H. S. HÜMBƏtov



Yüklə 7,22 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix01.07.2018
ölçüsü7,22 Mb.
#53012
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

 

35 


 

ayrı - ayrı zoğlarda yaşıl meyvələrə və hətta çiçəklərə də rast gəl-

m

ək olur. Ancaq  bu  meyvələr 



yetişməyə  imkan tapmadıqla-

rına görə  yığım müddəti  yetkin 

paxlaların  meydana  gəlməsi ilə 

əyyənləşdirilir.  Bu  zaman 



paxlalar iç

ərisindəki toxumlar 

formalaşmış olur. 

Basma bitkisinin toxum

ları 

meyv


ə  adlanan  paxlanın  içə-

risind


ə  yerləşir.  Paxlası  cizgili, 

silin


dir formasında, üstü ağımtıl 

tükcükl


ərlə  örtülü  olub, uzun-

luğu 3-5 sm, eni isə 0,3 sm-dir. Paxlası açılmayandır, yetişdikdə 

r

əngi bozarır. Тoxumları paxlada sıra ilə düzülərək arakəsmələrlə 



əhatə  olunmuşdur  (şək. 4. 4). Bu arakəsmələr paxlalara üstdən 

bax


dıqda da aydın görünür. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 4. 4. Boyaq indigoferasının (İndigofera 



tinctoria) 

yetişməmiş paxlaları 

Şəkil 4. 3. Basma bitkisinin çiçək 

qrupu 


 


 

36 


 

V  F


ƏSİL.  BASMA BİТKİSİNİN BECƏRİLMƏ 

ÜSULLARI 



5. 

1. Səpin müddətinin basma cücərtilərinin alınmasına 

təsiri 

Basma  bitkisindən  yüksək  keyfiyyətli  yarpaq  və  toxum  mə-

hsulu  əldə  etmək  üçün  optimal  səpin  müddətinin  təyin  edilməsi 

vacib məsələlərdən biridir. Bu məsələni həll etmək üçün müxtəlif 

bölgələrdə və şəraitdə müxtəlif vaxtlarda  basma toxumları səpib 

onlardan normal cücərtilərin alınması üsullarını araşdırmışıq.  

Müxtəlif  bölgələrdə  tarla  şəraitində  basma  cücərtilərinin 

alınmasına  səpin  vaxtının  təsirini  öyrənərkən  məlum  oldu  ki, 

Şirvan bölgəsində 10. IV ayda səpin aparmaqla bir paqon metrdən 

(uzununa ölçülən metr) 19 ədəd normal bitki, 20. IV ayda səpin 

apardıqda 31 ədəd normal bitki, 30. IV ayda səpin apardıqda isə 

28 ədəd normal bitki alınmışdır (cədvəl 5. 1). 

Gəncə - Qazax bölgəsində isə 10. V ayda səpin apardıqda bir 

paqon metrdən orta hesabla 33 ədəd, 20. V ayda səpin apardıqda 

4

3  ədəd,  30.  V  ayda səpin  apardıqda  isə  38  ədəd  normal  basma 



bitkisi alınmışdır. 

Şirvan  bölgəsində  torpaqlarının  şoran,  ağır  qranulometrik 

tərkibli  olması  və  qrunt  sularının  səthə  yaxın  yerləşməsi  səbə-

bindən alınmış basma cücərtilərinin 44-60 %-i  məhv olur. Məhz 

buna  görə  də  münasib  vaxtlarda  tarla  şəraitində  basma 

toxumlarının  səpilməsinə  baxmayaraq  bir paqon metrdən  alınan 

normal basma bitkisinin 

sayı  Gəncə  -  Qazax bölgəsində  Şirvan 

bölg

əsinə nisbətən 9-14 ədəd artıq olmuşdur.   



Apardığımız  tədqiqatlarla  müəyyən  etdik  ki,  açıq  sahədə 

basma toxumlarının ən əlverişli səpin vaxtı Şirvan bölgəsində 20. 

IV ay, 

Gəncə - Qazax bölgəsində isə 20. V ay hesab edilməlidir. 



5 . 2. Səpin normasının basma cücərtilərinin alınmasına təsiri 

Basma  bitkisinin  becərilməsində  toxumların  optimal  səpin 

normasının müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Bu  



 

37 


 

 



 

38 


 

məqsədlə  basma  toxumlarının  müxtəlif  səpin  normasının  bir 

paqon  metrdən  alınan  normal  basma  bitkisinin  miqdarına  təsiri 

öyrənilmişdir.  Müəyyən  edilmişdir  ki,  Şirvan  bölgəsində  paqon-

metrə 1 qr. basma toxumu səpdikdə orta hesabla 23 ədəd, 1,6 qr. 

basma toxumu səpdikdə 31 ədəd, 2,2 qr. basma toxumu səpdikdə 

isə 25 ədəd normal basma bitkisi əldə olunmuşdur (cədvəl 5. 2). 

Cədvəldən görünür ki, 1 p. m -  dən alınan 20 günlük cücər-

tilərin  miqdarı  normal  bitkinin  miqdarına  nisbətən  19  -  47  ədəd 

çox olmuşdur. Lakin, bu bölgədə torpağın şoran olması və qrunt 

sularının  üzdə  olması  səbəbindən  alınmış  cücərtilərin  yarıya 

qədəri  məhv  olmuşdur.  Məhz  bunları  nəzərə  alaraq  tədqiqata 

başlayan  zaman  Şirvan  bölgəsində  basma  toxumların  səpin 

norması  Gəncə  -  Qazax  bölgəsinə  nisbətən  bir  qədər  artıq  götü-

rülmüşdür. 

Gəncə  -  Qazax  bölgəsində  tarla  şəraitində  basma  cücərti-

lərinin alınmasına səpin normasının təsirinin öyrənilməsi göstərdi 

ki, 1 p. m-

ə  0,8  qr.  basma  toxumu  səpdikdə  alınan  20  günlük 

cücərtilərin miqdarı orta hesabla 48 ədəd, normal bitkinin sayı isə 

28 ədəd, 1,2 qr. basma toxumu səpdikdə müvafiq olaraq 57 və 43 

ədəd,  1,6  qr.  basma  toxumu  səpildikdə  isə  77  ədəd  cücərti,  34 

ədəd normal basma bitkisi alınmışdır (cədvəl 5. 2). 

Göründüyü 

kimi  bu  bölgədə  də  alınmış  çücərtilərin  hamısı 

normal  inkişaf  etməmişdir.  Lakin,  Şirvan  bölgəsində  optimal 

səpin normasında (1,6 qr./p.m.) alınmış cücərtilərin 40 % - i məhv 

olduğu  halda,  Gəncə  -  Qazax  bölgəsində  optimal  səpin  norma-

sında (1,2 qr./p.m) alınmış cücərtilərin cəmi 24,7 % -i  məhv ol-

muşdur.   

Beləliklə,  müxtəlif  bölgələrdə  səpin  normasının  basma  cü-

cərtilərinin alınmasına təsirinin öyrənilməsi göstərdi ki, basma to-

xumlarından  daha  artıq  normal  bitki  almaq üçün bu bitkinin 

toxumlarının Şirvanda açıq sahəyə səpin norması p. m-ə 1,6, Gən-

cə - Qazax bölgəsində isə 1,2 qr. qəbul olunmalıdır. 

 



Yüklə 7,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə