GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə62/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   58   59   60   61   62   63   64   65   ...   112
Avtoservis - 2010 a

 
 
6.7. MİSGƏR, TƏNƏKƏ VƏ KUZOV İŞLƏRİ 
Təmir olunan kabinalar və kuzovlar xüsusi altlıqlar (stendlər) 
üzərində etibarlı quraşdırılmalıdır. Qanadlar və digər detallar 
düzləndirildikdə, onlar xüsusi sağanaqlar (çərçivə) üzərində 


149 
yerləşdirilməlidir. 
Asılmış 
vəziyyətdə 
olan 
detalların 
düzləndirilməsi qadağandır. Poladdan lövhələrin – qanadların və 
digər detalların düzləndirilməsindən qabaq, onları metal fırça ilə 
pasdan təmizləmək lazımdır. Təmizləmə yerli sorma ventilyasiyası 
olan sahədə aparılmalıdır. Metal lövhələrlə görülən bütün işlər 
yalnız əlcəklə yerinə yetirilməlidir.
Lövhə üzərində iş aparıldıqda bütün istifadə olunan alətləri 
və tərtibatları xüsusi taxta və ya rezin altlıq üzərində yerləşdirmək 
lazımdır ki, iş zamanı onların sürüşməsi baş verməsin. Onların 
lövhə üzərindən düşməməsi üçün onlara nəzarət etmək lazımdır. 
Zubil, çəkic və başqa alətlərdən istifadə edərək, pərçim açarkən 
qoruyucu eynəklərdən istifadə etmək lazımdır. 
Polad lövhədən detal və ya yamaq hazırladıqda, həmçinin 
zədələnmiş yerlər kəsildikdə iti künclər, qıraqlar (kənarlar) və 
tilişkələr təmizlənməlidir. Pnevmatik kəsici ilə işlədikdə hava 
verilənə qədər kəsici işçi vəziyyətə gətirilməlidir. Metal 
qırıntılarını yeşiklərə yığmaq lazımdır. Metal qırıntılar işçi 
yerindən yalnız metal fırça ilə təmizlənməlidir. Birləşmə yerləri 
düzləndirildikdə və təmizləndikdə qoruyucu örtüyü olan bülöv 
daşından istifadə etmək lazımdır. 
Avtobusların kuzovlarına və yük avtomobillərinin kabina-
larına xidmət etdikdə, ləmə və ya hərəkət etdirilən əl nərdivan-
larından istifadə edilməlidir. Təsadüfi altlıqlar üzərində işləmək 
qadağan olunur. Ləmələr dayanıqlı olmalı, nərdivanların isə 
bərkitmə oyuqları olmalıdır. Ləmələrin metal dayaqları öz 
aralarında etibarlı birləşdirilməlidir.
Döşənək lövhələri araboşluqsuz yerləşdirilməli və möhkəm 
bərkidilməlidir. Lövhələrin qalınlığı 40 mm-dən az olmamalıdır. 
Döşənəklərin sonu dayaqlar üzərində olmalıdır. Hərəkət etdirilən əl 
nərdivanlarının, eni ən azı 150 mm olan pillələri olmalıdır. Pillələri 
üstdən vurulmuş əl nərdivanlarından istifadə etmək qadağandır. Əl 
nərdivanının uzunluğu elə olmalıdır ki, işçi nərdivanın yuxarı 
başlığından ən azı 1 m aşağıdakı pilləsində dayanaraq işləyə bilsin. 
Nərdivanın aşağı ucluğunda onun sürüşməsinə imkan verməyən 
ucluqlar olmalıdır.
Detalların lehimlənməsi, qalaylanması və təmizlənməsi yerli 
sorma ventilyasıyası ilə təchiz olunmuş iş yerlərində aparılmalıdır. 


150 
Flüs və flüsün hazırlanması üçün materiallar sutkalıq ehtiyac 
həddində sorucu şkafda saxlanılmalıdır. Lehim metal yeşiklərdə 
saxlanılmalıdır. Turşunun boşaldılması sorucu şkafda, sınmayan 
turşuya davamlı qabla aparılır. Boşaldılma zamanı sink turşuya 
kiçik partiyalarla salınır. Lehimləyici ilə işlədikdə onun səthindən 
artıq lehimi təmizləmək lazımdır ki, ərimiş lehim damcılamasın. 
Lehim lampalar ayda bir dəfə baxılmalı və yoxlanmalıdır. 
Yandırılmazdan əvvəl lehim lampasının sazlığı yoxlanılmalıdır. 
Lehim lampasının rezervuarında çat və tez əriyən lehim ərintisi 
olmamalıdır. Lehim lampası ilə işlədikdə aşağıdakılar qadağan 
olunur: nasaz lampaların yandırılması, doldurulma üçün etilli 
benzindən istifadə edilməsi, odluğun nippelindən yanacaq 
doldurarkən lampanın yandırılması, yanan lampanın tökülmə 
deşiyinə sıxılmış hava vurulması. 
Nasazlıqlar müəyyən edildikdə (damcılama və rezervuarın 
deformasiyası, odluğun yivindən qaz sızması) lehimləmə lampası 
ilə iş təcili dayandırılmalıdır. Lehim lampasının alovunu yalnız 
bağlayıcı ventillə söndürmək olar. Lehim lampasının daxilində 
sıxılmış hava işlədildikdən sonra onun sökülməsinə icazə verilir. 
Tez alışan və yanan mayelər üçün istifadə olunan qabların 
digər məqsədlər üçün işlədilməsinə, onlar diqqətlə təmizləndikdən 
sonra icazə verilir. İri detalları altlıq üzərində qurulan stendlərdə 
lehimləmək olar. 
Radiatorların borularını sünbə
ilə təmizlədikdə ehtiyatlı 
olmaq lazımdır, əli borunun əks tərəfində tutmaq və sünbəni əl 
dəstəyinin sonuna qədər boruya salmaq olmaz. Radiator təmir 
olunduqdan sonra sıxılmış hava ilə su vannasında yoxlanılmalıdır. 
Bu zaman sıxılmış havanın təzyiqi konkret avtomobil markaları 
üçün buraxıla bilən həddən çox olmamalıdır. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə