Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

H a m 1 e t. Yaxşı, çox 
yaxşı.  
Kral. 
Əgər sən bilsəydin məqsədimizi
Yəqin ki, onda da belə deyərdin. 
H a m 1 e t. Mən sizin məqsədinizi görən mələyi görürəm.  
Qoy belə olsun, gedirəm İngiltərəyə!  
- Salamat qalın, əziz anam.  
K r a 1. Əziz atam, Hamlet. 
H a m 1 e t. Xeyr, anam. Ata və ana ər-arvad deməkdir.  
Ər-arvadsa bir can, bir bədəndir.  
Deməli, heç bir fərqi yoxdur.  
Deməli, anam deyirəm.  
- Gedirəm İngiltərəyə. 
Gedir.  
Kral. 
İzləyin siz onu qarabaqara,  
Tələsdirin, gedib minsin 
gəmiyə.  
Bu gecə o burda qalmasın gərək,  
İşi yubatmayın.  
Sizə uğurlar!  
Məktubda yazılıb hər şey 
birbəbir.  
Təvəqqe edirəm, tez düşün yola.  
{Rozenkrants və Qildenstern 
gedirlər).  
Sənsə, İngiltərə, qəlbində əgər  
Mənə qarşı bir az məhəbbət 
varsa, - 
Yadından çıxarma, bu məhəbbeti 
      Qüdrətim qazanıb qanlı döyüşdə.  
Əgər sinən üstdə Danimarkanın  
Qılınc yaraları sağalmayıbsa,  
Xərac verirsənsə bizə qorxudan,  
-Laqeyd yanaşma mənim əmrimə. 
 Məktubum bildirər gizli fikrimi,  


Sənə tapşırıram: Hamleti öldür. 
 Məhv et, məhv et onu sən, İngiltərə. 
 Qanımda alışır qızdırma kimi,  
Qurtar, qurtar məni bu qorxunc oddan.  
Neçə ki o sağdır, düşüb dəhşətə,  
Həsrət qalacağam mən səadətə. 
Gedir. 
DÖRDÜNCÜ SƏHNƏ 
Danimarkada bir düzəngah. Fortinbras, bir 
kapitan və hərbi nizamla addımlayan qoşun 
daxil olurlar. 
F o r t i n b r a s .  
Kapitan, siz məndən Danimarkanın 
Böyük kralına salam aparın. 
Ona ərz edin ki, vədinə görə, 
Şanlı hökmdarın torpaqlarından 
Keçir Fortinbras öz qoşunuyla. ' 
Ordugahın yeri bellidir sizə, 
Əgər əlahəzrət arzulayarsa, 
O saat gələrik hüzuruna biz. 
Ona belə deyin!  
K a p i t a n. Baş üstə, milord. 
  F o r t i n b r a s .   Qoşun, yavaş-yavaş irəliyə marş! 
Fortinbras qoşunla birlikdə gedir.  
 
Hamlet, Rozenkrants, Qildenstern və 
başqaları gəlirlər. 
H a m 1 e t. Bu ordu kimindir, mehriban cənab?  
K a p i t a n. Norveç dövlətinin əsgərləridir.  
H a m 1 e t. Haradır səfəri? Məramı nədir? 
 
K a p i t a n. Polşanın üstünə yürüş edirlər. 
H a m 1 e t. Cənab, komandiri kimdir onların? 


K a p i t a n. 
Norveç kralının qardaşı oğlu,  
Tax-tacın varisi Fortinbrasdır. 
H a m 1 e t. 
Polşanı büsbütün tutmaqdır qəsdi,  
Ya sərhəddən bir az almaq istəyir? 
Kapitan. 
Düzünü söyləsek, kəsə danışsaq,  
Bir qarış torpağa can atırıq biz.  
Oranın xeyri yox, yalnız adı var,  
Beş quruş verməzdim heç vaxt ona mən.  
Ya Norveç, ya Polşa satsaydı əgər,  
O yerdən beş quruş qazanmazdılar.     : 
H a m 1 e t. Onda qorumaz ki onu polyaklar. 
K a p i t a n. Böyük ordu yığıb onlar bu yerə. 
H a m 1 e t. 
İyirmi min qızıl, iki min adam  
Bir saman çöpünə qurban gedəcək!  
Bəladır bol nemət, əmin-amanlıq, 
 İnsanı daxilən yeyir qurd kimi,        ;  
Zahirən səbəbi görünmür gözə.  
Təşəkkür edirəm qəlbən sizə, ser. 
K a p i t a n. Yaradan hər zaman sizə yar olsun. 
Gedir. 
Rozenkrants. Getməyəkmi, milord?  
Hamlet. 
Gedin qabaqda, 
gəlib bu saat çataram sizə. 
(Hamletdən başqa hamısı gedir). 
Hər şey, hər hadisə bir məzəmmətdir, 
Necə də səsləyir qisasa məni! 
Arzusu, istəyi həyatda yalnız 
Yemək, yatmaq olan bir insan nədir? 
Heyvandır, vəssəlam, başqa cür olmaz. 
Bizi bu aləmdə xəlq edən xaliq 


 Bizə elə böyük zəka verib ki,  
Görürük keçmişi, gələcəyi də.  
Allaha bənzəyən idrakı bizə  
Töhfə verməyiblər, hədər məhv edək.  
Görəsən, idrakı nədir məhv edən? 
 Heyvan huşsuzluğu, yoxşa hər işin  
Sonunu dərindən düşünən şübhə?  
Fikirlər dörd cürə olur əzəldən:  
Üç payı qorxaqlıq, bir payı ağıl.  
İşi görmək üçün öz məqamında  
Vasitə, iradə, səbəb, güc varkən  
"Bu iş olmalıdır" deyə bir sözü 
 Bilmirem nə qədər təkrar eyləyim? 
 Məni tənbeh edir saysız misallar. 
 Bax, buna sübutdur bu böyük ordu. 
 Lovğa, təkebbürlü gənc bir şahzadə  
Şan-şöhrət eşqiylə alovlanaraq  
Bu qədər insanı öz arxasınca  
Aparır qırğına, qanlı döyüşə.  
Bu zərif, bu incə qayğısız cavan  
Ağzım-burnunu əyib hər şeyə
 Düşünmür hücumun nəticəsini.  
Bu qorxunc cəsarət, bu qorxulu iş  
Dəyməz hətta tək bir lax yumurtaya. 
 Fəqət bu dünyada bir həqiqət var:  
Arada böyük bir səbəb olmadan  
Döyüşə atılmaq böyüklük deyil. 
 Əgər şərəf, ismət ləkələnirsə,  
Adicə bir saman çöpündən ötrü  
Vuruşmaq insana böyüklük verir.  
Mən necə dayanın indi yerimdə?! 
 Atam öldürülüb, anamın isə 
 Şərəfi, isməti tapdalanıbdır.  
Ağlım şaşırmazmı, qanın coşmazmı?  
Bəlkə də, hələlik yatsın qeyrətim,  
Baxım utanmadan bu iyirmi min 
Bədbəxt adamların ölümünə mən.  


Qondarma, yalançı şöhrəte uyub,  
Onlar yatağına gedirmiş kimi,  
Gedirlər birbaşa qəbir evinə.  
Bir parça yer üçün vuruşacaqlar.  
O yerə bu ordu yerləşə bilməz,  
Ölənləri orda dəfn etmək üçün 
 Məzar da tapılmaz kifayət qədər:.. 
 Ah, ah, mənim fıkrim, bu gündən belə  
Ya məhv ol, ya da ki qan saç, qan çilə! 
Gedir. 
BEŞİNCİ SƏHNƏ 
Elsinor. Qəsrde bir otaq. Rraliça, 
Horatsio və bir zadəgan daxil olurlar. 
Kr a 1 i ç a. Onunla danışmaq istəmirəm mən. 
Z a d ə g a n. 
Qışqırıb can atır sizi görməyə,  
Doğrudan, ağlını itirib yazıq,  
Yaman pis haldadır. 
Kr a 1 i ç a. Nə olub ona? 
Z a d ə g a n. 

Elə hey danışır öz atasmdan, 
Deyir: yalanlarla dolub bu dünya. 
Sıxıb yumruğunu çırpır köksünə. 
Ağlayır, hirslənir hər cüzi işdən, 
Hər yerdən, hər şeydən şübhələnir o. 
Az-maz məna vardı bəzi sözündə, 
Nitqi mənasızdır, rabitəsizdir. 
Fəqət həmin nitqi kim eşidirsə, 
Ona məna verir öz bildiyitək. 
Baxışı, duruşu, hərəkətləri 
Aydın göstərir ki, onun qəlbində 
Dəhşətli, dözülməz bir kədər vardır. 
 
H o r a t   sio. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə