H. S. HÜMBƏtov



Yüklə 7,22 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix01.07.2018
ölçüsü7,22 Mb.
#53012
1   2   3   4   5   6   7   8   9   ...   20

 

10 


 

çaylarının  kətirmə  konusları  yuxarı  Şirvan  kanalı  yaxınlığında 

pozur.  Çayların  aşağı  axınında  ara-sıra  çoxda  dərin  olmayan 

yarğanlara rast gəlinir. Baş Şirvan kollektoru ilə Kür çayı arasın-

dakı ərazidə relyef ideal düzənliyə malikdir. Burada səthi axımın 

zəifliyi,  yüksək  istilik  şəraiti  (xüsusilə  intensiv  buxarlanma) 

ərazinin torpaq və bitki örtüyünə səhra körkəmi verir (6). 

Geoloji  quruluşu.  Ərazinin  geoloji  əsası  Kaynozoyun  4-cü 

dövrünə məxsus ən cavan çay çöküntülərindən təşkil olunmuşdur. 

Ərazidə  hal-hazırda  da  qalxma  və  çökmələr  baş  verir.  Aran 

Şirvanın oroqrafik litoloji əsası dördünçü dövrün çaydaşı, qum, gil 

və  s.  çay  çöküntülərindən  yaranmışdır.  Dördünçü  dövrün  konti-

nental çöküntüləri alçaq dağlıqda (şimalda) neogen dövrü suxur-

larına söykənmişdir. Bu ərazi gücü yeddi bala malik olan seysmik 

zonaya 


daxildir.  İlk  baxışda  hərəkətsiz  görünən  bu  ərazidə 

intensiv 

müasir tektonik canlanma vardır (40). Belə ki, müasir Kür 

depresiyasının  mərkəzi  hissəsində  Kürdəmir  qalxması  yerləşir. 

Bizim  təcrübə  sahəmiz bu  qalxmanın  çənub-şərq  hissəsində  yer-

ləşir.  Alp  qırşıqlığının  üst  hissəsinə  aid  olan bu ərazi  mərkəzi 

ovalığa  nisbətən  qədim  yaşa  malikdir.  Miosendə  Aran  Şirvan 

Sarmat 


suları altında olmuşdur. Geoloji laylarda Sarmat çöküntü-

ləri talalar şəklində qalmaqdadır ( 23). 



Тorpaq  və  iqlimi.  Aran  Şirvanda  6  torpaq  tipi  (Şərqi 

Zaqafqaziyanın  şabalıdı  və  açıq  şabalıdı,  boz-qonur,  şorakətvari 

boz-qonur, boz 

çəmən və çəmən boz, bataqlıq - çəmən və lilli-ba-

taq

lıq, allüvüal-çəmən) əsas yer tutur (9). Aran Şirvan rayonunun 



torpaqları  öz  genetik  xüsusiyyətlərinə  görə  müxtəlifdir.  Mingə-

çevirlə Girdmançayın gətirmə konusunun qərb qurtaracağı arasın-

dakı ərazidə boz çəmən, Qarasu çayı ilə Ağsu şəhərindən cənubda 

qalan 


ərazi arasında boz və çəmən-boz, ondan cənub-şərqə doğru 

isə boz qonur torpaqlar inkişaf etmişdir. Şərqə, Hacıqabula doğru 

torpaqlar  boz-qonur  olmaqla 

şorakətdir.  Axmazlar,  göllər  və 

Şirvan kanalı boyu  çəmən bataqlıq torpaqlarına, Kür  çayının sol 

sahili  boyu boz-

çəmən  torpaqlarının  yayıldığı  sahədə  şoran  və 

şorakətvari  torpaqlara  da  rast  gəlinir.  Buradan  şimal  və  qərbə 




 

11 


 

doğru boz-qonur  şorakətli və  şorlaşmış torpaqlar yayılmışdır (9; 

54; 93). 

Şirvan  bölgəsində  təcrübə  aparılmış  sahələrin  torpaqları  boz 

torpaqlar  tipinə  aiddir.  Apardığımız  analizlər  nəticəsində  aydın 

olmuşdur ki, əkin qatında humusun miqdarı 1,55 % - ə qədərdir. 

Aşağı  qatlara  getdikcə  humusun  miqdarı  azalır  və  1  metr 

dərinlikdə 0,70 % -ə düşür. Ümumi azotun da miqdarı humusun 

miqdarına  uyğun  olaraq  əkin  qatında  0,12  %  təşkil  edir,  1  metr 

dərinlikdə  isə  0,02  %-ə  düşür.  Əkin  qatında  ümumi  fosforun 

miqdarı 0,14 %, ümumi kaliumun miqdarı isə 2,52 % təşkil edir. 

Əkin  qatında  pH  8,3-ə  bərabər  olduğu  halda  dərinlik  dəyişdikçə 

artır və 1 metr dərinlikdə 8,4-ə bərabər olur ki, bu da torpağın zəif 

qələvi  xassəli  olduğunu  ğöstərir.  Тorpağın  tərkibindəki  müba-

diləvi  kationlardan  Ca  dominantlıq  təşkil  edir.  Sonrakı  yeri  Na 

kationu tutur. Əkin qatında (0-20 sm) mübadiləvi kationların çəmi 

15,3 mq/ekv.- 

dir. Udulmuş əsasların miqdarının dərinə getdikcə 

azalmasının  səbəbi  torpağın  kolloid  hissəsinin  dağılması  ilə  izah 

olunur.  Əkin  qatında  udulmuş  natriumun  miqdarı  2,0  %-ə  çatır. 

Beləliklə, məlum olur ki, Şirvan bölgəsinin boz torpaqları fosfor 

və kaliumla zəif təmin olunmuş torpaqlardır. 

Aran Şirvanın Kür-Araz (Mərkəzi Aran) rayonunda il ərzində 

300 mm-


ə  qədər,  Küdrü-Şirvan  rayonunda  isə  350-400 mm-ə 

qədər  yağıntı  düşür.  Havanın  orta  illik  temperaturu  14 

0

C-dir. 


Yanvarda  orta 

aylıq  temperatur 0-3 

0

C,  iyulda 



isə  26 

0

C  -  dir. 



Havanın il ərzində mütləq minimal temperaturu -22-24 

0

C, 



mütləq 

maksimal temperatur isə 40-43 

0

C-

dir. Havanın 10 



0

C-

dən yuxarı 



orta 

kündəlik temperaturunun illik çəmi 4400 

0

C - 


dən artıqdır. İl 

ərzində  günəşli  saatların  cəmi  2500  -  ə  qədər  olmaqla  buxar-

lanmaya 

sərf  olunan  istilik  15-20 kkal/sm

-  dir. 


Ümumi  günəş 

radia


siyasının  illik  cəmi  isə  130-135 kkal/sm



dir.  İlin  soyuq 

yarısına nisbətən isti yarsında yağıntı az olur. Qar örtüyü ildə 20 

gündən artıq qalmır. Havanın orta illik nisbi rütubəti 72 % olub, il 

ərzində  52-88  %  arasında  dəyişir.  İldə  70  günə  qədər  isti-quru 

küləklər  müşahidə  olunmaqla  qərb  və  cənub-şərq  küləkləri 



 

12 


 

hakimdir. 

Ərazidəki  çaylarda  axım  çox  azdır  (1  l/san  km

2

).  Ən 



güclü  küləklərin  surəti  saniyədə  8-10 metrdən  (4-5  bal)  artıq 

olmur.  Çay 

şəbəkəsinin  sıxlığı  0,05  km/km

2

-



ə  qədər  uzanır  (7). 

Dolu ildə bir dəfə yağır, tufan isə ildə 5 gündən də az müşahidə 

edilir.  Ərazidəki  çaylar  (Тüryançay,  Ağsuçay)  qar,  yeraltı  və  az 

miqdarda  isə  yağış  sularından  qidalanır.  Aran  Şirvan  ərazisi  2 

hidroloji rayonu 

(Şirvan  və  Kür-Araz)  əhatə  edir  36;  6).  Əkin 

sahələrinin  suvarılmasında  çay  sularından,  Yuxarı  Şirvan  kana-

lından,  Baş  Şirvan  kollektorundan  və  həmçinin  artezian  quyu-

larından  istifadə  olunur.  Aran  Şirvanın  qışı  mülayim,  yayı  isə 

quraq və isti keçir (41).  



Bitki  örtüyü. 

Aran  Şirvanda  səhra,  yarmsəhra,  subasar  çə-

mənlik, efemerli subtropik bitkilik, Тuqay  meşələri,  bataqlaşmış 

çəmənlik və otlu bataqlıq, qarışıq kolluqlu cəngəllik əsas yer tutur. 

Aran Şirvandakı efemerli subtropik bitkilik yarımsavanna tiplidir 

(13). Bu 

bitkiliyin  yaxınlığında tərkibi söyüd, qovaq, qarağac və 

yulğundan ibarət olan tuqay meşələri yayılmışdır (3). 

Aran Şirvanda pambıqçılıq, üzümçülük, taxılçılıq, meyvəçilik, 

t

ərəvəzçilik inkişaf etdirilir. 



Son illərə qədər Aran Şirvanda yarımsəhra bitkiliyi hakim idi. 

Ekoloji mühitin 

korlanması və antropogen amillərin mənfi təsirləri 

nəticəsində  artıq  bütün  Şirvan  düzündə  səhra  bitkiliyi  hakimdir. 

Yarımsəhralar lokal olmaqla öz çoğrafi sərhədlərini şimala doqru 

dəyişmiş, öndağlığın ətəkləri yaxınlığında qərarlaşmış dır (13). 

Aran  Şirvanda  bitki  örtüyü yerli iqlim və  relyef  şəraitindəki 

dəyişilmələr  hesabına  daxili  diferensiasiyaya  uğuramışdır.  Odur 

ki,  göllərdə,  gölməçələrdə,  çayların,  Yuxarı  Şirvan  kanalının  və 

Baş  Şirvan  kollektorunun  ətrafında  intrazonal tipli su-bataqlıq 

bitkisindən qarğı, qamış, lıqvər, bataqlıq cili, kalış, su fındığı və 

su 


çiçəyi geniş yayılmışdır. Bitkilər şahzadəsi Xəzər şanagülləsinə 

də burada təsadüf edilir (94). 

Тuqay  meşələri  ilə  düzən  meşələrinin  botaniki  tərkibi  Aran 

Şirvanda bir-birinə çox yaxındır. Тüryançay yaxınlığında, Göyçay 

çayının aşağı axınında, Baş Şirvan kollektorunun ətrafında tərkibi 



Yüklə 7,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə