GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə65/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   61   62   63   64   65   66   67   68   ...   112
Avtoservis - 2010 a

L
= 15 min m

/saat və az olduqda 
(
160 – 4L

K
-dan artıq olmamalıdır.
K
əmsalı istehsalat sahəsində, 
işçi yerində, işçi zonada havadakı tozun HBK-dan asılıdır. Tozun 
HBK 2 mq/m

və az olduqda 
K
= 0,3; HBK 2-dən 4-ə qədər 
K

0,6; HBK 4-dən 6-ya qədər 
K
= 0,8; HBK 6 mq/m

və çox olarsa 
K
= 1,0 qəbul edilir. 
Yerli sorma sistemləri ilə xaric olunan və tərkibində partlayış 
təhlükəsi olan və ya pis qoxulu maddələr olan hava atmosferə 
binanın aerodinamik kölgə dairəsindən yuxarı səviyyədə 
buraxılmalıdır. Bu, hündür borular və ya yüksək sürətli axınlarla 
(«fakelli» xaricetmə) təmin edilir.
Ümumi mübadiləli sorma ventilyasiya sistemi ilə rəngləmə, 
rənghazırlama, qazgeneratoru, akkumulyator batareyalarının 
doldurulması şöbələrindən, yağ anbarından xaric edilən hava 
atmosferə binanın banının ən yüksək nöqtəsindən 1 m-dən az 
olmayan səviyyədə buraxılmalıdır. Bu zaman bayırdan hava 
qəbuledici qurğudan məsafə horizontal (üfüq) üzrə 20 m-dən az 


156 
olmamalıdır. Əgər az olarsa, onda xaric edilən hava qəbuledici 
qurğudan 6 m yüksəklikdə atmosferə buraxılmalıdır. 
Əgər istehsalat sahələrində zərərli maddələr ayrılırsa və ya 
ayrılan maddələr 4-cü sinif təhlükəli maddələrə aid olub, onların 
havadakı konsentrasiyası işçi zona havasında HBK-nın 30%-ni 
aşmırsa (məişət otaqları, çilingər-mexaniki şöbə və s.), bu sahələrdə 
havanın dövr etməsi üçün sahənin öz havası istifadə edilə bilər. İş 
vaxtı olmayan müddətdə havanın dövriyyəsi 3-4-cü sinif təhlükəli 
maddələr ayrılan sahələrdə və 1-2-ci sinif təhlükəli maddələrin 
qalması istisna olunan sahələrdə nəzərdə tutula bilər. 
Bayırdan vurulan hava elə verilməlidir ki, vurulan hava ilə 
istehsalat sahəsində yaranan hava axını yerli sormaların işini 
pozmasın və hava axını maneədən əks olunaraq, işçi və ya xidmət 
zonasında havanın hərəkət sürəti buraxılandan yüksək olmasın. 
Hava zərərli madələr ayrılan yerlərdən və ya havanın daha çox 
çirkləndiyi sahələrdən xaric edilməlidir.
Qazbalon avtomobilləri xidmət olunan sahələrdə propan-
butan qaz qarışığının sızması mümkün olduğundan, zonanın aşağı 
hissəsindən havanın 2/3 miqdarının xaric edilməsi nəzərdə 
tutulmalıdır. Bu həcmə döşəmədən 2 m hündürlüyündə olan yerli 
sormaya və döşəmədən 0,3 m səviyyədə yerləşən ümumi mübadilə 
ventilyasiya borularına daxil olan hava həcmi də daxildir. Benzin 
və dizel yanacağı ilə işləyən avtomobillərə xidmət sahələrində 
zonanın yuxarısından (döşəmə səviyyəsindən 2 m-dən çox 
hündürlükdə) havanın 2/3 miqdarı xaric edilməlidir. 
TXS-in ayrı-ayrı istehsalat sahələrinin ventilyasiyasına 
qoyulan əsas tələblər aşağıdakılardır: 
Avtomobillərin saxlanması üçün sahələr, zərərli qazların 
qarışdırılmasına hesablanmış, ümumi mübadiləli mexaniki vurma- 
sorma ventilyasiyası ilə təchiz edilir. Vurma ventilyasiyasını hava 
isidilməsi ilə birləşdirmək məsləhətdir. Havanı toplanmış axınla 
əsas keçidlərə uzunluq istiqamətdə avtomobillərin radiatorlarına 
vurmaq lazımdır. Sormanı avtomobillərin hansı yanacaqla 
işləməsindən asılı olaraq, saxlanma zonasının yuxarı və ya 
aşağısından aparmaq lazımdır. Ventilyasiya layihə edilərkən
zərərli qazların ayrılması azaldığı dövrlərdə, onun bir hissəsinin 
ayrılması imkanının olması məqsədəuyğundur.


157 
Avtomobillərin TQ və CT sahələri zərərli qazların 
qarışdırılması və xaric edilməsini təmin edən, ümumi mübadiləli 
mexaniki vurma – sorma və yerli sorma ventilyasiyaları ilə təchiz 
edilir. Hava, səpələnmiş axınla işçi yerinə və baxış xəndəklərinə
vurulmalıdır. Hava, 2,0 – 2,5 m/saat sürəti ilə, aşağıdakı hesabla 
vurulmalıdır: xəndəyin 1 m
3
üçün – 125
m
3
/saat; xəndək girişlərinin 
1 m
3
üçün – 100 m
3
/saat; keçidlərin 1 m
3
üçün – 5 m
3
/saat. 
Avtomobillərin aqreqat və detallarının kaustik soda ilə yuyulma 
yerləri yerli sorma ilə təchiz edilməlidir. Avtomobillərin 
diaqnostika postları və ya avtomobilin mühərrikinin işləməsi zəruri 
olan bu kimi postlar yerli sorma ilə təchiz edilməlidir. Elektrik 
mühərrikləri və propan-butan qarışığı xaric edən ventilyatorlar 
Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə