Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə9/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   5   6   7   8   9   10   11   12   ...   58

21 
 
yazmağa  baĢladılar.  Ġctimai-siyasi  mühitin  bir  qədər  yumĢalması  ana  dilinin 
inkiĢafına  güc  verdi.    ġəhriyarın  ana  dilində  yazmağa  baĢlaması,  “Heydərbabaya 
salam”ın yaranması bu dövrə təsadüf edir. Amma yenə də “Heydərbabaya salam”ı, 
Sabirin  “Hophopnamə”sini,  “Kitabi-Dədə  Qorqud”u  oxumaq,  evdə  saxlamaq 
cinayət  hesab  olunurdu.  1950-1952-ci  illərdə  qorxu  nisbi  olaraq  götürülmüĢdü.  
1953-cü ildə Müsəddiq devrildikdən sonra mənim gözümün qabağında onun evini 
topa  tutdular,  bir  çox  insanları  həbs  və  edam  etdilər.  Ölkədən  qaçmıĢ 
Məhəmmədrza Ģah qayıtdı və islam inqilabına qədər onun hakimiyyəti sürdü. 
YetmiĢici  illərdə  siyasi  təzyiq  bir  qədər  azalanda  Səməd  Behrəngi  kimi 
ziyalılar  türk  dilini  kənd  uĢaqlarına  öyrətməyə  çalıĢırdılar.    Bunun  da  milli 
hərəkatda müsbət izlərini görmək mümkündür.  
Ġslam cümhuriyyəti dövründə bir sıra qəzet və dərgilər türk dilində çıxmağa 
baĢladı.  Amma  qanuni-əsasidə  olan  türk  dilinin  iĢlədilməsi,  bu  dildə  məktəb 
açılması Tehran hökumətini qorxutdu.  Yenə həmin töhmətlərlə ana dili təqib edilir, 
Ģah zamanında olduğu kimi təziyətələb, pantürkist və s. adlarla damğalanır. Hətta 
bu  ilin  24  fevralında  dünyada  ana  dili  elan  olunan  gün  Təbrizdə  kiçik  bir 
konfransın  keçirilməsinin  qarĢısını  aldılar.    Və  yenə  göstərdilər  ki,  Tehran 
hökuməti    və  fars  Ģovinizmi  bizim  ana  dilimizin  bazası,  məktəbi  olmasından, 
nəhayət  milli  hərəkatın  güclənməsindən  qorxur.  Özünün  qeyri-qanuni  və  qeyri-
insani  hakimiyyətini türk və digər xalqlar üzərində  yürütmək üçün ana dilinin  və 
milli mədəniyyətin qarĢısını hər cür üsulla almağa çalıĢır. Bir sözlə, Azərbaycanın 
düĢmənləri bilirlər ki, onun gücü, gələcəyi, müstəqilliyi ana dilinə bağlıdır.  Buna 
görə ana dili Güney Azərbaycanın milli strategiyasında mühüm rol oynayacaqdır. 
Ana  dilində  məktəblər  açılmadan  istiqlaliyyətə  nail  olmaq  mümkün  deyildir.  
Azərbaycanın  Güneyində  canlı  hərəkat  gedir,  bu  göstərir  ki,  ana  dilimizin  riĢəsi 
kəndlərimizdə,  Ģəhərlərimizdə,  xalqın  ürəyindədir.  Və  bu  hərəkat  yavaĢ-yavaĢ 
özünün siyasi yoluna düĢür. Bunu daha dərin milli hərəkata çevirmək üçün bütün 
qurumların,  fikirlərin  bir  yerə  yığıĢması,  vahid  strategiyadan  çıxıĢ  edilməsi 
lazımdır.  Çünki  gücümüz  birliyimizdə,  varlığımız,  kimliyimiz  ana  dilimizdədir. 
Əgər  bunu  anlamasaq,  ana  dilinin  əhəmiyyətini  dərk  etməsək,  ümumbəĢəri 
məsələlərdə  də  müvəffəq  ola  bilmərik.  Çünki  bəĢəri  məsələlərdən  qabaq  milli 
problemlərin həllinə ehtiyac duyulmaqdadır. 


22 
 
Prof.dr.Vaqif SULTANLI 
 
GÜNEY AZƏRBAYCAN MÜHACĠR DÖVLƏTĠNĠN YARADILMASI 
ZƏRURƏTĠ 
 
Məlum  olduğu  kimi,  Azərbaycan  iki  əsrə  yaxındır  ki,  parçalanmıĢ,  onun 
Quzeyi  Rusiya  imperiyasının,  Güneyi  isə  Ġran-fars  müstəmləkəçilik  rejiminin 
əsarəti  altında  yaĢamağa  məcbur  olmuĢdur.  Lakin  xalqımız  bu  əsarət  və  yad 
güclərin bölücülük siyasəti ilə barıĢmamıĢ, zaman-zaman özünün azadlığı uğrunda 
mübarizəyə qalxmıĢdır. 
1918-1920-ci  illərdə  Quzeydə  yaranan  Azərbaycan  Xalq  Cümhuriyyəti, 
1921-ci  ildə  Güneydə  əsası  qoyulan  Azadistan  dövləti,  1945-1946-cı  illərdə 
fəaliyyət göstərmiĢ Azərbaycan Milli Hökuməti bunun nümunəsidir. Tarixin siyasi 
Ģərtləri  bu  dövlətlərin  uzun  müddət  yaĢamasına  imkan  verməmiĢ,  onlar  ayaq 
tutmamıĢ, süquta uğramıĢlar.  
Nəhayət,  rus-sovet  imperiyasının  çöküĢü  ilə  1991-ci  ildə  Azərbaycanın 
Quzeyi özünün uzun müddət itirilmiĢ olan dövlət müstəqilliyini bərpa etmiĢdir. 
O da məlumdur  ki, hazırda  yaranmıĢ olan  Azərbaycan Respublikası, bütöv 
Azərbaycanın  ərazi və əhali baxımından 
1
/
4
-dən az bir hissəsini əhatə edir. Böyük 
öndər  Əbülfəz  Elçibəyin  dəyərləndirməsi  ilə  desək,  Azərbaycanın  mərkəzi  və 
Güneyi hələ də özünün istiqlaliyyətini gözləməkdədir. 
Dövrümüzün  siyasi  Ģərtləri  istiqlaliyyət  uğrunda  mübarizənin  çeĢidli 
formalarını  ortaya  qoyur.    Bu  mübarizənin  formalarını  açıqlamadan  və  hər  hansı 
birinin  daha  optimal  olduğunu  əsaslandırmadan  deyə  bilərik  ki,  ikiyə  bölünmüĢ, 
zəiflədilmiĢ, milli haqları əlindən alınmıĢ Azərbaycanın taleyi harda yaĢamasından 
asılı  olmayaraq  hər  bir  Azərbaycan  türkünü  düĢündürməli,  narahat  və  səfərbər 
etməlidir. 
Ġndilikdə qarĢıda duran əsas məsələlərdən biri Azərbaycanın parçalanmasını 
dünya  mədəni  birliyinin  diqqətinə  çatdırmaq,  siyasi  güc  mərkəzlərini,  insan 
hüquqları 
ilə 
məĢğul 
olan 
beynəlxalq 
təĢkilatları 
bu 
istiqamətdə 
məlumatlandırmaqdan ibarətdir. 
Güney Azərbaycanın probleminə diqqəti artırmağın ən mühüm yollarından 
biri Güney Azərbaycan mühacir dövlətinin yaradılması və onun dünya miqyasında 
tanınması  uğrunda  mübarizə  aparılmasından  ibarətdir.  Azərbaycanın  tarixində  və 
taleyində mühüm aksiya ola biləcək bu addımın atılması nələrə yol açır: 
 -  Azərbaycanın  Güneyində  milli-azadlıq  hərəkatının  güclənməsinə,  siyasi 
proseslərin durğunluq (passiv) mövqeyindən çıxaraq radikal müstəviyə keçməsinə; 
- Milli-azadlıq hərəkatının ideoloji platformasının hazırlanmasına və bunun 
Azərbaycanın Güneyində təbliğinə: 


