Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   24   25   26   27   28   29   30   31   32

B i r i n c i   məzarçı. Mərhum kralımız Hamletin 
Fortinbrasa qalib gəldiyi gündən. 
H a m 1 e t. O hadisə haçan olub? 
B i r i n c i   məzarçı. Məgər siz bunu bilmirsiniz? Bunu 
axmaq da bilir ki, həmin günü prins Hamlet anadan olub. 
İndi onun başına hava gəlib. Onu İngiltərəyə göndəriblər. 
H a m 1 e t. Bəli, çox pakizə, bəs onu İngiltərəyə nə üçün 
göndəriblər? 
B i r i n c i   məzarçı. Nə üçün? Onun üçün ki, o dəlidir. 
Orada qalıb ağıllansın.  Əgər ağıllanmasa, orada bir elə  də 
eybi yoxdur. 
H a m 1 e t. Nəyə görə eybi yoxdur? 
B i r i n c i   məzarçı. Ona görə ki, onun dəliliyi orada 
gözə çarpmayacaq. İngiltərədə hamı dəlidir. 
H a m 1 e t. Hamlet neçin dəli olub? 
B i r i n c i     məzarçı. Deyirlər ki, bunun çox qəribə səbəbi 
var. 
H a m 1 e t. Necə yəni çox qəribə? 
B i r i n c i     məzarçı. Vallah, deyirlər ki, ağlım salıb itirib. 
H a m 1 e t. Nəyin üstündə? 
B i r i n c i   məzarçı. Necə  bəyəm, Danimarka 
torpağının üstündə. Bu torpağın üstündə  mən də 
gəncliyimdən ta bu günə qədər otuz ildir ki, qəbir qazıram. 
H a m 1 e t. Adam torpaqda nə müddətə çürüyür? 
B i r i n c i   məzarçı. Doğrusunu gəzsəniz, hərgah 
ölməmişdən qabaq içi çürüməyibsə - indiki vaxtda belə 
üzdəniraq meyitlər həddindən artıqdır, özlərini bir təhər
güc-bəla ilə  qəbrə çatdırırlar - adam torpaqda səkkiz, ya 
doqquz il qala bilər. Dabbağ isə şəksiz-şübhəsiz doqquz il 
qalır. 
H a m 1 e t. Nə üçün dabbağ başqalarından çox qalır? 
B i r i n c i   məzarçı. Təəccüblənməyin, cənab. Dabbağın 
peşəsi onun dərisini elə  aşılayır ki, su uzun müddət onu 
yumşalda bilmir. Ölü bədənin  ən qorxulu düşməni sudur. 
Bir bu kəlləyə baxın. Düz iyirmi üç ildir ki, torpaqda yatır. 
H a m 1 e t. O, kimin kəlləsidir? 
B i r i n c i       məzarçı. Lənətə gəlmiş bir cüvəllağının. Siz 


bilən kimin olar? 
H a m 1 e t. Nə deyim, bilmirəm. 
B i r i n c i   məzarçı. Kaş bu başıboş yaramazın başına 
daş düşəydi. Bir dəfə o mənim başıma bir qrafın Reyn şərabı 
tökmüşdü. Ikı həmin kəllədir, cənab, mərhum kralın təlxəyi 
Yorikin kəlləsidir. 
Hamlet. Bu? 
B i r i n c i     məzarçı. Lap bu özü. 
H a m 1 e t. Ver, bir baxım (Kəlləni əlinə götürür). Yazıq, 
zavallı Yorik! - Mən onu tanıyırdım, Horatsio. O dedikcə 
zarafatcıl, olduqca gözəl qaravəllilər ustası, mehriban bir 
adam idi. Azı min dəfə məni çiyinlərində gəzdirib. — İndi isə 
gör necə də iyrənc olub, ona baxdıqca ürəyim ağzımdan gəlir. 
Burada dodaqları vardı. Bu dodaqlardan neçə dəfə öpdüyüm 
yadımda deyil. - Ah, biçarə, sənin lağlağıların, sənin 
məzhəkələrin, sənin nəğmələrin indi harda qalıb? Məclisdəkiləri 
qəh-qəhə çəkməyə məcbur edən o şaqraq gülüşlərin hanı, necə 
olub? İndi özün özünə gülməyə belə heç nəyin yoxdur. Necə 
də yazıq, acınacaqlı bir hala düşmüsən! İndi buyur, bir kübar 
xanımın bəzək otağına get, ona de ki, onun da koppuş al 
yanaqları  nə vaxtsa bu kökə düşəcək. Onu bu sözlərlə 
güldürməyə çalış görüm. - Horatsio, xahiş edirəm, bir şeyi 
mənə aydınlaşdır. 
Horatsio. O nədir, milord? 
H a m 1 e t. Sən bilən, Rum qeysəri İskəndərin də başı 
torpaqda bu 
vəziyyətdədir? 
H o r a t s i o. Lap elə bu 
vəziyyətdə. 
 H a m 1 e t. Özü də belə 
iylənir? Puf? 
Kəlləni yerə qoyur. 
H o r a t s i o. Lap elə belə, milord. 
H a m 1 e t. İnsan necə də miskinləşə bilərmiş, Horatsio! 


Bəşər övladının aqibəti budursa, onda böyük İskəndəıin 
cəsədi çürüyüb kaşı  şərab kuzəsinin ağzına tıxac ola 
bilməzmi? 
H o r a t s i o .  Bu çox qəribə və ağlasığmazdır, milord. 
H a m 1 e t. Xeyr, qətiyyən yox. Əksinə, biitün mümkünlüyü 
ilə  hə-yatın sonunu olduğu kimi düşünsək, bu qənaətə  gələ 
bilərik: İskəndər öldü, İskəndər dəfn edildi, İskəndər çürüyüb 
toıpağa döndü, torpaqdan 
palçıq tutdular, palçıqdansa kaşı şərab kuzəsinin ağzına 
tıxac hazirladılar.  
Ulu Sezar çürüyərək torpaq oldu məzarda
Hökmü ilə gərdişin o, suvaq oldu divarda. 
Diri torpaq dəhşətlərlə sarsıdırdı dünyanı,         
Ölü torpaq küləklərdən hifz eləyir binanı.  
Sus, sus! Kral gəlir, çəkilək yana. 
 
Keşiş başda olmaqla, Laert və başqalarının müşayiəti ilə 
Ofeliyanın cənazəsini gətirirlər. Kral və kraliça 
öz məiyyəti ilə daxil olurlar.      
Gəlib kraliça, saray əhli də.  
Kimi dəfn eyləyir onlar, görəsən? 
. 
Necə də pozulub adət-ənənə!         
 
Görünür, intihar edib rəhmətlik.  
Yəqin ki, zadəgan nəslindəndir o.      
Gəl, burda gizlənib, kənardan baxaq. 
 Horatsio 
ilə bir kenara çəkilir.         . 
L a e r t. Yenə görüləsi bir iş qaldımı?  
H a m 1 e t. Bir bax, o ki nəcib cavan Laertdir 
L a e r t. Yenə görüləsi bir iş qaldımı?                
Ke şiş.                                    
Biz onun dəfnini təşkil etməkçün 
Heç nəyi, heç şeyi əsirgəmədik.     
Bizə şübhəliydi onun ölümü.    
Hökumət bu işə qarışmasaydı, 
Bu qızın cəsədi qiyamətədək     
Qaranlıq bir yerdə saxlanılardı.      


Dua əvəzinə, onun üstünə 
Daşlar tökülərdi hər bir tərəfdən. 
 İndisə güzəştlər edilib ona,      
Tabutuna təzə çələng qoyulub.  
Dini ayinlərlə, kilsə zəngləri          
Onu yola salır qəbir evinə.       
 
L aert. Ta heç nə qalmayıb? 
Keşiş  
 
Heç nə qalmayıb. 
Öz əcəli ilə mərhum olanlar 
Ölü duasına layiqdir yalnız. Onun nəşi üstdə dua 
oxumaq  Müqəddəs kəlamı təhqir etməkdir. 
L a e r t. 
Endirin məzara cənazəni siz. Onun gözəl-göyçək pak 
vücudundan Bitəcək ətirli tər bənövşələr. Bunu yaxşı 
bü ki, ey kobud keşiş, Bacım nurlu göydə mələk 
olacaq, Sənsə cəhənnəmdə ulayacaqsan. 
H a m 1 e t. 
Necə, vəfat edən Ofeliyadır? 
K r a 1 i ç a. 
Gül gülə qovuşsun, rahat yat, qızım!  
(Tabutun üstünə gül səpir).  
Dedim, Hamletimin yan olasan,  
Bəzəyim gəlinlik yatağını mən.  
Demədim, qəbrinə çiçəklər düzüm. 
L a e r t. 
İyrənc əməliylə sənin ağlını  
Başından alanın şeytan başına  
Yüz dəfə, min dəfə fəlakət yağsın. 
 Dayanın, tökməyin torpağı hələ,  
Bir daha köksümə sıxım bacımı.  
(Məzara atılır).  
Basdırın dirini ölüylə birgə. 
 Burda, düzəngahda bir dağ ucaldın, 
 Göydələn Pelion, Olimp dağları  
Baxsm aşağıdan həsədlə ona. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə