Həyatı, fəaliyyətləri
Türk-islam dünyasının məşhur fikir adamı, sosioloq və şairlərindən
olan Ziya Göyalp -əsil adı Mehmet Ziyadır- 23 mart 1876-cı ildə
Diyarbəkirdə doğulub. Atası Mehmet Tofiq “Diyarbəkir” rəsmi qəzetinin
redaktoru olub. Ziya Əsgəri Həddi-büluğuyanı (1890) və Əsgəri İdadini
bitirib (1894), etirazçı gənclərin qurduqları Qiyam Komitəsinə girib,
məktəbdəki fəaliyyətləri və oxuduğu fransızca kitabların zərərli sayılması
üzündən həbs edilib, nəzarət altında saxlanılmaq şərtilə İstanbula aparılıb,
təkrar Diyarbəkirə göndərilib, Atasını Rüştiyə məktəbində oxuyarkən itirib,
əmisi Hasib Əfəndi Ziyaya İslâm fəlsəfəsini, İbn Sina, İbn Rüşd, İmam
Qəzzali, həm də Qərbin böyük filosoflarını tanıdıb. Ərəb, fars dillərini
öyrənib, əmisinin vəsiyyətinə əməl edərək onun qızı ilə evlənib. Siyasət,
fəlsəfə və tarix elmində araşdırmalar aparıb, eyni zamanda
hökumət əleyhinə
gizli fəaliyyətlərini də davam edib. Ziya Göyalp və yoldaşlarının öndərliyində
xalq yenidən teleqrafxananı ələ keçirib 11 gün saxlayıblar. Hökumət İbrahim
Paşa və alaylarını bölgədən uzaqlaşdırmaq məcburiyyətində qalıb (1907).
Göyalp ilk əsəri olan “Şaki İbrahim” dastanında bu hadisəni qələmə alıb. II
Hökumətin elanından sonra Ziya Göyalpın qurduğu gizli cəmiyyətin yerini
“İttihat və Tərəqqi Cəmiyyəti” Diyarbəkir şöbəsi tutur. Ziya Göyalp bu
dövrdə Diyarbəkir və Peyman qəzetlərinə məqalələr yazır. 1909-da partiyanın
Selanikdəki konqresinə el nümayəndəsi olaraq qatılır. Bir il İstanbul
Darülfünunda psixologiya təhsili alıb Diyarbəkir
maarif müfəttişi işlədikdən
sonra Selanikə gedir. Qatıldığı partiya konqresində ümumi mərkəz üzvlüyünə
seçilir. Burada jurnal və qəzetlərdəki yazılarıyla Türkçülük və dildə
sadələşmə hərəkatlarının qabaqcılları arasında yer tutan Göyalp, milli
duyğuların oyanışında fəallıq göstərir. “İttihat və Tərəqqi”nin
rəhbərliyinin
dəvəti ilə İstanbula köçür (1912), Millət vəkili seçilir. “Türk Ocağı”, “Türk
Yurdu” və özünün çıxardığı “Yeni Məcmuə” (1917) kimi jurnallardakı
yazıları, Türkçülük axınının qanunlarını təyin edən və müasir sivilizasiya
qarşısında yerli bir sintezə çatılmasını şərt qoyan təklifləri (Türkləşmək,
İslamlaşmaq, Müasirləşmək 1918), Darülfünunda oxutduğu cəmiyyət elm
dərsləri, İttihat və Tərəqqinin “düşünən beyni” olaraq idarəçi heyəti
üzərindəki təsiriylə Ziya Göyalp dövrün düşüncə və siyasət həyatına istiqamət
verən faktorların başında iştirak edir. 1914-19-cu illərdə İstanbul
universitetində sosiologiya professoru olaraq gənclərə məfkurəçilik,
türkçülüyün mahiyyətini anladır. İstanbulun işğalından sonra
ingilislər onu
Yusif Akçura, Əhməd Ağoğlu kimi türkçülərlə birlikdə həbs edərək iki il
Maltada sürgün qalır (1919-1921). Tamamən işğal və pay-püş edilən
Anadolunun bütün guşələrində azad düşüncəli ziyalılar həbs edilir, ağır
cəzalara
məhkum olunur, hərbi məhkəmələrin qərarı ilə edam olunurdu. Belə
ağır cəza gözləyənlərdən biri də məhbəsdəki Ziya Göyalp idi. İngilislərin
buyruğunu sözsüz yerinə yetirən hakim Ziya Göyalpı sorğu-suala çəkir.
Deyir:-Erməni qırğınına fitva verən siz olmuşsunuz, bunu təsdiq
edirsinizmi?
Cavab:- Türk millətimizə iftira atmayın. Anadoluda erməni qırğını
olmayıb, türk-erməni savaşı olub. Biz ingilis, fransız, yunan, ruslarla
vuruşanda öz içərimizdəki ermənilər düşmənlərimizin
təhriki ilə bizi arxadan
xaincəsinə vurdular, biz də onların cavabını verdik, başqa nə etməliydik...
30 oktyabr 1918-ci il "Mondros mütarikəsi" deyilən sazişə görə,
Osmanlı qeyd-şərtsiz silahı yerə qoymalı, Antanta qoşunlarının iradəsinə əməl
etməliydi. Artıq ölkədə hakimiyyətsizlik hökm sürürdü. 67 nəfərlə birgə
Malta adasına sürgün olunan bu mütəfəkkir şəxsiyətlər 2 ilə yaxın əzab-
əziyyət içərisində qalırlar. 1921-ci il martın sonlarında Türkiyə və İngiltərə
hökumətlərinin imzaladıqları "Əsirlərin dəyişdirilməsi" anlaşmasına görə,
Ziya Göyalp və Maltadakı digər əsirlərin azad olunması məsələsi həll edildi.
Döndükdən sonra, Təlif və Tərcümə Heyəti başçılığına gətirilir (1923), buna
qədər isə Diyarbəkirdə qalır və “Kiçik Məcmuə” dərgisini buraxır. 1923-cü
ildə Diyarbəkirdən millət vəkili seçilir. Türkiyənin ilk Ana Yasasının
hazırlanmasında iştirak edir. “Hakimiyyəti Milliyə”, “Yeni Gün”,
“Respublika” qəzetlərində məqalələri çıxır. “Qızıl işıq ” (1923),
“Türkçülüyün Əsasları” (1923), “Türk Adəti” (1923), “Türk Mədəniyyət
Tarixi” (1926) kimi kitabları çıxır. Ölümündən sonra müxtəlif qəzet və
jurnallarda çıxmış yazılarıyla məktubları müxtəlif kitablarda yığıldı:
“Çınaraltı “ (1939), “Təriqət Nədir?” (1947),” Ziya Göyalp deyir ki” (1950).
Gözəl şeirlər müəllifi
olan Ziya Göyalp türkçülük, turançılıq
məfkurəsini, milli düşüncələrinin, vətənpərvərlik ideallarının xalq şeiri
tərzində daha asan xalqa çatacağını bildiyindən məhz sadə dildə yazmağa
üstünlük verirdi.
Bilirdi ki, fikirlərini şifahi xalq şeiri, daha çox da bayatı
formasında yığcam, tutumlu, lakonik ifadə etdikcə daha asan oxunub
əzbərlənəcək, anlaşılacaq, yayılacaqdır.
1923-cü ilin sonlarında böyrək ağrılarından əziyyət çəkən Ziya
Göyalp 1924-cü ilin əvvəllərində xəstəxanaya düşür. Bütün tibbi yardımlara
baxmayaraq 1924-cü il oktyabrın 25-də 48 yaşında vəfat edir, İstanbulda
Sultan Mahmud türbəsində torpağa tapşırılır. Xəstə olduğu üçün onun çox
işləməsinə mane olmaq istəyənlərə: "Vaxtım azdır, ölüm yaxınlaşır"- deyərək,
daha çox işləmək, xalqının gələcək xoşbəxtliyindən ötrü ölümdən də
qorxmayaraq bütün düşüncələrini yazıya köçürməyə çalışırdı.
Ölümündən
sonra onu elə bil Türkiyə yenidən kəşf etmişdi, qəzetlər hər nömrədə onun