23 
 
-  Dünyanın  aparıcı  dövlətlərinin  və  beynəlxalq  təĢkilatların  Azərbaycanın 
problemləri ilə daha yaxından məĢğul olmasına; 
- Azərbaycan xalqının ikiyə parçalanmasının siyasi gündəmə gətirilməsinə; 
-  Millətlərin  öz  müqəddəratını  təyin  etməsi  zəminində  ictimai-siyasi 
fəaliyyətlərin güclənməsinə; 
-  Qurulacaq  gələcək  dövlətin  anayasasının,  strukturunun,  idarəçilik 
mexanizminin və kadr potensialının formalaĢdırılmasına və s. 
Məlum  olduğu  kimi,  mühacir  dövlətlərin  yaranması  təcrübəsi  bir  çox 
xalqlarda  mövcuddur.  Xüsusilə,  sovet  siyasi  rejimi  qurulduqdan  sonra  dövlət 
müstəqilliyini  itirmiĢ  Ukrayna,  Gürcüstan,  Azərbaycan  və  baĢqa  respublikaların 
siyasi  qüvvələri  ölkəni  tərk  etməyə  məcbur  olmuĢ,  istiqlal  davasını  mühacirətdə 
yürütmüĢlər. Məsələn, ötən əsrin 20-30-cu illərində Neo Jordaniyanın baĢçılığı ilə 
Gürcüstan,  Smal  Stotskinin  rəhbərliyi  ilə  ġimali  Qafqaz,  Məhəmməd  Əmin 
Rəsulzadənin öndərliyi ilə Azərbaycan mühacir dövləti mövcud olmuĢdur. 
M.Ə.Rəsulzadənin  rəhbərliyi  ilə  1924-cü  ildə  Ġstanbulda  əsası  qoyulan 
Azərbaycan  Milli  Mərkəzi  sadəcə  siyasi  təĢkilat  deyil,  mühacirət  dövlətinin 
formalaĢmasında fəaliyyət göstərmiĢdir. Elə buna görə də bu təĢkilatın təmsilçiləri 
1931-ci  ildə  Ġ.V.Stalinin  M.K.Atatürklə  bağladığı  müqaviləyə  əsasən  digər  sovet 
məhkumu olan cünhuriyyətlərin təmsilçiləri ilə birlikdə ölkədən çıxarılmıĢdır. 
1934-cü  ilin  14  iyulunda  Parisdə  M.Ə.Rəsulzadənin  təĢəbbüsü  və  gərgin 
əməyi  sayəsində  Azərbaycan,  Gürcüstan  və  ġimali  Qafqaz  mühacir  dövlətləri 
təmsilçilərinin  rus  əsarətinə  qarĢı  birgə  mübarizəsini  tənzimləyən  Qafqaz 
Federasiyası yaradılmıĢdır. 
Məhz Azərbaycan Cümhuriyyətini təmsil etdiyi üçün M.Ə.Rəsulzadə Ġkinci 
Dünya  savaĢı  dövründə  (1942-ci  ildə)  faĢist  Almaniyası  ilə  Berlinin  “Adlon” 
hotelində rus-sovet imperiyasının dağılacağı təqdirdə Azərbaycanın  gələcək taleyi 
ilə bağlı danıĢıqlar aparmıĢdır. 
Ġkinci Dünya müharibəsi illərində PolĢa, Fransa və baĢqa istiqlaliyyətlərini 
itirmiĢ  xalqların  qurmuĢ  olduğu  mühacir  dövlətlər  ciddi  siyasi  fəaliyyətlə  məĢğul 
olmuĢlar.  
Xüsusilə,  1939-cu  ilin  sentyabrında  V.Sikorskinin  baĢçılığı  ilə  Fransanın 
Anje  Ģəhərində  yaranan,  1940-cı  ilin  iyunundan  St.Mikolayçikin  rəhbərlik  etdiyi 
PolĢa    mühacir  hökuməti  öz  fəaliyyəti  ilə  faĢist  Almaniyasının  hərbi-siyasi 
dairələrində daim təĢviĢ və narahatçılıq yaratmıĢdır. 
Yenə  24  sentyabr  1941-ci  ildə  ġarl  de  Qollun  Londonda  yaratdığı  Fransa 
mühacir  hökuməti  alman  faĢizminə  qarĢı  Müqavimət  hərəkatının  təĢkilində 
əhəmiyytəli  rol  oynamıĢdır.  1943-cü  ilin  iyunundan  Əlcəzairdə  Fransa  Milli 
Azadlıq Komitəsi adı ilə fəaliyyət göstərən bu dövləti hətta ABġ, Böyük Britaniya, 
SSRĠ və baĢqa ölkələr rəsmən tanımıĢlar. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə