GüRCÜstan hökuməTİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix19.10.2018
ölçüsü0,79 Mb.
#74609
1   2   3   4   5   6   7   8   9

Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



11 

 

Multi-linqvistik  təhsil  üzrə  pilot  proqramında  dörd  məktəb  iştirak  edir:  Vaxtangisinin  1  saylı 



məktəbi,  Təzəkəndin,  Ağtəhlənin  və  Qaracalanın  məktəbləri.  Bütün  bu  məktəblərdə  “Gürcü  dilini 

ikinci  dil  kimi  öyrədək”  (səviyyələrə  əsasən,  cəmi  9  səviyyə)  dərslikləri  paylanıldı.  Təhsil  resurs 

mərkəzlərində  bilinqvik  təhsilin  koordinatoru  mərhələli  şəkildə  bilinqvik  təhsilin  yeni  metod  və 

yanaşmalarla  (“Dil  kompetensiyasının  qiymətləndirilməsi  və  test  edilməsi”,  “”Oxumaq  pilləkəni” 

vasitəsilə  oxumaq  kompetensiyalarının  inkişaf  etdirilməsi”,  “Dil  və  fənnin  inteqrasiyalı  tədrisi 

metodları”) bağlı treninq və görüşlər keçirirdi. 

 

Milli tədris olimpiadaları 

 

Milli tədris olimpiadaları 2009-cu ildən etibarən keçirilməyə başlamışdır və onun başlıca məqsədi 

tədris  prosesini  stimullaşdırmaqdan  –mükəmməlləşmək,  təhsilə  qarşı  marağın  artması,  istedadlı 

şagirdlərin  üzə  çıxarılması  və  həvəsləndirilməsi,  həmçinin  beynəlxalq  tədris  olimpiadaları  üçün 

Gürcüstan yığmasının namizədlərinin seçilməsindən ibarətdir. 

 

  



2012-2013 tədris ilində Gürcüstanda mövcud bütün ümumtəhsil müəssisələrində, o cümlədən qeyri-

gürcüdilli  məktəblərdə  milli  tədris  olimpiadaları  keçirildi.  Qeyd  edilmiş  məktəblərdə  milli  tədris 

olimpiadası erməni dili, Azərbaycan dili və rus dilində keçirildi, qeyri-gürcüdilli şagirdlər isə gürcü 

dili olimpidasında da iştirak etdilər. 

Qeyri-gürc. gürcü dili 

1749 


Azərb. dilində fənlər 

2110 


Erməni dilində fənlər 

3177 


Rus dilində fənlər 

1296 


 

Üçüncü  turun  əsasında  qalib  şagirdlər  elan  edildilər,  onlar  sırasında  milli  azlıq  nümayəndələri  də 

vardır,  xüsusilə  də:  gürcü  dilində  qalib  gələnlər  sırasında  beş  ermənidilli  və  bir  azərbaycandilli 

şagird, xarici dildə qalib gələnlər arasında isə üç ermənidilli şagird vardır. 



 

Məktəb buraxılış imahanları 

 

Qeyd  edilməlidir  ki,  2011-2013  tədris  ilində  məktəbin  buraxılış  imtahanları  mərkəzləşdirilmiş 

formada keçirilməyib. İmtahanları bilavasitə məktəblərin özləri keçirirdilər. 2012-2013 tədris ilinin 

məktəb buraxılış imtahanların əsasında tam ümumi təhsil haqqında şəhadətnaməni aldılar: 

 

Ermənidilli şagird-1257; 



 

Azərbaycandilli şagird -2151; 



 

Rusdilli şagird -1209. 



 

 

Etnik azlıq nümayəndələri üçün ali təhsilin əlçatan olmasının təkmilləşdirilməsi 

Ümumi  qabiliyyət  imtahanını  erməni,  Azərbaycan  və  ya  başqa  bir  dillərdə  verən  Gürcüstanın 

istənilən  vətəndaşı  ali  təhsil  müəssisəsinin  gürcü  dili  hazırlıq  proqramına  sənəd  verə  bilərlər.  Bir 

illik dil hazırlığı kursunu keçdikdən və 60 kredit topladıqdan sonra tələbələr  elə həmin ali təhsil 

müəssisəsində  istədikləri  bakalavr  təhsil  proqramı  üzrə  təhsillərini  davam  elətdirirlər  (əgər  tələbə 




Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



12 

 

gürcü dili hazırlıq proqramına qrant qazanarsa, bakalavr pilləsində təhsilini davam elətdirdiyi halda 



o, təhsilini başa vurana qədər 2250 lari ilə maliyyələşdirilir ). 

2013-cü  il  Vahid  Milli  imtahanların  ümumi  qabiliyyətlər  üzrə  keçirilmiş  azərbaycandilli  və 

ermənidilli  testlərin  nəticələrinə  əsasən  Gürcüstanın  ali  təhsil  müəssisələrində  təhsillərini  davam 

etdirmək hüququnu qazandılar:  

 



 



Ümumi qabiliyyətlər üzrə azərbaycandilli testlərin əsasında -704 abituriyent; 

 



Ümumi qabiliyyətlər üzrə ermənidilli testlərin əsasında -186 abituriyent . 

 

2013-cü il Vahid Milli imtahanların yalnız ümumi qabiliyyətlər üzrə azərbaycandilli və ermənidilli 



testlərin nəticələrinin əsasında təhsil üzrə dövlət qrantı maliyyələşdirildi: :  

 



Ümumi qabiliyyətlər üzrə azərbaycandilli testlərin əsasında - 97 abituriyent; 

 



Ümumi qabiliyyətlər üzrə ermənidilli testlərin əsasında -91 abituriyent. 

 

 

Tolerantlıq və mədəniyyətlərarası dialoqun inkişaf etditilməsi 

 

Tolerantlıq  və  mədəniyyətlərarası  dialoqun  inkişaf  etdirilməsi  istiqamətində  müxtəlif  layihə  və 



proqramlar  həyata  keçirildi.  Onlar  sırasında  Gənclər  və  İdman  Nazirliyi  tərəfindən  “Dost 

məktəblər”  layihəsi  xüsusilə  qeyd  olunmalıdır.  Bu  layihənin  məqsədi  Gürcüstanın  müxtəlif 

regionlarında  mövcud  məktəblərlə  dostlaşmaq  və  onlar  arasında  uzunmüddətli  münasibətlərin 

yaradılmasından ibarət idi. Layihədə Tbilisinin kütləvi məktəbləri və regionlarda mövcud aşağıdakı 

kütləvi  məktəbləri  iştirak  edirdilər:  Marneuli  rayonu  Algeti  kəndi,  Zalqa  rayonu  Xaçkovi  kəndi, 

Axmeta rayonu Duisi kəndi, Saqareco rayonunun Ləmbəli və Axalkalakinin Kartikami kəndi.  

2011-2013-cü illərdə MGHŞ “Bolnisi dil evi” qeyri-hökumət təşkilatı “Qafqaz Sülh, Demokratiya 

və  İnkişaf  İnstitutu”  ilə  birgə    “Kvemo  Kartli  və  Samsxe-Cavaxetidə  təhsil  və  mədəniyyət 

təşəbbüsü yolu ilə gənclərin inteqrasiyası ” proqramı çərçivəsində Bolnisi və Ninodzmindada silsilə 

tədbirlər  keçirildi.  “Bolnisi  Tələbə-Gənclər  Mədəniyyətlərarası  Mərkəzi”  yadıldı,  harada  ki,  iki  il 

ərzində 120 azərbaycanlı gənc gürcü dili kursunu keçdi. Layihə çərçivəsində növbəti müsabiqələr 

keçirildi: “Mənin sevdiyim gürcü hekayəsi” və                   “ Azərbaycan dilində sevdiyim söz”; 

qaliblər 

pul 


mükafatları 

ilə 


, sertifikat və  yay düşərgələrinə göndərişlərlə mükafatlandırıldılar. Bolnisidə yaşayan azərbaycanlı 

və  gürcü  gənclər,  eləcə  də  Ninodzmindada  yaşayan  ermənidilli  gənclər  Anakliada(2012-ci  il)    və 

Lopotada  (2013-cü  il)  təşkil  olunmuş  yay  düşərgəsində  iştirak  etdilər.  Gənclər  istirahət  etməklə 

yanaşı  aşağıdakı  mövzular  üzrə  treninqlərdə  iştirak  edirdilər:  “Tolerantlıq”,  “Vətəndaş  olmaq  nə 

deməkdir?”,  “Dövlət  dili  və  azlıqların  hüquqları”,  “CV  və  motivasiya  məktubunun  yazılması”, 

“Münaqişələrin həll edilməsinin alternativ yolları ”. 

Bolnisi  Tələbə-Gənclər Mədəniyyətlərarası  Mərkəzi”nin gəncləri “SOS-CULTURAL” layihəsində 

iştirak edirdilər. Bu layihə il yarım (2012-2013) davam etdi və eyni anda həm Ermənistanda, həm 

də Gürcüstanda keçirilirdi. Treninqlər dövründə (tolerantlıq, komanda işi, rəngarənglik, ekologiya, 

kommunikasiya) Bolnisidən olan gürcü, Aşağı Bolnisili azərbaycanlı və Bolnisi kəndində yaşayan 

erməni gəncləri də iştirak edirdilər. Layihəni “DVV  International“ təşkilatı həyata keçirirdi. 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə