GüRCÜstan hökuməTİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix19.10.2018
ölçüsü0,79 Mb.
#74609
1   2   3   4   5   6   7   8   9

Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



13 

 

 



 

 

III. Media və İnformasiyanın əlçatanlığı 

 

Gürcüstanın İctimai Yayımı 

Qanunvericiliyə  görə  azlıqların  dilində  verilişlər  hazırlamaq  öhdəçiliyini  götürən  Gürcüstanın 

İctimai Yayımı 2013-cü ildə tamaşaçılara bir neçə yenilənmiş tele-layihə təqdim etdi. Onu da qeyd 

etmək lazımdır ki, abxaz, osetin, erməni və Azərbaycan dilində gündəlik yayıma, 2013-cü il iyunun 

1-dən rusdilli xəbərlər buraxılışı da əlavə olundu. Burdan irəli gələrək, İctimai Yayım artıq birbaşa  

(canlı)  efirlə  2-ci  kanalda,  ən  yaxşı  vaxtda  -saat  20:00-21:00  hər  gün  ölkədə  gedən  prosesləri  və 

dünya xəbərlərini 5 dildə işıqlandırır. 

Etnik  azlıqların  dillər  üzrə  Yayım  redaksiyasının  texniki  resursları  artdı,  redaktorlar  və  aparıcılar 

əlavə  olundular.  Bundan  başqa,  regional  tele-şirkətlərlə  əməkdaşlıq  davam  etdirildi,  hansılar  ki, 

İctimai Yayımın informasiya buraxılışını müxtəlif dillərdə yayırlar.  

2012-2013-cü  illərdə  İctimai  Yayım  tərəfindən  televiziya  mövsümü  üçün  yerli  tele-şirkətlərin  ən 

yaxşı efir vaxtı alınmış oldu (“Praym taym” –saat 20:00-dan 23:00 qədər). 

Kvemo  Kartlinin  tele-radio  şirkəti  –  “Rustavinin  4-cü”  kanalının  və  Bolnisinin  “Bolnel”  kanalı 

efirində  azərbaycandilli  “Moambe”  yayımlanır.  Zuqdidinin  “Odişi”  kanalında  abxazdilli 

“Moambe”,  Ninodzmindanın  tele-şirkəti  “Parvana”,  “Axalsixenin  9-cu  kanalı”  və  Axalkalakinin 

“Atv  12”  kanalında  ermənidilli  “Moambe”  yayımlanır.  Bu  məhsul  onlara  xüsusi  internet  xidməti 

vasitəsilə ötürülür. 

Hər gün informasiya bloku hazırlanır və 10-15 informasiya yeniliklərini əhatə edir. Hər bir süjetin 

xronometrajı  təqribən  1  dəqiqədir.  Bir  dildə  yayım  təqribən  9-10  dəqiqə  davam  edir.  Yerli 

stansiyaların verilişi səhər və axşam saatlarında təkrar yayımlamaq imkanı var. Bundan başqa, milli 

azlıq redaksiyalarının onlara maraqlı olan mövzularda reportaj hazırlamaq imkanına malikdirlər ki,  

2013-cü ildə bir neçə dəfə bu imkandan yararlandılar. 



 

Radio yayımı 

 “Birinci  radio”nun  (“Pirveli  radio”)  dalğasında  etnik  azlıqların  dillərində  yayım  həyata  keçirilir. 

Hal-hazırda  İctimai  Yayımın  radio  efirində  etnik  azlıqların  dillərində  “Moambenin”yeni  xəbərlər 

kollajı  yayımlanır.  Abxaz,  osetin,  Azərbaycan,  erməni  və  rus  dillərində  gedən  informasiya 

buraxılışlarına həftədə bir dəfə gürcü dilində radio veriliş də əlavə olunur. 

 

 

Tok-Şou “Çveni Ezo” 

Tamaşaçının marağını nəzərə alaraq, “Çveni Ezo” verilişi formatını dəyişdi. Halhazırda bu veriliş 

Gürcüstanda  yaşayan  müxtəlif  etnik,  dini  qruplar  haqqında  mükəmməl  filmlər  silsiləsi  şəklində 

efirdə  yayımlanır.  Verilişin  iki  aparıcısı  var.  2013-cü  ildə  yaradıcı  qrup  filmlər  hazırladı.  Bu 




Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



14 

 

filmlərdə  Gürcüstdanda  yaşayan  kürtlərin,  assuriyalıların  və  yəhudilərin  tarixi  və  bu  günü  təsvir 



olunmuşdur, eləcə də “Çveni Ezo” tərəfindən foto-incəsənət, xalq çalğıları və milli geyimin tarixi 

və bir çox başqa maraqlı mövzular da təklif edildi.  



Seçkilər və İctimai Yayım 

Seçicilər  üçün  bərabər  şəraitin  yaradılması  üçün  Prezident  seçkiləri  dövründə  Milli  azlıqların 

redaksiyası  Mərkəzi  Seçki  Komissiyası  ilə aktiv  şəkildə əməkdaşlıq edirdi.  MSK-nın seçkiqabağı 

informasiya  klipləri  erməni  və  Azərbaycan  dillərinə  tərcümə  edildi,  bir  neçə  əhəmiyyətli  debatın 

surdo tərcüməsi, Kvemo Kartli və Samsxe-Cavaxetinin yerli telekanalları tərəfindən yayımlanması 

həyata keçirildi.  Görülmüş işlərə görə Milli azlıqların redaksiyası MSK-nın sədrindən rəsmi yazılı 

minnətdarlıq da aldı. 

İctimai Yayım tərəfindən milli azlıqlara ayrılmış cəmi vaxt (2013-cü il) 

 

Verilişlərin formatı 

 

Adı 



Müddəti, 

Dəq. 

 

Miqdarı 

 

Cəmi, 

saat 

 

Televiziya informasiya 



Moambe 

milli 


azlıqların dilində  

55 


255 

233 


 

Radio informasiya 

Moambe 

milli 


azlıqların dilində 

55 


255 

233 


Televiziya tok-şou 

“Çveni Ezo” 

40 

50 


33 

 

Radio informasiya 



Gürcü dilində 

30 


52 

26 


Cəmi il boyu, saatla 

525 


 

Regional telekanallar  

Səhmdar  Cəmiyyəti  “Kvemo  Kartli  Teleşirkəti”  üç  tezliyə  sahibdir:  Rustavinin,  Marneuli  və 

Bolnisinin. Teleşirkətin informasiya xidməti qrupu regionun əhəmiyyətli ictimai-siyasi hadisələrini  

hər gün birbaşa efirlə işıqlandırır. Teleşirkətin informasiya, idrakı, analitik, əyləncəli, musiqili, dini, 

uşaq və ya digər verilişlər ictimaiyyətin müxtəlif məqsədli seqmenti üçün ayrılmışdır.  

 

Samsxe-Cavaxeti  regionunda  son  illərdə  etnik  azlıqlar  üçün  ana  dilində  informasiyanın  əlçatan 



olması  daha  da  yaxşılaşdırıldı.  Axalsixedə  hər  gün  “İmperia”  teleşirkəti  yayımlanır.  Cavaxetinin 

rayonları  teleşirkətin  əhatə  dairəsinə  daxil  deyildir,  lakin  titr  vasitəsilə  “İmperiya”  kanalının 

verilişləri  Axalkalaki  və  Ninodzminda  teleşirkətlərinin  –“Pərvana”  və  “ATV  -12”-nin  vasitəsilə  

həftədə  bir  dəfə  verilir  ki,  bu  kanallar  da    həftədə  5  gün  ərzində  yayımlanır  və  yerli  müxbirlər 

tərəfindən hazırlanmış  materiallardan  əlavə, mərkəzi  kanalların informasiya proqramlarını  sinxron 

tərcümə ilə yayımlayırlar. İnformasiya-analitik tok-şou vasitəsilə cəmiyyət üzvlərinin ictimaiyyətin 

və  hökumətin  birinci  şəxsləri  ilə  birgə    diskussiyalarda  iştirak  etmək  imkanı  var.  Teleşirkət  24 

saatlıq  rejimlə  işləyir  və  tamaşaçılara  müxtəlif  növ  və  mövzuda  televiziya  layihələri  təklif  edir: 

ictimai-siyasi, əyləncəli, idrakı, bədii və reklam məhsulları.  



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə