GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


partlayış təhlükəsizlikli olmalıdır. Belə otaqlarda sorucu



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə67/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   63   64   65   66   67   68   69   70   ...   112
Avtoservis - 2010 a


partlayış təhlükəsizlikli olmalıdır. Belə otaqlarda sorucu 
ventilyatorların sıradan çıxmasının qarşısını almaq, örtük və pərlərə 
rəng tozunun yapışmamasını təmin etmək üçün xaric olunan hava 
kənarlaşdırılmazdan qabaq (hidro süzgəc və ya quru süzgəc ilə) 
təmizlənməlidir. 
Təzə rənglənmiş kuzovların, kabina və başqa hissələrin 
kameralarda qurudulması zamanı, bu kameraların ventilyasiyası elə 
təşkil olunmalıdır ki, onlar seyrəklik təsiri altında olsun. Rəngləmə 
zonasına təmiz hava paylanmış halda işçi zonaya və ya yuxarı 
zonaya verilməlidir. Sorma isə aşağı zonadan, döşəmədən 0,5…0,7 
m hündürlüyündən həyata keçirilir. Rəngsaz stolundan və 
rənghazırlama otağından yerli sorma nəzərdə tutulmalıdır.
Qaynaq sahəsi otaqları vurma (gələn) − sorma ventilyasiya ilə 
təchiz edilir. Qaynaq postlarında sorma şkafı tipli yerli sorma nəzərdə 
tutulur. Qövs qaynağı üçün sorma ventilyasiyası 1 kq sərf olunan 
elektrodlara 1,0…1,5 m
3
/san. hesabı ilə hava kənarlaşdırmalıdır. Qaz 
qaynağı üçün kənarlaşdırılan havanın miqdarı 1 kq sərf olunan asetilen 
üçün 0,25…0,5 m
3
/san. olmalıdır. Hava işçi zonaya kiçik çıxış 
sürəti ilə daxil olmalıdır, onun həcmi isə kənarlaşdırılan havavnın 
miqdarını kompensasiya etməlidir. 
Şin təmiri sahəsi ümumi mübadiləli mexaniki vurma (gələn) 
– sorma ventilyasiyası və yerli sorma ventilyasiası ilə təchiz edilir. 
Yerli sorma ventilyasiası rezin yapışqanının hazırlanma sahəsində, 
materialların qurudulması, zədələnmiş kamera və pokrışkaların 
təmiri və yamanması sahələrində qurulur. Bu halda ventilyatorlar 
otaqda yerləşdirilməməlidir. Sorma ventilyasiyası partlayış 
təhlükəsizliyi 
qaydasında 
hazırlanmalıdır. 
Vulkanizasiya 
otaqlarında əlavə istiliyi azaldan ümumi dövriyyəli vurma – sorma 
ventilyasiyası olmalıdır. Vulkanizasiya otağında istilik ayrılması 
0,8 əmsalla nəzərdə tutulmalıdır. Vulkanizasiya otaqlarından sorma 


159 
yuxarı zonadan nəzərdə tutulmalıdır. Gələn (vurulan) təzə hava 
yuxarıdan bir yerdən toplanmış halda verilməlidir. 
Tənəkə işləri otaqları mexaniki oyanışlı vurma – sorma 
ventilyasiyası ilə təchiz edilir. İş zamanı toz və digər zərərli 
maddələr ayrılan avadanlıq və quruluşların üstündə (detalların və 
sairənin təmizlənməsi üçün işçi yerlər) yerli sorma 
quraşdırılmalıdır. 
Qalaylama əməliyyatı sorma şkafında nəzərdə tutulmalıdır. 
İstehsalat otaqlarında pəncərə ventilyatorlarından başqa, 
digər ventilyatorların quraşdırılmasına icazə verilmir. 
Ventilyasiya qurğuları avtomobillərin təmir zonasına 
gəlmələri nəzərə alınmaqla, müəyyən edilmiş qrafik üzrə 
işləməlidir. Qrafik müəssisənin baş mühəndisi tərəfindən təsdiq 
olunur və ventilyasiya qurğusunun işəsalma pultunun yanında 
olmalıdır. 
Ventilyasiya qurğularının işinə müəssisə üzrə verilmiş əmrə 
görə mühəndis texniki işçilərdən biri cavbdeh olur. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə