Ermənistana güzəştə getməyə məcbur oldu. Üstəlik,
Trabzon vilayətinin şərq
hissəsi Ermənistan və Gürcüstan arasında bölünməli idi ki, bu da ermənilərə
Qara dənizə çıxış imkanı yaradırdı. Boğazlar Türkiyənin olsa da, müqavilənin
müddəalarına əsasən, Dardanel boğazı hərb və sülh dövründə hansı bayraq
altında üzməsindən asılı olmayaraq, bütün hərbi və ticarət gəmilərinə keçid
üçün açıq olmalı idi. Bu da boğazların beynəlmiləlləşməsi demək idi. Bu
qayda həm də Bosfor boğazına və Mərmərə dənizinə şamil olunurdu.
Müqavilədə maraq doğuran məsələlərdən biri də Ermənistana geniş ərazilərin
verilməsi idi. Belə ki, ABŞ Prezidenti V.Vilsonun təklifinə əsasən, regionda
Ermənistana aid olmayan, hətta erməni əhalisinin üstünlük təşkil
etmədiyi bir
sıra ərazilər, məsələn Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Buna
görə də, bu ölkəni "Vilson Ermənistanı" adlandırırdılar. Sultan VI Məhəmməd
müqavilənin şərtlərini qəbul etsə də, Ankarada yaranmış Atatürk hökuməti
onu qəbul etməkdən imtina etdi. Türk millətçi hökuməti bu əraziləri
Yunanıstan, Gürcüstan və Ermənistana verməkdən boyun qaçırdı. Atatürk
hətta bəyan etdi ki,
Türkiyə zərurət yaranarsa, bütün Cənubi Qafqaz üzərində
nəzarəti ələ keçirmək iqtidarındadır. Lakin Qərbi Anadolunu işğal etmiş
Yunanıstandan fərqli olaraq, Ermənistan müqavilədə ona verilmiş ərazilərə
nəzarət etmək iqtidarında deyildi. Öz ingilis himayədarlarının göstərdikləri
böyük dəstəyə baxmayaraq, ermənilər Nizam Qarabəkir Paşanın 50 000
nəfərlik ordusu qarşısında aciz qalmışdılar. Mustafa Kamal
Atatürkün banisi
olduğu Türk Milli Azadlıq Hərəkatı müttəfiqləri yenidən danışıqlar masasına
əyləşməyə məcbur etdi. Habelə ərəblər Suriyada Fransanın, Bağdadda
Britaniyanın hakimiyyətini qəbul etmək istəmirdilər.
Azadlıq Mübarizəsinin gedişində türklər yunan, erməni və
fransız qüvvələrinə müqavimət göstərərək, 16 mart 1921-ci ildə Sovet
Rusiyası ilə Moskva müqaviləsi, Fransa ilə Ankara anlaşması imzalayaraq öz
beynəlxalq əlaqələrini möhkəmləndirdilər. Ədirnə müqaviləsi və Qars
müqaviləsini bağlamaqla isə Türkiyə öz şərq sərhədlərini möhkəmləndirdi.
Bütün bu hadisələr türklərə Antanta ölkələri ilə yenidən danışıqlara
başlamağa və 1923-cü ildə Lozanna müqaviləsini imzalamağa imkan verdi.
1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist
Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü
ildə qurulacaq
Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh
müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr
ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars
şəhərində imzalanan sülh müqaviləsi 1922-ci il sentyabr ayının 11-dən
qüvvəyə minmiş və bitmə müddəti müəyyənləşdirilməmişdir.
Atatürkün təlimatı ilə aparılmış danışıqların yekunu olaraq
Moskvanın –RSFSR-in diqtəsi ilə bir tərəfdə Ermənistan, Azərbaycan və
Gürcüstan Sosialist Sovet Respublikası hökumətləri –Zaqfederasiya, o biri
tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti Müvəkkillərinin imzaladığı
Müqavilədə:
Maddə 5. Türkiyə hökuməti və Sovet Ermənistanı və
Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu
müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın
himayəsi altında muxtar ərazi yaradır.
Və Türkiyə Naxçıvanın qarantı olur!
Ermənistan rəsmiləri, qəzetləri bu Müqaviləyə o zamanlar belə
bir şərh vermişdi ki, Qars müqaviləsi nəinki Ermənistana, Rusiyanın özünə də
zərərdən başqa heç nə vermədi və sanki türk qoşunları təntənə ilə Moskvaya
daxil olaraq məğlub Rusiyaya öz iradələrini diqtə etdirdilər, erməni xalqının
"xilaskar Rusiyaya" bəslədiyi ümidlər sadəcə yalandır
və Rusiya digər
imperialist dövlətlərindən özünün fərsizliyi və kütlüyü ilə fərqlənir; Ermənis-
tan da onun qurbanı oldu.
Sonralar ermənilər və onların havadarları SSRİ hökumətinə təzyiqlər
edərək dəfələrlə Türkiyə ilə bağlanmış Qars müqaviləsinin ləğvinə uğursuz
cəhdlər etdilər. Stalin, Mikoyan, Beriya və başqa Türk düşmənlərinin
yönəltdiyi Qırmızı imperiya tərəfindən 2-ci Dünya savaşından dərhal sonra bu
məqsədlə planlaşdırılan Türkiyəyə qarşı hərbi təcavüzə İngiltərə Baş naziri
Çörçillin sərt təpkisi (“Rusiyaya bundan artıq qüvvətlənməyə heç cür imkan
vermək olmaz”) mane oldu.
ATATÜRK ENSİKLOPEDİYASINDAN SEÇMƏLƏR
Atatürkün şiirleri:
Bir Askerin Mezarına
Şurada, kabrin üzerinde konulmuş bir,
Beyaz taş var, onun altında bayraklar
Temevvüç ederken, kelleler uçuşurken...
Celâdeti tâbân olurken aldığı cerîhai mevt
İle bu âlemi hîçîye vedâ etmiş bir
Asker yatıyor...
Onun hâbı istirahate çekildiği şu
Makberin üzerine rüfekası eşki teessür döktüler.
Kadınlar dümü rizi mâtem oldular. İhtiyarlar
Nâle eylediler, çocuklar ağladılar.
Şu söğüt ağacının
nim setreylediği senin
Mezarın üzerine bir zırh başlık ile kılıç hak,
Olunmuştur. İşte orası o kahramanı muhteremin
Câyi istirahatidir. Ne mutlu ki, hâki pâye vatan
Ona nâilini intizar olmuş!...
Harbiye Talebesi İken Yazmıştır.
*
Beşike Hâdisesi İçin
Çıkıyor gönüllere istimdadı
Sâmiamda vatanın feryâdı
Çıkıyor gönüllere istimdadı
Yaralı bir ananın evlâdı
Etmesin mi anaya imdadı?
Rumeli can veriyor yok mu ilaç.
Edelim sıhhatini istimzaç;
Etmeyelim kimseyi izaç?
Zırhlılar her yeri tehdit ediyor,
Makedonya bunu tes'it ediyor.
İnkırazı bize teyit ediyor.
Yemenin purişi malumu cihan
Ne için eyledi millet isyân?
Zulme ister mi bu yoldan burhan
Turuşkalar bile aldı meydan
Hani kânun-u adaâlet nerede?
Mülk-ü millette himâye saadet nerede?
Haricen mülk-ü himaye nerede?
Bizde evvelki şecaat nerede?