Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə10/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   6   7   8   9   10   11   12   13   ...   58

24 
 
Baltik respublikalarının tarixində də mühacir dövlətin yaradılması təcrübəsi 
mövcuddur. Regionun bütövlükdə rus müstəmləkəçiliyinə çevrildiyi illərdə Avropa 
ölkələrində  uzun  müddət  Litva,  latıĢ  və  estonların  mühacir  dövlətləri  olmuĢdur. 
Məhz bu dövlətlərin ardıcıl, sistemli  mübarizələri  nəticəsində Baltikyanı regionda 
istiqlalçılıq məfkurəsi heç bir zaman sönməmiĢdir. Baltikyanı respublikaların milli-
azadlıq hərəkatının beynəlxalq dəstək qazanması da regionun mühacir dövlətlərinin 
birgə, səmərəli fəaliyyətinin nəticəsində mümkün olmuĢdur. 
Ümumiyyətlə, qeyd olunmalıdır ki, dünya təcrübəsində mühacir dövlətlərin 
yaranması əsasən iki aspektdə özünü göstərir: 
1) mövcud siyasi rejimə və onu devirmək məqsədinə; 
2) istiqlaliyyət və öz  müqəddəratını təyinetmə  missiyasını  gerçəkləĢdirmək 
məqsədinə. 
Güney  Azərbaycan  mühacir  dövlətinin  yaradılmasının  milli  haqlarımızın 
daha  çevik  Ģəkildə  siyasi  gündəmə  gətirilməsinə  təkan  verəcəyi  Ģübhə  doğurmur. 
Çünki  burada  problem  rejimi  dəyiĢməyə  deyil,  istiqlal  məfkurəsinin 
gerçəkləĢməsinə,  milli  haqların  tanınmasına,  millətlərin  müqəddaratını  təyinetmə 
prinsiplərinə söykənir. 
 
Dr. Ənvər UZUN 
Trabzon, Türkiyə 
 
GÜNEY AZƏRBAYCANIN ÇAĞDAġ 
SĠYASĠ DURUMU 
 
Ġllərlə  kimliyini  qoruma  qeyrəti  içərisindəki  Güney  Azərbaycan  türkləri 
zamanın  axımına  paralel  inkiĢaf  edən  bəzi  hadisələrə  bağlı  olaraq  bir  sıra 
çətinliklərə  sinə  gərmək  məcburiyyətində  qalmıĢ,  bu    yolda  xeyli  sayda  dəyərli 
övladını  qeyb  etmiĢdir.  Güney  Azərbaycan  türkləri  Sovet  Rusiyasının  dəstəyi  ilə 
1945-ci  ildə  arzularına  qovuĢmuĢ  olsalar  da,  bu  qələbə  uzun  ömürlü  olmamıĢdır. 
Çünki bu qələbə əslində Sovet Rusiyasının dəstəyi ilə əldə edilmiĢdi. Bu vəziyyətlə 
barıĢmayan  Güney  aydınları  öz  arzularını  açıq  bir  Ģəkildə  dilə  gətirdikləri  üçün 
Rusiyanın dəstəyini çəkməsi ilə birlikdə təkbaĢına qalınca əllərindəki azadlıqları da 
ġah hakimiyyəti tərəfindən sona çatdırılmıĢdı. 
Ġndi isə aradan keçən altmıĢ ildən artıq bir zaman kəsiyindən sonra bu dəfə 
ABġ Güney Azərbaycan türklərinin biganə qaldığı vəziyyətinə birdən-birə diqqəti 
çəkəcək Ģəkildə həyan olmağa baĢlamıĢdır. 
ġübhəsiz  ki,  Güneydəki  Azərbaycan  türklərinin  problemlərinin 
çözülməsində  “Türkün  türkdən  baĢqa  dostu  yoxdur”  gerçəyi  ilə  həmlələr 


25 
 
edilməlidir.  Unudulmamalıdır  ki,  son  dönəmlərdə,  xüsusilə,  Qafqaz  və  Orta  ġərq 
coğrafiyasındakı  siyasi proseslər  olduqca təhlükəlidir. Ġmperialist Rusiya  və  ABġ 
öz  mənfəətləri  naminə  bəhs  olunan  coğrafiyadakı  xalqların  mənfəətlərini  nəzərə 
almadan  yeni  müstəmləkə  ocaqları  yaratmaq  niyyətindədirlər.    Bu  mənfəət 
həmləsində indilikdə ABġ daha aktiv görünməkdədir. 
ABġ  bunun  üçün  ilk  olaraq  Ġraqı  dağıtmıĢ  və  Türkiyənin  qarĢı  çıxmasına 
baxmayaraq  kürdlərin  lideri  Bərzaninin  baĢçılığı  ilə  bir  Kürd  federasiyası 
gerçəkləĢdirmiĢ, Quzey Ġraqa  400 min kürdü  yerləĢdirmiĢdir.  Bölgəyə  təzyiqi hər 
gün bir az daha artıran ABġ-ın hədəf nöqtəsində Ģübhəsiz ki, Ġran olacaqdır.  
Hər  nə  qədər  ABġ  Əfqanıstan,  Azərbaycan,  Gürcüstan  və  Ġraqa  yerləĢərək 
Ġranı hədəfə almıĢ olsa da, onun keçmiĢ təcrübələrdən dərs alaraq açıq bir Ģəkildə 
Ġrana hərbi operasiya düzənləmə ehtimalı zəifdir. 
Ġrana hər nə qədər dini nəzarət mexanizmi hakim olsa da dövrün texnoloji 
imkanları  vasitəsiylə  xalqın  mühüm  bir  qismi  çağdaĢ  yaĢam  tərzini  seçməyi  bir 
haqq  olaraq  düĢünməkdədir.  Bunun  nəticəsində  də  mühafizəkar-reformist    iki 
görüĢ sıx-sıx Tehran küçələrində qarĢı-qarĢıya gəlməkdədir.  
Digər  tərəfdən  isə  1913-cü  ildə  Gülüstan  sülh  müqaviləsi  ilə  azadlıqları 
əlindən  alınaraq  torpaqları  yağmalanmıĢ  Güney  Azərbaycan  türkləri  öz 
istiqlaliyyətini qazana bilmək üçün daha çox gəncini dar ağaclarında qeyb etmiĢdir. 
Bütün  bunlar  əslində  ABġ-ın  Ġranda  həyata  keçirmək  istədiyi  savaĢ  konsepsiyası 
üçün  yetərli  potensialdır.  Ona  görə  də  ABġ  Ġrandakı  Azərbaycan  türklərindən  və 
kürdlərdən istifadə etməkdən çəkinməyəcəkdir. Ġran əhalisinin yarısını təĢkil edən 
türklərdən  baĢqa  beĢ-altı  milyon  civarında  olan  kürdlərin  varlığı  söylənməkdədir. 
Bu durum Ġranın zəif tərəfidir. ġübhəsiz ki, ABġ dəyiĢik söyləmlər ilə, hətta açıq 
bir Ģəkildə Azərbaycan türklərinə  müxtəlif vədlər verəcəkdir. Türkləri və kürdləri 
dəstəkləyərək öz lehinə bir durumun həyata keçməsinə çalıĢacaqdır. 
Ġrandakı  rejimin  dəyiĢdirilməsi  ABġ  üçün  önəmli  bir  məsələ  olaraq 
görünməkdədir,  bunun  üçün  VaĢinqton  və  Təl-Əviv  uzun  illərdir  ki,  ilgilərində 
olmayan  Güney  Azərbaycan  məsələsinə  əyilmiĢdir.  Hər  nə  qədər  bu  iliĢkilər  hələ 
kəskin  Ģəkildə  dünya  ictimaiyyətinə  təqdim  edilməmiĢ  olsa  da,  Ġran  kürdlərinin 
ABġ  və  Ġsrail  tərəfindən  hər  cür  dəstəkləndiyi  bilinməkdədir.  Bunun  nəticəsində 
Ġrandakı kürdlər hər gün bir az daha  güclənməkdədirlər. Bunun nəticəsində  onlar 
sadəcə  iranlıları  deyil,    Güney  Azərbaycanlıları  da  özləri  üçün  potensial  bir  güc 
olaraq  görməkdədirlər.  Bunun  qarĢısını  ala  bilmək  üçün  Güney  Azərbaycanlılar 
üzərində  təzyiq  yaratmağa  çalıĢmaqdadırlar.  Ġranda  yaĢayan  kürdlər  Güney 
Azərbaycanlıların sıx yaĢadığı Urmiya, Ərdəbil, Təbriz, Maku və digər Ģəhərlərdə 
məskunlaĢaraq  bu  yaĢayıĢ  məskənlərini  kürdləĢdirməkdədirlər.  Bu  mücadilə 
hazırda PKK və Pejak adlı silahlı kürd qrupları tərəfindən həyata keçirilməkdədir. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə