GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə56/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   52   53   54   55   56   57   58   59   ...   112
Avtoservis - 2010 a

 
5.2. TXS-in BAŞ PLANI 
 
Baş plan sanitar normalar və qaydalar əsasında, həmçinin 
avtoservis müəssisələrinin texnoloji layihələndirilməsi normaları 
və tələbləri əsasında işlənib hazırlanmışdır. Baş planda əraziyə ən 
azı iki yerdən giriş-çıxış darvazası nəzərdə tutulur. Baş planda əsas 
istehsalat binası, inzibati bina, nəzarət-buraxılış məntəqəsi, yuma 
zonası, yollar, yaşıllıq sahələri göstərilir. 
Baş planının əsas göstəriciləri və tikintilərin yerləşmə yerləri 
baş plan cizgisində göstərilir. 
5.3. BİNANIN KONSTRUKSİYASINA AİD 
TÖVSİYƏLƏR 
 
Fundament inşaat və konstruktor araşdırmaları əsasında təyin 
edilir. Binanın divarları otaqları xarici temperatur və digər atmosfer 


137 
təsirlərindən mühafizə edir. Divarlar normal temperatur – rütubət 
rejimini təmin etməlidir. Bina daxilində divarlar, zonalar, sexlər və 
sahələr arasında arakəsmələr texnoloji prosesin tələblərinə, şöbədə 
gedən işlərin yanğın, partlayış təhlükəliliyi nəzərə alınmaqla 
müvafiq materiallardan və zəruri qalınlıqda işlənməlidir. Məsələn, 
yanğın, partlayış təhlükəliliyi nəzərə alınmaqla "A", "B" və "C"
kateqoriyalı istehsalat proseslərini ayrı otaqlarda yerləşdirdikdə 
onları başqa otaqlardan odadavamlılığı ən azı 0,75 saat olan 
yanmayan arakəsmələrlə ayırmaq lazımdır. Bunun üçün layihənin 
müvafiq bölmələrində verilən göstərişlərə əməl olunmalıdır. 
Dam örtüyü inşaat və konstruktor mülahizələrinə görə təyin 
olunur. 
Pəncərələr otaqları işıqlandırmaq və havasını dəyişdirmək 
üçündür. Qapılar otaqlara giriş-çıxışı təmin edir. Binada darvazalar 
avtomobillərin binaya sərbəst girib-çıxmasını təmin etməlidir. Qapı 
və pəncərələrin materialı, konstruksiyaları inşaat və konstruktor 
araşdırmalarına əsasən seçilir. 
Döşəmələrin örtüyü, astarı, hidroizolyasiya qatı inşaat və 
konstruksiya mülahizələrinə görə təyin edilir və döşəmədən tullantı 
suların və digər mayelərin sızmasına imkan verməməlidir. Zona və 
sexlərdə döşəmələr tələb olunan mailliyi təmin etməlidir. 
Döşəmələrdə trap-yığıcılar yerləşdirilir. 
Aşağıdakı döşəmə tipləri tətbiq olunur: 
1.
Dayanacaq, avtomobillərin TQ və CT zonaları, istehsalat 
şöbələri və bütün anbar otaqları üçün – asfalt-beton, beton və ya 
müvafiq inşaat materialı; 
2.
Yuma 
zonası, 
rəngləmə 
şöbəsi, 
rənghazırlama, 
elektrotexniki, qida sistemi cihazlarının təmiri şöbələri üçün – 
mozaik və saxsı plitələr; 
3.
Akkumulyator şöbəsi üçün – turşuyadavamlı lövhələr
4.
İstirahət otaqlarında, qarderobda – linoleum və ya başqa 
uyğun örtük; 
5.
Duş və tualetlərdə – saxsı lövhələr, cilalanmış beton. 
Bütün otaqlarda divarlar və arakəsmələr sement məhlulu ilə 
işlənməlidir . 
Divarların paneli 1,8 m hündürlüyə qədər qlazur lövhələrlə 
üzlənməlidir. Divarlar paneldan yuxarı və tavanlar astarlanmalı və 


138 
rənglənməlidir. Rənglər «İstehsalat otaqlarının və texnoloji 
avadanlıqların səmərəli rənglənməsinə dair göstərişlər» üzrə 
seçilməlidir. Səthlərə çəkiləcək rəngləri iqlim, otağın texnoloji 
təyinatı, iş şəraiti, otağın işıqlanma xarakteri, əmək mühafizəsi və 
təhlükəsizlik texnikası tələbləri xüsusiyyətlərini nəzərə almaqla 
seçmək lazımdır. 
Sanitar normalara uyğun olaraq otaqların döşəmədən tavana 
qədər hündürlüyü 3,2 m-dən az olmamalıdır (rənglənmə, qaynaq 
işləri aparılan otaqlarda 4,5 m-dən az olmamalıdır), döşəmədən 
tavan örtüyündəki konstruksiya elementlərinin çıxıntılarının ən 
aşağı nöqtəsinə qədər məsafə 2,6 m-dən az olmamalıdır. Belə 
hündürlük işləyənlər üçün zəruri hava həcmini təmin edir. Bu 
zaman karbon oksidinin (CO) və yanma məhsullarının, benzin və 
su buxarlarının yüksək konsentrasiyasının yanması istisna olunur. 
Otaqların sahəsi hesablanarkən nəzərə almaq lazımdır ki, hər 
1 işçiyə xüsusi sahə norması 4,5 m
2
-dən az olmamalıdır. 
Döşəmələrin örtük materialı hamar, lakin sürüşkən olmamalı, 
təmizləmək üçün rahat olmalı, həmin otağın gigiyena və istismar 
tələblərinə cavab verməlidir. Qızdırılan otaqlarda və insanların 
(işçilərin) öz iş yerlərində uzunmüddətli olması zamanı 
döşəmələrin örtüyününün materialı müvafiq istilikudma əmsalına 
malik olmalıdır. 
Döşəmələrdə suyun axıb getməsi üçün trap-yığıcılar nəzərdə 
tutulur. Müvafiq otaqlarda döşəmələri keramik (saxsı) lövhələrdən 
və ya mərmər qırıqları ilə qarışdırılmış sementbetondan düzəltmək 
tövsiyə olunur. Belə döşəmə gigiyenikdir, asan yığışdırılır və 
yuyulur, işığı yaxşı əks etdirir. 
Qaz, buxar, istilik, səs-küy, toz ayrılması ilə gedən işlər 
(məsələn, akkumulyator batareyalarının doldurulması, rəngləmə və 
başqa işlər) başqa otaqlardan səs keçirməyən divarlarla və ya 
arakəsmələrlə ayrılan otaqlarda yerinə yetirilir. 
Avtomobillərin dayanacaq zonasında avtomobillərin 
divarlara toxunmasına imkan verməmək üçün təkərə söykənən 
quruluşlar, bordyurlar (köbələr) nəzərdə tutulmalıdır. I kateqoriya 
avtomobillər (minik avtomobilləri) üçün bordyurun hündürlüyü 
0,15 m az olmamalıdır. Avtomobillər arxa tərəfi ilə divara tərəf 
yerləşdirildikdə təkər söykənən hissədən divara qədər məsafə 


139 
avtomobilin arxa aşırımından (svesindən) 0,3m böyük olmalıdır. 
Təkərə söykənən oxşar quruluşlar dalanvari xəndəklərdə də 
nəzərdə tutulmalıdır. 
Minik avtomobilləri üçün TQ və CT zonasında xəndək tipli 
postlarda xəndəyin dərinliyi 1,3...1,4m, eni 0,9…1,1m olmalıdır. 
Minik avtomobilləri üçün TQ və CT zonasında iki dayaqlı 
elektromexaniki qaldırıcıların bərkidilmə yerləri qaldırıcıların 
montaj cizgisinə və montaj təlimatına uyğun təyin olunur. 
Diaqnostika zonasında diaqnostika stendinin yerləşdirilməsi 
stendin montaj cizgisinə və montaj təlimatına uyğun təyin olunur. 
İnşaat və konstruktor işləməsində texnoloji plan cizgisində 
diaqnostika postunda göstərilmiş avtomobil-yerin əhatə etdiyi 
sahədə dərinliyi ən azı 0,6m, eni və uzunluğu avtomobilin qabarit 
ölçülərindən az olmayan yuva-xəndək nəzərdə tutulmalıdır. 
Rəngləmə zonasında rəngləmə kamerasının yerləşdirilməsi 
kameranın montaj cizgisinə və montaj təlimatına uyğun təyin 
olunur. İnşaat və konstruktor işləməsində texnoloji plan cizgisində 
rəngləmə postunda göstərilmiş rəngləmə kamerasının əhatə etdiyi 
sahədə dərinliyi ən azı 1,0 m, uzunluğu və eni (8 × 4) m-dən az 
olmayan yuva-xəndək nəzərdə tutulmalıdır. 
Yuma zonasında mexanikləşdirilmiş yuma qurğusunun 
yerləşdirilməsi qurğunun montaj cizgisinə və montaj təlimatına 
uyğun təyin olunur. İnşaat və konstruktor işləməsində texnoloji 
plan cizgisində yuma qurğusunun göstərilmiş avtomobil-yeri əhatə 
etdiyi sahədə texnoloji tələblər nəzərdə tutulmalıdır. 
Zona, sahə və şöbələrin planları (avadanlıq düzülüşü ilə) 
müvafiq cizgilərdə, texnoloji və digər avadanlıqların siyahısı 
müvafiq cədvəllərdə verildiyindən stasionar və səyyar avadanlığın 
yerləşdirilməsi, onların montaj yerlərinin inşaat və konstruksiya 
xüsusiyyətləri avadanlığın montaj cizgisinə və montaj təlimatına 
uyğun təyin olunur. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə