H. S. HÜMBƏtov



Yüklə 7,22 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix01.07.2018
ölçüsü7,22 Mb.
#53012
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

 

32 


 

larını  aşkara  çıxarmağa, bitkinin uzunömürlülüyü  sualına  cavab 

tapmağa kömək edir (103). 

Cüc


ərtilərin  morfologiyasının  öyrənilməsi,  ayrı-ayrı  növ  və 

cinsl


ərin cücərmə  xüsusiyyətlərinin  analizi,  onların  əmələgəlmə 

tarixini 

aydınlaşdırmaqda və filogenetik sistematikanın tərtibində 

az 


əhəmiyyət kəsb etmir (53) . 

Ona  gör


ə  də  basma  bitkisinin  açıq  şəraitdə  cücərmə  xüsu-

siyy


ətlərini öyrənməyi qarşıya məqsəd qoyduq. 

Basma bitkisinin kökü mil kök sistemin

ə  malik olub cü-

c

ərtiləri 15-20 günlükdə bir və yaxud da ki, fiziki zədələnmə ol-



arsa bir neç

ə  yan  köklər  əmələ  gətirir. Köklərin  nisbətən  yer 

s

əthinə ən yaxın olan  əmici telləri üzərində azot toplayan qovuq-



cuqlar 

müşahidə olunur. 

Əlverişli şərait olduqda səpilmiş basma toxumlarından səpinin 

5-7-ci günü kütl

əvi cücərtilər alınır. Alınmış basma cücərtiləri ilk 

əvvəl çox kövrək olmaqla zəif böyüyürlər. Cücərtilərin əsas kökü 

torpağın  daha  dərin  qatlarına  getdikcə  və  əlavə  köklər  əmələ 

g

əldikdən sonra basma cücərtiləri güclü inkişaf  edirlər. Basma 



cüc

ərtilərində  2  ədəd  ləpə  yarpağı  müşahidə  edilir.  Onların  

uzunluğu  4-6, eni isə  3-4 mm-ə  çatır.  Ləpə  yarpaqları  bozumtul 

yaşıl rəngdə, qısa saplaqlı, tam kənarlı, uc hissəsindən basıq forma 

da  olurlar.  Əsas  gövdə  intensiv  inkişafa  başlayan  zaman ləpə 

yar


paqları saralıb tökülürlər. 

4. 5. Çiç

əkləmənin biologiyası 

Apardığımız tədqiqatların nəticələrindən məlum olmuşdur ki, 

bec

ərildiyi  torpaq-iqlim  şəraitindən  asılı  olaraq  basma  bitkisinin 



toxumlarının kəmiyyəti və keyfiyyəti müxtəlif olur. İstər yarpaq, 

ist


ərsə də toxum məhsulu əldə etmək məqsədi ilə basma bitkisini 

plantasiyalar halında becərmək üçün onların çiçəkləmə biologiya-

sının öyrənilməsi böyük əhəmiyyətə malikdir. Məhz bu baxımdan 

müxt


əlif torpaq-iqlim şəraitində becərilən basma bitkisindən yük-

s

ək keyfiyyətli toxum məhsulu almaq üçün bitkinin çiçəkləmə 




 

33 


 

biologiyasına  aid  bəzi  məsələlərin öyrənilməsini  qarşımıza  məq-

s

əd qoyduq. 



 

Тədqiqat zamanı  ilk  çiçəyin  əmələ  gəlmə  vaxtı,  bir çiçəyin 

ömrü, çiç

əkyanlığının və çiçəyin quruluşu, tozlanma və s. hərtə-

r

əfli öyrənilmişdir. 



Apardığımız  tədqiqatlar göstərir ki, basma bitkisinin çiçək-

l

əməsi  iqlim  şəraiti ilə  sıx  əlaqədardır.  İsti  və  quru  iqlim  şəraiti 



bitkinin tez çiç

əkləməsinə səbəb olur. Basma bitkisində çiçəkləmə 

çıxışlar alındıqdan 50-60 gün sonra başlanır. 

Basma bitkisinin çiç

əkləri  süpürgə  çiçək  qrupunda  toplanır. 

Bel


ə  çiçək qrupları yarpaq qoltuğunda əmələ gəlir (şək.4.1- 4.2). 

Çiç


ək qrupunun uzunluğu 15-18 sm-ə çatır. Həmin çiçək qrupun-

dan toplanan çiç

əklər isə kiçik - 7 mm olurlar. Çiçək kasacığı ol-

duqca 


gödək və gümüşü rəngli tükcüklərlə örtülü olur. Çiçək tacı 

qırmızımtıl-sarı rəngdədir. 

Basma bitkisinin çiç

əklə-


m

əsi vegetasiyanın sonuna qə-

d

ər davam edir. Belə ki, çiçək-



l

ərin  hamısı  eyni  vaxtda  açıl-

mır. Çiçəkləmə əsas və yan bu-

daqlar 


boyunça  aşağıdan    yu-

xa

rıya    doğru  gedir.  Vegeta-



siyanın  sonlarına  yaxın  basma 

bitki


sinin  aşağı  yarusunda  ye-

tişmiş paxlalar, orta yaruslarda 

h

ələ  yetişməmiş  paxlalar,  uc 



hiss

əsində  isə  çiçəklər  müşa-

hid

ə  edilir. Basma bitkisində 



h

ər iki bölgədə birinci biçini apardıqdan sonra əmələ gəlmiş əsas 

v

ə  yan  budaqların  üzərində  də  çiçəklər  açılır  və  aşağı  yarusda 



toxumlar tamamil

ə yetişir. 

 Basma bitkisinin çiç

ək  salxımında  çiçəklərin  açılması  da 

salxım boyunça aşağıdan yuxarıya doğuru gedir (şək. 4.3). Çiçək 

salxımında  bir  çiçəyin ömrü Şirvan  bölgəsində  10-15  gün, 

Şəkil 4.1.   Boyaq  indiqoferasının 

(İndigofera tinctoria) çiçəkli budağı 

 



 

34 


 

G

əncədə isə 13-18 gün davam edir. Həmin müddətdən sonra çiçək 



tacı  formalaşmış  paxlaların  uc  hissəsində  yapışmış  halda  qalır. 

Paxlalar tam for

malaşdıqdan sonra qurumuş ləçəklər tökülür.  

Basma bitkisi çiç

əklərinin Şirvanda 85-90 % -i, Gəncədə isə 

75- 80%-i normal  tozlanaraq vegetasiya

nın sonunda yüksək key-

fiyy


ətli toxum məhsulu verir.  

 

4. 6.  Meyv



əvermə xüsusiyyətləri 

 

Basma bitkisi Az



ərbaycanda  becərilən  yeni  texniki bitki-

l

ərdəndir.  Hər  il  respublika-



mızda  bu    bitkinin  plantasiya-

ları  genişlənməkdədir. Səpin 

mate

rialı  ilə  plantasiyaları  tə-



min etm

ək üçün yüksək keyfiy-

y

ətli  toxum  məhsulu  hazırlan-



ma

lıdır.  Buna görə  də  müxtəlif 

torpaq-

iqlim  şəraitində  becə-



ril

ən basma bitkisində  meyvə-

l

ərin yetişmə  vaxtını,    yığım   



va

xtını  və toxumluq   sahələrin  

yaradılması məsələlərini  öyrən-

m

əyi qarşımıza məqsəd qoymu-



şuq. Apardığımız tədqiqat işləri 

göst


ərdi  ki,    Şirvan  və  Gəncə  -  Qazax bölgələrində  becərilən 

basma bitkisi normal inkişaf edərək yüksək keyfiyyətli yarpaq və    

toxum  m

əhsulu  əmələ  gətirir. Bitkilərdə  meyvələrin  yetişməsi 

vegetasiy

sının  sonuna qədər davam edir. Çiçəklərdə  mayalanma  

getdikd

ən sonra, ilk paxlalar görünməyə başlayır. Bu  vaxt onlar 



parlaq yaşıl rəngli olur. Vegetasiyanın davam etməsi ilə əlaqədar 

olaraq paxlalar böyüyürl

ər. Qeyd  etmək  lazımdır  ki,  Şirvanda  

yüks


ək  temperatur  və  quru   iqlim    şəraiti    paxlaların Gəncəyə 

nisb


ətən tez yetişməsinə səbəb. Basma bitkisinin meyvələrinin ye-

tişməsi vaxtı paxlalar tünd - qəhvəyi rəng alırlar. Lakin, bu zaman 

Şəkil 4. 2.  Basma (İndigofera 

 tinctoria) 

bitkisinin çiçək salxımı 




Yüklə 7,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə