Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   24   25   26   27   28   29   30   31   32

Cəldlikdə, hücumda, müdafıədə  
Səninlə heç cürə bacara bilməz.  
Ondan bu sözləri eşidən kimi  
Hamletin qəlbini diddi paxıllıq.  
Təkcə təsəllisi, təkcə arzusu  
Yalnız bu oldu ki, birdən gələsən,  
Dil töküb o səni yola gətirə,  
Qılınc meydanında vuruşasınız.  
Bax, bu da bəhanə. 
L a e r t. Necə? Bəhanə? 
 
Kral.  
Laert, bir de görüm, əziz atanın 
Əziz tutursanmı xatirini sən, 
Yoxsa dərd rəsmisən, kədər şəklisən,  
Ya da bir heykəlsən cansız, ürəksiz. 
L a e r t. Nə üçün siz bunu soruşursunuz? 
Kral. 
Demirəm, sevmirsən öz atanı sən.  
Ancaq bilirəm ki, zaman dönükdür,  
Zamanla yaranır, doğulur sevgi.  
Görmüşəm, ömürdən keçdikcə illər  
Sevgi alovu da səngiyir az-az.  
Sevgi alovunun öz daxilində  
Atəş də alışır, göz də alışır,  
Sevgi alovunu söndürür bir vaxt.  
Daim yaxşı qalmır heç nə həyatda.  
Sağlam bir bədəndə qan da coşanda 
 İnsan tələf olur qançoxluğundan.  
Neçə ki arzu var ürəyimizdə  
Arzunu həyata keçirmək gərək,  
Bizim borcumuzdur bu iş əzəldən. 
 İnsanlar, sahillər, hadisələrtək  
Arzu da dəyişir, yox olub gedir.  
Arzusuz iş görmək, borcu ödəmək  
Bədxərcin çəkdiyi ahlara bənzər, 
 Bədəni məhv edər qanazlığından. 
 Laert, gəl verməyək fürsəti əldən, 


Toxunaq yaranın özəyinə biz.  
Hamlet qayıdıbdır. İndi de görüm,  
Oğulluq borcunu sözlərlə deyil,  
Nəylə, hansı işlə sübut edərsən? 
L a e r t. Gedib boğazlaram onu kilsədə. 
Kral. 
Qatilə müqəddəs yer ola bilməz,  
İntiqam tanımır nə hədd, nə sərhəd.  
Onda yaxşı olar, mehriban Laert,  
Heç vaxt çıxmayasan evdən qırağa. 
 Senin gəldiyini biləcək Hamlet.  
Bəzi adamları onun yanma  
Səni mədh etməkçün göndərərik biz,  
Həmin fransızın təriflərindən  
Səni daha artıq tərifləyərlər.  
Onlar görüşdürər sizi, nəhayət,  
Hətta sizin üçün mərc də gələrlər.  
Fırıldaqdan kənar, hiylədən uzaq,  
Sadəqəlb, səmimi bir insan kimi  
Fikir verməyəcək qılınclara o.  
Sən də asanlıqla, bir imkan tapıb,  
Dəyişə bilərsən məharət ilə  
İti bir qılıncla küt qılıncmı.  
İdman yarışında, bu görüşdə sən 
 Alarsan atanın intiqammı. 
Laert. 
Hökmən alacağam intiqamımı.  
Yalnız bu niyyətlə, bu məqsədlə də 
 Bir zəhər almışam, çox dəhşətlidir.  
Kim vursa bilmədən bıçağı ona,  
Kəssə barmağını, ölər o saat.  
Gecənin yarısı ay işığında  
Yığılmış otlar da sağaltmaz onu.  
Bu lənətə gəlmiş məşum zəhərdən  
Qılıncın ağzına çəkərəm bir az.  
Hamletin toxunub bircə yerinə  
Yüngülcə sıyırsam, dərhal məhv olar. 


Kral. 
Bu haqda bir daha gəl fikirləşək. 
Götür-qoy eyləyək vaxtı, imkanı, 
Görək niyyətimiz baş tutacaqmı? 
Hərgah məruz qalsaq uğursuzluğa, 
Açılsa, faş olsa gizlin qəsdimiz, 
Bütün el içində rüsvay olarıq. 
Odur ki, ehtiyat bir tədbir gərək. 
Bunsuz iş yaramaz. Dayan, qoy görüm, 
Sizin barənizdə mərc gələrik biz... 
Hə, tapdım: 
Vuruşa-vuruşa siz qızışanda - 
Mən sizi daha çox qızışdıraram - 
O yanıb, odlanıb su istəyəndə 
Əvvəldən xəlvətcə hazırladığım 
Xüsusi qədəhi verərəm ona. 
O sənin ölümcül zərbəndən əgər 
Sağ qalsa, qədəhdən azca içəntək, 
Şübhəsiz, məhv olar.  
- Bu nə səs-küydür? 
(Kraliça daxil olur). 
Əziz kraliça, nə var, nə olub?! 
K r a l i ç   a. 
Fəlakət dalınca gəlir fəlakət,  
Bədbəxtlik izləyir biri-birini.  
Laert, yazıq bacın suda boğuldu. 
L a e r t. Ah, necə boğuldu! Haçan, harada? 
Kraliça. 
Çayın kənarında bir salxım söyüd  
Baxır güzgü suda yarpaqlarına.  
Nakam Ofeliya gəlmiş bu yerə,  
Əlində qəribə bir çələng varmış, 
 O özü hörübmüş həmin çələngi:  
Qaymaqçiçəyindən, qızçiçəyindən, 
 Bir də gicitkəndən, yağıotundan, 
 -Bu ota kobud ad qoyub çobanlar, 


 Qızlar ona deyir ölü barmağı. 
Çıxıb Ofeliya həmin ağaca,  
İstəyib çələngi assın budaqdan.  
Bu zaman qəfildən qırılıb budaq,  
O yığvalı dönük yıxılıb çaya,  
Donu yelkən kimi açılıb bu dəm.  
Su pərisi kimi qız üzüb suda,  
Ürəkdən oxuyub qədim nəğmələr.  
Elə bil duymurmuş bədbəxtliyini,  
Ya da suda qalan bir canlı imiş.  
Axı, bu hal uzun çəkə bilməzdi.  
Nəhayət, islanıb onun paltarı,  
Çəkib zavallını qədim nəğmənin  
Gözəl ağuşundan müdhiş ölümün  
İyrənc qucağına. 
L a e r t. Ah, o boğulub! 
K r a 1 i ç a. Boğulub, boğulub. 
L a e r t. 
Oh, bədbəxt bacım, 
Sən qərar tutmusan sular qoynunda, 
Mənim göz yaşlarım nəyinə gərək! 
Bəs necə saxlayım göz yaşlarımı?! 
Ağlamaq əzəldən qismətimizdir. 
Utanmaz təbiət öz adətiylə 
Dəhşətlə göz yaşı tökdürür bizə. 
Kişi ağlayanda qadına bənzər. 
Əlvida, hökmdar! Odlanır dilim, 
Ağzımdan alovlar püskürərdim mən, 
Fəqət danışmağa yoxdur taqətim, 
Sarsaq göz yaşlarım söndürür odu  
 
(Gedir). 
Kral. 
Gertruda, gedək onun dalınca. 
Çalışıb, əlləşib onun bir təhər 
Coşqun qəzəbini sakit etmişdim. 


Qorxuram, yenidən qızışa bilər. 
Gəl gedək dalınca  
(Gedirlər). 
 
 
BEŞİNCİ PƏRDƏ 
Bİ Rİ NCİ  SƏHNƏ 
Qəbiristanlıq. İki 
məzarçı daxil olur. 
Onların əlində bel 
və külüng vardır. 
B i r i n c i   məzarçı. De görüm, öz xoşu ilə o dünyaya 
gedən bir qızı xristian kimi dəfn etmək olarmı? 
İ k i n c i   məzarçı. Mən sənə deyirəm, olar. Tez tərpən, 
ona qəbir qaz. Müstəntiq bu işə baxmış, onu xristian kimi 
dəfn etməyi qərara almışdır. 
B i r i n c i   məzarçı. Axı, bu necə ola bilər? O ki suda 
özünü müdafıə məqsədiylə boğmamışdır. 
İ k i n c i   məzarçı. Necə  yəni?! O özünü müdafıə 
məqsədiylə boğmuşdur. 
B i r i n c i   məzarçı. Bu özünə qəsd etməkdir. Başqa cür 
ola da bilməz. Sübut göz qabağındadır.  Əgər mən özümü 
suda qəsdən boğuramsa, bunu işlə sübut edirəm. İşin də üç 
cəhəti var: birinci, işi yerinə yetirmək; ikinci, icra etmək
üçüncü də, həyata keçirmək. Deməli, o qız özünü suda 
qəsdən boğmuşdur. 
İ k i n c i     məzarçı. Yox, qulaq as bir, ağa goreşən... 
B i r i n c i   məzarçı. Sözümü kəsmə. Bax, tutalım, bu 
sudur. Yaxşı. Bax, tutalım, bu da adamdır. Yaxşı.  Əgər 
adam bu suya yaxın gedirsə, özünü boğursa, məsələ 
aydındır, istəsən də, istəməsən də, o gedib. Bu isə tamam 
başqa şeydir: hərgah su adama yaxın gedirsə, onu boğursa, 
onda adam özünü boğmur. Deməli, kim ki öz ölümündə 
günahkar deyil, o öz həyatına özü qəsd eləmir. 
İ k i n c i     məzarçı. Məgər bu qanundur? 
B i r i n c i    məzarçı. Bəli, bu qanundur. İstintaq qanunu 
budur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə