Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə19/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
 
Həyatı, fəaliyyətləri 
 
Türk-islam dünyasının məşhur fikir adamı, sosioloq  və şairlərindən 
olan Ziya Göyalp -əsil adı Mehmet Ziyadır- 23 mart 1876-cı ildə 
Diyarbəkirdə doğulub. Atası Mehmet Tofiq “Diyarbəkir” rəsmi qəzetinin 
redaktoru olub. Ziya Əsgəri Həddi-büluğuyanı (1890) və Əsgəri İdadini 
bitirib (1894), etirazçı gənclərin qurduqları Qiyam Komitəsinə girib, 
məktəbdəki fəaliyyətləri və oxuduğu fransızca kitabların zərərli sayılması 
üzündən həbs edilib, nəzarət altında saxlanılmaq şərtilə İstanbula aparılıb, 
təkrar Diyarbəkirə göndərilib, Atasını Rüştiyə məktəbində oxuyarkən itirib, 
əmisi Hasib Əfəndi Ziyaya İslâm fəlsəfəsini, İbn Sina, İbn Rüşd, İmam 
Qəzzali, həm də Qərbin böyük filosoflarını tanıdıb. Ərəb, fars dillərini 
öyrənib, əmisinin vəsiyyətinə əməl edərək onun qızı ilə evlənib. Siyasət, 
fəlsəfə və tarix elmində araşdırmalar aparıb, eyni zamanda hökumət əleyhinə 
gizli fəaliyyətlərini də davam edib. Ziya Göyalp və yoldaşlarının öndərliyində 
xalq yenidən teleqrafxananı ələ keçirib 11 gün saxlayıblar. Hökumət İbrahim 
Paşa və alaylarını bölgədən uzaqlaşdırmaq məcburiyyətində qalıb (1907). 
Göyalp ilk əsəri olan “Şaki İbrahim” dastanında bu hadisəni qələmə alıb. II 
Hökumətin elanından sonra  Ziya Göyalpın qurduğu gizli cəmiyyətin yerini 
“İttihat və Tərəqqi Cəmiyyəti” Diyarbəkir şöbəsi tutur. Ziya Göyalp bu 
dövrdə Diyarbəkir və Peyman qəzetlərinə məqalələr yazır. 1909-da partiyanın 
Selanikdəki konqresinə el nümayəndəsi olaraq qatılır. Bir il İstanbul 
Darülfünunda psixologiya təhsili alıb Diyarbəkir maarif müfəttişi işlədikdən 
sonra Selanikə gedir. Qatıldığı partiya konqresində ümumi mərkəz üzvlüyünə 
seçilir. Burada jurnal və qəzetlərdəki yazılarıyla Türkçülük və dildə 
sadələşmə hərəkatlarının qabaqcılları arasında yer tutan Göyalp, milli 
duyğuların oyanışında fəallıq göstərir. “İttihat və Tərəqqi”nin rəhbərliyinin 
dəvəti ilə İstanbula köçür (1912), Millət vəkili seçilir. “Türk Ocağı”, “Türk 
Yurdu” və özünün çıxardığı “Yeni Məcmuə” (1917) kimi jurnallardakı 
yazıları, Türkçülük axınının qanunlarını təyin edən və müasir sivilizasiya 
qarşısında yerli bir sintezə çatılmasını şərt qoyan təklifləri (Türkləşmək, 
İslamlaşmaq, Müasirləşmək 1918), Darülfünunda oxutduğu cəmiyyət elm 
dərsləri, İttihat və Tərəqqinin “düşünən beyni” olaraq idarəçi heyəti 
üzərindəki təsiriylə Ziya Göyalp dövrün düşüncə və siyasət həyatına istiqamət 
verən faktorların başında iştirak edir. 1914-19-cu illərdə İstanbul 
universitetində sosiologiya professoru olaraq gənclərə məfkurəçilik, 
türkçülüyün mahiyyətini anladır. İstanbulun işğalından sonra ingilislər onu 
Yusif Akçura, Əhməd Ağoğlu kimi türkçülərlə birlikdə həbs edərək iki il 
Maltada sürgün qalır (1919-1921). Tamamən işğal və pay-püş edilən 


Anadolunun bütün guşələrində azad düşüncəli ziyalılar həbs edilir, ağır 
cəzalara məhkum olunur, hərbi məhkəmələrin qərarı ilə edam olunurdu. Belə 
ağır cəza gözləyənlərdən biri də məhbəsdəki Ziya Göyalp idi. İngilislərin 
buyruğunu sözsüz yerinə yetirən hakim Ziya Göyalpı sorğu-suala çəkir. 
 Deyir:-Erməni qırğınına fitva verən siz olmuşsunuz, bunu təsdiq 
edirsinizmi? 
 Cavab:- Türk millətimizə iftira atmayın. Anadoluda erməni qırğını 
olmayıb, türk-erməni savaşı olub. Biz ingilis, fransız, yunan, ruslarla 
vuruşanda öz içərimizdəki ermənilər düşmənlərimizin təhriki ilə bizi arxadan 
xaincəsinə vurdular, biz də onların cavabını verdik, başqa nə etməliydik... 
30 oktyabr 1918-ci il "Mondros mütarikəsi" deyilən sazişə görə, 
Osmanlı qeyd-şərtsiz silahı yerə qoymalı, Antanta qoşunlarının iradəsinə əməl 
etməliydi. Artıq ölkədə hakimiyyətsizlik hökm sürürdü. 67 nəfərlə birgə 
Malta adasına sürgün olunan bu mütəfəkkir şəxsiyətlər 2 ilə yaxın əzab-
əziyyət içərisində qalırlar. 1921-ci il martın sonlarında Türkiyə və İngiltərə 
hökumətlərinin imzaladıqları "Əsirlərin dəyişdirilməsi" anlaşmasına görə, 
Ziya Göyalp və Maltadakı digər əsirlərin azad olunması məsələsi həll edildi. 
Döndükdən sonra, Təlif və Tərcümə Heyəti başçılığına gətirilir (1923), buna 
qədər isə Diyarbəkirdə qalır və “Kiçik Məcmuə” dərgisini buraxır. 1923-cü 
ildə Diyarbəkirdən millət vəkili seçilir. Türkiyənin ilk Ana Yasasının 
hazırlanmasında iştirak edir. “Hakimiyyəti Milliyə”, “Yeni Gün”, 
“Respublika” qəzetlərində məqalələri çıxır. “Qızıl işıq ” (1923), 
“Türkçülüyün Əsasları” (1923), “Türk Adəti” (1923), “Türk Mədəniyyət 
Tarixi” (1926) kimi kitabları çıxır. Ölümündən sonra müxtəlif qəzet və 
jurnallarda çıxmış yazılarıyla məktubları müxtəlif kitablarda yığıldı: 
“Çınaraltı “ (1939), “Təriqət Nədir?” (1947),” Ziya Göyalp deyir ki” (1950).   
Gözəl şeirlər müəllifi olan Ziya Göyalp türkçülük, turançılıq 
məfkurəsini, milli düşüncələrinin, vətənpərvərlik ideallarının xalq şeiri 
tərzində daha asan xalqa çatacağını bildiyindən məhz sadə dildə yazmağa 
üstünlük verirdi. Bilirdi ki, fikirlərini şifahi xalq şeiri, daha çox da bayatı 
formasında yığcam, tutumlu, lakonik ifadə etdikcə daha asan oxunub 
əzbərlənəcək, anlaşılacaq, yayılacaqdır.  
1923-cü ilin sonlarında böyrək ağrılarından əziyyət çəkən Ziya 
Göyalp 1924-cü ilin əvvəllərində xəstəxanaya düşür. Bütün tibbi yardımlara 
baxmayaraq 1924-cü il oktyabrın 25-də 48 yaşında vəfat edir, İstanbulda 
Sultan Mahmud türbəsində torpağa tapşırılır. Xəstə olduğu üçün onun çox 
işləməsinə mane olmaq istəyənlərə: "Vaxtım azdır, ölüm yaxınlaşır"- deyərək, 
daha çox işləmək, xalqının gələcək xoşbəxtliyindən ötrü ölümdən də 
qorxmayaraq bütün düşüncələrini yazıya köçürməyə çalışırdı. Ölümündən 
sonra onu elə bil Türkiyə yenidən kəşf etmişdi, qəzetlər hər nömrədə onun 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə