H. S. HÜMBƏtov



Yüklə 7,22 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix01.07.2018
ölçüsü7,22 Mb.
#53012
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 



d

ə aqrobioloji və aqrotexniki xüsusiyyətlərinin araşdırılması qarşı-

ya m

əqsəd qoyulmuşdur. 



Elmi yenilik v

ə nəzəri məsələlər. Aparılan tədqiqat işində əl-

d

ə olunan yenilik ondan ibarətdir ki, ilk dəfə basma kimi qiymətli 



texniki  

bitkinin respublikamızın Gəncə - Qazax və Şirvan bölgə-

l

ərində də becərilərək keyfiyyətli quru yarpaq və toxum məhsulu 



əldə edilməsinin mümkünlüyü və yolları öyrənilmişdir. 

G

əncə - Qazax və Şirvan bölgələrində basma toxumlarının sə-



pilm

əsi üçün ilk dəfə olaraq ən əlverişli səpin müddəti, səpin nor-

ması  və  toxumların   basdırılma  dərinliyi müəyyən edilmişdir. 

Basma bitkisind

ən  yüksək keyfiyyətli toxum və  yarpaq məhsulu 

əldə  etmək  üçün  əlverişli  bölgələr  elmi cəhətdən  araşdırılıb 

d

əqiqləşdirilmiş, hər iki bölgədə basma bitkisinin çiçəkləmə bio-



lo

giyası  və  meyvəvermə  xüsusiyyətləri, yaruslar üzrə  toplanmış 

basma 

toxumlarının laboratoriyada cücərmə enerjisi və qabiliyyəti 



öyr

ənilmişdir. 



Praktiki 

əhəmiyyəti.  Hər iki bölgədə  (Gəncə  -  Qazax və 

Şirvan) yetişdirdiyimiz basma bitkisindən topladığımız məhsullar 

Zaqatala  Ətriyyat-Kosmetika fabrikinin laboratoriyasında  analiz 

edilmişdir. Onun yüksək keyfiyyətə malik olması və mövcud stan-

dartın  (OCT 18-  19  -79) tələblərinə  cavab verməsi təsdiq  olun-

muşdur. 


Az

ərbaycanın  Gəncə  -  Qazax və  Şirvan    bölgələrində  gələ-

c

əkdə  sənaye miqyaslı  basma  plantasiyalarının  salınmasında, 



əlaqədar toxumçuluq təsərrüfatlarında, yarpaq və toxum məhsulu 

əldə etmək üçün əlverişli təbii şəraitin  seçilməsində  tədqiqat ma-

teri

allarından istifadə olunacaqdır. 



T

ətbiqi. Əldə etdiyimiz nəticələr ADKТA - nın  Qovlar-Sarı 

t

əcrübə təsərrüfatında və Kürdəmir rayonundakı ”Həna” istehsalat 



kooperativinin  sah

əsində  tətbiq  edilmiş  və  yaxşı  nəticələr 

alınmışdır. Тoxum və yarpaq məhsulu üçün plantasiyalarının ayrı-

lıqda  bölgələr üzrə  salınmasına  dair  təkliflərimiz gələcəkdə 

yaranacaq t

əsərrüfatlarda öz əksini tapacaqdır. 




 

 



Aprobasiya.  T

ədqiqatın  əsas məğzi  ADAU-nun Ekologiya 

müh

əndisliyi və meşəçilik, Bitkiçilik və bitki mühafizəsi kafedrala-



rının  illik  hesabat  yığıncaqlarında  (2001-2004  -  cü illər), Aqro-

nomluq fakült

əsinin  metodik  komissiyasının  yekun  iclaslarında  

(2001-2004-cü ill

ər)  və  ADKTA-nın  2001-2004-cü illər üzrə  pro-

fessor  mü

əllim heyyətinin və aspirantlarının elmi-tədqiqat işlərinin 

yekunlarına həsr edilmiş elmi konfranslarında (Gəncə 2001 - 2004 - 

cü ill

ər) müzakirə edilmişdir. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



I FƏSİL. ТƏCRÜBƏ APARILAN BÖLGƏLƏRİN ТƏBİİ 

ŞƏRAİТİ 


 

GƏNCƏ - QAZAX BÖLGƏSİ 

 

Coğrafi mövqeyi. Gəncə - Qazax bölgəsi respublikanın qərb 

hissəsində  yerləşir,  cənubdan  Ermənistan  və  qərbdən  Gürcüstan 

dövlətləri  ilə  sərhəddir,  Ağstafa,  Daşkəsən,  Qazax,  Gədəbəy, 

Goranboy, Sa

mux, Tovuz, Göygöl, Şəmkir rayonlarının eləcə də 

Gəncə, Dəliməmmədli və Naftalan şəhərlərinin inzibati ərazilərini 

özün

də birləşdirir. Ümumi sahəsi 1228731 ha olmaqla respublika 



ərazisinin  12,9 %-ni  əhatə  edir.  Ölkənin  inkişaf  etmiş  iqtisadi 

bölgələrindən biridir (31, s. 222).  



Relyefi 

əsasən  düzənlik  və  qismən  dağlıqdır.  Şərti  olaraq 

rayonun  relyefi  düzənlik,  dağətəyi  düzənlik  qurşaqlarla  ayrılır. 

Şərq tərəfində Kür çayı boyu uzanan maili düzənlikdə Ceyrançöl 

massivi  yerləşir.  Bu  massivin  torpaq  ehtiyatlarından  əsasən  qış 

otlaqları kimi istifadə olunur (31, s. 236).  

Çoxillik  hidrometeoroloji    məlumatların  təhlili  göstərir  ki, 

tədqiq  olunan  ərazi  üçüncü  qrup  aqroiqlim  rayonuna  daxil  ol-

maqla 

onun  iqlimi  quru,  subtropik  və  mülayim  isti  kimi  səciy-



yələnir. İl ərzində qızmar günlərin sayı orta hesabla 90-95 arasın-

da dəyişir. Havanın  orta  illik  temperaturu 14,0 

0

C-dir.  Atmosfer 



çöküntülərinin  orta  illik  miqdarı  267,1  mm  olmaqla,  əsasən  ilin 

yaz və payız aylarında daxil olur. Havanın ən aşağı temperaturu 

yanvar  ayında  (3,0 

0

C),  ən  yüksək  temperatur  iyul  və  avqust 



aylarına  təsadüf  etməklə  orta  hesabla  26,35 

0

C  təşkil  edir.  Fəal 



temperaturun  orta  illik  cəmi  3500  -  4000 

0

C  arasında  tərəddüd 



edi

r. Havanın orta nisbi rütubəti ildən asılı olaraq əsasən 60-73% 

arasında  dəyişir.  Ərazinin  iqlim  xüsusiyyətlərinin  torpaqların 

xassələrinin  və  torpaq  örtüyünün  müəyyən  komponentlərinin 

formalaşmasında rolu böyükdür.  

Bitki örtüyü. 

Kiçik Qafqazın şimal-şərq dağətəyi düzənlik və 

Küryanı ovalıq hissəsində yerləşən Gəncə - Qazax bölgəsinin bitki 



Yüklə 7,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə