Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

Nə məktub, nə bəxşiş almasın ondan. 
Qızım əməl etdi məsləhətimə. 
Eşqi rədd edilən, qısa deyirəm,  
Hamlet qərq olundu qəm dəryasına.  
Sonra ac dayandı, sonra yatmadı,  
Sonra zəiflədi, sonra şaşırdı,  
Nəhayət, ağlını itirdi tamam.  
İndi dəliliyi şiddət eyləyib, 
 Bizim hamımızı kədərləndirir. 
K r a 1. Bunlar doğrudumu? 
K r a 1 i ç a. Ağlabatandır. 
Po loni. 
Elə vaxt olubmu, lütfən, söyləyin, 
 Mən inamla deyim: bu iş "belədir",  
O başqa cür olsun. 
K r a 1. Yadıma gəlmir. 
Po loni. 
(Başını və bədənini göstərərək)  
Kəsin bunu bundan, səhv deyirəmsə.  
Bir işin izinə düşdümsə əgər,  
Lap yerin dibində olsa da belə  
Əsl həqiqəti tapmalıyam mən. 
K r a 1. Bəs bunun əslini necə öyrənək? 
Po loni. 
Bəzən saatlarla bu aynabənddə  
Hamlet tək gəzişir. 
K r a 1 i ç a. Elədir, düzdür. 
P o 1 o n i. 
Elə həmin o vaxt onun yanına  
Qızı göndərərəm. Gəlib xəlvətcə  
Xalçanın dalında dayanarıq biz.  
Görərsiniz necə görüşür onlar.  
Əgər o sevmirsə mənim qızımı,  
Əgər onun dərdi sevgi deyilsə,  
Onda sarayda mən müşavir deyil,  
Karvansaraçıyam, karvansaraçı. 
K r a 1. Mütləq biz bu işi yoxlamalıyıq. 
K r a 1 i ç a. 


Odur o zavallı əlində kitab  
Gəlir dərd içində, kədər içində. 
Poloni. 
Gedin, hər ikiniz kənara 
gedin,  
İzn verin onu yoxlayım 
indi. 
Kral, kraliça və məiyyət gedirlər.  
Hamlet kitab oxuya-oxuya gəlir. 
Əzizim Hamletin kefi necədir? 
H a m 1 e t. Yaxşıdır, şükür Allaha. 
P o 1 o n i. Məni tanıyırsınız, milord? 
H a m 1 e t. Çox əla, siz balıqçısınız. 
P o 1 o n i. Mən yox, milord. 
H a m 1 e t. Kaş ki, siz onun kimi elə namuslu olaydınız. 
P o 1 o n i. Namuslumu, milord? 
H a m 1 e t. Bəli, ser. Bu dünyada namuslu olmaq on min 
nəfərdən seçilmək deməkdir. 
P o 1 o n i. Bu əsl həqiqətdir, milord. 
H a m 1 e t. Zira gözəllik tanrısı günəş öz şəfəqləri ilə 
gəbərmiş itin leşini öpərək onda iyrənc qurdlar törədirsə... sizin 
qızınız varmı? 
P o 1 o n i. Var, milord. 
H a m l e t .  Onu günəşin altında qalmağa qoymayın. Bar 
vermək səadətdir, ancaq sizin qızınız kimi yox. Dostum, onu 
qoruyun. 
P o 1 o n i (kənara). Buna nə deyəsən? Sözü elə hey qızımın 
üstünə  gətirib çıxardır.  Əvvəlcə  məni tanımadı. Dedi ki, 
balıqçısan. Çox uzaq getdi, çox uzaq. Həqiqətən, 
gəncliyimdə  mən de məhəbbət elindən çox bəlalar, 
həddindən artıq  əzab-əziyyət çəkmişəm. Mən də lap elə 
bunun kimi sərsəmləmişdim. Onu yenə danışdıracağam 
(Ucadan). Nə oxuyursunuz, milord? 
H a m 1 e t. Sözlər, sözlər, sözlər... 
P o 1 o n i. Nə olub ki, milord? 


H a m 1 e t. Kiminlə kimin arasında? 
P o 1 o n i. Mən demək istəyirəm ki, kitabda nə yazılıb, 
milord? 
H a m 1 e t. Böhtanlar, ser. Bir ədəbsiz ədib burada deyir ki, 
qocaların saqqalı ağ, üzü qırış-qırış olur. Onların gözlərindən 
qatı qatran və albalı yapışqanı axır. Bu zavallıların başında ağıl 
qalmadığı kimi, zəif qıçlarında da güc qalmır. Bütün bunlara
ser, mən tamamilə inanıram, lakin bunları bu cür yazmağı 
vicdansızlıq hesab edirəm. Çünki siz özünüz də, ser, xərçəng 
kimi daldalı geriyə gedə bilsəniz, bir vaxt mənim təkin bir 
ixtiyar olarsınız. 
P o 1 o n i (kənara).  Bu sözlər dəlilik  əlaməti olsa da, 
deyilişində bır qayda, bir ardıcıllıq vardır  (Ucadan).  Siz bu 
açıq havadan bir kənara gedəcəksinizmi, milord? 
H a m 1 e t. Haraya? Məzaramı? 
P o 1 o n i. Doğrudan ha, məzar açıq havadan kənardır (öz-
özünə). Onun cavablan hərdənbir necə də mənalı olur! Dəlilər 
tez-tez elə hazırcavablıq göstərirlər ki, ağıllılar bunu çox 
vaxt bacarmırlar. Artıq bəsdir.  İndi mən tez fikirləşməliyəm 
ki, onu qızımla necə görüşdürüm (Ucadan). Hörmətli prins, lütf 
edin, getmək üçün sizdən icazə alım. 
H a m I e t. Mən çox məmnuniyyətlə ayrılmaq istədiyim elə 
bir varmı yoxdur ki, ser, siz onu məndən ala biləsiniz, yalnız 
bir şeydən baş-qa, o mənim həyatımdır, həyatımdır, həyatım. 
P o 1 o n i. Sağ olun, milord. 
H a m 1 e t. Ah, çərənçi qoca sarsaqlar! 
Rozenkrans və Qildenstern daxil olurlar. 
P o i o n i. Siz prins Hamleti axtarırsınız? Baxın, 
oradadır.  
K o z e n k r a n s (Poloniyə). 
Allah sizi saxlasın, ser! 
Poloni gedir. 
Q i l d e n s t e r n .   Möhtərəm prins! 
R o z e n k r a n s. Sevimli prins! 
H a m 1 e t. 


Mənim əziz dostlarım! Qildenstern! Ah, 
Rozenkrans! Alicənab gənclər, necəsiniz? 
R o z e n k r a n s .  Yer üzünün adi övladları necədirsə, biz 
də elə. 
Q i l d e n s t e r n .   Xoşbəxtik ki, həddindən artıq xoşbəxt 
deyilik. Biz bəxt ilahəsinin tacının lələyi deyilik. 
H a m 1 e t. Başmaqlarımın dabanı da deyilsiniz? 
R o z e n k r a n s .   Nə ondanıq, nə bundan, milord. 
H a m 1 e t. Onda siz onun qurşağının ətrafında dolanırsınız, 
yaxud səadət mərkəzindəsiniz? 
Q i l d e n s t e r n .   And içirəm ki, biz onun istəklisiyik. 
H a m 1 e t. Gizli yerinin? Oh, çox doğrudur. Bəxt ilahəsi 
qəhbədir. Yaxşı, nə yenilik var? 
R o z e n k r a n s .   Heç  nə, milord yalnız bir xəbər var ki, 
dünya vicdanlı olmağa başlayır. 
H a m 1 e t. Deməli, dünyanın sonu yaxınlaşır. Yox, sizin 
məlumatınız düz deyil. Mən sualımı daha müfəssəl verim. 
Deyin görüm, siz bəxt ilahəsinin başına nə iş açmısınız ki, 
o sizi buraya, dustaqxanaya göndərib? 
Q i l d e n s t e r n .  Dustaqxanaya, milord? 
H a m 1 e t. Bəli, Danimarka dustaqxanadır. 
R o z e n k r a n s .  Onda bütün dünya dustaqxanadır. 
H a m 1 e t. Bəli, dünya ən böyük dustaqxanadır. Onun 
çoxlu məhbusları, zindanlan, qaranlıq zirzəmiləri vardır. 
Ən pis, qorxunc yeri Danimarkadır. 
R o z e n k r a n s .   Biz  belə fıkirləşmirik, milord. 
H a m 1 e t. Deməli, sizin üçün Danimarka dustaqxana 
deyil. Çünki 
əşyaların özü yaxşı, yaman olmur, biz onları yalnız öz 
fıkirlərimizə 
uyğun olaraq bəzən yaxşı, bəzən də yaman təsəvvür edirik. 
Danimar- 
ka mənim üçün dustaqxanadır.  
R o z e n k r a n s .   Deməli, 
şöhrətpərəstliyiniz 
Danimarkanı sizə dustaqxana kimi göstərir. O sizin 
istəklərinizə görə çox dardır. 
H a m 1 e t. Aman Allah, mən qoz qabığına yerləşə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə