Günah lüğət elmində



Yüklə 3,25 Mb.
səhifə49/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   ...   45   46   47   48   49   50   51   52   ...   61

23-“İNFAQ” AYƏSİ


“Bəqərə” surəsinin 274-cü ayəsində buyurulur:

الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُم بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلاَنِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

Öz var-dövlətlərini gecə-gündüz, gizli və aşkar infaq (xərc) edənlərin mükafatı öz Rəbbinin yanındadır. Onlar üçün nə qorxu var, nə də qəm-qüssə görərlər!”

Şübhəsiz, bu ayənin əhatəsi ümumidir və o Allah yolunda var-dövlət xərcləməyin müxtəlif formalarını göstərir: gizli və aşkar, gecə və gündüz... Ayədə belə saleh iş görənlər böyük mükafatla müjdələnir. Onların mükafatı Allahın yanındadır, keçmiş və gələcək barəsində də qəmgin deyillər. Ayə ümumi məfhum ifadə etsə də, rəvayətlərdən belə başa düşülür ki, onun nazil olması imam Əli (ə) ilə bağlıdır. Çünki rəvayətlərin çoxunda bu ayənin ilk dəfə Əli (ə) haqqında nazil olduğu göstərilir.

İbn Abbas deyir: “Bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. Bir dəfə Həzrət Əlinin (ə) cəmi dörd dirhəm pulu var idi. Onun bir dirhəmini gecə, bir dirhəmini gündüz, bir dirhəmini aşkar, bir dirhəmini isə gizli şəkildə Allah yolunda ehsan etdi. Allahın Peyğəmbəri (s) ondan “(Ya Əli!) Səni bu işə nə vadar etdi?” soruşduqda, Əli (ə) belə cavab verdi: “Allahın mənə vəd etdiklərini qazanmaq istəyim!” Peyğəmbər (s) buyurdu: “Agah ol ki, sən həmin vədlərə nail oldun!” Bu zaman yuxarıdakı ayə nazil oldu."

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu hədisi digər yeddi hədislə yanaşı müxtəlif ravilərdən nəql etmişdir.1

Süyuti də “Əd-durrul-mənsur” kitabında bunu müxtəlif sənədlərlə İbn Abbasdan nəql edir və deyir ki, bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. O həzrətin dörd dirhəm pulu vardı. Allah yolunda onun birini gecə, birini gündüz, birini aşkar və birini də gizli xərclədi. Bu zaman “infaq” ayəsi nazil oldu.2

Hədisin mənası budur ki, Əli (ə) öz var-dövlətini xərcləməkdə Allahın razılığını qazanmaq üçün heç nəyini əsirgəməmişdir. Birincisi, malik olduğu malı Allah yolunda xərc etmiş, ikincisi, bu iş həm gecə, həm gündüz, həm aşkar, həm də gizli yerinə yetirmişdir. Allahın razılığını qazanmaq üçün sevinclə yanaşı ixlas və fədakarlıq Onun dərgahında qəbul edilmiş və bu ayə nazil olmuşdur.

Bu hədisi Muhibbuddin Təbəri “Zəxairul-uqba”3 , Sibt ibn Cövzi “Təzkirətul-xəvass”4 , Əllamə Gənci “Kifayətut-talib”5 , məşhur təfsir alimi Qurtubi “Təfsir”6 , Şəblənci “Nurul-əbsar”7 , Şeyx Süleyman Qunduzi “Yənabiul-məvəddət”8 və digər alimlər öz kitablarında (yuxarıda qeyd etdiyimiz mətndən azacıq fərqlə) nəql etmişlər.

“Fəzailul-xəmsə”də bu hədis digər kitablardan, o cümlədən, İbn Əsirin “Usdul-ğabə”9 , İbn Həcərin “Əs-səvaiqul-muhriqə”10 və Vahidinin “Əsbabun-nüzul”11 kitablarından nəql edilmişdir.

Bu ayənin təfsirində nəql etdiyimiz hədisləri İbn Əbil-Hədid Mötəzilinin rəvayəti ilə sona yetiririk. O, imam Əlinin (ə) fəzilətlərini qeyd edib, “səxavət” fəzilətinə çatdıqda, “Həl-əta” surəsinin ayələrinə işarə ilə yazır: “Təfsirçilərin nəqlinə görə, Əlinin (ə) yalnız dörd dirhəm pulu vardı. Allah yolunda onun birini gecə, birini gündüz, birini aşkar və birini də gizli infaq etdi. Bu zaman Allah-taala onun haqqında “infaq” ayəsini nazil etdi.”1

Qeyd olunduğu kimi, bu hadis də təfsirçilər arasında yekdil, qəbul edilən həm də məşhur bir hədisdir.

24-“MƏHƏBBƏT” AYƏSİ


“Maidə” surəsinin 54-cü ayəsində buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ وَلاَ يَخَافُونَ لَوْمَةَ لآئِمٍ ذَلِكَ فَضْلُ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ

Ey iman gətirənlər! Sizlərdən hər hansı biriniz öz dinindən qayıtsa, (Allaha heç bir zərər yetirmir). Allah gələcəkdə elə bir tayfa gətirəcək ki, həm Allah onları, həm də onlar Allahı sevirlər. Onlar möminlərin qarşısında təvazökar, kafirlərin qarşısında sərtdirlər. Allah yolunda cihad edir, məzəmmət edənlərin danlağından qorxmurlar. Bu Allah tərəfindən istədiyi (və layiq gördüyü) şəxsə əta olunan bir lütf və mərhəmətdir. Allahın elmi (lütf və mərhəməti) genişdir!”

Ayədən məlum olur ki, dini təzə qəbul edən müsəlmanların dindən çıxması İslama heç bir zərər yetirə bilməz. Allah-taala müqəddəs dininin müdafiəsini müəyyən xüsusiyyətlərə malik bir qrup möminə tapşırmışdır. Həm Allah onları sevir, həm də onlar Allahı sevirlər. Onlar möminlərə qarşı təvazökar olar, düşmənlər və kafirlər qarşısında möhkəm duraraq, həmişə Allah yolunda cihad edər, məzəmmət edənlərin məzəmmət və danlağından əsla qorxmazlar. Bəli, bu xüsusiyyətlər bir nəfərə, yaxud bir qrup insana verilən ilahi lütf, mərhəmətdir və hər kəs ona layiq deyil.

Şübhəsiz, bu ayənin də məfhumu bir çox ayələr kimi ümumi və genişdir. Lakin həm şiə, həm də əhli-sünnə vasitəsilə nəql olunan rəvayətlərdən açıq-aydın başa düşülür ki, Əli (ə) bu ayənin ən kamil və bariz nümunəsidir.

Fəxri-Razi bu ayənin təfsirinə çatdıqda belə yazır: “Bəzi mülahizələrə əsasən, bu ayə Əli (ə) haqqında nazil olmuşdur.” Sonra özü bu müddəanın səhih olduğunu sübut etmək üçün iki dəlil göstərir; birincisi, Peyğəmbərin (s) Xeybər müharibəsində bayrağı Əliyə (ə) verib belə buyurduğunu nəql edir:

لاَدْفَعَنَّ الرّايَةَ غَداً اِلى رَجُلٍ يُحِبُّ اللهَ وَرَسُولَهُ وَ يُحِبُّهُ اللهُ وَرَسُولُهُ:

Mən sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o Allah və Peyğəmbəri, həm də Allah və Peyğəmbər onu sevir.”

Sonra əlavə edir: “Bununla yuxarıdakı ayənin kimə aid olduğu başa düşülür. İkinci dəlil isə Əlinin (ə) haqqında nazil olan sonrakı ayədir. Orada buyurulur: “Həqiqətən, sizin vəliniz və rəhbəriniz Allah, Peyğəmbəri və namaz qılıb rüku halında zəkat verənlərdir...” Buna əsasən, öncəki ayənin də onun haqqında nazil olduğunu deməyimiz daha münasib olar!”1

Fəxri-Razinin Peyğəmbəri-əkrəmin (s) Xeybər günü haqqında kəlamına istinadı İmam Əli (ə) haqda nəql olunan və o həzrətin ən böyük fəzilətlərindən sayılan məşhur bir hadisədən qaynaqlanır. Belə ki, İslam ordusunun bir neçə sərkərdəsinin Xeybər qalasını fəth edə bilmədiyini görən Peyğəmbəri-əkrəm (s) üzünü orduya tutub buyurdu:



لَاُعْطِيَنَّ الرّايَةَ غَداً رَجُلاً يُحِبُّ اللهَ وَرَسُولَهُ وَ يُحِبُّهُ اللهُ وَرَسُولُهُ كَرّاراً غَيْرَ فَرّارٍ، لا يَرْجِعُ حَتّى يَفْتَحَ اللهُ عَلَى يَدِهِ:

Allaha and olsun! Sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o Allah və Peyğəmbərini, həm də Allah və Peyğəmbəri onu sevir. O, ardıcıl olaraq hücum edəcək, heç vaxt (meydandan) qaçmayacaq və Allah onun vasitəsilə (müsəlmanlara) qələbəni nəsib etdiyi halda, geri qayıdacaqdır.”

Sabahı gün sübh Həzrət (s) buyurdu: “Əli haradadır?” Dedilər: “Xəstədir, gözü ağrıyır.” Peyğəmbər (s) buyurdu: “Ona xəbər verin, gəlsin!” Əli (ə) gəldi. Peyğəmbər (s) onun gözünə üfürdü (yaxud ağız suyunu onun gözünə sürtdü) və onun göz ağrısı çəkildi. Bayrağı ona verdi. Əli (ə) bir hücumla Xeybəri fəth etdi (və Peyğəmbərin (s) sözü gerçək çıxdı).

Bu hədisi Fəxri-Razidən başqa digər tarix və hədis alimləri də (azacıq fərqlə) öz əsərlərində nəql etmişlər. O cümlədən, Hakim Nişapuri “Müstədrəküs-səhiheyn” kitabında bu haqda üç hədis qeydə almışdır. Onların birincisi İbn Abbasdan nəql edilir: “Müsəlmanlardan bir qrupu onun yanında Əlini (ə) pislədikləri zaman qəzəblənib buyurdu: “Vay olsun bu camaatın halına ki, heç kəsin malik olmadığı on ikidən çox fəziləti olan bir şəxsin haqqında gör nə danışırlar?!” Sonra Əlinin (ə) fəzilətlərini bir-bir sadalayaraq, birinci fəziləti kimi Xeybər müharibəsindəki hadisəni yada saldı.”1

İkinci hədisdə Səd ibn Əbi Vəqqasın oğlu Amirin belə dediyi nəql olunur: “Bir gün Müaviyə atam Səddən soruşdu: “Nə üçün Əli ibn Əbi Talibi söymürsən?” Atam dedi: “Peyğəmbərin (s) onun haqqında buyurduğu üç fəzilət yadımda ikən onu söyməkdən çəkinirəm. Əgər bu üç fəzilətin biri məndə olsaydı, qiymətli qırmızı tüklü dəvələrə sahib olmağımdan daha sevimli olardı.” Müaviyə soruşdu: “Onlar hansılardır?” Səd dedi: “Birincisi “kisa” (əba) hədisi, ikincisi “mənzilət” hədisi (Peyğəmbər (s) “Təbuk” müharibəsinə gedərkən, Əliyə (ə) buyurmuşdu: “Ya Əli! Mənimlə sənin nisbətin Musanın Harunla nisbəti kimidir!”), üçüncüsü isə Əlinin (ə) “Xeybər” müharibəsindəki şücaəti və Peyğəmbərin (s) buyurduğu bu kəlamdır: “Sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o Allahı və Peyğəmbərini, həm də Allah və Peyğəmbəri onu sevir. Allah onun vasitəsilə Xeybər qalalarını fəth edəcək.” Sonra Peyğəmbər (s) Əlini (ə) çağırdı və öz ağız suyunu onun gözlərinə sürtdü. Əlinin (ə) göz ağrısı kəsildi. Bundan sonra bayrağı ona verdi. Bu üç fəzilətə görə Əlini (ə) söyə bilmirəm. Bu zaman Müaviyə susub, bir söz demədi...”2

Üçüncü hədisi isə Abdullah ibn Büreydədən, qeyd etdiyimiz Xeybər əhvalatı haqda bir sıra əlavələrlə yanaşı nəql etmişdir.3

Sələbi “Mənaqib” kitabında yazır: “Həqiqətən, bu ayə Əli (ə) haqqında nazil olmuşdur.”4

“Kənzül-ümmal” kitabında da bu hədis Səd ibn Əbi Vəqqasdan, eləcə də bir sıra əlavələrlə Amir ibn Səddən nəql olunmuşdur.

Əhli-sünnə və Əhli-beyt məktəbinin ardıcıllarının məşhur kitablarında nəql olunan bu hədislər elə bir fəziləti aşkar edir ki, Səd ibn Əbi Vəqqasın dediyi kimi, onun misli yoxdur. Hətta bəziləri bu fəzilətlərdən yalnız birini özləri üçün böyük iftixar bilmişlər. Görəsən, İslam ümməti arasında bu kimi fəzilətlərə sahib insanların varlığı onların Peyğəmbərin (s) canişinliyini göstərmirmi?!

***


Bu ayədəki ifadələrdən və məşhur kitablarda nəql olunan rəvayətlərdən məlum olur ki, Əli (ə) nəinki Peyğəmbərin (s) sevdiyi və Allahın lütf etdiyi şəxsdir, hətta Allaha və Peyğəmbərə (s) görə, yaradılmışların ən sevimlisidir! Buna şahid məşhur “Teyr” (quş) hədisidir. “Əl-müstədrəkü ələs-səhiheyn” kitabında yazılır: “Peyğəmbərin (s) uzun həyat sürən Ənəs adlı xidmətçisi xəstələndiyi zaman Məhəmməd ibn Həccac bir neçə nəfərlə onun görüşünə getmişdi. Onlar çox şey haqda danışdılar. Nəhayət, Əlidən (ə) söz düşdükdə, Həccacın oğlu o həzrətin barəsində nalayiq sözlər deməyə başladı. Ənəs narahat olub dedi: “Bu kimdir, belə danışır? Məni qaldırın!” Onu yerindən qaldırıb, oturtdular. O dedi: “Ey Həccacın oğlu! Nə üçün Əli ibn Əbi Talib (ə) haqqında pis fikirdəsən? Məhəmmədi (s) peyğəmbərliyə seçən Allaha and olsun! Mən Peyğəmbərin (s) xidmətçisi olmuşam. Hər gün ənsarın cavanlarından biri o həzrətin qulluğunda dururdu. Növbə mənə çatan gün Ümmü Əymən Peyğəmbər (s) üçün (qızardılmış) quş gətirib, o həzrətin qarşısına qoydu. Həzrət buyurdu: “Ey Ümmü Əymən! Bu quşu haradan gətirmisən?” Ümmü Əymən dedi: “Onu özüm ovlamış və sizin üçün bişirmişəm!” Peyğəmbər (s) buyurdu:

اَللّهُمَّ جِئْنِى بِاَحَبَّ خَلْقِكَ اِلَيْكَ وَاِلَىَّ، يَأكُلُ مَعِى مِنْ هذا الطَّيْرِ:

İlahi! Sənin və mənim yanımda yaradılmışların ən sevimlisi olan şəxsi yetir ki, mənimlə birlikdə bu quşun ətindən yesin!”

Bu vaxt evin qapısı döyüldü. Allahın Peyğəmbəri (s) buyurdu: “Ey Ənəs, gör, qapının arxasındakı kimdir?” Mən öz-özümə dedim: “Kaş, qapının arxasında ənsardan biri olaydı. Lakin qapını açdıqda Əlini (ə) gördüm və ona dedim: Peyğəmbərin (s) işi var (səninlə görüşməyə vaxtı yoxdur). Bunu deyib, qayıtdım və öz yerimdə əyləşdim. Yenidən qapı döyüldü. Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! Hər kimdirsə, icazə ver, qoy gəlsin! Öz tayfasını sevən təkcə sən deyilsən və o da ənsardan deyil!” Mən qapını açdım. Əli (ə) içəri daxil oldu. Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! Quş ətini ona yaxın qoy.” Mən quş ətini Peyğəmbərlə (s) Əlinin (ə) qarşısına qoydum və hər ikisi ondan yeməyə başladılar.

Məhəmməd ibn Həccac dedi: “Ey Ənəs! Sən bu hadisəni öz gözünləmi gördün?”

Ənəs dedi: “Bəli!”

Bu vaxt Həccacın oğlu dedi: “Mən Allahla əhd-peyman bağlayıram ki, bundan sonra heç vaxt Əlinin (ə) haqqında pis fikirdə olmayım və ona irad tutanı alçaldım!”1

Zəhəbi əhvalatı “Əl-müstdərəkü ələs-səhiheyn” kitabının haşiyəsində verilmiş “Təlxisül-müstədrək” kitabında da nəql etmişdir.

“Teyr” adı ilə məşhur olan bu hədis bir çox kitablarda, İslamın müxtəlif mənbələrində nəql olunmuşdur. Əllamə Əmini bu barədə yazır: “Teyr” (quş) hədisi “mütəvatir” və səhih hədislərdəndir. Alimlər onun “təvatür” və doğruluğunu inkar edə bilməmişlər.”

Böyük fəqih, hədis alimi, xətib, ədib və şair Əhməd ibn Müvəffəq “Mənaqib” kitabında bu hədisi qeyd etmişdir.2

Hətta məşhur hədis alimi Termizi “Səhih” kitabında Ənəs ibn Malikdən belə nəql edir: “Peyğəmbərin (s) qarşısına qızardılmış quş əti qoyulduğu zaman dedi:



اَللّهُمَّ اَئْتِنِى بِاَحَبَّ خَلْقِكَ اِلَيْكَ يَأكُلُ مَعِى هذا الطَّيْرَ فَجاءَ عَلِىٌّ فَاَكَلَ مَعَهُ:

İlahi! Yaradılmışların ən sevimlisini göndər ki, mənimlə bu quşdan yesin.” Bu vaxt Əli (ə) gəldi və onlar birlikdə yedilər.”3

Əllamə Gənci Şafei “Kifayətut-talib” kitabında “Teyr” hədisini qeyd etdikdən sonra yazır: “Bu hədis açıq-aydın təsdiqləyir ki, Əli (ə) Peyğəmbərdən (s) sonra Allahın yaratdıqlarının ən sevimlisidir. Buna ən qəti dəlil budur ki, Allah-taala Peyğəmbərin (s) duasını qəbul etmişdir... Beləliklə, Allahın dərgahına yaxınlaşmaq üçün ən yaxşı vasitə Əli ibn Əbi Talibə (ə), Allahı sevən bir şəxsə məhəbbət bəsləməkdir!”4

Hicri qəməri tarixilə üçüncü əsr alimlərindən olan Əllamə Nisai “Xəsais” adlı məşhur kitabında bu hədisi bir sıra əlavələrlə nəql etmişdir.5

Hədisi öz kitablarında nəql edən digər alimlərdən “Təzkirətul-xəvass” kitabının müəllifi Sibt ibn Cövzini, “Usdul-ğabə” kitabının müəllifi İbn Əsiri, “Məsabihus-sünnə” kitabının müəllifi İbn Məsud Şafeini, “Zəxairul-uqba” kitabının müəllifi Muhibbuddin Təbərini və “Yənabiul-məvəddət” kitabının müəllifi Şeyx Süleyman Bəlxi Qunduzini misal göstərmək olar.

Bəzilərini heyrətə gətirən budur ki, İbn Əsirin “Usdul-ğabə” kitabında nəql olunan “Teyr” hədisinin sənədlərindən birində (Ənəs ibn Malikdən nəql olunan hədisdə) deyilir: “Əvvəl Əbu Bəkr gəldi, Ənəs onu geri qaytardı. Sonra Osman gəldi, Ənəs onu da geri qaytardı. (Nisainin “Əl-xəsais” kitabında nəql olunan hədisdə isə Osmanın yerinə Ömərin adı qeyd olunur.) Sonra Əli (ə) gəldi və ona evə daxil olmaq icazəsi verildi.”

İbn Əsir sonda yazır: “Bu hədisdə Əbu Bəkr və Osmanın adının çəkilməsi doğrudan da qəribədir!”1

Maraqlıdır ki, əhli-sünnənin bəzi hədis alimləri imam Əlinin (ə) bu misilsiz fəzilətini gözdən salmaq üçün həmin hədisin sənədinə şübhə ilə yanaşmışlar. Məsələn, “Əl-bidayətu vən-nihayə” kitabının müəllifi İbn Kəsir uyğun hədisi nəql etdikdən sonra yazır: “Bu hədisin sənədləri çox olsa belə, ona şəkkim var.”

Halbuki bir çox məşhur mənbələrdə nəql olunmuş bu mütəvatir hədisin sənədinə heç bir irad yoxdur. Sadəcə, hədis onların əqidəsinə uyğun gəlmədiyindən məntiqsiz və yersiz bəhanələrə əl atmışlar. Mərhum Əllamə Əmini bu hədisi nəql etdikdən sonra yazır: “Hədisin doğruluğunu təmin edən bütün şərtlər mövcud olduğu halda, bir kəsin qəlbində ona şəkk-şübhə varsa, nöqsan hədisdə yox, onun qəlbindədir!”


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə