GüRCÜstan hökuməTİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix19.10.2018
ölçüsü0,79 Mb.
#74609
1   2   3   4   5   6   7   8   9

Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



19 

 

3.



 

Kəndin  dəstəklənməsi  proqramının  işlənib  hazırlanması  və  həyata  keçirilməsi  üzrə 

monitorinqi. 

4.

 



Transsərhəd əməkdaşlığının inkişafının dəstəklənməsi. 

Yuxarıda qeyd edilmiş nazirlik tərəfindən milli azlıqların kompakt yaşadıqları regionların inkişafı 

strategiyaları  hazırlandı.  Bu  strategiyalarla  müəyyənləşdirilmiş  fəaliyyətlər  verilmiş  regionlarda 

infrastrukturun  reabilitasiyası  üzrə  geniş  proqramların  hazırlanması  və  həyata  keçirilməsinin 

əsasında dayandı (Əlavə 1 və 2-də cədvələ bax). Strategiyaların işlənib hazırlanmasında yerli əhali 

yaxından  iştirak  edirdi.  Yerli  və  dövlət  büdcəsinin  maliyyələşdirilməsi  əsasında  qeyri-gürcü 

əhalinin  sosial  və  regional  inteqrasiyası  məqsədilə  2013-cü  ildə  Samsxe-Cavaxetidə,  Kvemo 

Kartlidə  və  Kaxetidə  infrastrukturun  reabilitasiyası  üzrə  maliyyə  layihələrinin  həyata  keçirilməsi 

davam etdirildi.   

 

Kvemo  Kartli  regionu  Dmanisi  bələdiyyəsində  ümumi  dəyəri  4 518 400  lari  təşkil  edən  19  layihə 



həyata keçirildi. Kaxeti regionunun 8 bələdiyyəsində ümumi dəyəri 29 037 251  lari təşkil edən 119 

layihə  həyata  keçirildi.  Samsxe-Cavaxeti  regionunun  6  bələdiyyəsində  ümumi  dəyəri  19  442 120 

lari təşkil edən 51 layihə həyata keçirildi.  

Layihələr  yerli  əhəmiyyətli  avtomobil  yollarının  bərpasını,  içməli  su  sistemlərinin  qaydaya 

salınmasını, xarici işıqlandırmanın bərpa olunmasını, körpülərin təşkilini nəzərdə tuturdu. Yaşayış 

binalarının  fasadları  təmir  olundu,  yaşayış  evləri  damla  örtüldü.  Kvemo  Kartli  və  Kaxetinin 

bələdiyyələrində 47 kütləvi məktəb və 4 uşaq bağçasında bərpa işləri aparıldı. Samsxe-Cavaxetidə 

23 kütləvi məktəb və 4 uşaq bağçası binalarının bərpa işləri həyata keçirildi.  

Gürcüstan  miqyasında,  o  cümlədən  milli  azlıqların  kompakt  məskunlaşdığı  regionlarda,  2013-cü 

ildə  “Kəndlərin  dəstəklənməsi  proqramı”  həyata  keçirildi  ki,  bu  proqramın  da  başlıca  məqsədi 

kəndin  öndə duran sosial-iqtisadi  ehtiyaclarının  maliyyələşdirilməsi  (yerli  infrastruktur obyektləri, 

kənd  təsərrüfatı  abadlıq  işləri  və  s.)  üçün    proqramda  nəzərdə  tutulmuş  məbləğin  düzgün 

xərclənməsindən  ibarətdir.  Proqram  əhalinin  aktiv  iştirakını  nəzərdə  tutur.  Proqramın  həyata 

keçiriliməsi  üçün  Gürcüstanın  2013-cü  il  dövlət  büdcəsindən  50  mln.  lari  ayrıldı.  Qeyd  edilmiş 

məbləğ kənddə qeydiyyatda olan əhalinin sayına görə bölündü. Konkret kəndə nisbətdə məbləğdən 

istifadənin məqsədyönlülüyü yalnız əhali ilə məsləhətləşmələr aparıldıqdan sonra müəyyənləşdirilir 

(kənd iclası, kütləvi müzakirələr, sorğular və s.). 

Proqram  çərçivəsində  Gürcüstanda  3500  kənd  iclası  keçirildi.  Kəndlərin  dəstəklənməsi  proqramı 

çərçivəsində həyata keçirilmiş layihələrin ümumi dəyəri 50 mln. lari təşkil etdi.  

Kvemo  Kartli  regionunda  ümumi  dəyəri  6 876 958  lari  olan  445  layihə  həyata  keçirildi.  Kaxeti 

regionunda  ümumi  dəyəri  6  631 499  lari  olan  550-dən  artıq  layihə,  Samsxe-Cavaxeti 

regionunda isə ümumi dəyəri 3 605 112 lari olan 430-dan çox layihə həyata keçirildi. 

Kənd  təsərrüfatı  sahəsində,  xüsusilə  də  xırda  fermerlik  təsərrüfatlarının  və  assosiasiyalarının 

yaradılması və inkişaf etdirilməsi işində milli azlıqların iştirakını təmin etmək məqsədilə, Regional 

İnkişaf  Agentliyi  yerli  sahibkarlarla,  o  cümlədən  etnik  azlıq  nümayəndələri  ilə  intensiv  şəkildə 

tematik görüşlər, treninqlər və seminarlar təşkil edirdilər. 

Milli  azlıqların  təsərrüfat  və  sosial  inteqrasiyasını  gücləndirmək  məqsədilə  Gürcüstanın  Regional 

İnkişaf  və  İnfrastruktur  Nazirliyi  beynəlxalq  (transsərhəd)  əməkdaşlığın  inkişafına  (ilk  növbədə 




Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



20 

 

Ermənistan  və  Azərbaycan  ilə)  xüsusi  əhəmiyyət  verir.  Kvemo  Kartlinin,  Samsxe-Cavaxetinin, 



Kaxetinin  sərhədyanı  əməkdaşlığın,  regionlarda  dayanıqlı  inkişafın,  onların  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi ölkənin strateji məqsədini təşkil edir. 



IV.

 

Mədəniyyət və identikliyin qorunub saxlanılması  

 

Ötən illərdə olduğu kimi,  2013-cü il də mədəniyyətə tərəfdaşlıq məqsədi  ilə keçirilmiş  rəngarəng 

tədbirlərlə seçilirdi ki , bunlar da həm etnik azlıqların özünəməxsusluğunun qorunub saxlanılmasına 

,  eləcə  də  onların  mədəni  irsinin  mühafizəsinə  və  inkişafına  xidmət  edirdi.  Bütün  yuxarıda 

sadalananlara şərait yaratmaq məqsədi ilə müxtəlif növ tədbirlər : festivallar, müsabiqələr, sərgilər, 

anım gecələri, mədəniyyətlərarası dialoqlar, ədəbi-yaradıcılıq təqdimatları və s. keçirilmişdir . 



Gürcüstanda yaşayan etnik azlıqların mədəniyyətini mühafizə-inkişaf etdirmək, populyarlaşdırmaq, 

gürcü  mədəni  məkanına  inteqrasiya  etdirmək  nöqteyi-nəzərincə  Gürcüstanın  Mədəniyyət  və 

Abidələri Mühafizə Nazirliyi 2013-cü ildə bir sıra layihələrə kömək göstərmişdir: 

 



Gürcü-ermənidilli  və  gürcü-Azərbaycandilli  informasiya  kompüter  meqa-oyunu  –“Vahid 

Gürcüstan  ”  layihəsi  həyata  keçirilmişdir.  Layihənin  əsas    məqsədi  etnik  azlıqların  kompakt 

yaşadıqları Gürcüstan bölgələrində və paytaxtda ermənidilli  və Azərbaycandilli  əhalini  Gürcüstan 

mədəniyyətinin  rəngarəngliyi ilə  tanış  etmək,  gürcü dilini öyrətmək və  onların  gürcü mədəniyyəti 

məkanına inteqrasiyasına kömək göstərməkdən ibarətdir . 

 



ÜHHŞ  Mirzə  Fətəli  Axundov  adına  Azərbaycan  Mədəniyyət  Muzeyi  layihə  həyata 

keçirmişdir ki , layihənin  məqsədi Kvemo Kartli bölgəsində, azərbaycanlıların kompakt yaşadıqları 

kəndlərdə  qorunub  saxlanılmış  Azərbaycanın  əl  ilə  toxunan  xalçalarının  toxunma  ənənələrini 

dirçəltməkdən  ibarətdir.  Muzeyin  nəzdində  xalçatoxuma  ənənəsini  öyrədən  dərnəklər  təşkil 

edilmişdir  ki  ,  burada  da  gənc  nəsillər  əl  ilə  qobelen  toxuma  və  xalça  toxuma  texnologiyasına 

yiyələnmişlər  .  2013-cü  ilin  dekabr  ayında  onlar  tərəfindən  yaradılmış  əl  işləri  nümunələrinin 

sərgisi keçirilmişdir. 

 



Osetin  yazıçısı  və  ictimai  xadimi  Giorgi  Dzuqayevin  “Osetin  romansı”  şeirlər  kitabı  iki 

dildə  (gürcü-osetin)  dillərində  nəşr  olunmuşdur  (layihənin  müəllifi  MGHŞ  “Qafqaz  Mozaikası”-

dır).  Kitabın təqdimatı yazıçının evində keçirilmişdir. 

 



Tanınmış erməni yazıçısı Qagik Davityanın əsərləri məcmuəsi gürcü dilində nəşr edilmişdir. 

Qeyd  edilən  nəşrin  təqdimatı  nazirlikdə  keçirilmişdir,  bu  tədbirdə  Qagik  Davityanın  özü, 

Ermənistan və Gürcüstan Yazıçılar İttifaqının nümayəndələri iştirak etmişlər. 

 



Gürcüstan  Dövlət  Teatr,  Musiqi,  Kino  və  Xoreoqrafiya  Muzeyində  gürcü  -yəhudi  mədəni 

əlaqələrini əks etdirən sərgi təşkil olunmuşdur. 

 

Gürcüstanda yaşayan Polyak Qadınları Assosiasiyası  “Dostluq” may ayında Polşa günlərini 



qeyd etmişdir . Bununla əlaqədar Şimali Qafqazın Polyak diasporunun rəhbəri 30 nəfərdən ibarət 

nümayəndə heyəti ilə Gürcüstana gəlmişdir. 

 

D. Şevardnadze adına Milli Qalereyada gürcü yəhudilərinin mədəni irsini əks etdirən sərgi 



təşkil olunmuşdur. 

 



 Reinteqrasiya  Məsələləri  üzrə  Dövlət  Naziri  Aparatının  təşəbbüsü  və  Mədəniyyət  və 

Abidələrin  Mühafizə  Nazirliyinin  tərəfkeşliyi  ilə  “Bir  səma  altında”  adlı  multi-mədəni  festival 




Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



21 

 

keçirilmişdir ki, burada da etnik azlıqların uşaqlarının musiqi məktəblərinin yetirmələri və folklor 



ansamblları iştirak etmişlər. 

 

Tbilisi Meriyası tərəfindən həyata keçirilən  mədəni tədbirlər: 

Tbilisi  şəhəri  Meriyasının  təşkilatçılığı  ilə  İrəvan  şəhərindən  erməni  rəssamı  Gürcüstana  qonaq 

gəlmiş və Tbilisi Meriyasının 1 saylı Rəssamlıq məktəbinin şagirdləri ilə görüş keçirmişdir. Həmin 

proqram  çərçivələrində  Tbilisinin  98-ci  kütləvi  məktəbinin  şagirdləri  həmçinin  Yerevanın  ən 

məşhur maarif komplekslərindən birində qonaq olmuşlar. Həmin kompleksdə artıq bir neçə ildir ki, 

gürcü dilinin tədrisi proqramı həyata keçirilir. 

Tbilisi  Meriyasının  İncəsənət  məktəblərində  bir  neçə  maarif-idrak  layihəsi  və  master-klas  həyata 

keçirilmişdir  ki,  bunlarda  da  müəyyən  dərəcədə  etnik  azlıqların  nümayəndələrini  tbilisili 

sənətkarların  yaradıcılığı  ilə  tanışlığa  və  onun  populyarlaşdırılmasına  cəlb  etmişdir.  Bu  seqmentə 

etnik azlıqların nümayəndələri olan şagirdlər fəal qoşulmuşdular. 

 İl ərzində keçirilmiş layihələrə və tədbirlərə etnik azlıqların nümayəndələri fəal qoşulmuşdular.  

 

Gürcüstan Parlamentinin Milli Kitabxanası tərəfindən keçirilmiş tədbirlər 

 Gürcüstan Parlamentinin Milli Kitabxanası müxtəlif dövlət idarələri ilə, Xalq Müdafiəçisi Aparatı 

Yanında  mövcud  olan  Tolerantlıq  Mərkəzi  ilə,  Gürcüstanda  yaşayan  etnik  azlıqların  icmaları  ilə 

fəal əməkdaşlıq edir. 

 2013-cü  ildə  Milli  Kitabxanada  partnyor  təşkilatlar  ilə  sıx  əməkdaşlıq  nəticəsində  14  tədbir 

keçirilmişdir.  Rəngkarlıq    sərgisi  və  fotosərgilər,  konsertlər,  kitab  təqdimatları  bu  qəbildəndir. 

Tədbirlərdə etnik azlıqlar barədə Milli Kitabxananın fondlarında mühafizə olunan nadir materiallar 

dəfələrlə sərgilənmişdir. 

Reinteqrasiya  Məsələləri  üzrə  Dövlət  Naziri  Aparatının  təşəbbüsü  və  Gürcüstan  Parlamenti  Milli 

Kitabxanasının  dəstəyi  ilə  bütöv  2013-ci  il  ərzində  Şimali  Qafqaz  xalqlarının  tarixi  ,  folkloru  və 

mədəniyyətinə  həsr  olunmuş  gecələr  və  təqdimatlar  keçirilmişdir  .  Bu  tədbirlər  arasında  çeçen  və 

inquş xalqlarının deportasiyasının 69-cu ildönümünə həsr edilmiş anım gecəsi , çeçen yazıçıları X. 

Xanqoşvilinin  və  D.  Pankiselinin  “Qaçaqlar”  kitabının  gürcü  dilindən  rus  dilinə  tərcüməsinin 

təqdimatı xüsusilə qeyd olunmalıdır. 

 2013-cü ildə Gürcüstanın İdman və Gənclərlə İş üzrə Nazirliyi etnik azlıqların nümayəndələri olan 



gənclərin  tərəfkeşliyi  və  onların  cəmiyyətə  inteqrasiyası  məqsədi  ilə  bir  çox  proqram  və  tədbirlər 

həyata keçirmişdir. O cümlədən: 


Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



22 

 



 

Vaja-Pşavelanın  “Qonaq-Ev  sahibi”    poeması  Azərbaycan,  abxaz,  osetin,  rus  dillərində  radio-

tamaşalar  şəklində  qoyulmuş,  bu  poema-tamaşa  DVD  diskə  yazılaraq  (5000  ədəd  nüsxədə 

hazırlanmışdır) tələbə-gənclərə və şagirdlərə paylanmışdır. 

Ötən  2013-cü  il  iyunun  21-də  Şaumyan  kəndində  yaşayan  gürcü  qaçqınları  və  erməni  gəncləri 

Tbilisiyə qonaq gəlmişlər. 

 

İyunun  1-də  Axmeta  rayonunun  kəndlərindən  şagirdlər  Tbilisiyə  ekskursiyaya  gəlmişdilər. 



Şagirdlər Etnoqrafiya Muzeyinə baş çəkmiş, Xridoli döyüş incəsənətinə aid olan tamaşaya baxmış 

və müxtəlif oyunlarda iştirak etmişlər. Axmeta rayonunda yaşayan gənclər Tbilisi İdman Sarayında 

keçirilən Avropa çempionatına da baxdılar.  

 



 İyunun  8-də  Vani  bələdiyyəsinin  Ckvişi  kəndində  “Qalaktionoba  2013”  müsabiqəsi  keçirilmişdir 

ki,  tədbirdə  Qardabani  və  Marneuli  rayonlarının  etnik  azlıqların  qeyri-gürcü  tədris  idarələrinin 

nümayəndələri iştirak etmişlər. 

  

Multi-etnik festivallar  



 

 Oktyabr ayında Laqodexi qoruğu ərazisində “Gənclər siyasətinin inkişafı proqramı” çərçivələrində 

multi-etnik  “Kaxeti  2013”  festivalı  keçirildi  ki,  bu  festivalın  çərçivəsində  hər  bir  bələdiyyə  öz 

ərazisində yaşayan etnik azlıqların və gürcü xalqının mədəniyyətini təqdim etdilər. Xalq keçə sənəti 

nümunələrinin sərgi-satışı, eləcə də Kaxeti regionunda yaşayan etnik azlıqların mətbəxlərinin sərgi-

müsabiqəsi təşkil olundu. Yerli folklor rəqsləri və musiqi ansambllarının iştirakı ilə konsert verildi.  

Laqodexi bələdiyyəsinin dəstəyi ilə Bolnisidə gənclər festivalı keçirilmişdir, bu festivalda 600 gənc 

iştirak  edirdi.  Festival  çərçivəsində  incəsənət  nümunələrinin  sərgi-satışı,  müxtəlif  növlərdə  idman 

aktivlikləri  təşkil  olunmuş  və  bu  festival  etnik  azlıqların  nümayəndələrinin  iştirakı  ilə  müxtəlif 

folklor və musiqi ansambllarının konserti ilə başa çatmışdır. 

 

   V. Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı tərəfindən həyata 



keçirilən işlər 

 

    Reinteqrasiya Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı, İdarələrarası Komissiyanın üzvü 

və  əlaqələndirici  idarə  kimi,  “Tolerantlıq  və  Vətəndaş  İnteqrasiyası  Konsepsiyası  və  Fəaliyyət 

Planı”nın formalaşdırılması və yerinə yetirilməsi prosesinə fəal qoşulmuşdu. Dövlət Naziri Aparatı 

İdarələrarası Komissiyanın işinə rəhbərlik edirdi: Komissiyanın iclaslarını və görüşlərini  idarə edir, 

tematik  diskussiyalar  və  məsləhətləşmələr  aparır,  eləcə  də  konsepsiyanın  strateji  istiqamətlərinə 

əsasən müxtəlif tip tədbirlər həyata keçirirdi. 




Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



23 

 

Fəaliyyət  proqramının  implementasiya  prosesi  əhali  ilə,  yerli  özünü-  idarələrlə,  icma  liderləri  və 



qeyri-hökumət  təşkilatları  ilə  sıx  qarşılıqlı  əlaqələr  fonunda  cərəyan  edirdi.  Dövlət  Naziri  Aparatı 

müxtəlif məsələlərin nizama salınması məqsədi ilə mərkəzi hökumətlə məsləhətləşmələr aparırdı. 

 

İdarələrarası Komissiyanın iclasları və işçi görüşləri 

 

2013-cü il ərzində İdarələrarası Komissiyanın iclasları və işçi görüşləri keçirilirdi.  

İyulun  8-də  keçirilmiş  iclasda  Xalq  Müdafiəçisinə  və  Xalq  Müdafiəçisi  Aparatı  yanında  mövcud 

olan  Milli  Azlıqlar  Şurasının  nümayəndələrinə  2012-ci  ilin  fəaliyyət  planının  yerinə  yetirilməsi 

üzrə  hesabat  təqdim  edildi.  Görüşdə  fəaliyyət  planının  həyata  keçirilməsi  prosesində  hansı 

nailiyyətlərin  əldə  edildiyi  diqqətə  çatdırıldı  və  qarşıya  çıxan  çətinliklər  və  hansı  nəticələrə  nail 

olunduğu təhlil edildi. 

Yuxarıda qeyd edilən hesabat iyunun 20-də keçirilən hökumət iclasında Nazirlər Kabinetinə təqdim 

edildi. Tolerantlıq və Vətəndaş İnteqrasiyasının 2012-ci il fəaliyyət proqramı üzrə hesabatı erməni, 

Azərbaycan,  rus,  ingilis  dillərinə  tərcümə  edildi  və  Dövlət  Naziri  Aparatının  veb-səhifəsində 

yerləşdirildi. 

 

Komissiyanın tematik iş görüşləri 



 

Dövlət  İdarələrarası Komissiyasının 2012-ci il sentyabrın 20-də keçirilən işçi iclasında dövlət dili 

və  təhsilin  istiqamətləri  məsələləri  müzakirə  olundu.  Əldə  edilmiş  müsbət  nəticələr  nəzərdən 

keçirildi,  eləcə  də  çətinliklər  və  qeydlər  nəzərə  çarpdırıldı.  Komissiya  üzvləri  başqa  ölkələrin 

təcrübəsini  və  onun  uyğunluğu  və  Gürcüstan  kontekstində  istifadə  olunma  imkanları  üzrə 

mülahizələr yürütdülər. İştirakçılar istiqamətlər çərçivəsində tematik qrupların formalaşdırılması və 

əlavə olaraq bu formatlarla işlərin davam etdirilməsi barədə razılığa gəldilər.  

Oktyabrın  4-də  İdarələrarası  Komissiyanın  media  və  informasiyaya  rəhbərlik  istiqamətində  işçi 

iclası  keçirildi.  Cari  layihələr  və  gələcək  planlar  müzakirə  olundu.  Görüş  iştirakçılarına  İctimai 

verilişlər  tərəfindən  “Çveni  Ezo”  (“Bizim  həyət”)  verilişinin  və  milli  azlıqların  dillərində 

“Moambe”  formatının  dəyişdirilməsi  barədə  məlumat  verildi.  İclasa  qeyri-gürcüdilli  media 

nümayəndələri  dəvət  olunmuşdular.  Dövlət  3  qeyri-gürcü  qəzetinin  nəşrini  dəstəkləyir.  Bunlar 

aşağıdakılardır:  ermənidilli  ”Vrastan”,  Azərbaycandilli  ”Gürcüstan”  və  rusdilli  ”Svobodnaya 

Qruziya”dır.  Qeyd  olunmalıdır  ki,  gündəlikdə  bu  nəşrlərə  münasibətdə  maraqların  artırılması  və 

lazım  gəldikdə  qeyri-gürcü  əhalisi  arasında  onların  tirajının  artırılması  məsələsi  dayanır.  İclas 

iştirakçıları belə bir razılığa gəlmişlər ki ,bu istiqamətdə iş davam etdiriləcəkdir. 




Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



24 

 

 



Səyyar/tədris vizitləri  

İdarələrarası  Komissiyanın  üzvləri  həmçinin  beynəlxalq  təcrübənin  qəbul  edilməsi  tədbirlərində 

iştirak etmişlər ki, bunlardan da məqsəd müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsindən ibarət idi. 

Estoniya Şərq Tərəfdaşlığı Mərkəzinin dəvəti və Estoniya Diplomatik Məktəbinin tərəfkeşliyi ilə , 

İdarələrarası  Komissiyanın  üzvləri,  Reinteqrasiya  Məsələləri  üzrə  Dövlət  Nazirinin  birinci 

müavininin rəhbərliyi altında sentyabrın 2-4- də Estoniyada səfərdə idilər. Səfərin başlıca məqsədi 

vətəndaş  inteqrasiyası  sahəsində  Estoniyanın  təcrübəsi  ilə  tanış  olmaqdan  ibarət  idi.  Ölkənin 

Mədəniyyət və Təhsil Nazirliklərinin  nümayəndələri ilə ,eləcə də vətəndaş inteqrasiyası məsələləri 

üzərində işləyən mütəxəssislərlə görüşlər keçirilmişdir. 

 

Vətəndaş iştirakçılığı 

Tolerantlıq  və  Vətəndaş  İnteqrasiyasının  Milli  Konsepsiyası  və  Fəaliyyət  planı  çərçivələrində 

keçirilmiş  işlərlə  tanış  olmaq  məqsədi  ilə  hesabat  ilinin  uyun-iyul  aylarında  milli  azlıqların 

məskunlaşdıqları  Kvemo  Kartli  bölgəsinə  səyyar  görüşlər  keçirilmişdir.  Milli  azlıqların  

inteqrasiyası  istiqamətində  dövlət  siyasəti  müzakirə  olunmuşdur.  Marneuli  əhalisi,  yerli 

özünüidarənin  və  ictimai  təşkilatların  nümayəndələri,  Parlamentin  yerli  deputatları,  gənc  fəallar, 

tələbələr  və  icma  liderləri  cari  layihələrlə  və  gələcək  üçün  planlarla  tanış  olmuşlar.  Belə 

görüşlərdən biri də həmçinin Təhsil və Elm Nazirliyinin nümayəndələri ilə birlikdə keçirilmiş və bu 

görüş  təhsil  və  dövlət  dilinin  öyrənilməsi  məsələsinə,  bu  istiqamətdə  cari  proqramların 

müzakirəsinə həsr olunmuşdu. 

Aprelin  12-də  Reinteqrasiya  Məsələləri  üzrə  Dövlət  Naziri  Aparatının  əməkdaşları  mövcud  olan 

vəziyyətlə  yerindəcə  tanış  olmaq  və  əhalinin  problemlərini  öyrənmək  məqsədi  ilə  ezamiyyətlə 

Pankisi dərəsində olmuşlar.     

 

Hesabat dövründə medianın, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilmişdir. 



Strategiyanın müxtəlif istiqamətləri üzrə əldə olunmuş nəticələr və qarşıya çıxan çətinliklər, eləcə 

də strategiyanın gələcək vəzifələri və prioritetləri müzakirə olunmuşdur. 

 

Dövlət Nazirinin və birinci müavininin səfərləri və görüşləri  

Reinteqrasiya  Məsələləri  üzrə  Gürcüstanın  Dövlət  Naziri  və  onun  birinci  müavini  bütün  il  boyu 

Gürcüstanın  müxtəlif  bölgələrində  (Samsxe-Cavaxeti,  Kvemo  Kartli,  Acarıstan  və  Kaxeti)  və 

paytaxtda  işçi  görüşləri  keçirirdilər.  Görüşlərin  başlıca  məqsədi  vətəndaş  identikliyinin 

yüksəldilməsindən , onların bu sahəyə qoşulmalarına kömək göstərməkdən , mövcud problemlərin 

yerindəcə öyrənilməsindən və onların qaydaya salınmasına yardım etməkdən ibarət idi. 




Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



25 

 

 



Ötən il  ərzində Reinteqrasiya Məsələləri üzrə Dövlət  naziri və onun birinci  müavini  Gürcüstanda 

yaşayan  milli  və  dini  azlıqların  nümayəndələrini  ,  eləcə  də  ölkədə  akkreditə  edilmiş  diplomatik 

korpus, onların milli və dini bayramlarını təbrik etmiş və bayram tədbirlərində iştirak etmişlər. 

  

 



 

 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə