H. S. HÜMBƏtov



Yüklə 7,22 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix01.07.2018
ölçüsü7,22 Mb.
#53012
1   ...   12   13   14   15   16   17   18   19   20

 

62 


 

 



 

63 


 

Qovlarsarı  tədris-təcrübə  təsərrüfatında  basma  toxumları  20. 

V ayda 

(60  x  10  x  1  sxemi  ilə)  səpilmiş  (20  kq/ha  hesabı  ilə) 



yüksək aqrotexniki qaydada beçərilmişdir. 

Basma bitkiləri vegetasiya müddətində 2 dəfə (2. VIII ayda və 

15. X ayda  biçilib 

yaş  kütlə  və  quru  yarpaq  məhsuldarlığı  təyin 

olunmuşdur. Bu təsərrüfat şəraitində basma bitkisi  I  biçin zamanı 

109,3 


s/ha yaş kütlə, 15,4 s /ha quru yarpaq, II  biçin zamanı isə 

149,1 s/ha 

yaş kütlə, 21,1 s/ha quru yarpaq məhsulu vermişdir. İki 

biçində  çəmi  yaş  kütlə  məhsuldarlığı  258,4 s/ha, quru yarpaq 

məhsuldarlığı isə 36,5 s/ha olmuşdur.  

Cədvəldən  görünür  ki,  münasib vaxtlarda biçin  aparılarkən 

basma bitkisinin quru 

yarpaq  məhsuldarlığı  Qovlarsarı  tədris-

təçrübə təsərrüfatında Kürdəmir rayonuna nisbətən 8,8 s/ha artıq 

olmuşdur.  Basma    bitkisi  Kürdəmir  rayonu  şəraitində  yaş 

kütləsinin  12,8 %-i    qədər  quru  yarpaq  çıxımı verir.  Qovlarsarı 

tədris-təcrübə      təsərrüfatında  isə  basma  bitkisi  14,1  %  -i  qədər 

quru yarpaq 

vermişdir. 

Apardığımız  tədqiqatlardan  belə  nəticəyə  gəldik  ki,  basma 

bitkisinin 

yüksək keyfiyyətli yarpaq məhsulu almaq üçün Gəncə - 

Qazax bölgəsində becərilməsi daha faydalı və məqsədəuyğundur. 

 

 



 

64 


 

VI FƏSİL. BASMA BİТKİSİ BECƏRİLMƏSİNİN İQТİSADİ 

SƏMƏRƏLİLİYİ 

Böyük  iqtisadi  əhəmiyyətə  malik  olan  basma bitkisinin 

respublikamızda  becərilməsi  bir  tərəfdən  respublikanı  bu  məhsulun 

xaricdən idxal edilməsindən azad edər, digər tərəfdən isə bu bitkini 

becərən  təsərrüfatların  iqtisadi  göstəricilərinin  möhkəmlənməsinə 

səbəb  ola  bilər.  Basma  tozunun  xaricdən  alınması  respublika  üçün 

çox baha 

başa gəlir. Ona görə də bu bitkinin respublikamızın Gəncə - 

Qazax  və  Şirvan  bölgələrində  becərilməsinin  nə  dərəcədə  səmərəli 

olmasını apardığımız tədqiqatlarda nəzərdən keçirmişik. Məlum olub 

ki, 

becərildiyi  torpaq  -  iqlim  şəraitindən  və  becərilmə  üsullarından 



asılı  olaraq  bitkinin  hər  hektardan  məhsuldarlığı  və  buna  uyğun 

olaraq iqtisadi səmərəsi də müxtəlif olur. 

Biçin  vaxtının  dəyişdirilməsi  basma bitkisinin yarpaq 

məhsuldarlığına  təsir  göstərir.  Ona  görə  də  bu  bitkinin  iqtisadi 

səmərəsini  hesablayan  zaman  bölgələr  üzrə  daha  çox  yarpaq 

məhsulunun  əldə  olunduğu  biçin  vaxtlarının  məhsuldarlığı  (Şirvan 

bölgəsində I biçinin 20. VIII, II biçinin 25. X ayda, Gəncə - Qazax 

bölgəsində  isə  I  biçinin  02.  VIII,  II  biçinin  isə  15.  X  ayda 

aparılmasından  alınan  məhsuldarlıq) iqtisadi cəhətdən  təhlil 

edilmişdir. 

Şirvan  bölgəsində  basma  bitkisinin  bir  hektarından  variantlar 

üzrə  orta  hesabla  43403  –  64609  manat  (AZN),  Gəncə  -  Qazax 

bölgəsində isə müvafiq olaraq 57872 - 85957 manat xalis gəlir əldə 

olunmuşdur  (2005  -  ci  il  qiymətləri  ilə).  Bir  sentner  basma  məh-

sulunun maya d

əyəri Şirvanda 1004,4 - 1134 manata, Gəncə - Qazax 

bölgəsində  isə  orta  hesabla  972  -  1085,4  manata  başa  gəlmişdir 

(cədvəl 6. 1). 

Hər  bölgə  üçün  optimal  vaxtlarda  biçin  aparılan  zaman  ən 

yüksək iqtisadi səmərə hər iki bölgədə 60 x 10 x 1 sxemi ilə səpilmiş 

basma  bitkisindən  alınmışdır.  Şirvanda  bu  sxemlə  səpilmiş  basma 

bitkisinin bir 

hektarından  alınan  ümumi  məhsulun  qiyməti  93636 

manat, Gəncə - Qazax bölgəsində isə 122796 manata bərabər olmuş- 




 

65 


 

 

 




 

66 


 

-  dur. Buradan 

aydın olur ki, daha çox  yarpaq  məhsulu əldə etmək 

üçün 


basma bitkisinin 60 x 10 x 1 sxemi ilə əkilməsi istehsalat üçün 

daha 


səmərəlidir. 

Apardığımız  tədqiqatlardan  məlum  oldu  ki,  optimal  biçin 

vaxtında  və  səpin  sxemində  basma  bitkisindən  alınmış  məhsul 

vahidinin  maya  dəyəri  Gəncə  -  Qazax  bölgəsində  Şirvan  bölgəsinə 

nisbətən 32,4 manat ucuz başa gəlmişdir (33). 

Müxtəlif  bölgələrdə  becərilən  basma  bitkisinin  iqtisadi 

səmərəliliyinin hesablanmasından belə nəticəyə gəldik ki, hər bölgə 

üçün 


optimal vaxtlarda biçin aparılarsa, yarpaq məhsulu əldə etmək 

üçün 


basma  bitkisinin  Gəncə-Qazax  bölgəsində  becərilməsi  Şirvan 

bölgəsində becərilməsinə nisbətən daha səmərəli və  rentabellidir. 

 



 

67 


 

NƏТİCƏLƏR 

Gəncə - Qazax və Şirvan bölgələrində basma bitkisinin becəril-

məsinin aqrotexniki xüsusiyyətlərinə dair apardığımız çoxillik elmi - 

tədqiqat işlərini araşdıraraq aşağıdakı nəticələrə gəlmək olar. 

1.  Basma  toxumlarının  laboratoriya  cüçərmə  enerjisi  və  qabili-

yyəti Gəncə - Qazax bölgəsində Şirvan bölgəsinə nisbətən 0,7 -1,4 % 

yüksək olur. 

2. Basma bitkisinin I 

yarusundan  yığılmış  toxumların  laborat-

oriyada  çüçərmə  enerjisi  və  qabiliyyəti  yuxarı  yaruslardan  yığılan 

toxumlara 

nisbətən yüksək olur. 

3. 


Açıq  sahədən  Şirvan  bölgəsində  toplanmış  basma  toxumları 

iki il saxl

andıqda çücərmə enerjisi və cücərmə qabiliyyəti 4,8 - 6,1 % 

azalır. Gəncə - Qazax bölgəsində isə 5, 0 - 5,5 % azalma müşahidə 

edilmişdir. 

4.

 



Basma  toxumlarının  ən  əlverişli  səpin  vaxtı  açıq  sahədə 

Şirvan bölgəsində 20. IV ay, Gəncə - Qazax bölgəsində isə 20. V ay 

hesab edilir. 

5.

 



Basma  toxumlarının  Şirvan  şəraitində  açıq  sahəyə  səpin 

norması 1 p. m-ə 1,6 qr, Gəncə-Qazax bölgəsində isə 1,2 qr.- dır. 

6.

 

Basma toxumlarının açıq tarla şəraitində optimal basdırılma 



dərinliyi Şirvanda 2,0 sm, Gəncə - Qazax bölgəsində isə 2,5 sm - dir. 

7.

 



Hər iki bölgədə basma bitkisi ona verilən qida sahəsi nə qədər 

artıq olursa o qədər də intensiv böyüyür  və  morfoloji göstəriciləri 

yüksək olur.  Lakin basma bitkisi Gəncə - Qazax  bölgəsində Şirvan 

böl


gəsinə nisbətən daha yaxşı böyüyüb inkişaf edir. 

10.


 

Hər  iki  bölgədə  basma  bitkisindən    daha  yüksək  yarpaq 

məhsulu  əldə  etmək  üçün  optimal  səpin  sxemi  60  x  10  x  1  sxemi 

hesab olunur. 

11.

 

Vegetasiya  müddətində  basma  bitkisində  iki  biçinin 



a

parılması yarpaq məhsuldarlığının bir dəfə aparılan biçinə nisbətən 

1,5 - 

2,5 dəfə yüksəlməsinə səbəb olur. Basma bitkisindən daha yük-



sək  yarpaq məhsulu  əldə etmək üçün Şirvan bölgəsində  I biçin  av-

qustun 20 - 

də, II biçin oktyabrın 25 - də, Gəncə - Qazax bölgəsində 

isə I biçin avqustun 2 - də, II biçin oktyabrın 15 - də aparılmalıdır. 




Yüklə 7,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə