GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


TXS-də ventilyasiyaya aid tapşırıq (tövsiyə-göstərişlər)



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə68/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   64   65   66   67   68   69   70   71   ...   112
Avtoservis - 2010 a

TXS-də ventilyasiyaya aid tapşırıq (tövsiyə-göstərişlər) 
 
Bütün istehsalat otaqlarının ventilyasiyası süni, vurma (axıb-
gələn) – sorma tipli olmalıdır. İstehsalat otaqlarında vurma (axıb-
gələn) – soran ventilyasiya aşağıdakı qaydada 1 saatda hava 
mübadiləsini təmin etməlidir: 

akkumulyator sahəsinin təmir, elektrolit hazırlama otaqla-
rında – 1 saatda 2-2,5 dəfə; 

akkumulyator batareyalarının doldurulması otağı – 1 
saatda 6-8 dəfə; 

avtomobillərin rənglənmə zonasında – 1 saatda 6-8 dəfə; 

elektrotexniki işlər otağında – 1 saatda 4 dəfə; 

qida sistemi otağında – 1 saatda 4 dəfə; 

aqreqat-mexaniki şöbədə – 1 saatda 2-3 dəfə; 

kuzov işləri şöbəsində – 1 saatda 2-3 dəfə; 

şin-vulkanizasiya şöbəsində – 1 saatda 4 dəfə. 
Avtomobillərin dayanacaq, TQ və təmir zonalarında 
ventilyasiyanı hesablamaq üçün avtomobillərin sayı, zonada olma 


160 
müddəti, avtomobillərin mühərriklərinin işləmə müddəti ,yanacaq 
sərfi və digər göstəricilər texnoloji hesablamaların nəticələrinə 
əsasən qəbul edilir. 
Məcburi ventilyasiya qurulmağına baxmayaraq, bütün 
otaqlarda təbii ventilyasiya və yerli sorma ventilyasiyanın 
mümkünlüyü nəzərdə tutulmalıdır. 
Akkumulyator sahəsində əsas zəhərli maddə tullantıları 
aşağıdakılardır: 

akkumulyator batareyalarının təmiri sahəsində – sulfat
turşusunun buxarları, qurğuşun və onun oksidlərinin 
aerozolları; 

akkumulyator batareyalarının doldurulması üçün otaqda – 
sulfat turşusunun buxarları, həmçinin batareyaları 
doldurarkən ayrılan hidrogen. 
Akkumulyator sahəsinin işçi zonasında havadan zəhərli 
maddələrin buraxıla bilən konsentrasiyası, mq/m
3

Sulfat turşusunun buxarları 1 
Qurğuşun aerozolu 
0,01 
Qida sistemi cihazlarının TQ və təmiri zonasında havadakı 
zəhərli maddələrin buraxıla bilən konsentrasiyaları, mq/m
3

Kerosin (karbonla hesabladıqda) 300 
süni abraziv tozu (korund, karborund) 5 
Qurğuşun aerozolu 0,01 
Benzin (karbonla hesabladıqda) 100 
Qida sistemi cihazlarını yumaq üçün kerosin vannası yuxarı 
və aşağı sorulma yerləri olan sorma şkafında yerləşdirilir. Şkafın 
açıq hissəsində havanın sorulma sürəti 0,5-0,7 m/san. qəbul olunur. 
Qida sistemi cihazlarının sökülməsi və yoxlanması üzrə 
istehsalat əməliyyatları 1 m/san. sorma sürətini təmin edən 
mexaniki sorma quruluşu olan örtülü yerlərdə aparılmalıdır. 
Aqreqat-mexaniki sahədə əsas zəhərli maddə tullantıları 
aşağıdakılardır: 

sökmə-yuma işləri aparılan yerdə – yüksək rütubətlilik
qələvilər, su və benzin buxarları, kerosin buxarı; 

təmir yerlərində – abraziv tozları. 


161 
Aqreqat sahəsinin iş zonasındakı havadakı zəhərli 
maddələrin buraxıla bilən konsentrasiyaları, mq/m
3

Karbon oksidi 
20 
Tetraetilqurğuşun 
0,05 
Kerosin (karbonla hesablandıqda) 
300 
süni abrazivlərin tozu 
150 
Benzin (karbonla hesablandıqda) 
100 
Kuzov sahəsinin tənəkə-qaynaq sahələrində əsas zəhərli 
maddə tullantıları: k
arbon oksidi (CO), kükürd qazı və tüstü

Rəngləmə sahəsində: rəng və həlledicilərin buxarları və 
damcıları.
 
İşçi zonanın havasında karbon oksidinin (CO) buraxıla bilən 
həddi konsentrasiyası 20 mq/m
3
-dur. 
Ümumi 
mübadiləni, 
həmçinin 
zəhərli 
maddələrin 
sorulmasını təmin edən daimi işləyən ventilyasiyasını 
hesabladıqda, gələn havanın qızdırılması qızdırma sisteminin 
hesabi temperaturu nəzərə alınmaqla təmin edilməlidir. 
Bütün hallarda gələn havanın miqdarı sorulub aparılan 
havanın miqdarını kompensasiya etmək üçün kifayət etməlidir. 
Gələn hava zəhərli maddə tullantıları atılan yerlərdə uzaq və 
qorunmuş yerlərdən verilməlidir. Hava gələn və sorulub aparılan 
yerlər arasında məsafə 20 m və daha çox olduqda bu məqsədli 
deşiklər bir səviyyədə, 20m-dən az olduqda hava gələn deşik hava 
aparılan deşikdən ən azı 6m aşağıda yerləşdirilməlidir. 
Zəhərli maddə tullantılarının havada miqdarını analiz etmək 
üçün müddətlər sanitar nəzarəti orqanları ilə razılaşdırılır. Analiz 
üçün hava nümunələri sanitar-epidemioloji stansiyaların təyin 
etdiyi müəyyən olunmuş yerlərdə götürülməlidir. 
Yeni montaj edilən ventilyasiya qurğularını istismara 
verməzdən əvvəl, onların sınağı və nizamlanması aparılır və bu 
barədə akt tərtib olunur. Texnoloji proses dəyişdirildikdə, havanı 
zəhərləyən texnoloji avadanlığın yerini dəyişdikdə, bu sahədə 
ventilyasiya qurğuları həmin şəraitə uyğunlaşdırılmalıdır. 
Ventilyasiya qurğularının nizamlanmasının dəyişdirilməsi, əlavə 
üstlüklərin və kanalların qoşulması ancaq ventilyasiya qurğularına 
məsul şəxsin icazəsi ilə mümkündür.


162 
Ventilyatorların (pəncərə ventilyatorlarından başqa) isteh-
salat otaqlarında bilavasitə yerləşdirilməsinə icazə verilmir. Şöbəyə 
verilən havanın sürəti 0,1m/san-dən çox olmamalıdır. 
İlin soyuq mövsümündə otaqlara verilən hava gələn hava 
magistralında quraşdırılmış kaloriferlərin vasitəsilə (16-18

S-yə 
qədər) qızdırılır. 
Soyuq mövsümdə hava təbii yolla şöbəyə o zaman verilir ki, 
zonada gələn havanı 8-14

S-yə qədər qızdıracaq izafi istilik 
olsun.İlin isti mövsümündə havanın verilməsi əsasən təbii yolla 
olmalıdır, otaqda havanın temperaturu bayırda kölgədəki 
temperaturdan 5

S-dən artıq olmamalıdır. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə