Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə18/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

1881 (Atatürk’ün doğum yılı), 1919 (Samsun’a cıktığı yıl) ve 
1938 (ölüm yılı) hepsi 19 sayısının tam katları, yani 1881 = 19 x 
99, 1919 = 19 x 101, ve 1938 = 19 x 102 
Atatürk 1919 yılında Kurtuluş Savaşı’nı başlatırken 38 yaşına 
girmiş ve 1938 yılında 57 yaşında ölmüş. Hem 38 hem 57 
sayıları 19 sayısının tam katları, yani 38 = 2 x 19 ve 57 = 3 x 19 
 
Mustafa Kemal Atatürk ismi 19 harften oluşuyor! 
 
130. doğum tarihinin toplamı da 19 sayısını veriyor 
 
Atatürk’ün 130. doğum günü 19052011 tarihinin basamaklarının 
toplamı 1 + 9 + 0 + 5 + 2 + 0 + 1 + 1 = 19! 
2011 yılınında 19 sayısı ile bağlantısı var, 2011 sayısının tersi 
1102 sayısıda 19 sayısı ile tam bölünebiliyor (çünkü 1102 = 19 x 
58)
 
www.cnnturk.com 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu Bölməyə Son Söz 
 


ULU ÖNDƏR ATATÜRK 
 
Osmanlı dövləti Almaniya, Italiya, Avstriya-Macarıstanla ("Üçlər 
birliyi") birlikdə I Dünya savaşından məğlub çıxmış, Antanta (İngiltərə, 
Fransa, Rusiya, ABŞ İttifaqına-Antantaya məğlub olmuşdu. Osmanlı 
Türkiyəsi 4 cəbhədə dünyanın 7 ən böyük dövlətinin bütün hərbi gücünə qarşı 
savaşırdı. Tək Çanaqqala savaşında Türkiyə 251 min Şəhid vermişdi (1600-ü 
Qafqaz türkü olmaqda-indi onların şərəfinə Çanaqqalada abidə ucaldılır!). Bir 
o qədər də hücum edən ingilis, fransız, ...həlak edilmişdi! Qurtuluş savaşında  
Şəhid olanların sayı 3 milyonu keçmişdi. Dünyanın, demək olar ki, bütün 
güclü dövlətlərinin əsas hərbi qüvvələrinin cəlb olunduğu savaşda Türkiyə 
tamamən işğal olunub pay-püş edilmişdi.  Dəniz sularında lövbər salmış 
yadelli hərb gəmiləri Türkiyəni mühasirəyə alaraq ətraf dünya ilə əlaqəsini 
tamam kəsmişdilər. Əcnəbilər hələ onları gözləyən aqibətdən xəbərsiz idilər. 
1919-cu ilin 19 mayında 18 nəfər silahdaşı ilə istiqlal-qurtuluş savaşına 
başlamışdı Atatürk...Elə bu hərbi gəmilərin arası ilə gecənin zülmətində sahilə 
qədəm qoyan Atatürk inam və qətiyyətlə belə demişdi: "Gəldikləri kimi də 
gedəcəklər!".Və 4 illik savaş-mücadilə ilə dediyini eləmişdi. 22 gecə-gündüz 
davam edən Sakarya meydan savaşında yadelliləri süpürüb Egey dənizinə 
tökən türk şücaəti dünyanı hünəri ilə heyrətləndirmişdi. Türkiyə ən böyük 
canlı insan-əhali itkisini qabaq-qənşər döyüşdə yox, içində, qoynunda əsrlərlə  
bəsləyib böyütdüyü xəyanətkar ermənilərin törətdiyi qətliamlarda vermişdi...  
Sultan hökuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə ölüm 
cəzasından qaçıb özünü milləti uğrunda ölümün içinə at(ıl)mışdı. O bu 
düşüncənin sahibi idi.  "Mən milli istəyimizin qarantiyası üçün tək yolun 
savaş, savaşdakı uğurun olduğunu deyirəm. Bütün gücümüzü, bütün 
qaynaqlarımızı, bütün varlığımzı orduya verəcəyik. Gücümüzü dünyaya 
tanıtdıracağıq; yalnız ondan sonra milləti insan kimi yaşatmaq olacaq, 
deyirəm". 
1923-cü ilin oktyabr ayının 29-da Ankaradakı Məclis binasında qopan 
alqış səsləri dünyaya yeni bir ölkənin qədəm qoyması barədə müydə verirdi. 
Hər bir türkün iftixarı olan, hər zaman sonsuz məhəbbət və sevgi ilə anılan, ən 
uca ada layiq görülən Mustafa Kamal Paşa Atatürk 600 il dünyaya hökm 
edərək sonda tarixə qovuşan Osmanlı imperiyasının dağıntıları üzərində 
qurulan yeni Türkiyə Cümhuriyyətinin ilk prezidenti oldu. Osmanlının 
dağılması ilə onun yerində 50 dövlət əmələ gəldi. Avrasiya yeni dövrə qədəm 
qoydu. 
        Son da bu günkü Türkiyədir! Əcnəbi hərb tarixçiləri hələ də bu 
qələbənin səbəbini, mahiyyətini izah edə, anlaya bilmirlər-türk ruhunun, 
mənəviyyatının nəyə qadir olduğunu, Atatürk ucalığını bütün əzəməti ilə dərk 
edə bilmədiklərindən, görəmədiklərindən! Atatürk əfsanə, mif, əsatir deyil-


həqiqi Xilaskar idi və belə insanı yetirən xalq xoşbəxtdir, xoşbəxt olmağa 
layiqdir və buna borcludur, məhkumdur. Atatürk yolundan sapma Türkiyənin 
faciəsi, rəzaləti olar-elə Azərbaycan üçün də faciələr yaradar. Atatürk mənim 
üçün 1 nömrəli vətənsevər siyasətçi və millətsevər qəhrəmandır, xalqı, vətəni, 
milləti üçün yaşamanın, vuruşmanın, yorulmaz mücadilənin-həqiqi millət 
atası olmanın bütün zamanlar üçün əvəzolunmaz örnəyidir. 
  
Çox təəssüf ki, Türkiyə ulu Atatürkün uzaqgörənliklə söylədiyi bu 
vəsiyyəti hələ də yerinə yetirə bilməyib: bir zaman SSRİ adlı xalqlar 
məhbəsxanası dağılacaqdır və indidən Türkiyə o vaxt  öz türk qardaşlarına 
sahib çıxmağa hazır olmalıdır. Obyektiv, subyektiv səbəblərdən Türkiyə 
indiyədək əski türk sovet respublikalarının türk dili danışan xalqlarına 
gərəkən qədər böyük arxa, dayaq ola bilməyib. Bu gün də demokratik 
dəyərləri ilə sözdə bağımsız Türk cümhuriyyətlərinə örnək olan Türkiyəmiz 
1990-cı illərdə Türk dünyasını birləşdirmək yolunda bir çox fürsətləri 
qaçırmış olsa da, Rəcəb Tayyib Ərdoğan başqanlığında AK Parti iqtidarı 
dönəmində bir sıra dəyərli əməli işləri gerçəkləşdirə bilmişdir.  
Atatürkün qurduğu Azad, Müstəqil Türkiyədə Demokratiya artıq 
xalq tərəfindən qəbul edilmiş bir Ümummilli Dəyərə çevrilib- Atatürkün 
Türkiyəyə ən böyük töhfəsi budur! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2-ci bölüm 
 


ZİYA GÖYALP 
 
 Qazi Mustafa Kamal Atatürk: “Ətimin və 
sümüyümün atası Əli Rza əfəndidirsə, 
fikrimin atası Ziya Göyalpdır.”                      
  
 
 
 
 
 
 
 
 
 
 
 
Vətən nə Türkiyədir türklərə, nə Türküstan
Vətən böyük və müəbbət bir ölkədir: Turan. 
  
 
                                        
Ziya  Göyalp 
 
 
 
 
 
 
 
Demə mənə oğuz, tatar, osmanlı 
Türkəm! Bu ad hər ünvandan üstündür. 
Yoxdur özbək, azər, qırğız, qazaxlı 
Türk milləti bir bölünməz bütündür.    
Ziya Göyalp 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə