Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə12/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   8   9   10   11   12   13   14   15   ...   83

36                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Məqalə sahibi bu istirham və binagüzarlıq rədd olunmamış 
Axund Molla Məhəmməd Pişnamazzadə həzrətlərinin şeyxülis-
lam təyin olunmağı barəsində əfsus edir idi.
Bu məqaləni görmüş zəvati-kiram sahibi-məqalənin həqqa-
niy  yət  üzrə  müsəlman  camaatının  qeydkeşi  olmağında  şübhə 
et məz, zənnindəyəm. Lakin hər nə səbəbə mübni isə tazə müəl-
lim lərimizdən və ədiblərimizdən Ə.Məhəmmədzadə həzrətləri 
“Tə rəqqe”nin 152-ci nömrəsində sahibi-məqalənin bu xüsusda-
kı sui-zənlərini guya təshihə qalxışıb buyurur ki:
- Əvvala bu zat (Pişnamazzadə) ümum qafqaslıların intixab 
edəcəkləri üç namizədin birisidir.
Afərin, böylə təshihə nə demişəm. Məhəmmədzadə həz rət-
ləri istiqbaldan xəbər veriyor.
Bu vaxta kibi müsəlmanların şeyxülislamlığa namizəd təyin 
et mədiklərini və gələcəkdə edəcəklərini söyləyir.
Məhəmmədzadə həzrətləri elmi-sərfdə alim olduğu halda, feli-
ma zi (etdikləri) bir bəndə feli-müzare edəcəkləri söy lə məyinə cə-
hə ti-aləmi-qeyb və yaxud müxbiri-qeyb ləqəbi almağa səzavardır. 
Məhəmmədzadə həzrətləri təshihə davam edib buyuruyor:
- Saniyən bu dəfə şeyxülislamlıq məqamına əsalətən deyil, 
və kalətən təyin olunur.
Cənab  Məhəmmədzadə  həzrətlərinin  keçmişdəki  əqideyi-
in saniyyət piristanəsinə və indiki təəssübi-milliyyəsinə etimad 
edib, şeyxülislamlıq, yəni Pişnamazzadənin təyinatı xüsusunda 
rəs mi dairələrdən və mövsuq mənbələrdən hasil etdiyim mə lu-
mat gələcək nömrələrdə yazmağı vəd edib”…
Postskriptumda  “İdarədən”  əlavə  edilir:  “Seçmə  və  təyin 
mə sələlərinə qalırsa, əhalini xəbərdar ediyoruz ki, əgər bu yolda 
tək rar hökumətə müraciət olunmasa, seçki məsələsi unudulub iş 
yenə hökumətin səlahiyyətinə qalacaqdır”.
22
“Tərəqqe” qəzetinin digər bir nömrəsində isə belə bir xəbər 
oxu yuruq: “Gəncə. Xüsusi müxbirimizdən. Pişnamazzadə həz-
rət ləri qəti surətdə şeyxülislamlığa təyin olundu. Məhəm məd za-
də” (58, №165, 2).
22
 “Tərəqqe” qəzeti, №158, 2.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              37
Nəhayət,  qəzetin  sonrakı  nömrəsində  Gəncədən  xəbər  ve-
rilir:  “Əvvəlcə  xəbər  vermiş  olduğum  vəch  ilə  Pişnamazzadə 
həz rətlərinin idareyi-ruhaniyyənin üçüncü əzalığına isalət, ma-
və rayi-Qafqas şeyxülislamlığına dəxi vəkalət təyin edildikləri bu 
gün, təmmuz (iyul) 1909 teleqraf ilə xüsusi surətdə xəbər verildi.
Pişnamazzadə həzrətləri kəndiləri şəhərdə deyildilər.
Gəncə  dağlarındakı  türk  köylərini,  şenliklerini  dolaşaraq 
əha liyi maarifə təşviq etməkdədirlər.
Bu xeyir xəbəri daha kəndiləri bilməyirlər.
Pişnamazzadə həzrətlərinin yeni məmuriyyətlərini təbrik ilə 
qafqaslılar üçün faydalı olmasını təmənna edərəm”.
23
Beləliklə də müsəlmanların şeyxülislamlıq vəzifəsinə seçki 
keçirilməsi ilə əlaqədar istək və arzuları yenə də nəzərə alınmadı.
Lakin  həm  Axund  Molla  Məhəmməd  Pişnamazzadənin 
xalq arasındakı nüfuzu, həm onun alim və ziyalı olması, həm 
də yeni dövrdə xalq arasında coşqun fəaliyyət göstərməsi çar 
üsul-idarəsinin düzgün seçim etdiyini göstərdi. Buna görə də bu 
tə yinat müsəlmanlar arasında etiraz doğurmadı.
Arada Axund Məhəmmədhəsən Mövlazadə Şəkəvinin şey-
xül islamlıq vəzifəsini icra etməsi isə yəqin ki, ancaq rəsmi sə-
nəd lərlə təsdiqlənə bilər. Dövrün mətbuatı bu barədə susmuşdur.
24
Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvinin istefa-
sından sonra bu məqama Axund Məhəmmədəli Fərəculla oğlu 
Pişnamazzadə, Axund Ağa Cavad oğlu Əlizadə, Axund Mirmöh-
sün Şeyx Əli oğlu Həkimzadə, Axund Əliağa Süleyman oğlu 
Süleymanzadə, Axund Mirqəzənfər İbrahimov və Şeyxülis lam 
Allahşükür Paşazadə çatmışdır ki, onlar haqqında irəlidə ətraflı 
məlumat veriləcəkdir.
23 “
Tərəqqe” qəzeti, №166, 3.
24 
Şahlar Şərifov. Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvi və onun “Kita-
bul-bəyan fi təfsiril-Quran” əsəri, nam. dis. işi, səh. 10-24.


38                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
1.3. Azərbaycan şeyxülislamları
Qafqazın Rusiya tərəfindən istila edilməsindən sonra İslam 
öz tarixində ikinci dəfə regionda hakim din ola bilmədi. Lakin 
bu dəfə vəziyyət tamamilə başqa idi: əgər XIII əsrdə monqol-
lar tərəfindən istila edildikdən sonra yerli müsəlman ruhaniliyi-
nin bütpərəst işğalçıları İslama gətirmək imkanı var idisə, XIX 
əsrdə əksinə oldu, müsəlmanlar xristianlığın rəsmi din olduğu 
dövlətin təbəələri oldular. Bu səbəbdən ruhanilər Rusiyanın re-
giondakı siyasətinə mənfi münasibət bəsləyirdilər.
Bunu Rusiyanın hakimiyyət orqanları da gözəl başa düşür-
dü. O dövrün sənədlərində rus məmurları dəfələrlə göstərirdilər 
ki, yalnız müsəlman ruhanilərini ciddi nəzarət altına aldıqdan 
sonra bölgənin xristianlaşdırılması prosesinə başlamaq olar. Bu 
pro sesə isə Rusiyanın hakimiyyət dairələri İran və Osmanlı im-
periyası ilə müharibələr qurtardıqdan sonra başlaya bilərdilər. 
İşğal edilmiş regionda məskunlaşmanın tərkib hissəsi kimi xris-
tianlaşdırma və ruslaşdırma prosesi məqsədyönlü xarakter daşı-
yır və bir neçə istiqamətdə gedirdi. Rusiya hakimiyyət orqanları 
xristianlığı yaymaq məqsədilə regionda kilsələrin sayının artı-
rılmasına, bəzən də məscidlərin kilsələrə çevrilməsinə çalışır-
dılar.  İrəvanın  ələ  keçirilməsini  əbədiləşdirmək  üçün  1582-ci 
ildə osmanlılar tərəfindən tikilmiş Cümə məscidi İ.F.Paskeviçin 
əmri ilə pravoslav kilsəsinə çevrilmişdi.
Qafqazda baş verən hadisələri dəqiqliklə incələyən çar Ru-
siyası müsəlmanları nəzarətdə saxlamaq üçün 1823-cü ildə şiə 
müsəlmanlarına başçı kimi şeyxülislamı, 1832-ci ildə isə sünni 
müsəlmanlarına başçı kimi müfti vəzifələrini təyin etdi. 
1823-cü  ildən  etibarən  Qafqazdakı  şeyxülislamlıq  təsisatı 
sadəcə şəriət məhkəmələrinin ehtiva çərçivəsindən çıxaraq ge-
niş  funksiyalı,  fəal  idarəçilik  qurumuna  çevrilmişdir.  Bu  qu-
rumun əsas qayəsi Allaha, Vətənə və xalqa xidmət olmuşdur. 
Ti
Ru siya yeni təsis edilən şeyxülislamlığın iqamətgahını burada 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə