Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

             Kim yoxlayır, kim sınayır dəyanətsiz dostlarmı,  
             Düşməninin nəzərində artırır öz vüqarını. 
             Sözü necə başlamışdım qurtarıram elə də mən,  
             İstəyimiz, taleyimiz zidd yaranıb əzəl gündən.  
             Xoş arzular diləyirik, lakin sonu yaman olur,  
             Arzu-dilək bizimdirsə, hökm verən zaman olur. 
              İkinci ər istəmirsən, fəqət bir gün gələcəkdir,  
              Elə ki ilk ərin öldü, bu istəyin öləcəkdir. 
A k t r i s a-kraliça. 
 
Eşqimizə dönük çıxsam, bütün aləm viran 
qalsın, 
Yer yarılsın, göy dağılsın, günəş sönsün, ay 
qaralsın!      
Gecə-gündüz qəm-qüssədən dincəlməyim bir an 
belə,  
Ahım-naləm duman olsun, göz yaşlarım dönsün 
selə!  
Ümid yeri, bir təsəlli tapmayım bu cahanda 
mən,  
Tərki-dünya zahid kimi, can çürüdüm zindanda 
mən.  
Arzum kədər, sevincim dərd, gülüşlərim qubar 
olsun,  
Səndən sonra ərə getsəm, ərim ancaq məzar 
olsun. 
H a m 1 e t. Bəs bütün bu sözlər yalan çıxarsa? 
A k t y o r - k r a l .  
Nə dəhşətli and içirsən! İndi sən get, ey 
həyatım,  
Bu gün yaman yorulmuşam, mən dincəlim, bir 
az yatım. Yatır. 
A k t r i s a - k r a l i ç a .  
Yat, əzizim, şirin yuxu diləyirəm 
təbiətdən, Ulu tanrım, özün qoru 
eşqimizi fəlakətdən. 
Gedir. 


H a m 1 e t. Xanım, pyes xoşunuza gəlirmi? 
K r a 1 i ç a. Məncə, ledinin vədləri həddindən artıq idi. 
H a m 1 e t. O..., ancaq ledi öz sözünün üstündə 
duracaqdır. 
K r a l .  Əsərin məzmununu bilirsiniz? Onda təhqiredici 
bir şey yoxdur ki? 
H a m 1 e t. Xeyr, xeyr, hamısı yalnız zarafatdır. Zarafatla 
yalandan zəhərləyirlər. Təhqiredici heç nə yoxdur. 
K r a 1. Pyesin adı nədir? 
H a m l e t .  "Siçan tələsi". Fəqət nə  mənada? Ancaq 
məcazi mənada. Bu tamaşada Vena şəhərində baş vermiş 
bir qətl təsvir olunur. Hökmdarın adı Qonzaqo, onun 
arvadının adı isə Baptistadır. Bu saat özünüz görəcəksiniz. 
Bu hadisə dünyada ən çirkin bir rəzalət-dir. Lakin bizə nə? 
Siz əlahəzrətlə bizim vicdanımız ki təmizdir. Bunun bizə nə 
dəxli? Qoy ilan vurmuş yabılar ala çatıdan  şəklənsinlər, 
bizə ki heç nə olmayıb. 
Bir aktyor Lusian rolunda 
səhnəyə çıxır. Bu adamın adı Lusiandır, 
kralın qardaşı oğludur. 
O f e 1 i y a. Siz esərin məzmununu yaxşı bilirsiniz, 
milord. 
H a m 1 e t. Mən oyuncaq əlaltıların məhəbbət 
komediyalarını görə bilsəydim, sizinlə  aşnanız arasında 
vasitəçi ola bilərdim. 
O f e 1 i y a. Siz yaman kəskinsiniz, milord, yaman 
kəskinsiniz. 
H a m 1 e t. Mənim kəskinliyimi kütləşdirmək üçün sizin 
bir adınız kifayət edərdi. 
O f e 1 iy a. Sizi başa düşmək çətindir.  
Hamlet. 
Qadınlar öz ərlərini başa düşə bilmirlər. - 
Başla, qatil!  
Tez ol, taun, göstər öz iblis sifətini! Başla!  
Hə, gəl! "İntiqama səsləyir qarıldaşan qarğalar". 
L u s i a n. 


Niyyət qara, əllər çirkin, zəhər kəskin, məkan 
xəlvət,  
Nə gələn var, nə də gedən, çatıb məqam, 
düşüb fürsət.  
Ölüm şahı Hekatanın lənətiylə zəhərlənən  
Bu otları gecəyarı bircə-bircə yığmışam mən.  
Ax, ey zəhər! Öz heybətli, öz dəhşətli sehrin ilə  
Möhkəm, sağlam bu həyatı tez məhv elə, tez 
məhv elə! 
Zəhəri yatan adamın qulağına tökür. 
H a m 1 e t. O, kralı bağda yatdığı yerdə zəhərləyir ki, 
taxt-tacı  ələ keçirsin. Kralın adı Qonzaqodur. Bu əhvalat 
olmuş hadisədir. İtalyanca çox gözəl qələmə alınıb.  İndi 
siz görəcəksiniz ki, qatil Qonzaqonun zövcəsinin 
məhəbbətini necə qazanır. 
O f e 1 i y a. Kral öz yerindən qalxır. 
H a m 1 e t. Necə, alovun işartısından qorxdu?  
K r a 1 i ç a. Mənim hökmdarıma nə oldu? 
P o 1 o n i. Tamaşam dayandırın!  
K r a 1. İşıqları yandırın! Gedəyin burdan! 
H a m ı. İşıq verin, işıq, işıq! 
Hamlet və Horatsiodan başqa, hamı gedir. 
H a m 1 e t. 
Köksü qanlı maral ağlar, qan 
ağlar,         
Bir yanda əylənər, oynayar tülkü. 
Biri şadlıq edər, biri yas saxlar,  
Əzəldən belədir bu dünya mülkü. 
Bu cürə şer söyləməyimə görə, ser, şlyapama çoxlu bəzəkli 
lələklər taxsam, naxışlı başmaqlarıma bantdan bir cüt qızılgül 
yapışdırsam, -əgər taleyim gələcəkdə  bəd gətirsə, - məni 
aktyorluğa qəbul edərlərmi? 
Horatsio. Ancaq yarım donluğa. 

Hamlet. 
Xeyr, bütün donluğa. Mənim 


sadiq dostum, sənə agahdır,  
Aslan öz taxtından gedibdir, 
bişəkk.  
Bilirsən, yerine kim padşahdır,  
Həqiqi, həqiqi, əsl bir tovuz. 
H o r a t s i o. "Bişəkk"in qafiyəsi "tovuz" deyil, prins.  
H a m 1 e t. Ah, əziz Horatsio, indi mən kölgənin hər sözünü 
min tümən qızıla almağa hazıram. Sən gördünmü?  
H o r a t s i o. Əlbəttə, milord. 
 H a m 1 e t. Zəhərləmə səhnəsini necə?  
H o r a t s i o. Mən lap diqqətlə baxırdım. 
H a m 1 e t. Ha, ha, ha! Gəlin, bir az musiqi çalın.  
Gəlin, ey fleytaçılar. 
Kralın oyundan qaraldı 
qanı,  
Deməli, o sevmir 
komediyam.  
Musiqi, musiqi, ey 
çalğıçılar.! 
Rozenkrants və Qildenstern qayıdırlar. 
Qi l denst er n. Mehriban prins, lütf edin, sizə bir söz 
deyim. 
H a m 1 e t. Ser, buyurun, istəyirsiniz bütün bir tarix danışın. 
Q i 1 d e n s t e r n. Kral, ser... 
H a m 1 e t. Hə, ser, ona nə olub? 
Qi l d e n st er n.  Burdan gedən kimi otağına çəkilib, 
özünü də çox pis hiss edir. 
H a m 1 e t. İçkidən, ser? 
Q i l d e n s t e r n .  Xeyr, milord, doğrusu, qanı bərk qaralıb. 
H a m 1 e t. Siz bunu onun həkiminə desəydiniz, çox ağıllı 
iş görmüş olardınız. Mən onun qanını durultmaq üçün dərman 
yazsam, qorxuram, qanı daha bərk qaralsın. 
Q i l d e n s t e r n .  Mehriban prins, öz sözlərinizə müəyyən 
bir hədd qoyun, mənə tapşırılan iş  çərçivəsindən çox da belə 
kənara çıxmayın. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə