Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

Laert. 
O necə ölübdür? Yox, yox, heç zaman 
 Mənimlə zarafat eləmək olmaz.  
Qoy cəhənnəm olsun sədaqət, vəfa!  
Müqəddəs andlar da qalsın iblisə! 
 Çürüsün zindanda vicdan, mərhəmət!  
Cəhənnəm əzabı qorxutmur məni.  
İnanın sözümə: həm bu, həm də o 
 Dünyanın mənimçün bir fərqi yoxdur. 
Nə olacaq olsun, mən öz atamın  
Mütləq alacağam intiqamını. 
K r a 1. Kim seni saxlayır? 
L a e r t. 
Yalnız iradəm, 
Bütün dünya gəlsə, saxlamaz məni.  
Əgər vara qalsa, kifayət edər, 
 Azla böyük işlər görəcəyəm mən. 
Kral. 
Niyə, nədən öldü istəkli atan?!  
Bu sirri öyrənmək istəyirsənsə, 
 Onda belə qisas neyə gərəkdir.  
Sən qumar oynunda, mehriban Laert,  
Qaliblə məğlubu bilmədiyintək, 
 Dostunla düşməni seçə bilmirsən. 
L a e r t. Siz yalnız düşməni göstərin mənə. 
Kr a 1. Bilmək istəyirsən onu sən, oğlum? 
L a e r t. 
Bəli, mən atamın mərd dostlarını  
Bağrıma basaram hər vaxt, hər zaman. 
 Köksünü dağıdıb, balalarını  
Qanıyla bəsləyən qutan quşutək,  
Onları bəslərəm ürək qanımla. 
Kral. 
İndi danışırsan, həqiqətən də,  
Əsil övlad kimi, zadəgan kimi.  
Sevimli atanın bu ölümündə  
Mənim zərrə qədər günahım yoxdur,  


Ona daha artıq acıyıram mən,  
Bu sənə gün kimi aydın olacaq.  
Danimarkalılar (səhnə arxasından). 
 Yol verin, yol verin. 
Bu nə hay-küydür? 
Iaert. 
(Ofeliya qayıdır). 
Coş, ey quduz qəzəb, qurut beynimi! 
Ax, ey göz yaşlarım, ax, yeddi dəfə 
Artırıb duzunu gözümü yandır! - 
Allaha and olsun, səni bu hala 
Kim salıb çəkəcək öz cəzasını. 
Ah, bahar çiçəyi! Əziz qızcığaz, 
Gözəl Ofeliya, mehriban bacım! - 
İlahi, sən necə qıyırsan buna: 
Gənc, qəşəng bir qızın məhv olur ağlı 
Qoca bir adamın həyatı kimi? 
Təbiət mahirdir məhəbbətində, 
Alır qucağına sevgilisini, 
Aparır sonra da nadir 
hədiyyə.  
O f e 1 i y a (oxuyur). 
Üzü açıq apardılar məzara, 
Dəfn etdilər, qopdu şivən, ahu-vay. 
Göz yaşları axıb döndü çaylara
Aman, aman, aman, aman, aman ay. 
Əlvida, əzizim! 
L a e r t. Ağlın başında olsaydı, sübut etsəydin ki, 
intiqam almaq lazımdır, sən mənə belə dəhşətli təsir edə 
bilməzdin. 
O  f e l i y   a. 
Gəlin birgə oxuyaq: Öldü, öldü, siz də deyin öldü o...  
Ah, nəqərat mahnıya necə də yaraşır!  
Gecənin yarısı öz ağasının  
Qızını qaçırdı oğru ambardar.  
 


L a e r t. Bu cəfəng sözlərdə dərin məna var. 
O f e 1 i y a. Bu qərənfıldir, xatirə çiçəyidir. Xahiş edirəm, 
sevgilim, al, məni xatırla. Bu isə yasəməndir, yaddaş 
çiçəyidir, məni yaddan çıxarma. 
Laert. Dəlilikdə müdrikliyə bax, fikirlə hafizə necə də 
birləşib! 
 O f e 1 i y a. Baxın, bu lalədir, bu sırğagülüdür. Bu isə 
sədəfotudur. Buyurun, alın. Bir neçəsi də mənə qalsın. Buna 
şəfaotu da demək olar. Ah, siz onu döşünüzə başqa cürə 
taxın, mənə baxmayın. Bu da qızçiçəyidir. Sizə bir neçə 
bənövşə də verərdim, ancaq atam öləndə hamısı solub. 
Deyirlər ki, o çox rahat ölüb (Oxuyur). Robin mənim öz 
incim, Sevincimdir, sevincim. 
Laert. 
Dərdi də, qəmi də, cəhənnnmi də 
Bu qız gör necə də 
gözəlləşdirir!  
O f e 1 i y a (oxuyur). 
O yenə də gələcəkmi? 
O yenə de gələcəkmi? 
Xeyr, xeyr, o ölübdür
Torpaqlara gömülübdür, 
Bir də heç vaxt gəlməyəcək. 
Saç-saqqalı döndü gülə, 
Ağ deyildi qar da belə. 
Heyf, öldü, biz ağladıq, 
Ağı dedik, yas saxladıq. 
Allah, ona rəhmət elə. 
Allah cəmi ölənlərin ruhuna rəhmət eləsin.  
Allah sizi saxlasın (Gedir). 
L a e r t. Bunu görürsənmi, aman, 
ilahi!  
Kral. 
Laert, mən şərikəm sənin dərdinə. 
Əgər inanmırsan, onda özün get, 
Sınanmış, ağıllı dostlarmı yığ, 
Danış olduğutək bu fəlakəti. 


Qoy onlar düşünüb qərar versinlər. 
Hərgah doğrudan da bu cinayətdə 
Birbaşa və yaxud dolayı yolla 
Mənim zərrə qədər əlim olarsa, 
Tacımı, taxtımı, öz həyatımı, 
Bütün nəyim varsa hazıram verim 
Bu böyük itkiyə bir əvəz kimi. 
Yox, günahsız olsam, onda səbir elə, 
Gel birgə axtaraq, araşdıraq biz, 
Tapaq həqiqəti. 
L a e r t. 
Yaxşı, razıyam.  
Atamın bu cürə sirli 
ölümü,  
Gizlin, təntənəsiz dəfn 
olunması,  
Abidə tikməmək məzarı 
üstə, 
 
Onu bəzəməmək qılıncla, gerblə,  
Adət-ənənənin unudulması  
-Bunların hamısı, ildırım kimi  
Gurlayıb gələrək göylərdən yerə,  
Amansız qisasa çağırır məni.  
 
Kral. 
Qisas alacaqsan, inan sən 
buna. Cani tapıldımı, kim 
olur-olsun, Gərək 
yerindəcə boynu vurulsun. 
Rica eyləyirəm, gedək 
mənimlə. 
Gedirlər. 
ALTINCI SƏHNƏ 


Qəsrdə başqa bir otaq. 
Horatsio bir xidmətçi 
ilə daxil olur. 
H o r a t s i o. Mənimlə danışmaq istəyən 
kimdir?  
Xidmə tçi. 
Üç-dörd dənizçidir, deyirlər ki, ser, 
Məktub gətiriblər sizə 
kimdənsə.  
Horatsio. 
Yaxşı, de gəlsinlər. 
(Xidmətçi gedir). 
Heç bilmirəm ki, 
Məni bu dünyada indi yad edən 
Hamletdən savayı kim ola bilər?! 
Dənizçilər daxil olurlar. 
B i r i n c i   dənizçi. Xoşbəxt olun, cənab. 
H o r a t s i o. Sizinlə birgə. 
B i r i n c i   dənizçi. Cənab, hər 
şey Allahın 
mərhəmətindən asılıdır. Sizə  məktub gətirmişik, cənab. - 
Onu gəmiylə İngiltərəyə gedən bir müşavir göndərdi. Mənə 
dedikləri kimi, əgər sizin adınız Horatsiodursa, buyurun. 
H o r a t s i o (məktubu oxuyur). "Horatsio, məktubumu 
oxuyandan sonra kralm yanma getmək üçün bu yoldaşlara bir 
yol tap. Onlar krala 
məktub aparırlar. Biz dənizdə olalı heç iki gün deyildi ki, 
dəniz quldurları arxamıza düşüb bizi təqib etməyə 
başladılar. Gəmimizin həddindən artıq yavaş getdiyini görüb 
vuruşmağa,  şücaət göstərməyə  məcbur olduq. Onlar bizə 
yaxınlaşdılar.  Əlbəyaxa döyüşərkən quldurların gəmisinə 
keçdim. Elə bu an gəmilər aralandı. Beləliklə, təkcə  mən 
əsir düşdüm. Onlar soyğunçu olsalar da, mənimlə 
mülayimliklə davranırdılar. Onlar nə etdiklərini bilirdilər. 
Mən de onlara yaxşılıq etməliyəm.  İmkan yarat, 
göndərdiyim  əlavə  məktub krala çatsın. Özünsə ölümün 
pəncəsindən qaçıb qurtarırsanmış kimi böyük bir sürətlə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə