haqqında yazırdı. Onun adı əbədiləşdirilərək ayrıca “Ziya Göyalp İnstitutu”
yaradıldı.
Ziya Göyalp son dərəcə təvazökar olub. Haqqında tərif
söylənilməsini sevməzmiş. Hətta tərifə layiq olduğunu bilsə də, yenə imkan
verməzmiş ki, onu öysünlər. Ömrü boyu maddi sıxıntıalar içində yaşamış,
ancaq hər zaman nikbin ovqatını saxlamışdır, “Ümid mənim ruhumun zəruri
ehtiyacıdır”-deyərmiş, zamanının bədbin ruhlu şairlərinə də şeirlərində xalqa
nikbin əhvali-ruhiyyə bağışlamağı israrla məsləhət görərmiş. Yusif Ziya
Ortac: “Ziya pulu tanımadan yaşadı, tanımadan öldü”- yazıb.
Üstündən əsr ötsə də bu gün də Türkiyənin üzdə olan siyasiləri
özlərinin Ziya Göyalpdan öyrəndiklərini etiraf edirlər. “Ziya Göyalp bəy
Diyarbəkirin hədiyyəsidir. Bitməyəcək millət sevgisini bizlər Ziya bəydən
öyrəndik.”-MHP başqanı Dövlət Baxçalı. Son 3 dönəm genel çeçimlərdə
qələbə çalan AK Partinin qurucu lideri Rəcəb Tayyib Ərdoğanın həbsinə bir
mitinqdə Ziya Göyalpın məşhur “Asker Duası ” şeirinə düzəliş edib söyləməsi
nədən olmuşdu:
Z.Göyalp belə yazmış:
Elimde tüfenk, gönlümde iman,
Dileğim iki: Din ile vatan...
Ocağım ordu, büyüğüm Sultan,
Sultan'a imdâd eyle Yârabbi!
Ömrünü müzdâd eyle Yârabbi!
R.T.Ərdoğan belə söyləmiş:
Minareler sungu, kubbeler miğfer
Camiler kışlamız, mu'minler asker
Bu ilahi ordu dinimi bekler
Allahu Ekber, Allahu Ekber!
Ziya Göyalp və Atatürk
Bir çox İttihadçılardan fərqli olaraq, Ziya Göyalp nə Malta
sürgünündən qayıdandan sonra, nə də əvvəl həbs və ölümdən qorxub
xaricə qaçmır, əksinə sürgündən daha mətin dönür, yenə də öz millətçilik
ideyalarını yayır, Vətəninin azadlığı uğrunda ölüm-dirim mübarizəsinə-
Qurtluluş Savaşına qalxmış Mustafa Kamal və onun tərəfdarlarını cani-dildən
müdafiə edirdi. Həm özü inanırdı, həm də ətrafındakıları inandırırdı ki, yaxın
zamanlarda Mustafa Kamal Türkiyəni işğalçılardan təmizləyəcək. O, bütün
günü camaatın qarşısında çıxışlar edir, onları qələbəyə ruhlardırır, müəllimlər
məktəbində, hətta gecə məktəblərində ədəbiyyat, tarix, sosiologiya dərsləri
keçir. 1923-cü ilin martında Ziya Göyalp şəxsən Mustafa Kamalın dəvəti ilə
Diyarbəkirdən Ankaraya gəlir. Mustafa Kamal onu əsərlərindən tanıyırdı,
əsərlərini oxumuşdu, fəaliyyəti ilə tanış idi, onun çox güclü qələmi, son
dərəcə böyük istedadı olduğunu bilirdi. Atatürklə görüşlərindən sonra Ziya
Göyalp "Doğru yol" adı altında bir kitabça çap etdirdi. Əslində bu kitabça
Atatürkün yaratmaq istədiyi "Xalq Partiyası"nın 9 prinsipinin təsnifinə, təhlil
və izahına həsr edilmişdi.
Ziya Göyalp Ankaraya gələn kimi Milli Təhsil Nazirliyində Təltif və
Tərcümə Komissiyasının sədri təyin olunur. Milli Məclisə Diyarbəkirdən
deputat seçilir. Çox gərgin həm təşkilatçılıq işi aparırdı, həm də yazırdı, elə
bil bütöv bir institutun işin görürdü. Özünün və Atatürkün ideyalarına uyğun
olaraq tədrisin, təhsilin yenidən qurulmasına, tamamən milliləşməsinə
çalışırdı. Həm də qəzetlərə məqalələr yazırdı. Dərin fikirləri ilə Türkiyənin
yeni Anayasasının, "Mədəni Qanun"un və digər qanunların hazırlanmasına
sanballı töhfələr verirdi, öz dərin məzmunlu, ağıllı təklifləri ilə bu qanunların
ətə-qana dolmasına səylər göstərirdi. 1923-cü ildə Ziya Göyalpın
"Türkçülüyün əsasları", "Altun işıq", "Türk törəsi" kitabları işıq üzü görür,
xeyli digər yazıları mətbuat səhifələrinə çıxır. Atatürk milli azadlıq
hərəkatının qəti qələbəsindən sonra hansı dövlət quruluşunun yaradılması
məsələsi ilə bağlı tez-tez görüşlər keçirir, müxtəlif tanınmış adamların məruzə
və çıxışlarını dinləyirdi. Belə yığıncaqlardan biri 1923-cü ilin avqustunda
"Türkiyənin rejimi, doktrinası və inqilabları" mövzusunda olur. Toplantıda
Ziya Göyalp demokratik respublika haqqında danışır. Atatürk bu çıxışdan özü
üçün çoxlu qeydlər götürür, əksər fikirlərini qəbul edir, Göyalpla eyni
düşüncədə olduğun bildirir. Hər ikisinin dünyagörüşündə Türkiyədə millətin
hegemonluğuna, milli hakimiyyətə əsaslanan bir cümhuriyyətin qurulmasının
vacibliyini öndə idi. Onun çıxışlarında millətin və qurulan yeni dövlətin hansı
təməllərə söykənə biləcəyini elmi baxımdan əsaslandırılırdı.
Müasirləri, Atatürkün silahdaşları dəfələrlə yazmışlar ki, Atatürk
daim Ziya Göyalpın fikirlərindən bəhrələnmiş və bunu məşhur sözlərində
böyüklüklə, həm də dahi insanlara məxsus təvazökarlıqla ifadə edərək Ziya
Göyalpın şəxsiyyətinə ən böyük qiyməti vermişdir: Ətimin və sümüyümün
atası Əli Rza əfəndidirsə, fikrimin atası Ziya Göyalpdır.
Məmməd Əmin Rəsulzadə Ziya Göyalp haqqında
1914-cü il dekabrın 11-də M. Ə. Rəsulzadə “İqbal” qəzetində dərc
etdirdiyi məqalədə yazırdı: “Mavi rəng türklüyün, yaşıl rəng islamlığın,
qırmızı rəng də çağdaşlığın əlamətiydi. Vaxtilə ”Füyuzat" məcmuəsinin fazil
mühərriri “Türk qanlı, islam imanlı və firəng fikirli olalım” demişdi; sonra
türkçülüyün böyük filosofu Ziya Gökalp bu üç ümdəni daha elmi bir üslubla
qullanmış və eyni şüar sonra “Açıq söz” qəzetinin başlığı altında
bulunmuşdur...mərhum Ziya bəyin sonralar “türk millətindənəm, islam
ümmətindənəm və Qərb mədəniyyətindənəm” şüarı ilə ifadə etdiyi mənanı,
Hüseynzadə Əli bəy “türk qanlı, islam imanlı və firəng qiyafəli olalım”
formulu ilə bəyan etmişdi".
“Ziya Gökalpın “Türk yurdun”nda dərc olunan “Türkləşmək,
islamlaşmaq və müasirləşmək” məqalələri məni adətən vəcdə gətirdi. Bakıya
geri döndüm. Mətbuat dil məsələsi ilə məşğul idi. Bu məsələdə Ziya
nəzəriyyəsinin müdafiəçisi oldum. Türkçülüyə rəvac vermək üçün dünya
müharibəsi əsasında təsis etdiyimiz “Açıq söz” qəzetinin başına Ziyanın
müqəddəs düsturunu bir “şüar” olaraq qoyduq. Daha sonra Ziyanın son
zamanlarda “Türk millətindənəm, islam ümmətindən, Qərb
mədəniyyətindənəm” şəklinə salmış olduğu bu şüar türkçülük, xalqçılıq
ümdələri (dayaqları) üzərində təşəkkül edən milliyyətpərvər “Müsavat”
firqəsinin proqram müqəddəməsində yer tutdu. Rus istibdadı pəncəsindən
dağılmış xanlıqlar şəklində deyil, müttəhid və milli bir kütlə surətində nicat
arayan Azərbaycan türklüyü bu istiqlalını tərtəmiz edəcək bayrağa əsri
məfkurəsi ilə mütənasib bir məna vermək istəyirdi. Bu mənanı da
“türkləşmək, islanmlaşmaq və müasirləşmək” məfhumlarında tapdı: bayrağı
mavi, yaşıl və al (mavi, al və yaşıl) rəngli qumaşlardan düzəldildi.”
Bu düşüncə, ideologiya 1918-1920-ci illərdə və 1991-ci ildən bəri
yalnız Azərbaycan bayrağının rənglərində əksini tapıb.
1880-ci illərdə Ismayıl bəy Qaspiralının “İşdə, fikirdə, dildə birlik"
şüarını Əli bəy Hüseynzadə “Türkləşmək, islamlaşmaq, müasirləşmək” kimi
formula etmişdir. Yusuf Akçura “Türkləşmək, islamlaşmaq, müasirləşmək
formulu Hüseynzadə Əli bəyə aiddir”-deyir, Ziya Göyalp isə “Əli bəy
Hüseynzadənin üçlü düsturu bütün türk dünyasında yeni üfüqlər açdı”,
“Turanın bir eli var və yalnız bir dili var” – yazmışdır.
Qlobalaşan dünyada vahid dil, vahid əlifba və hətta, vahid himnə
əsaslanan bir Türk birliyi yaradılmasının zəruriliyini elmi-nəzəri əsaslarla
işləyib ortaya qoyan və bunun reallaşması yolunda əməli işlər görənlərin
başında Türk dünyasının böyük aydınları İsmayıl bəy Qaspıralı, Əli bəy
Hüseynzadə, Ziya Göyalp, Əhməd bəy Ağaoğlu və digərləri dururdu. Bu
Dostları ilə paylaş: |