Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

R o z e n k r a n s .   Bəli, milord, peşəkar aktyorlara da, yer 
kürəsini çiyinlərində saxlamış Herkulisə də. 
H a m 1 e t. Düzünə qalsa, bu çox da təəccüblü deyil. Daha 
qəribə  işlər var. Məsələn,  əmim Danimarkanın kralıdır... 
Atamın sağlığında ona ağız büzənlər indi onun kiçik bir şəklinə 
belə iyirmi, qırx, əlli, yüz qızıl verirlər. Lənət sənə kor şeytan, 
əgər fəlsəfə bunu aça bilsə, bu-rada çox gizli sirlər var. 
Səhnə arxasından şeypur səsi eşidilir. 
Q i l d e n s t e r n .  Odur, aktyorlar gəlirlər. 
H a m 1 e t. Cənablar, siz Elsinora xoş gəlmisiniz. Yaxın 
gəlin, əlinizi verin. Lütfkarlıq və incə nəvaziş mehribanlıq 
əlamətidir. Qoy mən sizi bu tərzdə qarşılayım ki, sonra 
deməyəsiniz: mən aktyorları sizdən yaxşı qəbul elədim. Xoş 
gəlmisiniz, dostlar. Fəqət mənim əmim atam, əmidostum - 
anam yanılırlar. 
Q i l d e n s t e r n .   Nədə, milord? 
H a m l e t .   Mən yalnız şimal, şimal-qərb küləkləri əsəndə 
dəli oluram. Cənub küləyi əsəndə isə qırğını göyərçindən seçə 
bilirəm. 
Poloni qayıdır. 
P o 1 o n i. Xoş gördük, cənablar! 
H a m 1 e t. Dinlə, Qildenstern, sən də, Rozenkrans, diqqətlə 
qulaq asın. Bu gördüyünüz nəhəng körpə hələ öz bələyindən 
çıxmayıb. 
R o z e n k r a n s .   Bəlkə, təzədən bələyə girib. Deyirlər ki, 
adam qocalanda yenidən uşaqlaşır. 
H a m 1 e t. Qabaqcadan deyə bilərəm ki, o mənə 
aktyorların gəl-məsini xəbər verməyə  tələsir. Baxarsımz. - 
Düz buyurursunuz, ser. Bazar ertəsi, səhər həqiqətən belə 
olmuşdur. 
P o 1 o n i. Milord, sizə təzə xəbər gətirmişəm. 
H a m 1 e t. 
Milord, sizə təzə xəbər 
gətirmişəm.  
Rossi Romada aktyor 
olanda... 


P o 1 o n i. Aktyorlar buraya gəlib, milord. 
H a m 1 e t. Yox, a! Uydurmaya bax! 
P o 1 o n i. And olsun mənim 
vicdanıma ki...  
H a m 1 e t. Hərəsi minibdir bir 
uzunqulaq... 
P o 1 o n i. Dünyanm ən yaxşı aktyorlarıdır. Həm faciə, 
komediya, tarixi əsərləri, həm də çobannamələri, çoban 
məzhəkələri, tarixi çobannamələri, faciəvi-tarixi, faciəvi-
məzəli-tarixi çobannamələri gözəl oynayırlar.  İstər bu 
tamaşalar fasiləli olsun, istər fasiləsiz, onlar üçün eynidir. 
Faciə ustası Seneka belə  kədərli, komediya ustası Plavt 
belə gülməli ola bilməz.  Əzbər söyləməkdə, bədahətən 
deməkdə onların tayı-bərabəri yoxdur. 
H a m 1 e t. Oho, İeffay, İsrail hakimi, sənin nə böyük 
xəzinən vardı! 
P o 1 o n i. Onun hansı xəzinəsi vardı, 
milord? H a m 1 e t. 
Bəs necə! Çox sevirdi 
qızıriı, Nurlu, tək 
ulduzunu. 
P o 1 o n i (kənara). Yenə qızrnı haqqında danışır.  
H a m 1 e t. Məgər düz demirəm, qoca İeffay?  
P o 1 o n i. Əgər dediyiniz o İeffay mənəmsə, milord, doğru 
buyurursunuz. Bir qızım var, mən onu çox sevirəm.  
H a m 1 e t. Xeyr, uyğun gəlmir.  
P o 1 o n i. Bəs nə uyğun gəlir, milord?  
H a ml e t .  
Baxın, belə: "Bəxt nə olacaq,  
Haqq bilir ancaq".  
Sonra da özünüz bilirsiniz.  
"Tale yaydan çıxan oxdur,  
Olacağa çarə yoxdur". 
Bağışlayın, qalanını, özünüz oxuyarsınız. Bu dini 
nəğmənin birinci bəndi sizə çox şey öyrədə bilər. Baxın. 
Artıq mənim əyləncəm 
başlanır. 


Dörd, ya beş aktyor daxil olur. 
Xoş  gəlmisiniz, ağalar, hamınız xoş  gəlmisiniz! Sizi 
sağ-salamat gördüyümə ürəkdən  şadam. Xoş  gəlmisiniz, 
əziz dostlar! - Ba, köhnə dost! Bu nədir belə, son 
görüşümüzdən bəri sənin saqqalın əməlli-başlı uzanıb ki! 
Yoxsa saqqalına bürünüb Danimarkada məni  ələ salmağa 
gəlmisən? Kimi görürəm, mənim gənc xanımım, mənim 
gözəlim! Mələklərə and olsun ki, axırıncı  dəfə görəndən 
indiyədək sən göyə bir daban da ucalmısan. Allah eləsin, 
səsin də, sürtülüb işə yara-mayan qızıl pul kimi, öz 
gözəlliyini itirməsin. -Ağalar, buyurun! Vaxtı  hədər 
keçirməyək. Fransız  şahinbazları kimi, ilk gördüyümüz 
şikarın üstünə  şığıyaq. Tez bir monoloq deyin. Bizə öz 
məharət və istedadınızdan bir nümunə göstərin. Cəld olun
coşqun bir monoloq başlayın.  
B i r i n c i   a k t y o r .   Hansı monoloqu, mehriban prins?  
H a m 1 e t. Yadımdadır, sən mənə bir dəfə bir pyesdən 
monoloq oxudun. Əsər səhnəyə heç qoyulmamışdı, yox, 
deyəsən, bir kərə oynanılmışdı. Yaxşı xatirimdədir ki, 
tamaşa çoxunun xoşuna gəlmədi. O, camaat üçün bir 
müəmma idi. Amma mənim və bu işi məndən daha yaxşı 
bilənlərin mülahizəsinə görə, o, əla əsərdi. Səhnələrə yaxşı 
bö-lünmüşdü. Çox sadə və çox məharətlə qələmə alınmışdı. 
Yadımdadır, bəziləri deyirdilər ki, məzmuna rövnəq 
vermək üçün şerlərdə incəlik çatışmır. Müəllifın üslubunda 
təmtəraq, ifadələrində həyəcan yoxdur. Lakin təsdiq edirdilər 
ki, qarşıya qoyulan fıkirlər doğrudur, sağlamdır. Əsər gözəl 
yazılıb, süni boyalardan uzaqdır. Bu əsərdə bir monoloq 
mənim daha artıq xoşuma gəlirdi. Burada Eney özü barədə 
Didonaya olduqca maraqlı bir hekayət damşırdı. Xüsusən 
do Priamın ölümünü dediyi yer çox təsirli idi. Əgər 
yadındadırsa, bu misradan başla: -dayan görüm, dayan 
görüm: - 
"Quduz Pirr yırtıcı bir pələng kimi", - 
Yox, belə deyil, ancaq Pirlə başlayır: - 
"Quduz Pirr gizlənmiş atın qarnında, 


Qara silahları qara qəlbitək 
Qaranlıq gecədən seçilməyirmiş. 
Heybətli, qapqara döyüş paltarı 
Elə ki boyanıb qırmızı rəngə, 
Daha da heybətli, qorxunc görünmüş, 
O, başdan-ayağa batıb al qana. 
Atalar, analar, qızlar, oğullar 
Qanına qəltanmış onun zərbindən, 
Atəş yandırırmış cəsədlərini. 
Küçələr dəhşətlə alovlanaraq 
Qatilin yoluna işıq saçırmış. 
Kin-qəzəb, od-alov, al qan içində 
Odlana-odlana sürünürmüş Pirr, 
Cəhənnəm içində bir ilan kimi, 
Gözü bərəlirmiş bir çiban kimi. 
Gəzirmiş Priamı". 
Hə, beləcə davam eləyin. 
P o 1 o n i. Vallah, milord, yaxşı dediniz! Aydın dillə, 
gözəl ifadəylə söylədiniz. 
B i r i n c i    akt yor . 
"Pirr tapır onu. 
Qılıncmı göyə qaldırır Priam, 
Qılınc tabe olmur onun əmrinə, 
Taqətsiz əlindən sürüşüb düşür. 
Prianın üstünə cumur azğın Pirr, 
Qılıncı qəzəblə elə çəkir ki, 
Onun bir yelindən, bir küləyindən 
Torpağa sərilir üzülmüş qoca. 
Bu vaxt İlionun daş sarayları, 
Sanki bu ağrını hiss eyləyərək, 
Əyib ayağına odlu başını, 
Qorxunc, vahiməli gurultularla 
Pirrin kar eləyir qulaqlarını. 
Pirr baxır dəhşətlə əlində qılınc, 
Ağsaçlı Priamın başının üstdə 
Sancılıb havaya sanki qılıncı. 
Unudub özünü, bəd niyyətini


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə