1881 (Atatürk’ün doğum yılı), 1919 (Samsun’a cıktığı yıl) ve
1938 (ölüm yılı) hepsi 19 sayısının tam katları, yani 1881 = 19 x
99, 1919 = 19 x 101, ve 1938 = 19 x 102
Atatürk 1919 yılında Kurtuluş Savaşı’nı başlatırken 38 yaşına
girmiş ve 1938 yılında 57 yaşında ölmüş. Hem 38 hem 57
sayıları 19 sayısının tam katları, yani 38 = 2 x 19 ve 57 = 3 x 19
Mustafa Kemal Atatürk ismi 19 harften oluşuyor!
130. doğum tarihinin toplamı da 19 sayısını veriyor
Atatürk’ün 130. doğum günü 19052011 tarihinin basamaklarının
toplamı 1 + 9 + 0 + 5 + 2 + 0 + 1 + 1 = 19!
2011 yılınında 19 sayısı ile bağlantısı var, 2011 sayısının tersi
1102 sayısıda 19 sayısı ile tam bölünebiliyor (çünkü 1102 = 19 x
58)
www.cnnturk.com
Bu Bölməyə Son Söz
ULU ÖNDƏR ATATÜRK
Osmanlı dövləti Almaniya, Italiya, Avstriya-Macarıstanla ("Üçlər
birliyi") birlikdə I Dünya savaşından məğlub çıxmış, Antanta (İngiltərə,
Fransa, Rusiya, ABŞ İttifaqına-Antantaya məğlub olmuşdu. Osmanlı
Türkiyəsi 4 cəbhədə dünyanın 7 ən böyük dövlətinin bütün hərbi gücünə qarşı
savaşırdı. Tək Çanaqqala savaşında Türkiyə 251 min Şəhid vermişdi (1600-ü
Qafqaz türkü olmaqda-indi onların şərəfinə Çanaqqalada abidə ucaldılır!). Bir
o qədər də hücum edən ingilis, fransız, ...həlak edilmişdi! Qurtuluş savaşında
Şəhid olanların sayı 3 milyonu keçmişdi. Dünyanın,
demək olar ki, bütün
güclü dövlətlərinin əsas hərbi qüvvələrinin cəlb olunduğu savaşda Türkiyə
tamamən işğal olunub pay-püş edilmişdi. Dəniz sularında lövbər salmış
yadelli hərb gəmiləri Türkiyəni mühasirəyə alaraq ətraf dünya ilə əlaqəsini
tamam kəsmişdilər. Əcnəbilər hələ onları gözləyən aqibətdən xəbərsiz idilər.
1919-cu ilin 19 mayında 18 nəfər silahdaşı ilə istiqlal-qurtuluş savaşına
başlamışdı Atatürk...Elə bu hərbi gəmilərin arası ilə gecənin zülmətində sahilə
qədəm qoyan Atatürk inam və qətiyyətlə belə demişdi: "Gəldikləri kimi də
gedəcəklər!".Və 4 illik savaş-mücadilə ilə dediyini eləmişdi. 22 gecə-gündüz
davam edən Sakarya meydan savaşında yadelliləri süpürüb Egey dənizinə
tökən türk şücaəti dünyanı hünəri ilə heyrətləndirmişdi. Türkiyə ən böyük
canlı insan-əhali itkisini
qabaq-qənşər döyüşdə yox, içində, qoynunda əsrlərlə
bəsləyib böyütdüyü xəyanətkar ermənilərin törətdiyi qətliamlarda vermişdi...
Sultan hökuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə ölüm
cəzasından qaçıb özünü milləti uğrunda ölümün içinə at(ıl)mışdı. O bu
düşüncənin sahibi idi. "Mən milli istəyimizin qarantiyası üçün tək yolun
savaş, savaşdakı uğurun olduğunu deyirəm. Bütün gücümüzü, bütün
qaynaqlarımızı, bütün varlığımzı orduya verəcəyik. Gücümüzü
dünyaya
tanıtdıracağıq; yalnız ondan sonra milləti insan kimi yaşatmaq olacaq,
deyirəm".
1923-cü ilin oktyabr ayının 29-da Ankaradakı Məclis binasında qopan
alqış səsləri dünyaya yeni bir ölkənin qədəm qoyması barədə müydə verirdi.
Hər bir türkün iftixarı olan, hər zaman sonsuz məhəbbət və sevgi ilə anılan, ən
uca ada layiq görülən Mustafa Kamal Paşa Atatürk 600 il dünyaya hökm
edərək sonda tarixə qovuşan Osmanlı imperiyasının dağıntıları üzərində
qurulan yeni Türkiyə Cümhuriyyətinin ilk prezidenti oldu. Osmanlının
dağılması ilə onun yerində 50 dövlət əmələ gəldi. Avrasiya yeni dövrə qədəm
qoydu.
Son da bu günkü Türkiyədir! Əcnəbi hərb tarixçiləri
hələ də bu
qələbənin səbəbini, mahiyyətini izah edə, anlaya bilmirlər-türk ruhunun,
mənəviyyatının
nəyə qadir olduğunu, Atatürk ucalığını bütün əzəməti ilə dərk
edə bilmədiklərindən, görəmədiklərindən! Atatürk əfsanə, mif, əsatir deyil-
həqiqi Xilaskar idi və belə insanı yetirən xalq xoşbəxtdir, xoşbəxt olmağa
layiqdir və buna borcludur, məhkumdur. Atatürk yolundan sapma Türkiyənin
faciəsi, rəzaləti olar-elə Azərbaycan üçün də faciələr yaradar. Atatürk mənim
üçün 1 nömrəli vətənsevər siyasətçi və millətsevər qəhrəmandır, xalqı, vətəni,
milləti üçün yaşamanın, vuruşmanın, yorulmaz
mücadilənin-həqiqi millət
atası olmanın bütün zamanlar üçün əvəzolunmaz örnəyidir.
Çox təəssüf ki, Türkiyə ulu Atatürkün uzaqgörənliklə söylədiyi bu
vəsiyyəti hələ də yerinə yetirə bilməyib: bir zaman SSRİ adlı xalqlar
məhbəsxanası dağılacaqdır və indidən Türkiyə o vaxt öz türk qardaşlarına
sahib çıxmağa hazır olmalıdır. Obyektiv, subyektiv səbəblərdən Türkiyə
indiyədək əski türk sovet respublikalarının türk dili danışan xalqlarına
gərəkən qədər böyük arxa, dayaq ola bilməyib. Bu gün
də demokratik
dəyərləri ilə sözdə bağımsız Türk cümhuriyyətlərinə örnək olan Türkiyəmiz
1990-cı illərdə Türk dünyasını birləşdirmək yolunda bir çox fürsətləri
qaçırmış olsa da, Rəcəb Tayyib Ərdoğan başqanlığında AK Parti iqtidarı
dönəmində bir sıra dəyərli əməli işləri gerçəkləşdirə bilmişdir.
Atatürkün qurduğu Azad, Müstəqil Türkiyədə Demokratiya artıq
xalq tərəfindən qəbul edilmiş bir Ümummilli Dəyərə çevrilib-
Atatürkün
Türkiyəyə ən böyük töhfəsi budur!
2-ci bölüm
ZİYA GÖYALP
Qazi Mustafa Kamal Atatürk: “Ətimin və
sümüyümün atası Əli Rza əfəndidirsə,
fikrimin atası Ziya Göyalpdır.”
Vətən nə Türkiyədir türklərə,
nə Türküstan,
Vətən böyük və müəbbət bir ölkədir: Turan.
Ziya Göyalp
Demə mənə oğuz, tatar, osmanlı
Türkəm! Bu ad hər ünvandan üstündür.
Yoxdur özbək, azər, qırğız, qazaxlı
Türk milləti bir bölünməz bütündür.
Ziya Göyalp