Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   24   25   26   27   28   29   30   31   32

H a m 1 e t (irəli çıxaraq). 
Acı fəryadıyla, çılğın qəmiylə, 
 Heyrətdən mat qalmış səyyahlar kimi, 
 Göydə ulduzları tilsimə salan  
O kimdir? Hayına gəlmişəm budur,  
Mən - Danimarkanın kralı Hamlet. 
 (Məzara atılır). 
 
L a e r t. Cəhənnəm ol, iblis! 
Onunla vuruşur. 
H a m 1 e t. 
Duan düz deyil. 
Burax boğazımı, xahiş edirəm. 
Qəzəbli, hiddətli olmasam da mən, 
Nəsə içərimdə bir dəhşət yatır. 
Ondan ehtiyat et. Götür əlini!  
K r a 1. Ayırın onları!  
K r a 1 i ç a. Ah, Hamlet, Hamlet! Hamı. 
Cənablar!..  
H o r a t s i o. Əzizim, bir sakit olun. 
Xidmətçilər onları ayırırlar. Hər ikisi məzardan 
çıxır. 
Hamlet. 
Yox, yox, bu rəqabət azala bilməz. 
Necə ki, tərpənir göz qapaqlarım, 
Onunla hər zaman vuruşacağam.  
K r a 1 i ç a. Rəqabət deyirsən, o nədir, oğlum?  
Hamlet. 
Sevirdim, sevirdim Ofeliyanı. 
Qırx min nər igidin qardaş sevgisi 
Bütün böyüklüyü, əzəmətiylə 
Mənim pak eşqimə tay ola bilməz. 
Nə edə bilərsən onun üçün sen?  
K r a 1. Laert, o dəlidir, şaşırıb yenə.  
K r a 1 i ç a. Bir Allah eşqinə, ona dəyməyin.  
H a m 1 e t. 


Ah, lovğa, bir göstər, sən nə edərdin? 
Göz yaşı tökərdin? Ya vuruşardın? 
Üstünü cırardın? Acmı qalardın? 
Ya zəhər içərdin? Timsah yeyərdin? 
Mən də bacararam bunları, mən də. 
Gəlmisən ağlayıb sızıldamağa? 
Yoxsa atılaraq onun qəbrinə 
Məni ələ salıb xar eləməyə? 
Yaxud diri-diri soyuq məzarda 
Onunla birlikdə dəfn olunmağa? 
Mən də bacararam bunları, mən də. 
Dağlar barəsində sözün yalansa, 
Qoy dağlar göylərdən kinlə, qəzəblə 
Toz-torpaq yağdırsm milyon tonlarla, 
Bizim üstümüzdə bir dağ ucalsın,  
Zirvəsi günəşə toxunub yansın,            
 
Ziyilə göndərsin Ossa dağını. 
Bəlkə, təmtəraqlı ibarələrlə                 
Sən məni susdurmaq niyyətindəsən?  
Mən də bacararam bunları, mən də.    . 
K r a 1 i ç a. 
 
Bu bir dəlilikdir, tez keçib-gedər. 
Elə ki, yenidən gəldi özünə,                    
Susar, sakitləşər göyərçin kimi. 
Hamlet. 
 
Laert, neçin mənə düşmən olmusan?  
Sənin dostun idim mən ki əzəllər. 
Ancaq indi bunun nə faydası var. 
Ha yedirt, ha bəslə, hədərdir, hədər, 
Pişik siçan gəzər, it sümük güdər (Geäir). 
Kr a 1. Horatsio, onun arxasınca get  
(Horatsio gedir). 
Laertə 
Dünənki söhbəti yaxşı xatırla, 
Artıq düyünləri açmaq vaxtıdır.  
Əziz Gertruda, bir nəfər göndər
Qöy gedib oğlundan göz-qulaq olsun.  
Bu qəbrə canlı bir abidə ğərək.  


Hələlik səbir edək, dözsün qəlbimiz,       
Tezliklə rahatca dincələrik biz (Gedirhr): 
IKINCİ SƏHNƏ 
Qəsrdə bir salon. Hamlet və Horatsio ilə 
H a m l e t  
Bəsdir bu barədə. İndi de görüm. 
Həmin o hadisə yadındadırmı?  
Horatsio.Yadımdadır, milord. 
H a m 1 e t. 
Qəlbimdə mənim 
Elə bir çarpışma başlanmışdı ki, 
Gözümdə yuxumu çəkirdi dara. 
Ayağı qandallı bir qiyamçıtək 
Sanki yatağımda zəncirlənmişdim. 
Cəld durdum yerimdən. Var olsun cəldlik! 
Bəzən bu dünyada ağılsız olmaq 
Ağıllı olmaqdan çox xeyirlidir 
Görünür, göylərdə bir Allah var ki; 
Bizim bəxtimizi istədiyitək 
Yazır, nizamlayır.  
H o r a t s i o. Şəksiz, belədir.  
Hamlet. 
Çıxdım kayutdan əynimdə plaş
Qaranlıqda gəzib tapdım onları.        
Qorxu ürəyimə verdi cəsarət, 
Unutdum həyanı, utancaqlığı. 
Məktubu gizlicə keçirib ələ.      
Təzədən çəkildim öz otağıma. 
Məktubu açanda dəhşətə gəldim, 
Mat qaldım kralın alçaqlığına. 
Məktubda qəribə bir əmr vardı. 
Nələr yazılmışdı haqqımda mənim: 
Guya, Horatsio, bu yer üzündə 
 
Ən müdhiş, ən məşum bir təhlükəyəm 
Mən Danimarkaya, İngiltəreyə.        


Mənim həyatıma qəsd etmək üçün 
     Müxtəlif səbəblər göstərilirdi. 
 
Qısası, mənzilə çatdığım günü, 
Tələb olunurdu qətiyyət ilə, 
Cəza baltasıyla vaxt itirmədən 
Başımı kəssinlər.  
H o r a t s i o. Bu ola bilməz!  
Hamlet. 
Təəccüb eyləmə, əmr, bax, budur, 
Sonra oxuyarsan. İşin sonunu 
Senə danışımmı? 
H o r a t s i o. Rica edirəm.  
Hamlet. 
Rəzalət torunda çapalayaraq 
Bir çıxış, bir çarə axtaran zaman 
Birdən düşünməyə başladı beynim. 
Özümdən yeni bir əmr uydurdum, 
Əyləşib yaxşıca köçürdüm onu. 
Əvvəllər, doğrusu, əyanlar kimi, 
Elə zənn edirdim: gözəl, qəşəng xətt 
Əskiklik, kobudluq əlamətidir. 
 
Çalışırdım onu yadırğayım mən. 
Ancaq o qurtardı məni bəladan. 
Deyim nə yazmışdım? 
H o r a t s i o. Əlbəttə, milord. 
H a m 1 e t. 
Kralın adından vacib, gərəkli  
Nəsihət verərək mən belə yazdım:  
Bizə İngiltərə sədaqətlidir,  
Vaxtında ödəyir baci-xəracı. 
 Biri-birimizə olan məhəbbət  
Palma ağacıtək daim yaşıldır.  
Nazənin qız təkin sülh öz başına  
Buğda sünbülündən çələng qoyaraq,  
Ayrılmaz, qırılmaz dostluğumuzun  
Durur arasında hər an, həmişə.  
Sanki iki yaxın söz arasında  
Bir vergül qoyulub haqq tərəfındən.  


Bu cürə bir xeyli cümlə düzəltdim,  
Yazdım ki, fərmanı oxuyan kimi,  
Sualsız, sorğusuz, müzakirəsiz,  
Hətta tövbə üçün vaxt verilmədən 
Məktubu onlara gətirənlərin  
Bir anın içində boynu vurulsun. 
H o r a t s i o .   Yaxşı, bəs möhürü hardan tapdınız? 
H a m 1 e t. 
Göylər kömək etdi mənə bu işdə,  
Atamın möhürü yanımda idi. 
 Eynən onun kimi Danimarkanın 
 
Indiki möhürü hazırlanıbdır. Fərmana qol çəkdim kral 
sayağı, Sonra da üstündən möhür vurdum mən. 
Məktuba tez onu qoyub qaytardım, Bundan xəbər-ətər 
tutmadı bir kəs. Çocuqlar yatanda bələkdə, bu cür 
Pərilər onları dəyişə bilər. Sabahsa dənizdə vuruşma 
oldu, Burdan o tərəfə baş verənləri Yazdığım kağızdan 
bilirsən artıq. 
Hor atsio. 
Demək, Qildenstern Rozenkrantsla Gedir açıq-aydın 
ölümə doğru. 
H a m 1 e t. 
Özləri istəyib belə cəzam, Bununçün ağrımır 
vicdanım mənim. Onlar öz qətlinə bais oldular, Ölüm 
mükafatdır yaltaqlar üçün. İki güclü düşmən 
qılınclaşarkən Bir zəif, bir miskin girsə araya, 
Şübhəsiz, bu yaman təhlükəlidir. 
Horatsio. Ay aman, bu kral nə əclaf imiş! 
H a m 1 e t. 
Bir özün fıkirləş, sonsuz qəzəbdən  
Necə alışmayım, necə yanmayım!  
Atamı öldürdü o haramzadə,  
Anamı sövq etdi əxlaqsızlığa. 
 O xain taxt-tacla mənim aramda  
Dayanıb keçilməz bir sərhəd kimi,  
Gömdü ürəyimdə ümidlərimi.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə