GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


partlayış təhlükəsizlikli konstruksiyalı olmalıdır



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə66/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   62   63   64   65   66   67   68   69   ...   112
Avtoservis - 2010 a


partlayış təhlükəsizlikli konstruksiyalı olmalıdır. 
Avtomobilin qida sistemi cihazlarının təmiri sahələri ümumi 
mübadiləli mexaniki vurma – sorma və yerli sorma ventilyasiyaları 
ilə təchiz edilir. Havanın tələb olunan miqdarı ayrılan zəhərli 
maddələrə görə hesablanır. Bu halda sahəyə gələn havanın miqdarı 
yerli sorma ilə xaric olunan havanın miqdarına uyğun olmalıdır.
Akkumulyatorların təmiri sahələri ümumi mübadiləli 
mexaniki vurma – sorma və yerli sorma ventilyasiyaları ilə təchiz 
edilir. Ventilyasiya sisteminin mexaniki hərəkətverici avadanlıqları 
partlayış təhlükəsizlikli konstruksiyalı olmalıdır. Sorma 
ventilyasiya qurğuları digər sahələrin sorma qurğularına 
qoşulmamalıdır. Sorma sisteminin məhsuldarlığı partlayış 
təhlükəsi olan qazların konsentrasiyasının partlamanın aşağı 
həddinin 5%-dən çox olmamasını təmin etməlidir. Eyni zamanda, 
sorma sisteminin əsas ventilyatoru dayandığı halda avtomatik işə 
düşən rezerv ventilyatoru olmalıdır. Qurğuşunun əridilməsi, 
elektrolitin hazırlanması və boşaldılması yerlərində yerli sorma 
nəzərdə tutulmalıdır. Akkumulyatorları sorucu şkaflarda və ya yerli 
arakəsməli sorması olan pilləli rəflərdə, xüsusi ayrılmış doldurma 
otağında doldurmaq lazımdır. Təmir sahəsində akkumulyatorların 
doldurulmasına istisna hal kimi, bunun üçün xüsusi ayrılmış yer 
olmadıqda icazə verilir. Bu halda, eyni zamanda 10-dan artıq 
akkumulyator batareyasının doldurulmasına icazə verilmir. 
Akkumulyatorların təmiri və turşu otaqlarında təmiz havanın gəlmə 
axını kiçik sürətlə, yuxarı zonaya – çıxışa doğru, akkumulyatorların 


158 
doldurulma otağında isə aşağı zonaya – çıxışa doğru 
istiqamətlənməlidir. 
Rəngləmə sahəsi yerli sorma ventilyasiyası ilə təchiz edilir və 
rəngləmə kamerasından, vannadan, əllə rəngləmə postlarından, 
təmizləmə postlarından və səthin rənglənməyə hazırlanması 
postlarından ayrıla biləcək mümkün zərərli maddələrin sorulmasını 
təmin etməlidir. Rəngsaz işləri üçün pulverizasiya ilə rəngləmə 
istifadə edildikdə, sorma ventilyasiya sisteminin ventilyatorları 
Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə