
Bayırdan havanın sorulması üçün qəbuledici qurğular 
binanın və tikililərin banında yerləşdirilə bilər. Bu halda, yerli 
vurma ventilyasiya sistemi istehsalat sahəsindən zəhərli maddələrlə 
çirklənmiş texnoloji və ya hava tullantıları bu hissəyə vurulmamalı 
və ya bu tullantılar binaya əsən küləklərin yaratdığı aerodinamik 
kölgə dairəsindən kənara çıxarılmalıdır. Hava qəbuledici qurğunun 
yerləşdiyi yerdə zərərli maddələrin konsentrasiyası işçi zonanın 


155 
havası üçün müəyyən edilmiş həddi buraxılma konsentrasiyası 
(HBK) normasının 30%-dən çox olmamalıdır. Bundan başqa
qəbuledici qurğularla istehsalat sahələrindən havanın xaric edilmə 
boruları arasında məsafə 20 m-dən az deyilsə, onlar eyni səviyyədə 
yerləşdirilə bilər. Əgər bu məsafə kiçikdirsə bu halda qəbuledici 
qurğu binanın banında havanın xaric borusunun bandan yuxarıdakı 
hissəsinə bərabər radiusdakı sahədə və onun yuxarı səviyyəsindən 
2 m aşağı yerləşdirilə bilər. Bu zaman xaric borusunun və ya 
şaxtanın səviyyəsi qəbuledici qurğunun səviyyəsindən ən azı 2 m 
yuxarı olmalıdır. 
Benzin və dizel mühərrikli avtomobillər istismar olunan 
TXS-də bayırdan hava qəbuledici qurğu ilə hava xaric edilən 
borular arasındakı məsafə 10 m ola bilər.
Yerli sorma ventilyasiyaları kimi, əsasən, hava duşları 
istifadə olunur. Hava duşları üçün hava vuran ventilyatorlar 
(dəmirçi-ressor şöbəsində) sorma ventilyasiyası ilə birləşdirilə 
bilməz.
Yerli sorma ilə xaric olunan və tərkibində zərərli və pis 
qoxulu maddələr olan hava atmosferə buraxılmazdan əvvəl 
təmizlənilməlidir. Atmosferə buraxılan havanın tərkibindəki tozun 
miqdarı havanın buraxılan həcmi 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə