Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə10/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

Ermənistana güzəştə getməyə məcbur oldu. Üstəlik, Trabzon vilayətinin şərq 
hissəsi Ermənistan və Gürcüstan arasında bölünməli idi ki, bu da ermənilərə 
Qara dənizə çıxış imkanı yaradırdı. Boğazlar Türkiyənin olsa da, müqavilənin 
müddəalarına əsasən, Dardanel boğazı hərb və sülh dövründə hansı bayraq 
altında üzməsindən asılı olmayaraq, bütün hərbi və ticarət gəmilərinə keçid 
üçün açıq olmalı idi. Bu da boğazların beynəlmiləlləşməsi demək idi. Bu 
qayda həm də Bosfor boğazına və Mərmərə dənizinə şamil olunurdu. 
Müqavilədə maraq doğuran məsələlərdən biri də Ermənistana geniş ərazilərin 
verilməsi idi. Belə ki, ABŞ Prezidenti V.Vilsonun təklifinə əsasən, regionda 
Ermənistana aid olmayan, hətta erməni əhalisinin üstünlük təşkil etmədiyi bir 
sıra ərazilər, məsələn Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Buna 
görə də, bu ölkəni "Vilson Ermənistanı" adlandırırdılar. Sultan VI Məhəmməd 
müqavilənin şərtlərini qəbul etsə də, Ankarada yaranmış Atatürk hökuməti 
onu qəbul etməkdən imtina etdi. Türk millətçi hökuməti bu əraziləri 
Yunanıstan, Gürcüstan və Ermənistana verməkdən boyun qaçırdı. Atatürk 
hətta bəyan etdi ki, Türkiyə zərurət yaranarsa, bütün Cənubi Qafqaz üzərində 
nəzarəti ələ keçirmək iqtidarındadır. Lakin Qərbi Anadolunu işğal etmiş 
Yunanıstandan fərqli olaraq, Ermənistan müqavilədə ona verilmiş ərazilərə 
nəzarət etmək iqtidarında deyildi. Öz ingilis himayədarlarının göstərdikləri 
böyük dəstəyə baxmayaraq, ermənilər Nizam Qarabəkir Paşanın 50 000 
nəfərlik ordusu qarşısında aciz qalmışdılar. Mustafa Kamal Atatürkün banisi 
olduğu Türk Milli Azadlıq Hərəkatı müttəfiqləri yenidən danışıqlar masasına 
əyləşməyə məcbur etdi. Habelə ərəblər Suriyada Fransanın, Bağdadda 
Britaniyanın hakimiyyətini qəbul etmək istəmirdilər.  
Azadlıq Mübarizəsinin gedişində türklər yunan, erməni və 
fransız qüvvələrinə müqavimət göstərərək, 16 mart 1921-ci ildə Sovet 
Rusiyası ilə Moskva müqaviləsi, Fransa ilə Ankara anlaşması imzalayaraq öz 
beynəlxalq əlaqələrini möhkəmləndirdilər. Ədirnə müqaviləsi və Qars 
müqaviləsini bağlamaqla isə Türkiyə öz şərq sərhədlərini möhkəmləndirdi. 
Bütün bu hadisələr türklərə Antanta ölkələri ilə yenidən danışıqlara 
başlamağa və 1923-cü ildə Lozanna müqaviləsini imzalamağa imkan verdi. 
1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist 
Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq 
Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh 
müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr 
ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu 
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars 
şəhərində imzalanan sülh müqaviləsi 1922-ci il sentyabr ayının 11-dən 
qüvvəyə minmiş və bitmə müddəti müəyyənləşdirilməmişdir. 
Atatürkün təlimatı ilə aparılmış danışıqların yekunu olaraq 
Moskvanın –RSFSR-in diqtəsi ilə bir tərəfdə Ermənistan, Azərbaycan və 


Gürcüstan Sosialist Sovet Respublikası hökumətləri –Zaqfederasiya, o biri 
tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti Müvəkkillərinin imzaladığı 
Müqavilədə: 
 
Maddə 5. Türkiyə hökuməti və Sovet Ermənistanı və 
Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu 
müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın 
himayəsi altında muxtar ərazi yaradır. 
Və Türkiyə Naxçıvanın qarantı olur! 
Ermənistan rəsmiləri, qəzetləri bu Müqaviləyə o zamanlar belə 
bir şərh vermişdi ki, Qars müqaviləsi nəinki Ermənistana, Rusiyanın özünə də 
zərərdən başqa heç nə vermədi və sanki türk qoşunları təntənə ilə Moskvaya 
daxil olaraq məğlub Rusiyaya öz iradələrini diqtə etdirdilər, erməni xalqının 
"xilaskar Rusiyaya" bəslədiyi ümidlər sadəcə yalandır və Rusiya digər 
imperialist dövlətlərindən özünün fərsizliyi və kütlüyü ilə fərqlənir; Ermənis-
tan da onun qurbanı oldu. 
 Sonralar  ermənilər və onların havadarları  SSRİ hökumətinə təzyiqlər 
edərək  dəfələrlə Türkiyə ilə bağlanmış  Qars müqaviləsinin ləğvinə uğursuz 
cəhdlər etdilər. Stalin, Mikoyan, Beriya və başqa Türk düşmənlərinin 
yönəltdiyi Qırmızı imperiya tərəfindən 2-ci Dünya savaşından dərhal sonra bu 
məqsədlə planlaşdırılan Türkiyəyə qarşı hərbi təcavüzə İngiltərə Baş naziri 
Çörçillin sərt təpkisi (“Rusiyaya bundan artıq qüvvətlənməyə heç cür imkan 
vermək olmaz”) mane oldu. 
    
 
 
 
 
 
 
 
 
 
 
 
 ATATÜRK ENSİKLOPEDİYASINDAN SEÇMƏLƏR  
 
Atatürkün şiirleri: 
 
Bir Askerin Mezarına 
 


Şurada, kabrin üzerinde konulmuş bir, 
Beyaz taş var, onun altında bayraklar 
Temevvüç ederken, kelleler uçuşurken... 
Celâdeti tâbân olurken aldığı cerîhai mevt 
İle bu âlemi hîçîye vedâ etmiş bir 
Asker yatıyor... 
Onun hâbı istirahate çekildiği şu 
Makberin üzerine rüfekası eşki teessür döktüler. 
Kadınlar dümü rizi mâtem oldular. İhtiyarlar 
Nâle eylediler, çocuklar ağladılar. 
Şu söğüt ağacının nim setreylediği senin 
Mezarın üzerine bir zırh başlık ile kılıç hak, 
Olunmuştur. İşte orası o kahramanı muhteremin 
Câyi istirahatidir. Ne mutlu ki, hâki pâye vatan 
Ona nâilini intizar olmuş!... 
 
Harbiye Talebesi İken Yazmıştır. 

 
Beşike Hâdisesi İçin 
 
Çıkıyor gönüllere istimdadı 
Sâmiamda vatanın feryâdı 
Çıkıyor gönüllere istimdadı 
Yaralı bir ananın evlâdı 
Etmesin mi anaya imdadı? 
Rumeli can veriyor yok mu ilaç. 
Edelim sıhhatini istimzaç; 
Etmeyelim kimseyi izaç? 
Zırhlılar her yeri tehdit ediyor, 
Makedonya bunu tes'it ediyor. 
İnkırazı bize teyit ediyor. 
Yemenin purişi malumu cihan 
Ne için eyledi millet isyân? 
Zulme ister mi bu yoldan burhan 
Turuşkalar bile aldı meydan 
Hani kânun-u adaâlet nerede? 
Mülk-ü millette himâye saadet nerede? 
Haricen mülk-ü himaye nerede? 
Bizde evvelki şecaat nerede? 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə