Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə11/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   7   8   9   10   11   12   13   14   ...   58

26 
 
Güney Azərbaycana məxsus Urmiya və xüsusilə də Negadənin on il öncəyə 
qədər  əhalisinin  95%-ni  türklər  təĢkil  edirdi.  Son  zamanlarda  3  milyon  kürd  bu 
bölgəyə  yerləĢdirilmiĢdir.  Bu  gün  adı  çəkilən  yerlərdə  kürd  əhalisinin  50%-i 
keçdiyi  söylənməkdədir.  (Vedat  Yenerer.  Urumiye  ve  Negade  Kürtleşdiriliyor, 
“Yeniçağ” gazetesi, 11 Mart 2005 İstanbul/Türkiye). 
Dünya  Azərbaycanlılarının  Haqlarını  Müdafiə  Komitəsinin  açıqlamasına 
görə,  Kəlbəcər,  Qubadlı,  Laçın  bölgələrinə  200-500  kürd  ailəsinin  yerləĢdirildiyi 
qeyd olunmaqdadır. Kamil Kərim Yandı “Azadigan” qəzetinə yazdığı “Kamalizm 
doktrini  və  Türkiyədə  kürd  nasionalist  hərəkatlarının  Ģiddətlənməsi”  adlı  bir 
məqalədə    açıq  bir  Ģəkildə  kürd  və  PKK  iĢ  birliyi  və  Türkiyə  əleyhdarlığı 
sərgiləməkdədir.  2000-ci  ildə  Tehranda  PKK  baĢçısı  Abdulla  Öcalanın  “Ġslam, 
vətənsevər  Kürdistan  toplumu  və  məni  qətl  etmə  planı”  adlı  əsəri  nəĢr  edildi. 
Halbuki, Ġranın iĢğalındakı torpaqlardakı 35 milyon Güney azərbaycanlıların kitab 
nəĢr etmə hüquqlarına ciddi yasaqlar qoyulmuĢdur. Ancaq PKK üçün sərrast yayın 
haqqının  olması  düĢünülməsi  gərəkən  bir  durumdur.  Kitabla  yanaĢı,  Ġranın 
“Azadigan” qəzetində Türkiyə düĢmənliyinə geniĢ yer verilməkdədir. 
Ġran  aĢkar  Ģəkildə  kürdlərin  Türkiyə  əleyhindəki  yayınlarına  izn 
verməkdədir. ĠĢin ən acınacaqlı tərəfi isə Ġran içərisindəki  kürd oluĢumunu,  ya da 
hərəkatları  əskidən  bəri  Ġranın  əsas  düĢmən  qismində  gördüyü  ABġ  və  Ġsrail 
tərəfindən  yürüdülməkdədir.  Ġsrail  ilk  olaraq  1964-cü  ildə  kürdlər  ilə  əlaqə 
yaratmıĢdır.  Bu  ildə  Ġsrailin  müdafiə  nazirinin  müavini  kürdlər  arasında  etibar 
sahibi  olan  Kamran  Əli  Bədirxan  ilə  gizli  bir  Ģəkildə  görüĢmüĢ  və  bu  görüĢmə 
nəticəsində  bir  peĢmərgə  qrupunun  Ġsraildə  silahlı  təlim  alması  qərara  alınmıĢdır. 
Bu fəaliyyət 1965-ci ilin avqust ayında baĢlamıĢ   və üç ay davam etmiĢdir.  Daha 
sonra Ġsrail, General Tsuri Saguy, Haim Levakov və Arik Regevidən Ġraq ordusuna 
qarĢı  istifadə  etmiĢdir.  1972-ci  ildə  Ġraq  ordusu  tərəfindən  əzilən  kürdlərin 
imdadına Ġsrailin Tehran hərbi atteĢesi Yaakov Nimrudi yetiĢmiĢdir. Nəhayət, Ġran 
Ģahı Rza Pəhləvi Rıçard Nikson ilə görüĢərək kürd terrorçuları üçün Ġsrail və ABġ-
dan 24 milyon dollarlıq bir yardım almıĢdır (“Türk sesi” gazetesi, 30 Eylül 2004/7 
Ekim 2004 Trabzon/Türkiye). 
Bu durum əslində strateji baxımdan qarĢıda Türkiyə və Güney Azərbaycan 
türkləri  üçün  acınacaqlı  olan  vəziyyət  sərgiləməkdədir.  Çünki  Quzeydən 
Ermənistan  və  Güneydən  qurulacaq  kürd  dövləti  ilə  Türkiyənin  Orta  Asiya 
bağlantısı tamamən kəsilərkən Güney Azərbaycan təcrid edilərək zamanın axıĢında 
assimilyasiya  təhlükəsi  ilə  üz-üzə  qalacaqdır.  Ġranın  son  zamanlarda  ölkənin 
qərbindəki  kürdlərə  olası  ABġ  hücumundan  müdafiə  üçün  ciddi  Ģəkildə  silah 
payladığı söylənməkdədir. Əgər durum belə isə bu Ġraqda türkmənlərin yox ediliĢi 
planının  bir  baĢqa  versiyası  olacaqdır.  Çünki  Amerika  Ġraq  hücumunda  kürdlərə 
(peĢmərgələrə) Ġraq ordusuna aid silahları paylayıb onları ağır döyüĢ texnikası ilə 


27 
 
silahlandırarkən, türkmənlərin silahsızlaĢdırılmasına cəhd göstərmiĢ və  hətta bəsit 
silahlar  kimi  qəbul  edilən  tapançaları  belə  toplamıĢ,  Ġraq  Türkmən  Cəbhəsinə  aid 
büroya  tez-tez  hücumlar  düzənləyərək  türkmənlərin  tanınmıĢ  liderlərini  həbs 
etmiĢdir.    Bu  gün  isə  Ġraq  türkmənləri  öz  taleyinin  ixtiyarına  buraxılmıĢ 
durumdadır.  Eyni  ssenarinin  Güney  Azərbaycan  türklərinə  Ģamil  ediləcəyinə  heç 
bir  Ģübhə  yoxdur.  Rəfsəncani  öndərliyində  reformist  siyasət  inkiĢaf  etdirilərək, 
ABġ-ın arzuları həyata keçiriləcəkdir. Çünki Rəfsəncaninin ABġ-a molla rejimini 
dəyiĢdirmə,  nüvə  obyektlərini  qapatma  və  s.  yönündə  vədlər  verdiyi 
söylənməkdədir. Əgər durum bu istiqamətdə isə gerçəkdən də Güney Azərbaycan 
türkləri  gözləmədikləri  bir  çətinliklə  qarĢı-qarĢıyadırlar.  Çünki  bu  gün  Ġran  ilə 
ölüm-dirim  qovğasında  belə  olmayan  Güney  Azərbaycanlılar  yaxın  bir  zamanda 
ABġ  dəstəyindəki  kürdlər  ilə  çox  ciddi  bir  savaĢa  girəcəkdir.  Halbuki  Güney 
Azərbaycan türklərinin əllərində müdafiə üçün hər hansı bir silah yoxdur. 
Ġran  yetmiĢ  milyonluq  əhalisi,  müəyyən  sənaye  potensialı  və  dünyanın 
dördüncü  böyük  neft  istehsal  edən  ölkəsi  olub  əhalisinin  75%-i  25  yaĢın  altında 
gənc bir nüfusa sahibdir. Ġqtisadiyyatın 70%-i dövlətin nəzarətindədir. Bu ABġ-ın 
Orta  ġərq  siyasəti  üçün  heç  də  qəbul  ediləcək  bir  durum  deyildir.  Elə  bu 
səbəbdəndir  ki,  ABġ  Ġran  üzərində  qeydsiz-Ģərtsiz  bir  hakimiyyət  qurmaq 
istəyindədir. 
Ancaq  Amerikanın  Ġran  torpaqlarında  uzun  illər  qala  bilmə  Ģansı  olmadığından 
Ġranda  öz  amaçlarına  xidmət edəcək kukla  bir hakimiyyət  formalaĢdıracaqdır. Bu 
hakimiyyət üç formada yaradıla bilər: 
1.  Rza  Ģahın  oğlunun  liderliyində  demokratik  görünümlü  bir  hakimiyyət 
formalaĢdırmaq; 
2. Ġranı üç parçaya bölərək muxtar bölgələr yaratmaq; 
3. Kürd federasiyasını yaratmaq. 
Zənnimizcə,  bu  üç  seçənək  içərisində  ilk  mərhələdə  Güney  Azərbaycan 
türkləri  də  göstəriləcək,  ancaq  sonrakı  proseslərdə  Ġraqda  olduğu  kimi  say 
çoxluğuna baxılmadan kürdlərin ön plana çəkiləcəyi istisna olunmur. Ġlk seçənəyin 
olma  Ģansı  Ģiə  güclər  səbəbindən  olduqca  böyük  olsa  da,  üçüncü  seçənəklə 
tamamlanacaqdır.  Yəni  Güney  Azərbaycanlıların  bir  federasiya  da  yaratmalarına 
fürsət  vermədən  muxtar  bir  kürd  federasiyası  qurulacaqdır.  Çünki  bu  ABġ 
mənfəətlərinə 
ən  uyğun  olan  seçənəkdir.  Dolayısıyla  burada  Güney 
azərbaycanlılardan  alət  kimi  istifadə  edilərək,  onların  bir  yandan  farslar,  digər 
tərəfdən kürdlər tərəfindən sıxıĢdırılacağı düĢünülməkdədir. 
Kürdlərin bu mücadilədə ABġ-dan və Ġsraildən hər cür dstək alacağına hər 
hansı  bir  Ģübhə  olmamalıdır.  Azərbaycan  türklərinə  isə  hər  hansı  bir  dövlətin 
yardım  etmə  Ģansı  yoxdur.  Ona  görə  də  Güney  Azərbaycan  türkləri  böyük 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə