Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   24   25   26   27   28   29   30   31   32

yanıma tələs. Sənə sözüm var. Qulaqların elə şeylər eşidəcək 
ki, heyrətdən dilin lal olacaq. Bu sözlər hələ deyə 
biləcəklərimin ən adisidir. Bu xeyirxah adamlar səni mənim 
qaldığım yerə  gətirərlər. Rozankrantsla Qildenstern 
İngiltərəyə gedirlər. Onların haqqında danışmaqla 
qurtarmaz. Sağ ol. Həmişə sədaqətinə inandığın Hamlet". 
Gedəyin, məktubu verin krala. 
Cəld olun, tez olun, aparın məni 
Məktubu göndərən şəxsin yaınna. 
Gedirlər. 
YEDDİNCİ SƏHNƏ 
Qəsrdə başqa 
bir otaq. Kral 
və Laert daxil 
olurlar. 
Kral. 
İndi inandınmı günahsızam 
mən, Həqiqi, səmimi dostunam 
sənin. Gördünmü, atamı 
öldürən qatil Qəsd etmək 
istəmiş mənim ömrümə? 
Laert. 
Bəli, bu aydındır, ancaq bir 
deyin: Belə ehtiyatlı, tədbirli 
ikən Qoyub təhlükədə həyatınızı, 
Bu cürə dəhşətli, qorxunc 
canini Niyə vermədiniz 
məhkəməyə siz? 
Kral. 
Bunun əsas iki səbəbi vardır.  
Bəlkə, sənin üçün heç nəyə 
dəyməz, 
Fəqət mənim üçün çox gərəklidir.  
Birinci budur ki, onun anası  
-Kraliça onsuz yaşaya bilməz.  


Mənə qaldıqdasa, bəxtim, taleyim  
Yaxşıdır, ya da pis, bir fərqi yoxdur. 
 Bütün həyatımla, bütün qəlbimlə  
Elə bənd olmuşam kraliçaya,  
Ona elə möhkəm bağlanmışam ki,  
Səmadan ayrılmaz bir ulduz kimi,  
Ayrıla bilmərəm mən ondan heç vaxt. 
 Qatili vermədim məhkəməyə mən,  
-İkinci səbəbi budur ki, oğlum,  
Onu qəlbən sevir qara camaat,  
Sevgiyə qərq edir nöqsanlarını.  
Odun parçasını əhəngli bulaq  
Qiymətli bir daşa çevirdiyitək,  
Adi xalq da onun cinayətini  
Dəyişib döndərir ləyaqətə, bil.  
Odur ki atdığım cəza oxları  
Yüngül budaq kimi hədəfə çatmaz.  
Hirslənmiş camaat güclü yel kimi  
Oxları qaytarıb sancar köksümə.  
Laert.deməli, unudum mərhum atamı,  
Dəhşətlər odunda yanan bacımı?!  
Ah, zavallı bacım, ah, bədbəxt bacım! 
 Bir zaman vardı ki, bir vaxt vardı ki, 
 Hüsnü, ləyaqəti, kamilliyiylə  
Bütün qadınlığın zirvəsiydi o.  
Yox, yox, qisasımı alacağam mən. 
Kral. 
Heç narahat olma, elə bilmə ki,  
Avam yaranmışıq, kütük, axmağıq.  
Qorxunc təhlükənin müdhiş elinə  
Heç zaman vermərik saqqalımızı,  
Oynada, eylənə istədiyitək.  
Çox şey biləcəksən bir azdan, oğlum.  
Yaxın dostum idi istəkli atan, 
Biz də özümüzə düşmən deyilik. 
Ümid edirəm ki, bunlar dərindən 
Sənə düşünməyi öyrədəcəkdir...    .  


(Çapar daxil olur). 
Nədir? Nə xəbər 
var?  
Çapar. 
Prins Hamletdən 
Məktub gətirmişlər sizə, hökmdar. 
Bu sizin, bu isə kraliçanın. 
K r a 1. Nə, məktub? Hamletdən? Kim 
gətirmişdir?  
Ç a p a r. 
Bir neçə dənizçi, belə deyirlər, 
Həmin adamları görməmişəm mən. 
Klavdio verdi bu məktubları, 
O alıb bunları 
dənizçilərdən. Kral. 
Laert, oxuyuram, dinlə, dinlə bir. - 
Sən gedə bilərsən. 
Çapar gedir. Kral məktubu oxuyur. 
"Böyük və  əzəmətli hökmdar, məlumunuz olsun ki, 
mən sizin krallığın sərhədinə  çılpaq bir halda gəlib 
çıxmışam. Sabah sizin şahanə baxışlarınızı görmək üçün 
icazə istəyirəm. Mərhəmətinizə nail olanda mən bu cür 
qəfil və çox qəribə qayıtmağımın səbəbini sizə  ətraflı 
danışacağam. Hamlet". 
Hamısı qayıdıb? Bu nə deməkdir? 
Yoxsa bu yalandır, düzəlib işlər?  
L a e r t. Siz onun xəttini tanıyırsınız? 
Kral. 
Hamletin xəttidir, o yazıb "çılpaq". 
Budur, aşağıda qeyd edib "təkcə". Mənə 
məsləhət ver indi sən, oğlum!  
Laert. 
Bilmirəm nə deyim. Ancaq qoy 
gəlsin. Onun bu gəlişi ürəyimdəki 
Dərdi sağaldacaq, ölməyib o vaxt 
Onun gözlərinin içinə baxıb 
Deyecəyəm: "Canü". 


Kral. 
Bu  belədirsə, 
Necə belədirsə?! Nə qalıb artıq? - 
Mən göstərən yolla gedərsən, Laert? 
 L a e r t. 
Hər şeyə hazıram, yalnız, hökmdar, 
Barışıq yolunu göstərməyin siz. 
Kral. 
Daha nə barışıq. O gəlib indi. 
Yayınıb, qaçıbdır səyahətindən. 
Təzədən geriyə qaytarmaq olmaz. 
Mən yeni bir kələk fikirləşmişəm, 
Bu dəfə canmı qurtara bilməz. 
Heç kəs şübhələnməz, budur əsası, 
Onun ölümünü hətta anası 
Bir təsadüf sayar.  
Laert. 
Böyük hökmdar, 
Mütləq baxacağam siz deyənlərə. 
Əgər istəsəniz, intiqam üçün 
Mən alət olaram. 
 Kral. 
Budur doğru yol. 
Səyahət edəndə başqa yerdə sən, 
Həmişə haqqında söz-söhbət düşüb. 
Hamletin yanında bir dəfə səni, 
Düzü, hər cəhətdən təriflədilər. 
Lakin bir cəhətdən tərifləyəndə 
Prins sənə yaman paxıllıq etdi. 
Əgər mənə qalsa, həmin paxıllıq 
Vacib bir şey deyil. 
 L a e r t. O nədir elə?  
Kral. 
Boş şeydir. Gənclərin sinə getdiyi 
Şlyapada olan lent kimidir o. 
Yüngül plaş geyib cavanlığında 
Laqeyd-laqeyd dolanır insan. 


Fəqət yaşa dolub ahıllaşanda 
Qara samur xəzi geyir əyninə, 
Həm gümrah görünür, həm də təmkinli. 
Qulaq as, buraya iki ay əvvəl 
Bir cənab gəlmişdi Normandiyadan. - 
Mən özüm görmüşəm fransızları, 
Bir zaman onlarla vuruşmuşam da. 
Yaxşı at minməkdə bütün dünyada 
Tayı-bərabəri yoxdur onların. 
Ancaq sehrbazdı bu gözəl cənab, 
Elə bil yəhərdə böyümüşdü o. 
Atı elə sürür, elə səyirdir, 
Elə möcüzələr göstərirdi ki, 
Kəhərdən ayrılıb seçilmirdi heç, 
Əkiz yaranmışdı sanki kəhərlə. 
 
Hanı belə nağıl, belə əfsanə?! 
Onun hünərini, şücaətini 
Nə demək mümkündür, nə də düşünmək. 
L a e r t. Normandiyalıydı? 
K r a 1. Normandiyalı. 
L a e r t. Ömrümə and olsun, o Lamod imiş. 
K r a 1. Lap elə özüydü. 
L a e r t. 
Onu, hökmdar, 
Yaxşı tanıyıram, incidir, inci, 
Bütün bir millətin yaraşığıdır. .- 
Kral. 
Ürekdən danışdı sənin haqqında,  
Yaman təriflədi məharətini,  
Xüsusən də qılınc oynatmağını  
Göylərə qaldırdı o dönə-dönə.  
Hamı bilsin deyə, eşitsin deyə  
Ucadan dedi ki, əgər bir nəfər  
Qarşına çıxmağa cəsarət etsə,  
Önündə bir an da davam gətirməz.  
And içib inamla təsdiq etdi ki,  
Dünyada ən mahir qılınc oynadan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə